Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Azərbaycana qarşı Rusiya-İran-Türkmənistan üçbucağı yaranır»

«Azərbaycana qarşı Rusiya-İran-Türkmənistan üçbucağı yaranır»
Bölmə :
Müsahibə
Yayım tarixi :
6/7/2012 [13:14]
Baxılıb :
1263 dəfə
Fikrət Sadıqov: «Qərblə əməkdaşığı birmənalı şəkildə seçsək, Rusiyanın təxribatlar törədiləcəyi şübhəsizdir»
“Mürəkkəb geosiyasi vəziyyətdə balanslaşdırılmış siyasət həyata keçirtmək çox çətindir”

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov regiondakı hərbi-siyasi vəziyyətlə bağlı «Bizim Yol»un suallarırını cavablandırıb. O, Azərbaycanın İran, Rusiya ilə münasibətlərinin hazırki durumunu, perspektivləri, balans siyasətinin üstünlükləri və realizə imkanları barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edrik.  

- Fikrət müəllim, Azərbaycan-İran münasibətlərində gərginlik davam edir, hər iki tərəf tez-tez “cəsus» yaxaladığı bəradə bəyanatlar verirlər. Hazırda İranda iki gənc şairimiz girov kimi saxlanılıb, Bakıda Talış Mədəniyyət Mərkəzinin rəhbəri Hilal Məmmədov cənub ölkəyə cəsusluq ittihamı ilə həbs olunub. Daha sonra İran balıqçı qayığı sərhədimizi keçərkən vurulub və s.i.a. Hazırkı durum iki qonşu ölkə arasında qarşıdurma baş verəcəyini göstərirmi?

- Reallıq ondan ibarətdir ki, gərginlik günü-gündən artır və İranda həbs olunan iki vətəndaşımızın taleyi də müəmmalıdır. Əgər onlar cəsusluqda ittiham olunurdusa, niyə indiyə qədər saxlanılıb, halbuki, rəsmi Bakı bu barədə bir neçə nota vermişdi. Yəni bu məsələdə müəmma var. Əlbəttə ki, Azərbaycanda başqa dövlətlərin maraqlarına işləyənlər var, amma son sözü məhkəmə deməlidir. Güman ki, məhkəmə öz hökmünü çıxardacaq. Lakin düşünürəm ki, baş verənlər ümumi gərginliyin tərkib hissəsidir və müəyyən bir nəticədir. Aydındır ki, İran hazırda kritik durumdadır, bu ölkəyə qarşı Avropa Birliyinin və BMT Təhlükəsizlik Şurasının qadağaları işə düşüb. İran çıxış yolu axtarır, bəlkə də özünə qarşı düşmən obrazı yaratmaqla gücü çatası dövlətə ittiham irəli sürmək istəyir. Düşünmürəm ki, bu normal çıxış yolu və iki tərəfli münasibətlərin inkişafına müəyyən bir təkan versin. Eyni zamanda, prosesin davam edəcəyini düşünürəm. Çünki gərginlik artdıqca İran bəzi ölkələri ittiham edəcək. Tehran onsuz da uzun müddətdir Bakıdan şübhəlidir və bunu İsraillə yaxınlığımızla əlaqələndirir.

- Artıq Qərb və İsrail mətbuatı İrandan Azərbaycana terror təhlükəsinin olduğunu bildirir. Hətta İsrail baş naziri Netanyahu belə bir açıqlama vermişdi. Əgər İranı beynəlxalq aləmdə terrora dəstək verən ölkə hesab edirlərsə, bu barədə düşünmək realdırmı?

