Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Qarabağ döyüşçülərinə ən yüksək təminat verilməlidir”

“Qarabağ döyüşçülərinə ən yüksək təminat verilməlidir”
Bölmə :
KİVDF
Yayım tarixi :
10/1/2013 [11:18]
Baxılıb :
dəfə
Tofiq Cəfərov: “Əsir götürdüyüm ermənilərin 4-nü Ağcabədidə stadionda güllələdim”
“Əgər biz hər bir vətəndaşımızın qədrini bilsək, minlərlə Mubariz kimi qəhrəman oğullarımız meydana çıxar”

Həmsöhbətimiz Xüsusi Təyinatlı Kəşfiyat Bölüyünün komandri olmuş Tofiq Cəfərovdur. O, döyuşə 1989-cu ildə Şuşanın Turşsu deyilən kəndindən başlayıb. Atəşkəs elan olundan sonra ehtiyata buraxılıb. Ehtiyatda olan zabitdir, müharibə zamanı 2 dəfə yaralanıb, 2-ci grup Qarabag əlilidir. Ağcabədi rayon hərbi polisin rəisi olub. Onunla söhbətimizi təqdim edirik:

- Tofiq bəy, Qarabağ deyəndə ilk düşündüyünüz nə olur, nə hiss keçirirsiniz?

- Mən hər Qarabağ deyəndə ilk dəfə 1989-cu ildə Şuşaya gedəndə atamın göz yaşı yadıma düşür. Mən onun heç vaxt göz yaşlarını görməmişdim. İndi başa düşürəm ki, bu goz yaşları tək mənim atamın yox, neçə-neçə Qarabağdan olan ataların göz yaşları olub. 20 ildir mənim içim ağlayır, daha ağlamısını istəmirəm. Təssüf ki, bu gün buna imkan verimirlər ki torpaqlarımızı azad edək. Axı Azərbaycanın indi buna böyük imkanları var. Bizə əmr lazımdır. 

- Hansı istiqamətlərdə gedən döyüşlərdə işirakçı olmusunuz?

- Əsasən Ağdam, Xocavənd, Füzuli rayonalrdan olmuşam. Xüsusi Təyinatlı Kəşfiyat komandiri olduğum ücün ən ağır bölgələrə göndərilirdim. Mən kəşfiyyat komandiri olduğum vaxtlar rəsmi olaraq Müdafiə Nazirliyinin əmri ilə 42 döyüşdə iştirak etmişəm. Həmin sənədləri saxlayıram. Kəşfiyyat zamanı 7 erməni əsir götürmüşəm və onlardan mühum məlumatlar əldə etmişik. İlk dəfə sizə açıqlama verirəm ki, bu ermənilərin 4-nü Ağcabədidə stadionda özüm güllələdim. Bu barədə heç vaxt danışmıram. Çünki biz vəzifəmizi yerinə yetikmişik. Qəhrəmanlıqdan danışmağa hələ ki, haqqımız yoxdur. Biz yalnız Qarabağı azad edəndən sonra qəhrəmanlıqdan danışa bilərik.

İndi çox adamlar özü haqqında yalanlar, uydurmalar yazaraq özlərini qəhrəman kimi xalqa sırımaq istəyirlər. Ancaq onlar bilməlidilər ki, bu, yolverilməzdi və mən şəxsən belə adamlara qarşı olacam. Əsl qəhrəmanlar bizim şəhidlərimizdir. Əgər bu gün biz yaşayırqqsa, şəhidlərimizi yaşatmaq onların qəhrəmanlıqlarından danışmaq bizim borcumuzdur. Hələ ki bizim özümüzdən danışmağa haqqımız yoxdur. Tarix özü bizə qiymət verəcək.

- Döyüşlər həyacansız, stressiz, qorxusuz keçmir. Ən ağır döyüşünüz hansıdır və nəticəsi necə olub?

