Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Rus paqaninisi» Bakıda

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
23/9/2015 [22:57]
Baxılıb :
1332 dəfə

Müasir zamanın tempi artdıqca mədəniyyətlər arası ünsiyyət insana böyük ümid payı verə bilir. Çünki "Görəsən oralarda necədi?", "Onlar filan məsələni nə cür həll edir?" kimi suallara qismən olsa da cavab tapırsan. Ən dəyərlisi,  öz mədəniyyətini, intellektini fərqli meyarlarla bir daha araşdırıb vacib nəticələr çıxara bilirsən.  Sentyabrın 18-dən, yəni Üzeyir bəyin doğum günü və Musiqi günündən start almış "Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilmiş 7-ci beynəlxalq musiqi festivalı"  paytaxt sakinlərinə dünya musiqisinə daha bir addım yaxın olmağa imkan verdi. Musiqisevərlər bir konsert salonundan çıxıb tez-tələsik o birisinə yollanır ki, heç nəyi qaçırmasın. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılıq etdiyi bu möhtəşəm tədbirlər silsiləsi sentyabrın 28-nə qədər davam edəcək. 


"Fenomenal, parlaq, əsrarəngiz, fövqəladə, müstəsna" və "dəqiq, ciddi, səmimi" 

Festival çərçivəsindən olan daha bir tədbir, dünya şöhrətli skripkaçı Oleq Poxanovskinin ustad dərsləri sentyabrın 22-də Xəzər Universitetində keçirildi. Oleq Poxanovski karyerasını 6 yaşından Rusiyada Kuybışev simfonik orkestrinin müşayiəti ilə başlayıb. Onun ilk müəllimi və ömrünün sonunacan ən vacib ustadı dayısı Lev Zaides olub. Özü də dahi skripkaçı olan Lev Zaides 39 yaşında Rusiyada vəfat edib. Bununla belə əla skripkaçı kimi bünövrəsini  qoyduğu bacısı oğlu artıq 10 yaşında Moskvanın istedadlı musiqiçilər üçün xüsusi məktəbinə daxil olmağa layiq bilindi. Oleq Poxanovskinin yaradıcılıq yolu sonra Moskva Dövlət Konservatoriyasından, Valeri Klimov, David Oystrax və Yuri Yankeliviçin sinfindən, daha sonra Amerikanın nüfuzlu tədris ocaqlarından,  "Julliard School with Dorothy DeLay" məktəbi, Pinxas Zukermanın Manhetten məktəbindən, Kanada skripkaçısı Taras Qaborun "Solisti dal Mondo" proqramından və Monreal Universitetində Vladimir Landesmanın sinfindən keçib. Gənc skripkaçı çoxsaylı beynəlxalq müsabiqələrin (Polşada "Wieniawski", İtaliyada "Paganini", İspaniyada "Sarasate" adına , Jenevada "CIEM") qalibi və Kanada Professional Sənətkarların Milli Mükafatının layiqli sahiblərindəndir. Oleq Poxanovski ABŞ, Kanada, Avropa, Rusiyada, İsraildə ümumilikdə 1000-dən artıq konsert səfərlərində olmuş, eləcə də Toronto, Monreal, Qaaqa, Moskva simfonik orkestrləri ilə solo konsertlər vermişdir. Miçeqan ştatında  "Lake Superior State University"də professor kimi 1997-2001-ci illərdə dərs deyib. Hazırda Minitoba Universitetinin skripka və kamera musiqisi sinfinin  professoru kimi çalışır. Poxanovski "Oleq və onun dostları" adlı beynəlxalq musiqi silsiləsinin yaradıcısı kimi konsertlər verməklə musiqi mədəni həyatını canlandırmağa çalışır. Onun çalğısı "fenomenal", "parlaq", "əsrarəngiz", "fövqəladə, müstəsna" kimi rəylərə layiq görülür. Çalğısını "dəqiq, ciddi , səmimi" kimi xarakterizə edib özünü  "rus paqaninisi" adlandırırlar. 