- Hər bir dövlətin bu məsələyə öz milli marağından irəli gələn yanaşması var. İsrail o cür bəyanatlar verirsə, bu, o heç də onların düşündüyü kimi deyil. Yaxud Tehranın da dediyi reallıq hesab olunmamalıdır. Təbii ki, artan gərginlik şəraitində dövlətlər bir-birini ittiham edir və biz Azərbaycan olaraq Tehrana qarşı hərbi aksiyada iştirak etməyəcəyimizi bəyan etmişik. Çünki bizim problemlərimiz kifayət qədərdir, elə 20 illik Qarabağ məsələsini xatırlamaq yetər. Ona görə İrana qarşı hərbi aksiyadan narahat olduğumuzu bildirmişik. Bununla belə İran özü də reallığı anlamlı və nəticə çıxartmalıdır. Çünki aparıcı dövlətlərlə baş-başa gəlmək o qədər xoşagələn hal deyil. İraq, Əfqanıstan, Misir, Tunis və Liviya təcrübələri göstərir ki, Qərb dövlətləri öz istəklərinə nail ourlar. Əlbəttə ki, İran böyük dövlət olsa da, son illərin hadisələrini nəzərə alaraq müəyyən nəticəyə gəlməlidir.

- Ümumiyyətlə, Azərbaycanı İrandan terror təhlükəsi gözləyirmi?

- Tehrandan açıq şəkildə Azərbaycana qarşı terror aktlarının həyata keçiriləcəyini düşünmürəm. Əgər terror təhlükələri varsa, İsrail vətəndaşlarına qarşı hər hansı aksiyaların mümkünlüyünü düşünürdük və bu barədə bir müddət əvvəl rəsmi orqanlar məlumat yaydı. Amma xüsusi olaraq Azərbaycana qarşı terror təhlükəsinin olacağını mən görmürəm. Çünki indiki şəraitdə Azərbaycan özünü çox təmkinli aparır. Birinci, biz İrana qarşı heç bir aksiyada iştirak edəcəyimizə söz verməmişik, ikinci, hər hansı koalisiyaya daxil deyilik və ərazimizdən də istifadə olunmayacağını bəyan etmişik. Hesab edirəm ki, rəsmi Tehran bunları anlamalıdır və Azərbaycana qarşı terror aktı törətməyin əsasları yoxdur.

- Azərbaycan 1993-cü ildən xarici siyasətdə balansa üstünlük versə də, son illər bunun əksi müşahidə olunur. Sanki indii balanslı düşmənçilik siyasəti aparılır. Rusiya, İran və Türkiyə ilə münasibətlərdəki problemlərin artması nə ilə bağlıdır? 


- Mürəkkəb geosiyasi vəziyyətdə balanslaşdırılmış siyasəti həyata keçirtmək çox çətindir. Dünya güclü şəkildə dəyişir, Yaxın Şərqdəki hadisələr, Avropada yaranan iqtisadi böhran nəticəsində hökumətlər dəyişir, belə bir şəraitdə balanslaşdırılmış kursda qalmaq olduqca mürəkkəbdir. Yəni hamıyla yaxşı münasibətdə qalmaq çətindir, həm Brüssellə, həm Vaşinqtonla, Həm Moskva, həm Ankara, həm də Tehranla. Amma hakimiyyət bunu bacarır və siyasət də özünü doğruldur.

- Necə doğruldur ki, qonşularla münasibətlər də kəskin hal alıb?

- Düzdür, münasibətlər kəskinləşir, amma onu da unutmayın ki, ABŞ-ın dövlət katibi Klinton Bakıda oldu, dünən isə Avropa Birliyinin prezidenti Pompey buradaydı, yaxud Rusiya ilə forum keçirildi. Yəni münasibətlər görünən səviyyədə sabitdir, bunun özü də az deyil, amma aysberqin görünməyən tərəfləri də var. Məsələn, Rusiya ilə tərəfdaş olsaq da, Qəbələ RLS “su qiyməti”nə icarəyə verməməliyik. Beləliklə, balanslı siyasi kursu aparmaqla həm də paralel şəkildə sözümüzü deyirik. Nəzərə alaq ki, siyasi vəziyyət bir çox hallarda bizdən də asılı deyil, konkret olaraq İranla beynəlxalq aləmin gərginliyi. Tehran istəyərdi ki, Azərbaycan Qərb və İsraillə münasibətlərini inkişaf etdirməsin, yalnız İranla müttəfiq olsun. Axı bu mümkün deyil, çünki biz respublikayıq, dini dövlət yox.

