Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ədəbiyyat dərsliklərindəki nöqsanlar haqqında

Ədəbiyyat dərsliklərindəki nöqsanlar haqqında
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
7/10/2015 [00:24]
Baxılıb :
1637 dəfə

Orta məktəb şagirdlərinin hazırlıq səviyyəsi nə üçün aşağıdır? Mütəxəssislər bu sualla bağlı çoxsaylı məsələlərdən bəhs edirlər. Mən bu yazıda onlardan yalnız biri üzərində - dərsliklər üzərində dayanmaq istərdim. Bu fikirdəyəm ki, şagirdlərin dərin bilik və savada yiyələnməsində dərsliklərin rolu mühümdür. Çünki məşhur bir kəlamda deyildiyi kimi, "kitab bilik mənbəyidir". Mən burada "kitab" sözünü konkret olaraq "dərslik" mənasında işlədirəm. Əgər bilik mənbəyi olan dərsliklərdən şagirdlər bu gün bəhrələnə bilmirlərsə, deməli, yuxardakı hikmətli kəlam öz əhəmiyyətini itirmiş olur.  

Məlumat üçün bildirim ki, mən 2011-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Bu illər ərzində bir sıra məqalələrim və "Səməd Vurğunun müdrik kəlamları" kitabım çap olunub. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistram. Eyni zamanda ali məktəblər üçün şagird hazırlamaqla da məşğul oluram.  

Birbaşa mətləbə keçərək bildirim ki, Azərbaycan dili və ədəbiyyat dərsliklərindəki nöqsanlar və çatışmamazlıqlar məni həmişə narahat edir. Son dövrlərdə buraxılan ədəbiyyat dərsliklərində və müntəxəbatlarda qüsurlar, səhvlər daha çoxdur. Konkret olaraq X və XI siniflər üçün nəşr edilən ədəbiyyat dərsliklərini və müntəxəbatlarını, həmçinin ədəbiyyat nəzəriyyəsini göstərmək olar. Adlarını çəkdiyim kitablardakı qüsur və çatışmamazlıqları bir neçə qrupa bölmək olar: dil-üslub qüsurları, məzmunla bağlı səhvlər, elmi səhvlər, metodiki səhvlər, orfoqrafik səhvlər və s. 
Məni və şagirdləri ən çox narazı salan cəhət həmin dərsliklərin çox qəliz, ağır, çətin anlaşılan dildə yazılmasıdır. Məlumdur ki, dərsliklər elmi-kütləvi, elmi-publisistik üslubda yazılmalıdır. Yəni elmi biliklər, fikir və mülahizələr məhz aydın, anlaşıqlı və təsirli dillə ifadə olunmalıdır. Lakin təəssüf ki, ədəbiyyat dərslikləri elmi-kütləvi dildə deyil, demək olar ki, elmi dildə yazılmışdır, onların üslubunda akademizim güclüdür. Bəzi nümunələri nəzərdən keçirək.

"Nizaminin "Leyli və Məcnun" əsərinin yazıldığı həzəc bəhrində, məsnəvi şəklində qələmə alınmış, ancaq eyni zamanda içərisində başqa janrdan - qəzəldən də istifadə edilmiş "Dastani-Əhməd Hərami" poemasında insan xarakterinin ən arzuedilməz xüsusiyyətlərindən biri olan kin-küdurət tənqid edilir, bunun yalnız kin sahibinin özünə ziyan gətirəcəyi faktı bədii şəkildə təsbit edilir". (Ədəbiyyat, X sinif üçün dərslik, səh. 58. "Çaşoğlu" nəşriyyatı, 2009-cu il.)  