Üzeyir bəy cəmiyyət və insan problemlərini araşdıran böyük sosioloqlardan olub

Doktor Oleq Poxanovski Xəzər Universitetinin mərmər salonunda bir milyonluq səslənməsi olan skripkasını dilə gətirməyənədək çox sadə, təvazökar görünür və tamaşaçılardan demək olar ki, seçilmirdi. Professional musiqi məktəbimizin banisinin adını daşıyan beynəlxalq tədbirlərin bəlkə  də ən qiymətli məqamı öncədən hamının Üzeyir bəyi anıb onun musiqi tarixində yerini və tarix qarşısında möhtəşəm yaradıcılıq yolunu vurğulamaqla onun şəxsiyyəti barədə informasiyanı dünyaya çatdırmaq cəhdləridir. Xəzər universitetinin təsisçisi Hamlet İsaxanlının çıxışından: "Azərbaycanda dahi sözünü lazım olduğundan artıq işlədirlər. Amma Üzeyir bəyin adı gələndə ölkədə siyasi baxışlarından, səviyyəsindən, yaşından, dünyagörüşündən asılı olmayaraq hər kəs bu insanın dahi olduğunu etiraf etməyə məcbur olur. Üzeyir bəyin musiqi mədəniyyətimizdəki təşkilatçılıq rolunu vurğulamaqla mən deyə bilərəm ki, o, cəmiyyət və insan problemlərini araşdıran ilk sosioloqlardan biri olub. Üzeyir bəy "Leyli və Məcnun"u yazanda gənc bir insan idi. Eyni zamanda o, həmin illərdə ilk riyaziyyat dərsliyini də yazdı. O vaxt onun bu işini qiymətləndirməkçün professional riyaziyyatçılar da yox idi. Ona görə jurnalist kimi tanınan bir gəncin yazdığı dərsliyə başqa bir gənc jurnalist, gələcəyin görkəmli siyasətçisi - Məmmədəmin Rəsulzadə rəy yazdı. Üzeyir bəy dahidir və dünya şöhrətlidir - bu sözü də biz çox işlədirik. Mən düşünürəm ki, Azərbaycanda dünya şöhrətli adam yoxdu. Belə şəxsi küçədə tanımalıdırlar. Bizim dahi Üzeyir bəy də dünya şöhrətli deyil. Onu dünya şöhrətli etməkçün çalışmaq lazımdı. Onun tanınması üçün böyük proqramlar olmalıdır. Ruslar deyirdi ki, bizdə Tolstoy, Dostoyevski, hətta Çexov, Çaykovski  dünya şöhrətlidir, amma Puşkin yox.  Rus xalqı bu məsələ üzərində əsaslı şəkildə işlədi. Bunun sayəsində dünya Puşkini tanıdı. Mən düşünürəm ki, Üzeyir bəyin xatirəsinə keçirilən bu beynəlxalq festival da bu qəbildəndir. Dünyanın hər yerindən musiqiçilər, musiqi kollektivləri dəvət olunub. Onlar Azərbaycanla, Bakı ilə, Üzeyir bəylə və Azərbaycan musiqisi ilə tanış olurlar. Düşünürəm ki, belə mübadilədən sonra bu festivalın miqyası böyüyəcək və Üzeyir bəy dünya şöhrətli ola biləcək".

Üzeyir Hacıbəyli bizim fəxarət yerimizdi

Bəstəkar Sərdar Fərəcov: "Üzeyir bəyin nə qədər hərtərəfli şəxsiyyət olması barədə düşünəndə hər dəfə heyrətlənirsən. Üzeyir bəy Qori seminariyasında oxuyurdu, əslində müəllim olmalı idi. Amma o, skripkada çalmağa başlayır, şeirlər yazır, xalq nağıllarını tərcümə edir, hadisələrə biganə qalmayıb məqalələr yazır. Onun yazılarından məlumdur ki, insanların güzəranını necə həssas hiss edir, onun vətəndaş mövqeyi vardı. Bu gün "Arşın mal alan" Avropadan tutmuş Çinə qədər yüzlərlə ölkədə tamaşaya qoyulub. Mən son bir neçə ildə Üzeyir bəyin ev muzeyinin direktoru kimi dəfələrlə bu əsərin müxtəlif ölkələrdə premyerasında iştirak etmişəm. Bu əsərin tamaşaya qoyulduğu teatrların bu boyda siyahısı dünyada barmaqla sayıla biləcək qədər bəstəkara nəsib olub. Bu, bizim fəxarət yerimizdi".

