Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sonbahar nəğməsi

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
30/9/2015 [23:11]
Baxılıb :
1208 dəfə

Yenə də gəldin? Uzatma, qapıda nə eşələnirsən? Keç içəri, utanma. Hər il bu vaxtlar gözləyirəm səni, vəfasız. Bilirəm, harda olsan fırlanıb yenə də gələcəksən. Hər dəfə bir simada, bir sifətdə, bir cür də əhvalda. Gec qaldın bu il, xeyir ola? Söhbət elə, haralardan gəldin? Kimləri gördün? Düz məsəldi, Yer kürəsi yumrudu, harda olsan fırlanıb yerinə qayıdacaq, hər kimdisə. Dolaşmaqdan başın fırlanmadı ki?

Gözümə birtəhər dəyirsən e”¦ Bu il çox sakit, hətta təmkinlisən elə bil. Harda qaldı toz-tozanaq qaldıran hikkən, qaşlarını çatmağın? Yeri gəlsə, gözündən sel-su axıtmağa utanan deyilsən.  Niyə susursan, birdən inciyib eləyərsən a? Yox canım, səninlə zarafatlaşmağın yersiz olduğunu hələ uşaq olanda bilmişəm. 

Gözəlsən, söz yox. Gözəl olduğunu da bilənlərdənsən. Ona görə belə qürurlusan yəqin. Gözəllər vəfasız olur, bilirsən də. Bunu mən demirəm ki, klassik şairlər deyir. Onlar da səni yaxşı tanıyır. Hər üzünü göstərmisən. Şairlər şeir vəsf eləyib, rəssamlar portretini çəkib, filmlərin süjeti, bəzən baş qəhrəmanı olmusan”¦ Heç kimə ürək qızdırmamısan! Eləcə kənardan durub poza vermisən. 
Hərdən sənə toxunmaq istəyirəm, çox istəyirəm. Bu istək içimi eşib tökür. Yumurlanıb sığınmaq,  həfif hənirtini saçlarımda duymaq, gözlərimi yumub hələ ki, möhkəm işaran günəşin şüalarını göz qapaqlarımla, kipriklərimlə tutmaq, dərindən nəfəs alıb dünyanın ağırlığını ciyərlərimdəki havayla birgə çıxarmaq istəyirəm. Əslində həmişə səni yanımda duymuşam. Ustufca arxadan gəlib qəfil mənə toxunanda diksinmirəm artıq. Xasiyyətinə bələdəm. İnciyən yerin üzdədi elə bil. Bir söz desəm, sabahısı gün sir-sifətini tökəcəksən. Günəşimi, göyün maviliyini, hətta havanı da mənə çox görəcəksən. 

Onsuz da sevirəm səni! Heç yerə qaça bilmərik, nə sən məndən, nə də mən səndən. Birgə keçirdiyimiz günləri xatırlayırsanmı, heç bilmirəm. Amma mənim hamısı yadımdadı. Məktəbdən qaçıb dənizə getmişdik. Camaatın tərk elədiyi sahil hətta zibilli olanda da son dərəcə gözəl olur. Bir az da soyuqlamışdım. Amma ayaqlarımı islatmaq fikrindən daşınmadım. Hamı dedi, xəstələnəcəksən, belə soyuqda adam dənizə toxunar heç!? Mənsə arxayın idim, bilirdim ki, azarlamağa qoymazsan. Yalın ayaqlarımla ləpədöyənin yaş qumunu şappıldadanda xoşbəxt idim”¦  Göylər hüdudsuz, üfüq əlçatmaz, dəniz füruzəyi”¦ Sahilə muncuqlar səpmişdilər elə bil, qum dənəcikləri günəşdən sayrışırdı. Suya girən kimi dəniz də isindi elə bil. Hətta xəstəliyim də keçdi. Üstündən illər keçib, amma mən bu səhnəni unutmuram. Unutmağa qoymazsan. Xahiş edirəm, hər il gəl, sahili boşalt, dənizi ləpələndir, qumu arıtla və həmin mənzərəni bərpa elə. Sənsiz olmur!
Hamıya bir deyilsən, bunu da bilirəm. Kiməsə qızıl payızsan, kiməsə ilıq sonbahar. Kiməsə sifətini elə turşudursan ki, səndən zəhləsi gedir. Burda bizi yaydakı kimi istidə bişirirkən Avropa ölkələrini sel-suya salıb qabağına qatırsan. Düzdü, onların sığortası, zirək təcili yardımı, zərərçəkmişlərə kömək edən fondları çoxdu. Dərd bizim dərddi, qıyma bizə, əzizim. Bizim asfalt xalqın özü qədər dözümlü çıxmadı. Nə də ki, bina üzlüklərimiz özümüz qədər davamlıdır.

Deyirlər yolun qütblərə heç düşmür. Küsmüsən nədi? Orda 6 ay qışdı, 6 ay yay. Onlar xəzəldə eşələnməyin ləzzətini tanımırlar! Yazıqlar! Hələ gölməçədə suyu şappıldatmağı demirəm. İlk dəfə şəxsən mənə zərbə vuranda çox balacaydım. Yağışa düşdüm, sən demə ayaqqabım su buraxırmış. Payız yağışının soyuqluğu ayaqlarımı donduranda bildim ki, mövsüm dəyişən kimi işimi ehtiyatlı qurmalıyam, sənə etibar yoxdu. 

Heç bilirsən bütün yayı başının üstündə yellənən, küləkdən xışıldayan yarpaqların düşməsinə baxmaq necə kədərlidir? Bu, «hər şeyin bir sonu var» fikrini xatırladır və bir gün budaqdan düşəcəyin zamanı düşünürsən. Saralmış yarpaqda gözəllik də tapmaq olar, qocalıb müdrikləşməkdə də. Sən də əmrə müntəzirsən, mən də. 

Nə deyim, bayaqdan səni məzəmmət edirəm. Heç demirsən ki, hər gəlişində məni başqa sifətdə, başqa əhvalda görürsən. Əslində dəyişməyən sənsən, mən yox. Mən bir yolçuyam və uzunluğunu bilmədiyim bir yola düşüb gedirəm. Hər dəfə məni tapıb, arxadan qaçıb çatıb yolumun üstünə çıxırsan. Bu məni hələ ki, sevindirir. Ona görə sənə əl eləyib deyirəm: Ehey, ehehey, mən hələ burdayam! Hər il gəl. Necə istəyirsən gəl. İstəyirsən soyuq ol, ya da isti. Amma gəl. Küləklərini işə sal, yağışını tök, lap ildırımını çax. Mən hələ ki, sənsiz olmağa hazır deyiləm”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]