Yəqin ki, siz bu cümlənin uzunluğuna fikir verirsiniz! Bir cümlədə 5 feli sifət tərkibi, 1 əlavə, üstəlik nə qədər ismi birləşmə var. Cümlədəki məlumatları yadda saxlamaq üçün şagird onu bir neçə dəfə oxumalıdır. Yalnız bir neçə dəfə oxuduqdan sonra o, başa düşür ki, bu bir cümlədə "Dastani-Əhməd  Hərami" haqqında 6 bilgi - məlumat var. Mən cümlənin çoxmərtəbəli, mürəkkəb konstruksiyalı olmasını bir kənara qoyub soruşuram: "Nizaminin "Leyli və Məcnun"  poemasının həzəc bəhrində yazılmasının burada mətləbə nə dəxli var? Məgər bu məlumat cümləni daha da ağırlaşdırmırmı? Məncə, həmin cümlə - abzas belə yazılmalıdır: "Dastani-Əhməd Hərami" poeması əruz vəzninin həzəc bəhrindədir, məsnəvi şəklindədir. Lakin poemanın içərisinə ilk dəfə olaraq bir qəzəl də daxil edilmişdir. Əsərin ideyası kin-küdurəti tənqid etməkdir. Belə ki, poemadan aydın olur ki, kin-küdurət yalnız insanın özünə ziyan gətirər.   

Təcrübədən bilirəm ki, şagirdlər bu sadələşdirilmiş cümləni daha asan və tez mənimsəyirlər. Onu da deyim ki, bu dərsliyin müəlliflərinin hər birinə dərin hörmətim vardır. Onlar Respublikamızın görkəmli alimləridir. Lakin alimlik başqa, müəllimlik başqa məsələdir. Təbiidir ki, 15-16 yaşlı uşaqların mənimsəmə səviyyəsini, qavrama qabiliyyətini, maraq dairəsini onlarla hər gün təmasda olan orta məktəb müəllimləri daha yaxşı bilir. Mən də məhz bu baxımdan dərsliklərdəki tədris prosesində müşahidə etdiyim qüsur və uyğunsuzluqları qeyd edirəm.

Başqa bir misal: "Alı kişinin gözlərini çıxartdıran Həsən xan, Dəmirçioğlunun dərisini soyduran Cəfər paşa, durna teli üçün Bağdada gedən dəliləri həbs edən Aslan paşa, Dünya xanımı almaq üçün Koroğlunu tutub Camal paşanın hüzuruna gətirmək istəyən Bolu bəy, Qıratı oğurlatmaq məqsədilə Keçəl Həmzəni Çənlibelə gətirən Mahmud paşa və b. əllərindəki səlahiyyətlərindən istifadə edərək haqqı nahaqqa qurban verən, arzu-istəklərinə mərd-mərdanə deyil, hiylə ilə çatmağa çalışan və bu zaman namus qeyrətdən belə keçənlərdir" ("Ədəbiyyat" X sinif üçün. Səh. 107).

Bu cümlədə 6-7 feli sifət tərkibi var. Cümlənin uzunluğundan həmişə uşaqlar şikayətlənirlər. Uzunluğu bir yana, burdakı məlumatları bir-birindən ayırd etmək üçün şagirdlər xeyli əziyyət çəkməlidirlər. Şübhəsiz, hər uşağın da bu cür əziyyətə qatlaşmağa səbri çatmır və beləliklə, mətni səthi oxuyub keçir. Nəticədə yadında çox az şey qalır. Mən hələ onu demirəm ki, "Dəmirçioğlunun dərisini soyduran" ifadəsi düzgün deyil, çünki dərisi soyulan adam Nəsimi kimi ölər. Dəmirçioğlu isə ölmür. Əslində cümlə belə olmalıdır: "Dəmirçioğlunun dərisini soydurmaq istəyən və yaxud soydurmağa başlayan"

Başqa misal: "İsgəndər - orta çağların arasıkəsilməz müharibələrindən, günahsız insanların qətl və qarətindən, zalım şahların ədalətsizliyindən, dərəbəyliyin özbaşınalığından bezib təngə gəlmiş, usanmış bir mütəfəkkirin, dahi bir şairin etirazı, bədii sözün gücü ilə göstərdiyi maneədir." (Yenə orda, səh. 54). Bu cümlənin mübtədası "İsgəndər", xəbəri isə "maneədir". "İsgəndər şairin etirazı, bədii sözün gücü ilə göstərdiyi maneədir" fikri uşaqlar üçün heç də asan mənimsənilmir. Bu cümlə ədəbi-elmi savadı olan hazırlıqlı oxucular üçündür, nəinki elmə yeni qədəm qoyan şagirdlər üçün. Biz hələ cümlədəki yorucu sadalamaları demirik.