"Özün bəstələyirmiş kimi çalmalısan"

Hacıbəyov festivalı çərçivəsində keçən skripkaçı Oleq Poxonovskinin ustad dərslərinin birinci yarısı Xəzər Universitetinin pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi altında çalışan kiçik tərkibli orkestrinin konsert təqdimatına ayrılmışdı. Proqramda Ü.Hacıbəyov "Arazbarı", Qarayev "Xəzər neftçiləri" süitasından vals, "İldırımlı yollarla" baletindən "Qızların rəqsi", Sviridov Vals, Sərdar Fərəcovun Zəriflik valsı vardı. Baxın ikili konsertində Oleq Poxonovski də orkestrə qoşulub skripkasını dilə gətirdi. Amma əsas məqsəd məşhur skripkaçının ustad məsləhətlərini eşitmək idi. İfaçılar Nəzrin Rzayeva (Şedrin - Albenisə bənzətmə), Əli İvanov (Mosart - 5 saylı konsert), Aleksandra Məmmədzadə (Vinyavski - Sketrtso-tarantella) əsərlərini çalıb Oleq Poxonovskinin qiymətli məsləhətlərini aldılar. Əlbəttə ki, ustad dərslərdə deyilənləri yazıb oxucunu səbrdən çıxarmaq olmaz. Çünki musiqidən danışmazlar, onu dinləyərlər. Oleq Poxonovskinin əsl simasını görmək istəyənlər 23-də Kirxanın kiçik salonuna yığışdı. Konsertmeyster Zülfiyyə Sadıqovadır. 

"Əgər Bakıda  yaşasaydım yəqin ki, bu yaşacan tək qalmazdım"

Ustad dərsində məşhur skripkaçının dediyi bir ifadə lap yaddaqalan oldu: "İfa edərkən beyin həmişə ifaçılıqdan bir addım irəlidə olmalıdır. Özün bəstələyirmiş kimi çalmalısan". O, bəstəkarlıqdan təsadüfən danışmadı. Oleq Poxonovskinin not işləmələri skripkaçılığı qədər məşhurdur. Danışmağa simic olsa da, bir-iki cümlə qoparmaq mümkün oldu: "Mən Rusiyadan çox gənc ikən çıxmışam. O vaxtlar  ölkədən gedənlərin geriyə yolu olmurdu. Əlbəttə ki, peşman deyiləm. Dünya gördüm, ən yaxşı təhsil ocaqlarında oxudum, indi isə ən yaxşılardan sayılan Universitetdə dərs deyirəm. Təmin olunmuşam, ev-eşik, maşın, valideynlərimin tam təminatından arxayınlığım var. Yəni başqa ölkələrdə çətin başa gələn nemətlər mənə asan başa gəlib. Konsert praktikam da çox olur, bəziləri buna çox həsəd aparır. Çünki Kanada Universitetinin professoru olub arxayınlaşmaq da olardı. İnanmazsız, amma çox tənhayam. Artıq o yaşdayam ki, bəzi insani məsələlərin yaradıcılıqdan vacib olduğu barədə düşünməyə başlamışam. Ailə sahibi olmaq, uşaq böyütmək, iz qoymaq lazımdı. Deyim ki, burda salonlar Avropadakı kimi tamaşaçı ilə dolmur. Kanada çox arxayın, amma soyuq ölkədi, hər mənada. Orda tənhalıq möhkəm hiss olunur. Bakıya gələn kimi temperamentdəki  fərqləri  həmən dəqiqə duyursan. Burda yolda durub düşünərkən sənə yaxınlaşıb kömək təklif edirlər. İnsanların üzünün ifadəsindən lap heyrətlənirəm. Bu qədər gözəl qız və qadınların bir şəhərə yığılmasını fantastika kimi qəbul edirəm. Qarşıma ya qəşəng, ya da çox gözəl qızlar çıxır. Yəqin onlar lap gənc yaşlarında ərə gedir, çünki belə qadınlardan vaz keçmək olmaz. Əgər burda yaşasaydım yəqin ki, bu yaşacan tək qalmazdım. Konsertdə də zaldakı gözəl qadınların gözünün içində  anlaşma axtaracam. Məncə onlar mənim skripka ilə deyəcəklərimin hamısını başa düşəcək”¦"

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]