Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Elşad Abdullayev daha bir video yaydı (VİDEO)

Elşad Abdullayev daha bir video yaydı (VİDEO)
Bölmə :
Gündəm
Yayım tarixi :
8/1/2013 [11:17]
Baxılıb :
dəfə
Sabiq rektorla söhətdə Vasif Talıbovun adı niyə çəkilir?
Ötən kadrlarda üzü gizlədilən adamın kimliyi açıqlandı

«Nə generaldan qorxuram, nə marşaldan. Türmədən, hökumətdən qorxan adam da deyiləm... Utanmırlar, xəcalət çəkmirlər ad-familiyalarından. Haram olsun xalqın, dövlətin bunlara verdiyi çörək...»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev bir sıra cinayətlərə işıq salan videoların yayımını davam etdirir. Sabiq rektor “Azadlıq”a növbəti videolar göndərib. Bu görüntüləri müəyyən mənada bir müddət əvvəl yayılmış, Rövşanə Əliyeva adlı qadınla söhbətlərin əks olunduğu videonun davamı hesab etmək olar.

Elşad Abdullayev hansı səbəbdən məhz bu videonu yaymasına da aydınlıq gətirib. O, “Azadlıq”a müraciətində yazır ki, Rövşanə Əliyeva ilə söhbətlərin əks olunduğu ötən videonu yayarkən kadrlardakı bir nəfərin üzü örtülmüşdü. Bu da müxtəlif söz-söhbətlərə səbəb olub ki, Elşad Abdullayev həmin söhbətdə iştirak etmiş üçüncü şəxsin kimliyini gizlədir. Sabiq rektor bildirir ki, bu məsələnin qaranlıq qalmaması üçün elə həmin şəxsin üzünün aydın şəkildə göründüyü kadrları yaymaq qərarına gəlib.

Elşad Abdullayev qeyd edir ki, Rövşanə Əliyeva ilə söhbətdə iştirak etmiş üçüncü şəxs onun qardaşı Eldəniz Abdullayevdir. Onu zəhərləyəndən sonra səhhətində ciddi problemlər yarandığından qohumlarının həmin videokadrlarda Eldənizi görüb pis olmasını istəməyib və bu səbəbdən əvvəlki video yayılarkən onun üzünü örtüb.

Yeri gəlmişkən, Elşad Abdullayevin “Azadlıq”a göndərdiyi son videolar arasında qardaşı Eldəniz Abdullayevin zəhərləndikdən sonra xəstəxanada müalicə olunduğu və həvəskar çəkilişlə lentə alınmış görüntülər də var.

Elşad Abdullayev, Rövşanə Əliyeva və Eldəniz Abdullayevin iştirakıyla keçən söhbətə gəlincə, burada yenə də Mahir Abdullayevin geri qaytarılmasından söhbət gedir. Elşad Abdullayev iş adamı Arzu Kazımovu, daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyevi Mahir Abdullayevin geri qaytarılacağına dair verdikləri vədə əməl etmədiklərinə görə qınayır.

Sabiq rektorun göndərdiyi son videogörüntülərdə Rövşanə Əliyeva Elşad Abdullayevin kabinetində mobil telefonla Arzu Kazımovla danışır. Təxminən 15 dəqiqə davam edən bu telefon danışığında da mövzu Mahir Abdullayevin qaytarılması haqda olur. Söhbət əsnasında bir neçə dəfə “Zahid müəllim” sözü də işlənir və sonradan məlum olur ki, söhbət Zahid Dünyamalıyevdən gedir.

“Sən də bir bəlaya düşmüsən. Allah mərdimazarın evini yıxsın. Belə oyun qurarlar adama? Sən də qalmısan pis vəziyyətdə, Elşad müəllim də...”, - Rövşanə Əliyeva Arzu Kazımova deyir.