- 1992-ci il avgustun 14-də və 17-də olan döyüşlər ağır olub. Xocəvənd rayonu ərazisində. Hücüm uğurlu oldu. Lakin özümüzünkilər bu hücumu niyə dayandırdılar, mənə hələ də aydın deyil. Girov götürdüyüm Gurgen adlı erməni idi, o deyirdi ki, sizin hücumunuzda çoxlu erməni əsgəri ölmüşdü. Hamı qaçırdı Xankəndindən. Həmin dövr 2 aylıq atəşkəs elan olundu. O dövrün rəhbərləri ən böyuk səhvi onda etdilər.

Bu gün bəzi məmurlar şəhid ailələrinə biganə yanaşırlar. Mən bu gün də şəhid ailələri ilə tez-tez görüşürəm, imkanım qədər maddi olmasa da, mənəvi dəstək oluram. Hər birinə hüquqi yardımlar edirəm. Biz şəhidin kim olduğunu, onun adının necə əbədiləşdirməsini tam dərk edə bilmirik. Axı hər bir şəhidin adı ilə 1000 vətənpərvər əsgər yetişdirmək olar. Ancaq biz nə edirik, kimləri xalqımıza nümunə olaraq tanıtdırmağa cəhd edirik? Hansı ki, Qarabag döyuşlərində olmayan, ordan-burdan eşirtdiklərini öz adına yazanları təbliğ edirik. Bu yalan təbliğatla hansı vətənpərvərlikdən söhbət gedə bilər? Yalanlarla Qarabağı azad etmək mümkün deyil.

Son günlər prezdent seckiləri ilə əlaqədar mətbuatda gedən yazıları izləyirəm. Elə bil yarışa çıxıblar kim prezident olsun. Onlara bir sual vermək istəyirəm. Qarabağı azad etmək üçün yarışda hansı qalib gələr görəsən? Onların çıxışlarında bir kəlmə də olsun Qarabağın və qarabağlıların dərdləri səslənmir. Hamısı bir söz deyir: “Hakimiyətə gələk, Qarabağı azad edərik”.

Ona görə də bu gün millətin heç kimə inamı qalmayıb. Bəzən xalqı qınayırlar ki, xalq aktiv deyil. Ancaq onlar bilməlidilər ki, bu son 25 ilə görə məsuliyyət daşıyırlar xalqın qarşısında. Bir gün gələcək onlar mütləq cavab verəcəklər. Biz vətən fədailəriyik. Bizim üçün hakimiyətdə kimin olması vacib deyil.

20 ildir ermənilərin nazı ilə oynayırlar. Guya ATƏT gəlib torpaqları azad edəcək. 20 ildə qarabağlıların nələr çəkdiklərini düşünən yoxdur ki, bunlar Azərbaycan vətəndaşlarıdır və öz torpaqlarında yaşamaq onların haqqıdır. Bu haqqı onlardan heç kim ala bilməz. Hər bir şeyin sonu olduğu kimi bir gün gələcək buna da son qoyulacaq, buna əmin ola bilərlər.

- Xalqımızın qəhrəmanları çoxdur, elə müstəqillik dövründə yüzdən artıq döyüşçü Milli Qəhrəman adını aldı. Sizcə döyüş ruhu bizdə hələ də qalır?

- Mən tanıdığım qəhrəmanların qarşısında baş əyirəm və onlardan üzr istəyirəm ki onların intiqamını axıra kimi ala bilməmişəm. Bu gün bizdə vətənpərvərlik ruhunu qaldırmaq üçün təbliğat çox zəifdir. Bir də öz millətinə güllə atana qəhrəman demək və onları təbliğ etməklə biz özümüzü aldadırıq. Biz bu gün Çingiz Mustafayevi, Şirin Mirzəyevi, Allahverdi Bağırovu, Fred Asifi, Salatın Əsgərovu və başqalarını təbliğ etməliyik. Mənim bir neçə yalançı tanıdığım qəhrəmanları təbliğ etməklə biz öz gələcək əsgərlərimizdə vətənpərvərlik ruhun məhv edirik. Konkret bir cavab deyim, bu günki təbliğat məni və mənim tanıdığım döyüşçü komandirləri qane etmir.

-Bax, Siz bir döyüşçü olaraq gənclərin vətənpərvər ruhunda tərbiyə olunmasında nə etmisiniz?

