Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İslam bankçılığı fəlakətdən qurtara bilərmi? - Böhran

İslam bankçılığı fəlakətdən qurtara bilərmi? - Böhran
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
6/7/2012 [12:45]
Baxılıb :
1213 dəfə
Azərbaycanın ikinci böhran dalğasından sığortalanması üçün yeni sistemə ehtiyac var
Ekspert: “Ölkəmizdəki mövcud qanunvericilik islam bankçılığı ilə məşğul olmağa imkan vermir”

Azərbaycanda mövcud olan bankların bahalı kredit siyasəti barədə dəfələrlə məlumat vermişik. Hazırda ölkəmiz bank faizlərinə görə MDB-də ən bahalı ölkə hesab olunur. Bu gün kommersiya bankları müştərilərinə 18 faizdən aşağı kredit təklif etmir.

Amma qlobal maliyyə böhranı zamanı problemli kreditlərin həcmi yüksəldikcə, islam bankçılığına (faizsiz kredit) meyllilik yarandı. Bir sıra Avropa dövlətləri öz əhalilərinin müsəlman kəsimlərinə faizsiz kreditlər təklif etməklə, varlı müsəlmanları kapital yatırmağa cəlb etdilər. Məhz bu ərəfədə Azərbaycanda da bir sıra banklar faizsiz kredit təcrübəsindən istifadə edəcəklərini bəyan etdilər. Lakin hələ ki, bu praktika ölkədə geniş yayılmayıb.

Dünyanın əksər maliyyəçiləri isə bank sektorunun böhrandan sığortalanması üçün faizsiz kreditləşmənin genişlənməsini ən əlverişli variant hesab edirlər. Məsələn, faizsiz bankçılıq konsepsiyası Malayziyada çox sürətlə və geniş yayılıb. Demək olar ki, Malayziya dünyada faizsiz bankçılığın iqtisadi inkişafa təsir göstərdiyi ən qabaqcıl ölkədir. 

Böhranın ikinci dalğasından sığortalanmaq üçün Azərbaycanın kommersiya təşkiltlarının islam bankçılığından yararlanması faydalı ola bilərmi? İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin eksperti Samir Əliyevin sözlərinə görə, Azərbaycanda bir sıra banklarda faizsiz kredit verilir. Lakin islam bankçılığı həmin maliyyə təşkilatlarında kiçik şöbələr formasındadır: «Bu gün Azərbaycanda xüsusi ixtisaslaşmış islam bankçılığını özündə ehtiva edən maliyyə qurumu yoxdur. Ancaq müəyyən banklar bununla bağlı müəyyən şöbələr açıb. Bunlara Azərbaycan Beynəlxalq Bankı, «Nikoil Bank», «Azəriqazbank» və hazırda bağlanmış «Gövsər» Bankı da aid etmək olar. Ölkədə bu təcrübə daha çox pəncərə tipli fəaliyyət göstərir. Amma tam inkişaf etdiyini söyləmək olmaz. Bunun isə obyektiv və subyektiv səbəbləri var».

S.Əliyev səbəblərdən biri kimi qanunvercilik bazasını göstərir. Onun sözlərinə görə, mövcud qanunvericilik islam bankçılığı ilə məşğul olmağa imkan vermir: «Digər səbəb isə ölkənin iqtisadi vəziyyətinin buna imkan verməməsidir. Azərbaycanın bütün iqtisadi sahələrində böyük həcmdə qeyri-rəsmi ödənişlər mövcuddur. İslam bankçılığında isə qeyri-rəsmi ödənişlər həyata keçirmək mümkün deyil. Bundan başqa islam bankçılığı inkişaf edərsə, kredit faizləri aşağı düşəcək. Bu da Azərbaycan şəraitində bankirlərə sərfəli deyil». 

İqtisadçının sözlərinə görə, islam bankçılığının əhəmiyyəti xüsusən, 2008-ci ilin sonlarında, qlobal böhran dövründə ortaya çıxdı: «Qlobal böhran göstərdi ki, islam bankçılığı dünya bankları arasında ən az zərər çəkən maliyyə qurumu oldu. İslam banklarının 90 faizindən çoxu zərər görmədi. Amma ənənəvi banklarda böyük zərərlər oldu. Bu səbəbdən də getdikcə islam bankçılığı inkişaf edir. Onların aktivləri hər il orta hesabla 10-15 faiz artır və artıq 1 trilyon dollara çatıb. İslam maliyyə institutlarının orta gəlirliliyi 10-20 faiz civarında dəyişir».

Ekspertə görə, islam bankçılığı daha çox real sektora - tikinti, istehsal və sair sahələrə yönəlib, ənənəvi bankçılıqda isə daha çox maliyyə əməliyyatlarına üstünlük verilir: «Bura qiymətli kağızlar, valyutaların aşağı düşüb-qalxması və sair daxildir. İslam bankçılığında belədir ki, bank kredit verdiyi şəxslə bərabər maliyyələşdiriləcək istehsalat sahəsini seçir. Əldə olunan gəlir qoyulan paya uyğun, yəni proporsional şəkildə bölüşdürülür. Yəni bank sahibkarın şəriki qismində çıxış edir».

S.Əliyev qeyd etdi ki, islam bankçılığının əsas qazancı fərqlidir: «Belə ki, ənənəvi kreditlərdə faizdən gəlir götürülür. Amma islam bankçılığında maliyyə qurumu tutuaq ki, bir evi alıb, onu müştəriyə baha qiymətə satır. Bir növ faizi üzərinə bu şəkildə gəlirlər».

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]