Hüseyn Cavidin "Şeyda" pyesində Şeyda sürətinin təhlili zamanı qəflətən aşağıdakı uzun bir cümlə gəlir: "Başına min-bir müsibətlər gətirilən, qardaşı vərəm xəstəliyindən ölən, ağır iş şəraitində qolunun birini də itirən, əslində meydanda tək qalan Qara Musanın intiqam hissləri də cəmiyyəti irəli apara bilmir". (Ədəbiyyat XI sinif üçün dərslik, Bakı-Çaşoğlu nəşriyyatı, 2010. səh. 61.). Bu cümlədə əvvəlki cümlələr Şeydaya aiddir. Ona görə də bu cümlənin axırında gözlənilmədən Qara Musanın adının çəkilməsi şagirdləri çaşdırır. Çünki onlar daxilən buna hazır deyillər və beləliklə, Şeydadan Qara Musaya keçilməsini gec başa düşürlər. Təbiidir ki, həmin cümlə abzasdan olmalı idi. Həm də bu cümlədə 4 feli sifət tərkibinin olması və fikrin "çox savadlı" ifadəsi uşaqlar üçün qətiyyən məqbul deyildir.

Bu cür çoxtərkibli, mürəkkəb konstruksiyalı uzun-uzun cümlələr hər iki dərslikdə olduqca çoxdur. Lakin dərsliklərin dil-üslub qüsuru təkcə bununla məhdudlaşmır. Çox uzun olmayan cümlələr də çox faktlar və məlumatlara, elmi terminalogiya ilə elə yüklənir ki, uşaqlar onları asanlıqla qavraya bilmirlər. Məsələn: "Əsər Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı "Mehir və Müştəri" poemasında Nizaminin "Xosrov və Şirin" və "Leyli və Məcnun" poemasında dahiyanə təsvir və tərənnümünü tapmış saf və ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasında nəzər salınır" (Ədəbiyyat, X sinif, səh. 59). Bu cümlənin uşaqlar üçün elmi ağırlığı və qəlizliyi göz qabağındadır. Məncə, bu mətn belə olmalıdır: "Əssar Təbrizinin (1325-1390) fars dilində yazılmış "Mehir və Müştəri" poemasının mövzusu dostluqdur. Əsərdə iki gəncin - Mehir və Müştərinin sədaqətli dostluğundan bəhs olunur. Poemada N.Gəncəvinin "Xosrov və Şirin" və "Leyli və Məcnun" poemasının təsiri var. Həmin cümlədəki "prizmasından nəzər salınır" ifadəsi ali məktəb tələbələri üçün daha münasib olardı. 

Başqa misal: "Hələ 1903-cü ildən "Şərqi-rus" qəzetində ara-sıra məqalələrlə çıxış edən Cavidin İstanbulda tələbə ikən "İrşad" qəzetində, "Növhə", "Füyuzat" dərgisində isə "Bir ahi-məzlumanə" adlı şeirləri çap olunub" (Ədəbiyyat, X sinif üçün dərslik, Bakı, 2010, səh. 53). Bu bir cümlədə şagirdin yadda saxlaması üçün 9 fakt və məlumat var. Onların altından xətt çəkmişik. Faktların bir qismi "Cavid sözündən əvvəl, bir qismi isə sonra gəlib. Şagird bu faktları bir-bir öyrənmək üçün neçə dəfə təkrar-təkrar oxumalıdır! Bu cümlədən sonra gələn mətndə H.Cavidin həyatına dair faktlar, rəqəmlər, məlumatlar həddindən artıq sıxlıq və çoxluq təşkil edir. Sanki kitab ali məktəbin filologiya fakültəsinin tələbəsi üçün yazılıb.