Telefon danışığı bitəndən sonra isə bu qadın Arzu Kazımovla danışdıqlarını Elşad Abdullayevə danışır. Söhbətin gedişindən belə məlum olur ki, Elşad Abdullayev ondan pul alınsa da, qardaşının geri qaytarılmamasından, 9 aya yaxın bir müddətdə Arzu Kazımov və Zahid Dünyamalıyevin bu məsələ ilə bağlı verdikləri vədə əməl etməməsindən narazıdır. Rövşanə Əliyeva isə bildirir ki, Zahid Dünyamalıyev Arzu Kazımova söhbətdə Elşad Abdullayevi qəbul edəcəyini bildirib: “Arzu müəllim çox əsəbiləşmişdi. Deyir, Zahid ona deyib ki, Elşadı qəbul eləyəcəm, özüm onunla danışacağam, sən çəkilərsən kənara...”

Bu yerdə Elşad Abdullayev də Zahid Dünyamalıyevin ünvanına belə bir fikir səsləndirir: “Şəxsən mən özüm də, ailəm də Zahiddən qat-qat yüksək adamlarıq. Mən nə qətllərdə iştirak eləməmişəm, nə adam oğurluqlarında, nə də dövlət çevrilişlərində... Elə eləməsinlər ki, bütün bunları qışqıraq...”

Elşad Abdullayev bir daha tələb edir ki, qardaşının qaytarılması üçün söz verib pul alanlar bu vədə əməl edib Mahiri qaytarmalıdırlar: “Qardaşımı oğurlayıblar, gətirib versinlər. Nə generaldan qorxuram, nə marşaldan. Mən türmədən, hökumətdən qorxan adam da deyiləm. Qayda var, qanun var. Bu nə deməkdir? O, məni qəbul eləməsə belə, istəsəm, günü sabah düşərəm onun qəbuluna. Bütün MVD məni tanıyır. Utanmırlar, xəcalət çəkmirlər ad-familiyalarından. Haram olsun xalqın, dövlətin bunlara verdiyi çörək...”

Rövşanə Əliyeva da öz növbəsində Mahir Abdullayevin qaytarılmasının gecikməsinə görə Arzu Kazımovun günahkar olmadığını sübut etməyə çalışır. Həmçinin verilən puldan onun özünə bir manat da çatmadığını, halal-haram məsələlərinə diqqətlə yanaşdığını bildirir: “Mən belə şeylərdən qorxan adamam. Sumqayıtda korrupsiyanın rəisi vardı, Mustafa. Kimin ağlına gələrdi ki, ona 14 il iş verərlər, içəridə havalanar. Yaxud, ”Banditizm"dəki Vaqif... Gecə ilə ürəyi partladı. Adamlara nə qədər işgəncə vermək olardı..."

Daha sonra Rövşanə Əliyeva bildirir ki, Zahid Dünyamalıyev, Arzu Kazımov və onun oğlu Zaur Kazımov Mahir Abdullayevə görə SDK-ya gedib. Bir qədər də Zaur Kazımovdan danışan Rövşanə Əliyeva bildirir ki, o, Vasif Talıbovun (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri) oğlu Iziklə birlikdə Oksfordda təhsil alıb.

“Mənim Səbirə adlı bacım yoxdur!”

Elşad Abdullayev “Azadlıq”a müraciətində ailə tərkibi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, əvvəlki videolar yayılandan sonra Rövşanə Əliyeva onun ünvanına bir sıra xoşagəlməz, eyni zamanda, həqiqətə uyğun olmayan fikirlər səsləndirib. Bu fikirlərdən biri də belə olub ki, Elşad Abdullayevlə görüşdə onun bacısı Səbirə də iştirak edib. Lakin Elşad Abdullayev bildirir ki, onlar ailədə 5 qardaş və 2 bacı olublar. Onun ümumiyyətlə, Səbirə adlı bacısı yoxdur. Olan bacılarının da heç bir bu cür söhbətlərdə iştirak etməyiblər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]