Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Bakıdan 200 minə yaxın köçkün köçürüləcək (FOTOLAR)

Bakıdan 200 minə yaxın köçkün köçürüləcək (FOTOLAR)
Bölmə :
KİVDF
Yayım tarixi :
9/1/2013 [11:25]
Baxılıb :
1573 dəfə
Yeni mənzillərdə məişət problemləri, sosial çətinliklər həllini tapacaqmı?
Texniki Universitetinin tələbə şəhərciyində məskunlaşanlar köçürülmələrini gözləyirlər

Yanvar ayının sonlarından Bakıdakı tələbə yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Köçkünlər «Bizim Yol» qəzetinə bildiriblər ki, Müşfiqabad və Mehdiabad qəsəbələrində tikilən yeni binalar hazır olduğundan tələbə şəhərciyini tərk etməlidirlər. Sakinlərin sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri bir müddət əvvəl yataqxanaları gəzərək burada yaşayanları siyahıya alıblar.

Rəsmi məlumatlara görə, hazırda paytaxt Bakıda 200 minə yaxın məcburi köçkün yaşayır ki, onların da böyük əksəriyyəti tələbə şəhərciklərində, yataqxanalarda məskunlaşıblar.

Onların köçürlmələrinin tərəfdarıdırlar

Onların məkunlaşdıqları ünvanlardan biri də Azərbaycan Texniki Universitetinin tələbə şəhərciyidir. Sakinlərlə söhbət zamanı məlum oldu ki, təkcə bir yataqxanada 100 ailə yaşayır. Burada məskunlaşanlar Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Zəngilandan və Ağdamdan məcburi köçkün düşənlərdi.

Sakinlər bizə suyun və işğın olduğunu desələr də, mavi yanacağın olmamasından şikayətləndilər. Hər bir köçkün üçün müəyyənləşdirilən yanacaq limiti 35 kubmetrdir. Qaz verilməyən yerlərdə dövlət tərəfindən hər bir məcburi köçkünə 40 litr yanacaq verilməli olsa da, verilmir. 

Söhbət etdiyimiz sakinlər deyirlər ki, köçürüldüklərinə görə sevinirlər. Bu barədə dəfələrlə xəbər alsalar da hələ ki onlara yuxu kimi gəlir. Köçkünlər bildirir ki, yataqxana şəhərin mərkəzinə yaxın olsa da, onların köçürlmələrinin tərəfdarıdırlar. Buna səbəb yataxanda durumun yaxşı olmamasıdır. 

Hər şeyin yaxşı olacağına ümid edirlər

“Otaqlar 16 kvadratmetrdir. Burada məişət əşyaları yığanda sahə daha da azalır. Baxın, 20 ilə yaxındır ki, biz Füzulidən məcburi köçkün düşümüşük. Oradan gələn körpələr, uşaqlar indi böyüyüblər, onlara da ailə lazımdır. Bunun yayı, qışı, gecəsi gündüzü var. Paltarı dəyişərkən, yatarkən psixoloji gərginlik yaşayırıq. Məsələn, yay fəslində otaq çox isti olur… Böyük-kiçik, qız-oğlan, evlənəsi qardaş-bacı var. Bax, biz bunları düşünürük. Sonucda gərginlik yaranır, mənəvi əzab çəkirik. Biz bu əzabdan qurtulmaq istəyirik. Adam var, evinə gəlin gətirib, qayınata ilin qışında, yayında eyvanda yatır. Çünki, başqa yolu yoxdu. Bax bu dərd bizi üzür”, - deyə Füzulidən məcburi köçkün Əli bildirdi.
Onlar köçürüləcəkləri zaman narazılğın olmayacağına əmindirlər. «Təki köçürülmə olsun» deyirlər. Köçürülmə və binaların tikilməsi ilə bağlı vəsaitin ayrıldığını xatırladan köçkünlər yeni mənzilərini səbirlə gözləyirlər.
Həmsöhbətlərimiz yeni yaşayış maasvində övladlarının təhsil almaq üçün məktəblərin olacağına ümid edirlər. Uşaq bağçalarının tikiləcəyi xəbərinin gerçəkləşərsə, əsas arzuları yerinə yetmiş olar.
Bir sözlə məcburi köçkünlər hər şeyin yaxşı olacağına ümid edirlər. Onlar Dağlıq Qarabağ probleminin həll olunacağına da ümidlərini itirməyiblər.

Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılacaq

Söhbətimizə yeni Azərbacyan Prtiyasının üzvü olan, adının çəkilməsini istəməyən iqtisadiyyat müəllimi də qoşuldu: ““Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının günü-gündən yaxşılaşmasıdır. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən vaxtaşırı artırılması və bu qəbildən olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdəndir”.

Onun sözlərinə görə qaçqın və məcburi köçkünlərin böyük himayədarı var: “O da dövlət başçısıdır. Əldə edilən bu uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür. MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir və göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğu beynəlxalq miqyasda da açıq etiraf edilir”.

Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil

Yeni Azərbacayn Partiyasının üzvü olan müəllim deyir ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər: “Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər. Hər il məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yeni yaşayış məhəlləsi, qəsəbəsi istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirakı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirir: “Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.

Bu proqramın sonucunda...

Həmsöhbətimiz bildirir ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələrdə 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

O, vurğuladı ki, bu proqramın sonucunda bu təbəqədən olan insanların problemlərinin yalnız Qarabağ problemi olacaq.
Məcburi köçkünlər bütün problemlərin önündə və başında Qarabağ probleminin əsas olduğunu bildirdilər.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Ramid İBRAHİMOV
Fotolar müəllfindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]