Başqa bir nümunə: ""Uyuyur" şeirinin birinci bəndi bahar nəsiminə, sonrakı bəndlərdən hər biri ötüşən quşlar, çiçəklərə, mələyə həsr olunmuşdur. Bahar nəsiminə müraciətlə yazılan monoloqda sevgili məşuqə, çiçəklərə poetik münasibətdən yoğrulan monoloqda dünyanı dərk etmək yolundakı şübhələr, günəşə xitabən deyilən monoloqda buludlu dünyadakı qüvvətli işıq, səadət xəyalı tərənnüm olunmuşdur. Sonuncu monoloqda isə lirik qəhrəmanı məşğul edən bütün məsələlər onun qayeyi-amalından doğan xəyallar kimi mənalandırılır (Ədəbiyyat, XI sinif, səh. 57). "Uyuyur" şeirinin bu cür dərindən, incə-incə və yüksək pafoslu təhlili orta məktəb şagirdləri üçün münasib deyil və heç lazım da deyil! Həm də "Uyuyur" şeirini mən oxumuşam, orada fəlsəfə axtarmaq yersizdir. Həmin şeir sadəcə olaraq, gözəl lirik şeirdir. 

Orta məktəb üçün dərslik yazanda mütləq şagirdin yaşı və səviyyəsi nəzərə alınmalıdr. Kitab müəlliflərinin gözünün qarşısında daim Əhməd və Fatmalar, Anar və Ayşənlər dayanmalıdır. Hər bir sözə, hər bir terminə, ifadəyə, cümləyə fikir vermək lazımdır. Halbuki, hər iki ədəbiyyat dərsliklərindəki mətnlərin əksəriyyətinin sadələşdirilməyə və ixtisarlara ehtiyacı vardır. Məsələn, "Səyavuş" əsərinin təhlilindəki cümləyə baxaq: "Lakin Cavid böyük Firdovsini təkrar etməmiş, İran-Turan qarşıdurmasının təsvirindən yaranmış "Şahnamə"dən fərqli olaraq insanların, münasibətlərin yaxınlaşdırılması yollarındakı maneələrin aradan qaldırılmasından söz açmışdır" (Yenə orada, səh. 63). Məncə, bu cümlədəki "Firdovsini təkrar etməmiş" ifadəsi artıqdır. Çünki cümlənin ortasında "Şahnamədən fərqli olaraq" deyilir, cümlənin ikinci hissəsində isə fikir konkret deyil, dolayı və təmtəraqlı şəkildə ifadə edilmiş və bir növ ibarəpərdazlığa yol verilmişdir. Məncə, həmin cümlə belə olmalıdır: "Lakin Cavid "Şəhnamə"dən fərqli olaraq, İran-Turan qarşıdurmasından deyil, insanların, xalqların yaxınlaşması məsələsindən bəhs etmişdir". Vəssalam.  

Başqa bir nümunə: "M.Ə.Sabirin dövrümüzə qədər gəlib çatmış qəzəllərində özünəqədərki klassik poeziyanın və müəllimi S.Ə.Şirvaninin təsiri hiss olunur" (Səh. 32). Məncə, bu cümlədəki "dövrümüzə qədər gəlib çatmış" ifadəsi artıqdır, "özünəqədərki" sözü isə yersizdir. Məgər "özündən sonrakı klassik poeziya" da olur? Həmin ifadələr işlədilməsə, cümlə daha sadə və məntiqli olar. Yəni belə: "M.Ə.Sabirin qəzəllərində klassik poeziyanın və müəllimi S.Ə.Şirvaninin təsiri hiss olunur".
Hər iki dərslikdə (X və XI sinif) yersiz olaraq işlədilən "epistolyar", "yapma", "poetik bütövlük", "sosial doktrina", "maksimalizm", "saxta monimentalizm", "tarixi tendensiya", "antifeminist" və s., və i. a kimi çoxlu termin və ifadələr kitabın mürəkkəb elmi cümlələrinə qarışaraq onların mətnini qəlizləşdirir.

Bütün dediklərimiz yəqin ki, ədəbiyyat dərsliklərinin (X və XI) dil-üslubunun hansı vəziyyətdə və səviyyədə olduğunu göstərir. Təsadüfi deyil ki, hətta yaxşı oxuyan şagirdlər də çox vaxt deyirlər ki, "ay müəllim, vallah bu kitabı oxuyuruq, amma başa düşmürük". Və yenə də təsadüfi deyil ki, bu gün qəbul imtahanlarında ən zəif göstəricilər məhz ədəbiyyat fənnindən əldə olunur. Bu isə belə bir həqiqəti təsdiq edir: "Elm öyrənməkdə əsas problem onun xüsusiyyətlərinin və qanunlarının bəzən çətin həzm olunmasında, başa düşülməməsindədir".     

