Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsilin inkişafına mane olan ikili fəaliyyət

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
8/10/2015 [00:33]
Baxılıb :
2212 dəfə
Və ya sabiq nazirin ideyası gerçəkləşəcəkmi?

Bəzən məni qınayırlar ki, bəs Misir Mərdanov artıq üç ildir ki, nazir postunu tərk edib, sən isə hələ də onu qınamaqda davam edirsən. Türk arkadaşlarımız demişkən, oturdum, düşündüm, taşındım, belə qərara gəldim ki, heç olmasa bir dəfə də olsa Misir Mərdanovla bağlı nə isə bir xoş söz deyim. Axı, necə olsa, bu şəxs təhsilimizə nə az-nə çox, 15 il rəhbərlik edib.

"...Uzun müddət ali məktəbdə çalışan şəxs kimi düşünürəm ki, kafedra müdiri və dekan vəzifəsi ali məktəbdə ən məsul vəzifələrdəndir. İndiki vəziyyətdə fakültə dekanı və kafedra müdiri fakültədə və kafedrada işlərin təşkili, tədris planı və proqramlarının, cədvəllərin tərtibi, müəllimlərin işə qəbulu, semestr və dövlət imtahanlarının təşkili və onlara nəzarətin həyata keçirilməsi, bütövlükdə təhsilin keyfiyyətinin idarə olunması məsələlərinə cavabdeh olan şəxslərdir və onlar yalnız 0,5 ştat hesabı ilə müvafiq kafedralarda müəllim kimi calışa bilərlər. Fikrimcə, universitetlərdən kənarda fəaliyyət göstərən millət vəkillərinin, nazirlərin və digər vəzifə sahiblərinin kafedra müdiri kimi fəaliyyət göstərməsi də, əslində, ali məktəbin inkişafına mane olmaqdan başqa bir şey deyildir. Hesab edirəm ki, belə hallar təxirə salınmadan aradan qaldırılmalı, həmin vəzifələr gənc və perspektivli kadrlara həvalə olunmalıdır".

Bu qiymətli ideyanı irəli sürərkən, deyəsən Misir müəllim özünün də BDU-da ali riyaziyyat kafedrasının müdiri olduğunu "unutmuşdu". Hər halda, ürəyə yağ kimi yayılan fikirlərə söz ola bilməz. Nə bilmək olar, bəlkə də Misir müəllim "qızıma deyirəm, gəlinim eşitsin" mövqeyindən universitetlərdə dekan, kafedra müdiri vəzifələrini tutan digər onlarla nazir müavinini, komitə sədrini, rektoru, Milli Məclis üzvlərini, administrasiya rəhbərlərini, dövlətdə və hökumətdə məsul vəzifə tutan digər rəhbər məmurları nəzərdə tutubmuş? 

Sözümün canı ondadır ki, deyəsən Misir müəllimin arzusumu deyək, tövsiyəsimi deyək, ittihamımı deyək, çin olmaq üzrədir. Yəni Milli Məclisə seçkilər ərəfəsində belə qərara alınıb ki, (əgər, fikir dəyişməsə) partiya tərəfindən namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər. Hələ ki, rektorluğu deputat mandatına dəyişənlər də var, rektorluğa üstünlük verənlər də, bundan formal imtina edənlər də, müstəqil şəkildə namizədliyini irəli sürənlər də, seçim qarşısında qalanlar da. Maraqlı cəhət nədir? Zənnimcə rektorların seçimlə bağlı məsələyə münasibəti:

"Mən 10 ildir millət vəkiliyəm. Əgər partiya yenidən namizədliyimi irəli sürməyi məsləhət bilsə, seçkidə iştirak edəcəyəm"; 

"Mən dövlətin verdiyi qanuna müvafiq olaraq hərəkət edəcəyəm. Bəziləri deyir ki, rektor deputat ola bilməz. Mən qanuna riayət edən insanam. Olmaz deyirlərsə, olmayacağam"; 

"Mənim mövqeyim Yeni Azərbaycan Partiyasının mövqeyidir. Partiya necə məsləhət bilsə, elə də edəcəyik";

"Partiya mənə nə desə, ona da əməl edəcəm - biz əsgərik";

"Mən heç vaxt o işimlə bu işimi fərqləndirməmişəm. Dövlət qarşısında hər bir vətəndaşın borcu kimi, hər ikisini öz borcum hesab etmişəm, hər ikisini planlı həyata keçirmişəm" və s. və i.a. 

Xüsusilə sonuncu mövqe mənə sanki, "Kitabi-Dədə Qorqud" eposundakı Bamsı Beyrəyin Alp Aruza verdiyi cavabı xatırlatdı: "And olsun o ulu ocağa ki, mən heç vaxt Qazana düşmən olmaram. Qazanın evini evim, ocağını ocağım bilmişəm, ağlayanda ağlamışam, güləndə gülmüşəm, mən Qazandan dönmərəm". 

Yarı zarafat, yarı gerçək olsa da, bəzi rektorlarımızın bu kimi seçkiqabağı səsləndirdikləri fikirləri eşidəndə qürur hissi keçirməkdən az qala adamın gözləri yaşarsın. Göründüyü kimi ikili fəaliyyətə son qoyulması haqqında göstəriş heç də rektorların ürəyincə deyil.

