Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Zəlzələ bölgəsində 3 minə yaxın fərdi ev tikilib

Zəlzələ bölgəsində 3 minə yaxın fərdi ev tikilib
Bölmə :
KİVDF
Yayım tarixi :
11/1/2013 [10:39]
Baxılıb :
1571 dəfə
Tikintisinə başlanılan 35 məktəb binasından isə 22-si artıq istifadəyə verilib

Məlum olduğu kimi, 2012-ci ilin mayında Azərbaycanın şimal-qərbində güclü zəlzələ baş verib. Mayın 7-də yerli vaxtla saat 09:40 radələrindən başlayaraq Zaqatalada 4 yeraltı təkan olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, birinci zəlzələ rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində olub. İkinci və üçüncü təkanlar saat 10:38-də və 10:40-da, 4,5 və 4,3 bal gücündə qeydə alınıb. Dördüncü təkan isə saat 19:15-də Zaqataladan 14 kilometr cənub-şərqdə 12 ballıq cədvəl üzrə 6,0 bal gücündə baş verib.

Yeraltı təkanlar Zaqatala rayonundan başqa, Balakən, Şəki, Qax və digər ərazilərdə də hiss olunub, müəyyən dağıntılar baş verib. Zəlzələ nəticəsində insanlar arasında tələfat olmayıb. Lakin tikililərə ziyan dəyib, fərdi evlərın uçması və inzibati binalarda çatların əmələ gəlməsi kimi problemlər yaşanıb. Onu da bildirək ki, zəlzələ şimal-qərb regionunda mayın 7-dən sonra da dəfələrlə baş verib. 

Ötən ilin sonunda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı “Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər: mövcud problemlər, qarşıda duran vəzifələr” adlı araşdırma-hesabat təqdim edib. “Bizim Yol”-a təqdim olunan hesabatda 2012-ci ilin yazında Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər öz əksini tapıb.

Bildirilir ki, ötən ilin sonuna qədər dövlət büdcəsindən zəlzələ ilə bağlı 320 milyon manat vəsait ayrılıb. Vəsaitlərin xərclənməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. 

Hökümətin rəsmi məlumatına görə, zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə ciddi ziyan dəyib, 3500-dən artıq ev qəzalı olduğuna görə uçurulub və yeni evlərin tikilməsinə qərar verilib. 

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri bir neçə dəfə Qax- Zaqatala zəlzələ bölgəsinə səfər edərək monitorinq aparıb, görülən işləri və mövcud problemləri araşdırıblar.

Görülən işlər

Hesabata görə, FHN-in “Kür” Qərargahının informasiya sorğusuna verdiyi cavabda qeyd olunur ki, Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində 01 noyabr 2012- ci il tarixə kimi FHN-in müvafiq komissiyası tərəfindən 28 680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çox mənzilli yaşayış binasının bərpası nəzərdə tutulub. Hazırda evlərə və sosial obyektlərə texniki baxışların keçirilməsi davam edir. Rayonlar üzrə Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 (cəmi 3545) fərdi yaşayış evinin və 3 kommunal çoxmənzilli yaşayış evinin tikintisinə başlanılıb. 01 noyabr 2012- ci il tarixinə qədər 482 ev tikilib sakinlərin istifadəsinə verilib.

FHN-dən verilən məlumata görə zəlzələ ilə bağlı ziyan dəymiş 35 məktəbin, o cümlədən Zaqatalada 21, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. Bunlardan 6 məktəb tikilib istifadəyə verilib, 9 məktəbin tikintisi başa çatmaq üzrədir. Tikintisinə gec başlanılmış məktəblərin isə 2013-cü ilin yanvar-aprel aylarında tikilib istifadəyə veriləcəyi bildirilir.

FHN-in “Kür” Cəmiyyətinin sorğuya verdiyi cavabda bildirilir ki, zəlzənin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117s saylı sərəncamı ilə ehtiyat fondundan 20 milyon manat, sonradan 2012-ci il dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. 01 noyabr 2012-ci il tarixinə qədər həmin vəsaitin 234 605,6 min manatı xərclənib. FHN-dən onu da bildiriblər ki, Qax-Zaqatala bölgəsi seysmik zona olduğundan hazırda bu ərazidə aparılan tikinti işləri ilə bağlı hazırlanan layihə smeta sənədləri 9 bal gücünə hesablanır.

