Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Yer təkindən istifadə qaydaları pozularsa...

Yer təkindən istifadə qaydaları pozularsa...
Bölmə :
KİVDF
Yayım tarixi :
8/10/2015 [00:51]
Baxılıb :
2448 dəfə
Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan geoloji informasiya dövlət ekspertizasından keçirilməlidir

(Əvvəli ötən sayımızda)

Yer təkinin faydalı qazıntı ehtiyatlarının səmərəli və kompleks işlənilməsini təmin etmək, yerin təkindən istifadə haqqını və istifadəyə verilən yer təki sahələrinin sərhədlərini müəyyən etmək məqsədi ilə mineral-xammal üçün kondisiyalar və kəşfiyyatı aparılmış yataqların faydalı qazıntı ehtiyatları dövlət ekspertizasından keçirilməlidir. Dövlət ekspertizası yatağın geoloji öyrənilməsinin bütün mərhələlərində aparıla bilər. Bu hallarda ekspertizaya təqdim olunan geoloji materiallar faydalı qazıntı ehtiyatlarının kəmiyyətini və keyfiyyətini, sənaye əhəmiyyətini, onların çıxarılmasının dağ-mədən-texniki, hidrogeoloji, ekoloji və digər şəraitini obyektiv qiymətləndirməyə imkan verməlidir.
Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan, yeraltı qurğuların tikintisi və istismarı üçün yararlı olan yer təki sahələri haqqında geoloji informasiya da dövlət ekspertizasından keçirilməlidir. Həmin sahələrdən istifadəyə yalnız geoloji informasiyanın dövlət ekspertizası aparıldıqdan və təsdiq edildikdən sonra icazə verilir. İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi

Kəşf edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları və eləcə də yataqların istismarı zamanı əlavə kəşf edilmiş faydalı qazıntıların ehtiyatları dövlət ekspertizası aparıldıqdan sonra təsdiq edilir. Faydalı qazıntı ehtiyatları təsdiq edilərkən kəşf edilmiş ehtiyatların sənaye əhəmiyyəti, səhihliyi, kəmiyyəti, keyfiyyəti, yerləşmə şəraiti, öyrənilmə dərəcəsi və istismara hazır olması müəyyənləşdirilir.
Kəşf olunmuş faydalı qazıntı ehtiyatlarının sənaye əhəmiyyəti barədə qərar fonların dövlət balansında qeydiyyata alınmasına və uçotunun aparılmasına əsas verir. Yer təkinin faydalı qazıntılar çıxarılması üçün istifadəyə verilməsinə yalnız onların ehtiyatları təsdiq edildikdən sonra icazə verilir.
Çıxarılmış faydalı qazıntılar, habelə çıxarılma prosesində sənaye əhəmiyyətini itirmiş, sonrakı geoloji öyrənilmə işləri və ya yataqların işlənilməsi zamanı təsdiq olunmamış faydalı qazıntı ehtiyatları müəyyən edilmiş qaydada, faydalı qazıntı ehtiyatlarının dövlət balansında müvafiq dəyişikliklər edilməklə, istismar işlərini aparan subyektin hesabından silinir. 

Faydalı qazıntı yataqlarının kəşfçiləri

Əvvəllər məlum olmayan sənaye əhəmiyyətli faydalı qazıntı yatağı, habelə məlum yataqda onun sənaye əhəmiyyətini xeyli artıran əlavə faydalı qazıntı ehtiyatları və ya yeni mineral-xammalın olması ehtimalını elmi əsaslandıran və aşkara çıxaran şəxslər kəşfçilər hesab edilirlər. Kəşfçilərin mükafatlandırılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Dövlət tənzimlənməsinin  vəzifələri

Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsinin əsas vəzifələri aşağıdakılardır:

- mineral-xammal bazasının yaradılması, ondan səmərəli istifadə və yer təkinin mühafizəsi;
- faydalı qazıntıların əsas növlərinin istehsal həcminin müəyyənləşdirilməsi; 
- mineral-xammal bazasının inkişafı və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi üçün istifadə edilən yer təki sahələrinin hazırlanması;
- Azərbaycan Respublikasının ərazisi, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsi daxilində yer təkinin geoloji öyrənilməsi;
- mineral-xammal ixracının müəyyənləşdirilməsi;
- yerin təkindən istifadə ilə əlaqədar ödənişlərin tətbiqi və əsas mineral-xammal növlərinin qiymətlərinin tənzimlənməsi;
- yer təkinin geoloji öyrənilməsi, istifadəsi və mühafizəsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması sahəsində standartların (normativlərin, qaydaların) müəyyənləşdirilməsi.
Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsi idarəetmə, xüsusi razılıq, uçot və nəzarət vasitəsi ilə həyata keçirilir.