- Mənim bu gün döyüşə hazır 400-ə yaxın əsgərim var. Nə etmişəm? Bu məndən asılı deyil, siz mətbuat nümayəndələrindən asılıdır. Məktəblərdə tez-tez oluram, döyüşçülər barədə məlumat verirəm, hətta bu yaxınlarda məni uşaq baxçasına da dəvət etmişdilər. Bunu mənə kimsə təşkil etmir, mənim öz təşəbbüsümlə olur. Bəzən bəzi məmurların xoşuna gəlmir, hətta mane olanlar da olur.

- Mübariz İbrahimovun qəhrəmanlığı onu ifadə edirmi ki, Azərbaycanda döyüşkən ruhda olan hərbçilərimiz, gənclərimiz var?

- Mübariz İbrahimovun qəhrəmanlığı mənim üçün də bir örnəkdir. Ancaq bir söz var - “biz bir nəfər hamı üçün yox, hamı bir nəfər üçün”. Biz belə təbliğat aparmalıyıq. Əgər biz hər bir vətəndaşımızın qədrini bilsək, bu gün minlərlə Mubariz kimi qəhrəman oğullarımız meydana çıxar. Gerçək və ürəkdən bir söz deyim. Məgər biz bu gün Mubariz İbrahimovu istənilən qədər təbliğ edirikmi? Niyə yalanlarla özünü qəhrəman edən və yalan təbliğ edən İbad Hüseynovu Mübarizdən çox təbliğ edirlər? Mən çox təssüf edirəm. Biz öz qəhrəmanlarımızın qədrini bilmirik.

- Bu gün keçmiş döyüşçülərin sosial-iqtisadi durumu necədir?

- Tam qaneedici deyil. Hesab edirəm ki, dövlətimizin imkanları həmin təbəqədən olan vətəndaşların daha yaxşı həyat yaşamalarına yetər. Yəni, mənim fikirimcə, onlara ən yüksək təminat verilməlidir. Ancaq bir həqiqət də var ki, saxta yolla veteran olanlar da çoxdur. Yəni dediyim odur ki bu məsələ də köklü dəyişiliklik olmalı, saxta yolla veteran alanlar ləvğ edilməlidir. Mən elə adamlar tanıyıram ki, bir dəfə də olsun hərbi forma geyinməyib, ancaq veterandır. Maşınla qəzaya düşüb 2-ci qrup Qarabağ əlili vəsiqəsini alıb. Təxminən, 100-ə yaxın belə adamın siyahısı məndə var. Hərbi prokurorluğa müraciət edim. Bildirdilər ki, belə şikayətlər çoxdur. Təzə qanun qəbul ediləcək. Bu məsələlərə kompleks baxılacaq. Dolayısı ilə hərbi komissarlıqlarda bunu təsdiq edirlər.

- Döyüş anlarını necə yaşadırsınız? 

- Mənim gözəl arxivim var və bu arxivdə Qarabaq müharibəsi dövründə olan əsl həqiqətlər durur. Bu arxivi yaxınlarda təhvil vermək istəyirdim. Ancaq düşündüm ki, bir azda səbr edim. Çünki onda çox sirrlər açılacaq. Çox sirrlər var Qarabağ döyüşləri haqqında.

- Müharibə başlasa, könüllü iştirak edərsiniz?

- Mənim könüllü sözündən xoşum gəlmir. Mənim vətən qarşısında borcum var, buna da hər dəqiqə hazıram. Sizə bir söz deyim. Kəşfiyat komandiri kimi və Qarabağda yaşayan və hər bir qarışını bilən bir komandir olaraq bildirirəm ki, Qarabağı azad etmək istəyən minlərlə oğlanlarımızı tanıyıram. Bizə hərbi təlimat verilsin, Qarabağı 3 aya azad edək. Mən Qarabağın hər qarışını tanıyıram. Biz azad edək, qoy lap sonralar bizi güllələsinlər ki, beynəlxalq öhdəlikləri pozmusunuz.

Ramid İBRAHİMOV

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]