Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Səmanın “bağrını dələn” iki faktor

Səmanın “bağrını dələn” iki faktor
Bölmə :
KİVDF
Yayım tarixi :
1/10/2015 [00:22]
Baxılıb :
1733 dəfə
Atmosferin çirklənməsi təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir

(Əvvəli ötən sayımızda)

Sistematik müşahidə nəticələrinin təhlili əsasında gündəlik olaraq atmosfer havasının vəziyyəti təhlil olunur, atmosfer havasının faktiki vəziyyəti qiymətləndirilir və növbəti gün üçün gözlənilən çirklənmə vəziyyətinin proqnozu müvafiq metodikaya uyğun olaraq tərtib edilir və xüsusi bülletenlər hazırlanaraq respublikanın qərar qəbul edən şəxslərinə, dövlət və icra orqanlarına, KİV-ə təqdim olunur və İnternetdə yerləşdirilir.

Monitorinqin nəticələri göstərir ki, respublikanın iri sənaye şəhərlərində atmosfer havası bu şəhərlərdə fəaliyyət göstərən sənaye sahələrindən asılı olaraq, müxtəlif dərəcədə çirklənməyə məruz qalır. Bakı şəhəri üçün havanın spesfik çirkləndiricilərindən toz, dəm qazı, azot 4-oksid, his və furfurolun miqdarı ayrı - ayrı günlərdə yol verilən qatılıq həddini ötür. Sumqayıt şəhəri üzrə xlor, azot 4-oksid, hidrogen flüorid və digər spesifik çirkləndiricilər müşahidə edilmişdir. Gəncə şəhərində zərərli maddələrdən yalnız hidrogen flüoridin miqdarı normanı ötür. Şirvan şəhərində atmosferin azot 4-oksidlə çirklənməsi daha xarakterikdir. Naxçıvan, Şəki, Mingəçevir və Lənkəran şəhərlərinin atmosfer havasının çirklənməyə məruz qalmadığı müşahidə edilib.

2000-ci ildə stasionar mənbələrdən atmosfer havasına atılan tullantıların ümumi miqdarı 515 min ton olduğu halda, 2009-cu ildə bu rəqəm 300 min ton təşkil etmişdir. Lakin son illər respublikada, əsasən də Bakı şəhərində avtonəqliyyat vasitələrinin sayının intensiv şəkildə artması səyyar mənbələr tərəfindən atmosferə atılan zərərli qazların miqdarını artırmışdır. 2009-cu ildə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr ümumi tullantıların 70%-ni təşkil etmişdir. Aşağıda verilən diaqramlarda 2000-ci ildən başlayaraq ölkə üzrə atmosfer havasına atılan ümumi tullantıların miqdarı və 2009-cu ildə mənbələr üzrə atmosferə atılan tullantılar haqqında məlumatlar verilmişdir.

Atmosfer yağıntılarının çirklənmə vəziyyəti

Respublikamızın ərazisində atmosfer yağıntılarının kimyəvi tərkibi üzrə müşahidələr hər ay 21 məntəqədə aparılır. Atmosfer yağıntılarının tərkibində 11 kimyəvi göstərici-sulfatlar (SO42-), nitratlar (NO3-), ammonium ionu (NH4+), xlorid ionu (Cl-), fosfatlar (PO43-), hidrokarbonatlar (HCO3-), kalsium ionu (Ca2+), maqnezium ionu (Mg2+), codluq, elektrik keçiriciliyi və hidrogen göstəricisi (pH) təyin edilir.

Kimyəvi tərkib mövsümi dəyişmələrə məruz qaldığı üçün qarışıqların qatılıqlarının miqdarı cari ilə görə orta qiymətlə hesablanır. Atmosfer yağıntılarının tərkibində olan qarışıqların qatılığının ümumi orta illik miqdarı üzrə müşahidə məntəqələri 3 qrupa ayrılır:

I  qrupa qarışıqların qatılığı nisbətən az olan məntəqələr-Şəki, Lənkəran, Damarçın, Daşkəsən, Kəlvəz, Sabirabad, Mingəçevir, Zərdab aiddir. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 41,3-91,3 mq/l-dir.

II qrupa qarışıqların qatılığı nisbətən çox olan məntəqələr- Sumqayıt, Pirallahı, Neftçala, Ağstafa, Qobustan, Gəncə, Biləsuvar, Qəbələ və Xaçmaz məntəqələri aid edilmişdir. Ən az miqdar Ağstafa, ən çox miqdar isə Neftçalaya aiddir. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 100,6-198,6 mq/l-dir.