- Əgər Avropa Birliyi iyulun 1-dən İrandan nefti almırsa, Rusiya təzyiqlərini artırırsa, bunlar “movqeyini bildir” mesajı deyilmi?

- Düşünmürəm ki, biz indiki mürəkkəb şəraitdə hansısa düşərgəyə yaxın olsaq, bundan nəsə qazanacağıq. Misal üçün, ancaq Qərblə tərəfdaşlığımızı gücləndirəcəyimizi bəyan etsək, Rusiya tərəfindən təxribatların törədiləcəyi şübhəsizdir. Yaxud İrandan da eyni təhlükələr mümkündür. Baxın, Azərbaycana qarşı Rusiya-İran-Türkmənistan üçbucağı yaranır. Başqa bir misal, biz Qərblə münasibətlərimizdən imtina etdiyimiz bəyan etsək, o zaman Rusiya-Ermənistan bucağına daxil olmağa məcburuq. Bu isə Azərbaycana əlverişli deyil. Belə bir halda düşünmürəm ki, konkret düşərgəyə yaxın olduğumuzu bəyan etməliyik. Gürcüstanı götürək, sırf Qərbyönlü siyasətə üstünlük verdilər, ərazilərinin yarısını itirdilər. Hətta az qaldılar Tiflisi, Kutaisini də itirsinlər.

- Amma Rusiyanın 8 avqust təcavüzündən sonra beynəlxalq təşkilatlar Osetiya və Abxaziyanı Gürcüstanın tərkib hissəsi hesab etdilər və ərazi bütövlüyünü tanıdılar. Amma Qarabağla bağlı bu münasibəti görmürük...


- Mən bu yanaşmanızı doğru hesab etmirəm və ərazi bütövlüyümüz də rəsmən tanınır. Gürcüstanın da ərazi bütövlüyü tanınır. Amma bu yanaşmada iki məqam var: Bir var tanımaq, biri də var biganə münasibət. Bizi qıcıqlandıran ikinci yanaşmadır. Lap Gürcüstanın ərazi bütövlüyü tanındı və BMT Baş Assambleyasında bu məsələ təsdiqləndi, bəs qonşu ölkə nəsə qazandımı?

- Fakt budur ki, Gürcüstan Abxaziya və Osetiyanın Gürcüstanın ərazisi olduğu haqqında beynəlxalq arayış aldılar. Bizim vəziyyət isə əksinədir...

- Necə yəni, bizim xeyrimizə BMT Təhlükəsizlik Şurasının qətnamələri çıxarılıb və ərazi bütövlüyümüz də tanınır. Bu barədə aparıcı dövlətlərin bəyanatları var.

- Amma fakt ondan ibarətdir ki, BMT-də ərazi bütövlüyümüz səsə qoyulanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bitərəf qalırlar...

- Düzdür, Sizinlə razıyam. Bunu o məqsədlə edirlər ki, 90-cı illərin əvvəllərində Minsk Qrupu yaranıb və münaqişə aparıcı dövlətlərin nəzarətinə düşsün. Gürcüstanın problemi fərqlidir və Rusiya açıq şəkildə təcavüz edib. Belə bir halda beynəlxalq birlik məlum qətnamələri qəbul etməyə məcbur idi. Amma bizim xeyrimizə işləyən amil odur ki, hələ heç bir dövlət Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıb. Abxaziya və Osetiya haqqında bunları demək olmur, baxmayaraq ki, bu tanınmada Rusiya amilinin rolu mühümdür.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]