Dövlət nəzarəti

Yerin təkindən səmərəli istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti istifadəçilər tərəfindən mövcud qanunvericiliyə, yer təkinin geoloji öyrənilməsi, istifadəsi və mühafizəsi sahəsində müəyyən edilmiş standartlara (normativlərə, qaydalara), dövlət uçotu və hesabatı qaydalarına riayət olunmasını təmin etmək məqsədi ilə həyata keçirilir. Yer təkinin geoloji öyrənilməsinə, səmərəli istifadəsinə və mühafizəsinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılmasına dövlət nəzarəti yer təki istifadəçiləri tərəfindən mövcud qanunvericiliyə, işlərin təhlükəsiz aparılmasına, onların əhaliyə, ətraf mühitə, bina və qurğulara zərərli təsirinin qarşısının alınması və aradan qaldırılması tələblərinə riayət olunmasını təmin etmək məqsədi ilə həyata keçirilir. Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması üzərində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Yerin təkindən istifadəyə görə ödəmə sistemi

Azərbaycan Respublikası ərazisində yerin təkindən istifadə, bu Qanunun 44-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ödənişlidir. Yerin təkindən istifadəyə görə yer təki istifadəçiləri aşağıdakıları ödəyirlər:

- xüsusi razılığın verilməsinə görə dövlət rüsumu (haqq);
- yerin təkindən istifadə haqqı;
- mədən vergisi;
- mineral-xammal bazasının bərpasına ayırmalar;
- dənizin dibi sahələrindən və akvatoriyasından istifadə haqqı.
Yerin təkindən istifadəçilər həmçinin qanunvericiliklə nəzərdə tutulan digər ödəniş və vergiləri ödəyirlər.

Yerin təkindən istifadəyə görə ödənişlər

Yerin təkindən istifadə haqqı faydalı qazıntıların axtarışı və kəşfiyyatı işlərinə görə ödənilir. Haqqın miqdarı, işlərin dəyərindən faizlə və onun ödənilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Faydalı qazıntılar çıxarılması üçün verilmiş dağ-mədən ayırmasının sərhədlərində istifadəçidən faydalı qazıntının kəşfiyyatına görə ödənişlər alınmır. Faydalı qazıntıların çıxarılmasına görə ödənişlər "Mədən vergisi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Faydalı qazıntılar çıxarılarkən normativdən artıq itkilərə görə ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda ödənilir.

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər, o cümlədən yeraltı qurğuların tikintisi və istismarı üçün yerin təkindən istifadəyə görə ödənişlər istifadəyə verilən yer təkinin hüdudlarının ölçülərindən, faydalığından və ondan istifadə zamanı ekoloji tarazlığın pozulma təhlükəsinin səviyyəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilir.

Dəniz akvatoriyasından  istifadə haqqı

Dəniz dibi sahələrindən və akvatoriyasından istifadə haqqı dəniz şəraitində faydalı qazıntıların axtarışı, kəşfiyyatı və çıxarılması ilə bağlı işlərə və dəniz dibinin təkindən digər məqsədlər üçün istifadəyə görə ödənilir. Haqqın ödənilməsi qaydası və miqdarı sahənin yerləşməsindən və konfiqurasiyasından, su qatının qalınlığından, dəniz dibinin təkindən istifadənin məqsədlərindən asılı olaraq qanunvericiliklə müəyyən edilir.

Yerin təkindən istifadəyə  görə ödənişin formaları

Yerin təkindən istifadəyə görə ödənişlər, onların növlərindən asılı olaraq aşağıdakı formalarda verilə bilər:

- pul ödənişləri;
- çıxarılan mineral-xammalın və ya istifadəçi tərəfindən istehsal olunan digər məhsulların bir hissəsi;
- xidmət göstərilməsi.
Ödənişlərin verilməsi forması normativ hüquqi aktlara uyğun olaraq yerin təkindən istifadə hüququ verən xüsusi razılıqla müəyyən edilir. Yerin təkindən istifadəyə görə ödənişlərin əvəzinə istifadəçidən kommersiya sirri sayılan məlumatların tələb edilməsinə yol verilmir.

Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar:

- yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa;
- yerin təkindən özbaşına istifadə edilərsə;
- yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa;
- yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə;
- geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa;
- faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa;
- yerin təkindən istifadə edilərkən bina və qurğularını, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə; 
- yeraltı suların müşahidə quyuları markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə;
- yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa;
- ləğv edilən və konservasiya olunan dağ-qazmaların və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə;
- yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə; 
- yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və xüsusi razılıq verən orqana məlumat verilməzsə.
Yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır.

Vurulmuş ziyanın ödənilməsi

Yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarının qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəçisinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir.

Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]