Ədəbiyyat dərsliklərindəki ikinci mühüm qüsur bədii əsərlərin təhlili forması və metodu ilə bağlıdır. Məlumdur ki, ədəbiyyat fənninin tədrisinin əsas vəzifələrindən biri budur ki, şagirdlər bəzi əsərlərin məzmununu bilsinlər, onların mövzu və ideyasını öyrənsinlər, əsərləri təhlil etməyi bacarsınlar.  Dərsliklərdə təhlillər bu prinsiplərlə aparılmadığından ayrı-ayrı əsərlərin mövzusu, ideyası, qısa məzmunu, ədəbiyyatımızdakı rolu, tərbiyəvi əhəmiyyəti, hətta əsas surətləri şagirdlər üçün qaranlıq qalır. Məsələn, XI sinifdə İ.Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinin təhlilinə diqqət yetirək: ""Sən həmişə mənimləsən" (1964) pyesini yazıçı 10 illik fasilədən sonra teatra təqdim etdi. Əsərin tamaşası qeyri-adi bir müvəffəqiyyət qazandı və dramaturgiyamızda yeni bir üslubi istiqamətin başlanğıcı kimi qəbul edildi. Bu lirik-psixoloji dramaturgiya üslubu idi. Bu üslub teatr üçün də təzə oldu və orada saxta monimentalizm ənənələrinin öz yerini müasir və sadə bir üsluba verilməsinə imkan yaratdı".

"Sən həmişə mənimləsən Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətli bir tarixi tendensiyanı ifadə edirdi. Bu tendensiya isə ədəbiyyatın partiya ideologiyası ilə qoyulmuş şablonlardan yaxa qurtarması, təmizlənməsi meyli idi. İ.Əfəndiyev bu meyli bütün müasirlərindən cəsarətlə və daha böyük istedadla ifadə etmişdi. "Sən həmişə mənimləsən" 1960-cı illər ədəbiyyatında "xüsusi mərhələ açan" bir əsər oldu və ədəbiyyatdakı axtarışlara və ədibin öz dramatik yaradıcılığına da təkan verdi" (Ədəbiyyat, XI sinif, səh. 149).

Bu uzun təhlil-tərifi  oxuduqdan sonra şagirdlərdən soruşuram: - "Sən həmişə mənimləsən" pyesinin mövzusu nədir? Bilmirlər. - İdeyası nədir? Bilmirlər. - Qısa məzmunu necədir? Bilmirlər. - Əsas surətlər kimlərdir? Bilmirlər. Niyə? Çünki bu boyda təhlildə həmin suala cavab yoxdur. Təhlildə yalnız sırf elmi-nəzəri cümlələr işlənmişdir ki, onları da oxuyanda orta səviyyəli uşaqların, necə deyərlər, başı taqqıldayır. Bu təhlil sanki elmi ictimaiyyət üçün yazılıb.

Dərsliklərdəki bütün əsərlər haqqında təhlillər, demək olar ki, məhz bu şəkildədir. Əsərlər mənim yuxarıda göstərdiyim sistem üzrə təhlil-təqdim olunmadığından onların mühüm cəhətləri uşaqlar üçün naməlum qalır. Bu isə çox pis haldır. Çünki orta məktəbi bitirən hər bir gənc məşhur ədəbi əsərlər haqqında konkret məlumata malik olmalıdır. Təsəvvür edin ki, S.Vurğunun "Muğan" poeması haqqında televiziyada veriliş gedir. Verilişdə poemanın qəhrəmanları: Sarvandan, Manyandan və Mingəçevir su-elektrik stansiyasının tikintisindən bəhs olunur. Bu barədə evdə valideynlər XI sinifdə oxuyan uşağından bir şey soruşanda uşaq cavab verə bilmir. Deyir ki, dərslikdə yoxdur. Və yaxud tutaq ki, hardasa H.Cavidin məşhur "Şeyx Sənan" pyesi haqqında söhbət gedir. Kimsə üzünü XI sinfi təzə bitirən bir gəncə tutub soruşur: - Ə, sən bilərsən, məktəbi təzə qurtarmısan, Şeyx Sənaninin axırı necə oldu? Həmin gənc cavab verə bilmir, çünki əsərin sonluğu (yəni qısa məzmunu) dərslikdə yoxdur. Bunun əvəzində çox qəliz elmi təhlil var. 