Müsbət məqamlar

2012-ci ilin 07 və 18 mayında Qax-Zaqatala bölgəsində zəlzələ baş verərkən Fövqəladə Hallar Nazirliyi və yerli rayon icra hakimiyyətləri səfərbər olunaraq zəlzələdən ziyan çəkənlərə maddi və mənəvi dəstək olmağa çalışıblar. Dərhal hadisənin episentrində - Zaqatala şəhərində Qərargah yaradılıb. Zəlzələ nəticəsində evləri uçan insanlar müvəqqəti çadırlara yerləşdirilib. Onlara ərzaq, paltar, tibbi və s. ilkin yardım göstərilib. Zəlzələ zamanı rəsmi qurumlar tərəfindən insan itkisi qeydə alınmayıb.

Zəlzələ bölgəsində tikilən evlər Kür daşqınları ilə bağlı tikilən evlərlə müqayisədə daha geniş, özülü, birləşdirici sütunları və arakəsmələri möhkəmdir. Hətta bir çox insanlara 2 mərtəbəli evlər tikilib. Qəzalı vəziyyətə düşdüyünə görə sökülüb yenidən tikilən evlərin sahəsi həmin yerdə olmuş əvvəlki evlərin sahəsindən az deyil, bəzi yerlərdə artıqlıq təşkil edir.

Vaxtaşırı olaraq dövlət başçısı, FHN rəhbərliyi və aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri zəlzələ bölgəsinə səfər edirlər. İnsanların durumu, yaşayışı, problemləri və tikintinin gedişi ilə maraqlanırlar.

Nazir zəlzələ bölgəsində

Qeyd edək ki, bu günlərdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsində olub. “Bu günədək zəlzələ bölgəsində 2984 fərdi ev tikilərək sakinlərə təhvil verilib. Həmin evlərdə artıq əhali yaşayır. Ümumiyyətlə, hər həftə yeni-yeni fərdi evlər rayonların icra hakimiyyətləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən əhaliyə təhvil verilir”. AzərTAc xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri Qax rayonunun Dəymədağlı kəndində yeni inşa edilmiş məktəb binasının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

“Bu, bizim regiona növbəti gəlişimizdir. Səfər zamanı Balakən, Zaqatala və Qax rayonlarının zəlzələdən zərər çəkmiş kəndlərində bir neçə məktəb binasının açılışında iştirak etdik. Daha sonra Şəki şəhərində də Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş 2 məktəb binasının açılış mərasimləri keçiriləcək. Sevindirici haldır ki, bu təhsil ocaqları Yeni ilin ilk dərs günündə şagirdlərin istifadəsinə verilir. Ümumiyyətlə, tikintisinə başlanılan 35 məktəb binasından 22-si artıq istifadəyə verilib. Qalan məktəblər də qısa müddətdə tamamlanaraq təhvil veriləcək”, - deyə nazir bildirib.

K.Heydərov müsahibəsində deyib ki, son vaxtlar Gürcüstan ərazisində baş vermiş güclü zəlzələ nəticəsində Balakən rayonunun ərazisində də evlərə ciddi zərər dəyib: “Komissiyaların apardığı araşdırmalar artıq başa çatıb. Təxminən 1500-ə yaxın evin zərər çəkdiyi müəyyənləşib. Tezliklə həmin evlərin də tikintisinə başlanılacaq. Həmin evlərin cari ilin mayınadək təhvil verilməsi nəzərdə tutulur. Bu rayonlarda tikintisinə əvvəllər başlanılmış evlərin çox az qismi təhvil verilməmiş qalır. Artıq bu evlərin inşasında tamamlanma işləri görülür. Yaxın günlərdə həmin evlər də əhaliyə təhvil veriləcək”.

Fövqəladə hallar naziri zəlzələ bölgəsinə tikinti materialları daşınarkən ağır texnikanın işləməsi səbəbindən avtomobil yollarının bir hissəsinin yararsız hala düşdüyünü, yollara dəymiş ziyanın müəyyənləşdirilməsi üçün əlavə hesablama aparılacağını bildirib.

Ramid İBRAHİMOV

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]