III qrupa Qırız və Pirallahı məntəqələri aid edilmişdır. Bu məntəqələrdə ümumi qarışıqların qatılığının aylıq miqdarı yüksək olub və 212,3-215,3 mq/l təşkil edib. Ən az miqdar Qırızda (212,3 mq/l), ən çox isə Pirallahıda (215,3 mq/l) müşahidə olunub. Müşahidələrin nəticələrinə görə respublika üzrə il ərzində orta hesabla atmosfer yağıntılarının kimyəvi tərkibinin 21,8%-ni sulfat, 4,4%-ni nitrat, 2,2%-ni ammonium, 13,3%-ni xlorid, 40,4%-ni hidrokarbonat, 0,3%-ni fosfat, 13,5%-ni kalsium və 4,1% -ni maqnezium ionları təşkil edib.

Çirklənmə yolları

Atmosferin çirklənməsi 2 yolla - təbii (vulkan püskürməsi, meşə yanğınları) və insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir. Ozon qatının deşilməsi, "istixana effekti" (havada karbon qazının çoxalması hesabına temperaturun artması), turşulu yağışlar ( havada kükürd qazının çoxalması nəticəsində) atmosferin qlobal çirklənməsi nəticəsində yaranan problemlərdir. Bu problemləri aradan qaldırmaq üçün - sənaye müəssisələrində təmizləyici qurğularından istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır.
Havada qazların (buxarların) bərk və ya maye halında müxtəlif maddələrin, həmçinin radioaktiv elementlərin canlı orqanizmlərin həyat şəraitinə mənfi təsir edə biləcək miqdarda olmasına atmosfer çirklənməsi deyilir. 

Atmosferin regional çirklənməsinin səbəbi şəhərlərin, iri sənaye komplekslərinin yerləşdiyi ərazinin havasına çoxlu miqdarda tullantıların (tüstü, his, qaz, toz və s.) daxil olmasıdır. Qlobal çirklənmənin səbəbi isə regional çirklənmənin tədricən çox uzaq sahələrə yayılması və nəhayət yerətrafı atmosferi tam əhatə etməsidir.

Atmosfer çirkləndiriciləri təbii, istehsalat və məişət prosesləri ilə əlaqədar olub, aşağıdakı kimi qruplaşdırılır:

”¢ Təbii mənşəli çirkləndiricilər - mineral maddələr, qazlar, bitki, heyvan və mikrobioloji mənşəli birləşmələr;
”¢ Yanacaqdan istifadə nəticəsində çıxan zərərli qazlar və maddələr;
”¢ Sənaye müəssisələrinin tullantıları (toz, tüstü, qazlar);
”¢ Sənaye və məişət tullantılarını zərərsizləşdirmək məqsədilə yandırarkən atmosferə qarışan tüstü və s. maddələr.

Monitorinq sistemi

Ölkə üzrə atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin iri sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə fəaliyyət göstərən 8 atmosfer havasının monitorinqi laboratoriyasından və 26 müşahidə məntəqəsindən ibarətdir. Bu şəhərlərdə atmosfer havasında çirkləndiricilərin təyin edilməsi üçün gündə üç dəfə, 07:00, 13:00, 19:00 saatlarında nümunələr götürülərək, hər bir şəhərin sənaye profilinə uyğun olan spesifik çirkləndiricilər üzrə kimyəvi analizlər aparılır.

Atmosfer yağıntılarının tərkibində (yağış, qar) atmosfer havası ilə uzaq məsafələrə transsərhəd daşınan çirkləndiricilərin tərkibinin öyrənilməsi, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yağıntıların keyfiyyət göstəricilərinə nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində dörd məntəqədə qarın kimyəvi tərkibi, 21 məntəqədə isə atmosfer yağıntılarının kimyəvi tərkibi üzərində sistematik monitorinqlər aparılır.

Atmosfer yağıntılarının tərkibində aşağıdakı keyfiyyət və çirkləndirici göstəricilər üzərində təyinatlar aparılır:

· elektrik keçiriciliyi · codluq
· hidrogen göstəricisi - pH
· sulfat ionu
· nitrat  ionu
· ammonium ionu
· xlorid ionu
· fosfatlar
· hidrokarbonat ionu
· kalsium ionu
· maqnezium ionu

Qanunvericilik və metodologiya

Atmosfer havasının çirklənməsinin monitorinqi, «Hidrometeorologiya fəaliyyəti haqqında», «Atmosfer havasının mühafizəsi haqqında», Azərbaycan Respublikasının Qanunları, bu qanunların icrası ilə əlaqədar hazırlanmış «Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir) ilə həyata keçirilir. Bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

Ətraf mühitin monitorinqi işləri proqramlar əsasında, dövlət büdcəsi və büdcədən kənar ödəmələrlə maliyyələşdirilir. Ətraf mühitin monitorinqi üzrə məlumatların istifadəsi ödənişsiz və ödənişli olur. Ödənişli məlumatlar istehlakçıların sifarişi ilə tərəflər arasında bağlanmış müqavilələr əsasında hazırlanır, ötürülür və istifadə olunur (Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, maddə: 17; 23)

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]