Vəzifə ilə yanaşı, deputatlıq fəaliyyəti göstərilməsinin qanunvericiliyə zidd olub-olmaması, rektorun deputat seçilə bilib-bilməməsi, partiyanın namizədliyi irəli sürməsini məsləhət görüb-görməməsi, bir əldə iki qarpız tutmağın mümkün olub-olmaması, Yaradanın hər birimizə öz yerini müəyyənləşdirməsi barədə əski dini deyimə məhəl qoyub-qoymamağımız da bir yana, bəs məntiqə nə deyəsən...? Qəbul imtahanları testlərinə sualların az qala yarısını məntiqdən salırıq. Özümüz isə məntiqi nəticə çıxarmaqda çətinlik çəkirik və ya özümüzü o yerə qoymuruq. Yəni millət vəkilliyindən savayı, daha bir, hətta iki və daha çox yerlərdə çalışmağın praktiki cəhətdən mümkünsüzlüyünü anlamaq bu qədərmi çətindir? Hələ əlavə kommersiya fəaliyyəti də qalsın bir yana.

Məntiqdən söz düşmüşkən, BDU-nun rektoru Abel Məhərrəmovun açıqlamasından bu mənada obyektiv mövqeyin işartılarını əxz etmək olardı, axırıncı cümlə olmasaydı: "Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır. Biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm, bu il keçiriləcək parlament seçkilərində YAP-ın deputatlığa namizədi olmayacam. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım". Çox təəssüf ki, bu məntiq gözlənildiyi kimi məhz rektora deyil, partiyaya məxsusdur. 

İstəsək də, istəməsək də, bir həqiqətlə hesablaşmalıyıq ki, bu gün ali təhsil ocaqlarında baş verən neqativliklərin bir və həm də ən başlıca səbəbi, rektorların bir neçə vəzifə daşıması ilə bağlı, əsas vəzifələrinin icrasına vaxt tapa bilməmələri, lazımi diqqət yetirə bilmək imkanlarının olmaması ilə əlaqədardır. Həm millət vəkili, həm kafedra müdiri, həm... olan rektordan 15-20 min tələbəsi, mindən artıq müəllimi, onlarla fakültəsi, kafedrası, mərkəzlərı, muzeyləri, daha nələri olan universitetə rəhbərlik və nəzarət funksiyasını həyata keçirə biləcəyini gözləmək özü belə heç bir məntiqə sığmır.

Haşiyə: 80-ci ilin sonlarında, gəncliyimin oğlan çağında elmi fəaliyyətdən administrativ işə keçmişdim, daha doğrusu keçirilmişdim. Bakı şəhərinin təhsil şöbələrindən birinə rəhbərlik etmək mənə həvalə olunmuşdu. Ağır və üzücü elmi araşdırmalardan qurtulmaq sevincim uzun çəkmədi. Halbuki, elmi işim də hazır idi, avtoreferatım da çıxmışdı, opponentlərim də müəyyənləşmişdi. Müxtəlif tədbirlər, rəsmi görüşlər, qəbullar, yuxarı təşkilatlar tərəfindən çağırışlar, ərizə və sikayətlər daha nələr, nələr... Bütün bunları iş rejiminə sığışdıra bilmirdim. Sadəcə olaraq mənəvi və fiziki imkanlarım buna yol vermirdi. Məcburiyyətdən evə gecəyarısı getməli olurdum. Şənbə, bazar və bayram günlərində işə çıxıb, ərizə və şikayətləri nəzərdən keçirib onlara cavab hazırlayırdım. O zamanlar ərizə və şikayətlərin icrası vəziyyətinə ciddi yanaşılırdı, gecikdirmə hallarına qarşı ən sərt ölçü götürülürdü. İşimlə bağlı vaxt tapa bilməməyim imkansızlığı məni Moskva şəhərinə gedib hazır elmi-tədqiqat işimi müdafiə etmək  arzusundan məhrum etdi.

İndi, "maşallah olsun", bir çox məmurlarımız eyni zamanda bir neçə vəzifə də tuturlar, elmi fəaliyyətlə məşğul olub, doktorluq titulları da alırlar, deputatlığa namizədliklərini verib millət vəkili statusunu da qazanırlar, kommersiya və biznes fəaliyyətinə də baş vururlar, adam kimi istirahət etməyə də vaxt tapırlar. Misir müəllimin sözü olmasın, bu vəzifələrdən birini gənc və perspektivli kadrlara həvalə etmək barədə düşünən yoxdur. Rektorlar seçim qarşısında qaldığı ərəfədə artıq prorektorlar da deputat olmaq iddiasına düşüblər. Belə çıxır ki,  "Kiminə kökə, kiminə zopa" nəsib olmalıdır, kimsə bir neçə vəzifəni tutmalıdır, kimsə işsiz qalıb, taleyin hökmü ilə hesablaşmalıdır.
Rektor, kafedra müdiri, deputat - bir əldə üç qarpız tutmaq reallığı. Əgər vəziyyət bundan sonra da belə davam etməli olsa, deyəsən "bir əldə iki qarpız tutmaq olmaz" el məsəlində müəyyən korrektivlər aparmaq zərurəti yaranacaq.

Vəziyyəti çox da dramatik məcraya yönəltmək istəməzdim. Bununla belə tarix və təcrübəyə istinad etmək də problemin həllində müəyyən impuls rolunu oynaya bilər. İkinci dünya müharibəsinin sonlarında Hitlerə qarşı gizli sui-qəsd hazırlamağı nəzərdə tutan "Valkiriya" planının təşəbbüsçülərindən və təşkilatçılarından olan polkovnik Ştaufenberq tarixə yazılacaq bir fikir irəli sürmüşdü: "Ya Almaniyaya xidmət etməliyik, ya da Fürerə. Hər ikisinə yox" Müqayisəmin nə dərəcədə uğurlu alınıb-alınmadığını bilmirəm, onu bilirəm ki, ya millət vəkili olub, seçicilərimizin qayğıları ilə maraqlanmalı, ya da rektor olub, təhsilimizin problemləri ilə məşğul olub, millətə hansısa bir fayda verməliyik.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]