Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ovcumuzdakı nöqtə

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
8/10/2015 [00:39]
Baxılıb :
3459 dəfə

Son vaxtlar sosial şəbəkədə bir aksiya böyüməkdə və çoxlu tərəfdaş toplamaqdadır. İrlandiyadan olan bir qrup fəal "The Black dot", yəni qara nöqtə adlı layihəni işə salıb. Layihə artıq ümumdünya miqyası almaqdadır. Məqsəd ailədaxili zorakılığın qarşısını almaqdır. Həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadınlara ovcunun içində bir qara nöqtə çəkmək təklif olunur. Bu, bir növ SOS siqnalı kimi ətrafdakıları xəbərdar eləməlidir. 

Qadınların zorakılığa məruz qalması faktı heç kim üçün sirr deyil. Aksiyanın ümumdünya miqyası alması bildirir ki, dünyanın hər yerində elə bizdə olduğu kimi qadınlar zorakılığa qurban olur. Hər evdə məişət zəminində, xırda-para məsələlərdən mübahisələr doğur. Bəzən mübahisələrdə arqumentlər bitəndə yumruq və şillələr işə düşür. Məsələ təpik və sınıqlara çatanda, artıq işə polis və mühafizə orqanları qarışır. Amma xırda məsələlər üzrə miqyasına görə xırda sayıla biləcək zərbələr, təhqirlər alan qadınlar adətən susur. Ümumdünya səhiyyə təşkilatının statistik məlumatlarına arxayın olsaq, deməli dünyada hər 3 qadından biri öz əri tərəfindən döyülür.

Bütün dünyada olduğu kimi, bizdə də bu barədə susmaq qəbul olunub. Kimsə yoldaşının daha iri miqyaslı qəzəbindən, kimsə qonum-qonşudan, kimsə uşaqlarından, yaxud sadəcə biabır olmaqdan çəkinir. Bu barədə danışmağı da sevmirlər, xüsusilə də zorakılığın qurbanları mövzunu gündəmə gətirməkdən məmnun olmur. Qara nöqtə layihəsi şiddət qurbanlarını danışmağa məcbur etməkdən qurtarmaq məqsədilə ovcunun içinə qara bir nöqtə çəkməyi təklif edir. Bu nöqtə dostlar, qohumlar və etinasız olmayacaq cəmiyyətin üzvlərinə ünvanlanıb. Qurban sanki  susaraq ətrafından kömək umur. Ovcuna qara nöqtə çəkmiş qadının rəfiqəsi  ən azı onu mənəvi cəhətdən dəstəkləməlidir. Sivil cəmiyyət olaraq hər kəs ovcuna qara nöqtə çəkmiş qadınla rastlaşsa etinasız durmamalıdı. Çox vaxt qadının ərinin üzünə qayıtmağa, nəinki özünü müdafiə etməyə, hətta haqlı olduğunu deməyə cəsarəti çatmır. 

Bu hərəkatın artıq müsbət nəticələri də qeydə alınıb. Britaniyalı Jaklin Pavliçek ovcundakı qara nöqtə ilə çəkdirdiyi fotosunu sosial xidmət orqanlarına göndərib. Səhəri gün polis onun ərinin yanına gəlib  sorğu sual etdi. Məsələ məhkəməyə göndərilib və qərarda günahkar ailə başçısına cinayət, yoxsa administrativ iş açılacağı müəyyənləşəcək. Ailə zorakılığı göründüyündən daha miqyaslı problemdir. Qəbul edilmiş fikir var ki, zorakılıq yalnız problemli ailələrdə baş verir. Amma məlum statistika əksinəsini deyir. Bəzən bankirlər, hüquqşünaslar, həkimlər və hətta müəllimlər arasında da həyat yoldaşına əl qaldıranlar tapılır.  Qara nöqtə layihəsinin təşəbbüskarları düşünür ki, ailə zorakılığı barədə nə qədər çox məlumat yayılarsa bu, məsələnin müsbət tərəfə yönəlməsinə kömək edə bilər. Bir qədər passiv olmasıyla cəlb eləyən aksiya zorakıları cəzalandırmaqdansa, məsələni ictimailəşdirməklə, böyütmək və yaymaqla  məlumatlandırmaq işini görür.

Ailədə zorakılığa dözən qadınlarımız bir yana, heç kimə ovcuna qara nöqtə çəkməyi arzulamazdım. Çünki ailə zorakılığı miqyasca bütün ölkəni ağzına almış nəhəng zorakılıq aktlarının qarşısında çox cılız görünür. Bizi  pulumuzu alıb avtobusda da keyfiyyətsiz xidmətlə, metroda bashabas və havamızı kəsməklə zorlayırlar. Uşağımızı tərbiyələndirməli olan müəllimlər elə məktəbin qapısındaca başımıza qışqırır, sonra mənəvi cəhətdən uşağı şikəst eləməsini vecinə almadan "Evdə sinifdə olanları danışmayasan ha!" deyib hədələyir. Qəpik-quruşa işləyənlər bəyəm zorlanmır? Müdirin kefi istəyəndə işdən sonra qalmalı olan, istirahət günündə işə havayı çıxarılan işçilər də susur məncə. Gündə antihumanist bir qərar çıxaran məmurların zorakılığından dastanlar yazmaq olar. Şəhəri də özlərinə görə biçiblər, bizim həyatımızı da. Etiraz eləyəcəyiksə gərək hamı ovcunun ortasına bir qara nöqtə çəkib dünya düzəlməyincə onu ordan silməsin. 

Bayaq adını çəkdiyimiz britaniyalı qadın ovcundakı qara nöqtə sayəsində ailə problemlərini birtəhər həll elədi yəqin. Onun qapısını döyən tapıldı. Ovcundakı qara nöqtə bizim bütün problemlərimizi həll edəcək qüdrətdə olmaz. Bəlkə nöqtəni alnımıza çəkək və "Alnımıza nə yazılıb?" sualının dəqiq cavabını bilək.

P. S. Mövzuya dair bir lətifə var. Birisi hind ailələrinin uzunömürlüyünün sirri ilə maraqlanır. Deyirlər ki, Hindistanda həqiqətən də ailələr möhkəm olur. Çünki qadınlar toydan sonra alnına nöqtə çəkir, kişilərə isə tüfəng bağışlayırlar”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]