Mən bir müəllim kimi, məşhur bədii əsərlərin qısa məzmununu şagirdlərə danışıram. Yalnız bundan sonra onlar əsərdən təsirlənir və onu sevirlər. Mən "sevirlər" sözünü təsadüfən işlətmirəm. Hər bir dərslik ədəbiyyatı şagirdlərə öyrətməklə yanaşı, həm də sevdirməlidir. Təəssüf ki, indiki dərsliklər ədəbiyyatı nəinki öyrədə bilmir, həmçinin onları sevdirə də bilmir. 

Başqa bir nümunə: Bəxtiyar Vahabzadənin yaradıcılığının bədii dil xüsusiyyətləri bölməsində az qala 1 səhifəyə yaxın mətn var. Lakin həmin mətn ümumi elmi-nəzəri fikirlərdən ibarətdir. Onların heç biri uşağın yadında qalmır. Ümumiyyətlə, şairin bədii dil xüsusiyyətlərindən danışdıqda onun işlətdiyi bədii təsvir və ifadə vasitələrindən bəhs etmək lazımdır. Şairin şeirlərindəki gözəl təşbehlərdən, istiarə, bədii sual, təzad və s. misal gətirmək lazımdır. Lakin həmin bölmədə B.Vahabzadənin 1 dənə də olsun bədii təsvir və ifadə vasitələrindən nümunə yoxdur. Bunun əvəzində B.Vahabzadənin bədii dil xüsusiyyətləri elmi-nəzəri cümlələrlə elə hey təriflənir. Bu tərif - mətn oxunub başa çatdıqdan sonra şagirdlərdə süstlük, yorğunluq və maraqsızlıq görürəm. Bunu aradan qaldırmaq üçün B.Vahabzadənin məşhur misralarından bir neçəsini söyləyirəm. 
Məsələn: "Bircə ondan razıyam ki, özümdən narazıyam". Bu kimi misralar dərhal sinifdə canlanma əmələ gətirir. Uşaqlar deyirlər: - Bay, ay müəllim, nə gözəl sözlərdir. Həmin misrada təzaddan ("razı və narazı") məharətlə istifadə edilməsi uşaqlara təsir göstərir, onların beyninə və qəlbinə dərhal nüfuz edir. Dərsliklərdə şeir parçaları verilərkən çox vaxt onların adları göstərilmir ki, şagirdlər onları bilsinlər. Məsələn: M.Ə.Sabirin, M.Şəhriyarın, B.Vahabzadənin yaradıcılığında belə misallar çoxdur. Məncə, şeirlərin adları nəinki verilməlidir, həm də xüsusi hərflərlə (qara) verilməlidir ki, gələcəkdə uşaqlar filan şeirin adını bilməyəndə xəcalət çəkməsinlər. 

Bir daha deyirəm ki, əsərlər təhlil-təqdim olunarkən bu ardıcıllıq - sistem gözlənilməlidir: 1. əsərin mövzusu, 2. ideyası, 3. surətləri və onların qısa təhlili, 4. əsərin qısa məzmunu, 5. əsərin ədəbiyyatımızdakı rolu və ya tərbiyəvi əhəmiyyəti  Hazırkı dərsliklərdə bu əsas prinsiplər təhlil zamanı necə deyərlər, pərakəndə halda səhifələrə səpələnib, bir-birinə qarışdırılır, çox vaxt isə onların bir qismi, ümumiyyətlə, qeyd olunmur. Məhz buna görədir ki, uşaqlar M.F.Axundzadənin, Mirzə İbrahimovun, H.Cavidin, C.Cabbarlının və s. yazıçı və şairlərin əsərləri haqqında konkret, mükəmməl biliyə malik olmurlar.  

Sərvər Şirinov 
ADPU-nun magistrı
[email protected]

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]