Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Su mənbələrimiz çirklənməyə necə məruz qalır?

Su mənbələrimiz çirklənməyə necə məruz qalır?
Bölmə :
KİVDF
Yayım tarixi :
23/9/2015 [22:51]
Baxılıb :
18486 dəfə
Hökumət əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin olunması istiqamətində irimiqyaslı layihələr həyata keçirir

(Əvvəli ötən sayımızda)

Məlumat verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 saylı “Qaynar xətt”inə 2015-ci ilin yanvar-avqust ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar 2482 şikayət daxil olub. Şikayətlər əsasən 7 məsələ ilə - məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, ağacların qanunsuz kəsilməsi, aşma təhlükəsinin olması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

Çirkab suları, yaxud su mənbələrinin çirklənməsi

Su mənbələrinin çirklənməsi dedikdə, suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və axıdılması başa düşülür. Su obyektlərinin əsas çirklənmə mənbələrini istilik elektrik stansiyaları, metallurgiya, neft-kimya sənayesi müəssisələri də daxil olmaqla, bütövlükdə sənaye və məişət tullantıları təşkil edir. Su mənbələrinin çirklənməsi suyu əhalinin içməsi və təsərrüfat işlərində istifadəsi üçün yararsız etməklə bərabər, həmin hövzələrdəki biomühitə də olduqca mənfi təsir göstərir. 

Hazırda su mənbələrinin çirklənməsinin qarşısının alınması tədbirləri, çirklənmə baş verən ərazilərdə təmizlənmə işlərinin həyata keçirilməsi, bu məqsədlə ən müasir texnologiyadan istifadə edilməsi Azərbaycanda gerçəkləşdirilən ekoloji siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu sahədə fəaliyyətin əsas hüquqi bazasını “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Su Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və bu qanunların icrasına xidmət edən “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə təşkil edir. Respublikada dövlət səviyyəsində su ehtiyatlarının mühafizəsi, onlardan səmərəli istifadə olunması məqsədilə mütəmadi qaydada su ehtiyatlarının tərkibinin və çirklənməsinin monitorinqi aparılır. 

Kür çayının suyunun keyfiyyətinə nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan, müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Qazax analitik tədqiqatlar laboratoriyası, Araz çayının suyunun keyfiyyətinə nəzarət edən və Beyləqan rayonunda fəaliyyət göstərən analoji mərkəz bu iki mühüm su mənbəyində ekoloji vəziyyəti nəzarətdə saxlamaq baxımından böyük əhəmiyyətə malikdir.

Çirklənməyə məruz qalan çaylar

Azərbaycanda əksər çaylar zəif çirklənməyə məruz qalaraq təmiz su sinfinə aid edilir. Lakin transsərhəd çaylarımızın bir çoxunda daha böyük həcmdə çirklənmə özünü göstərir. Belə ki, respublikamızda içməli su təchizatı ilə yanaşı, məişət və kənd təsərrüfatı məqsədləri üçün geniş istifadə olunan Kür çayının Azərbaycan ərazisindəki yuxarı və aşağı axınlarında çirklənmə səviyyəsi daha yüksəkdir. Bu, əsasən çayın Gürcüstandan keçən hissəsində sənaye və məişət-kommunal suları ilə axıdılan spesifik çirkləndiricilərin yuxarı axında özünü göstərməsi ilə əlaqədardır. Ermənistan ərazisində çirklənməyə məruz qalan Araz çayının Kürə qovuşması və çay boyunca yerləşən yaşayış məntəqələrindən suya axıdılan məişət tullantıları isə aşağı axında çirklənmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin Mingəçevir şəhərindən başlayaraq suya axıdılan çirkləndiricilərin miqdarının azalması Kür çayının orta axınında suyun nisbətən təmizliyinə şərait yaradır. 
Respublikanın ikinci ən iri çayı olan Araz çayı keyfiyyət göstəricilərinə görə çirklənmiş su kateqoriyasına aid edilir. Araz çayının qolları olan Oxçuçay və Razdan çaylarının Ermənistan ərazisindən sənaye və məişət-çirkab sularının axıdılması nəticəsində həddən artıq çirklənmiş olması bu çayın suyunun ekoloji təmizliyinə mənfi təsir göstərən başlıca amildir. Təsadüfi deyil ki, Ermənistan tərəfindən məqsədli şəkildə hədsiz çirklənməyə məruz qalan Oxçuçay ölü çay adlanır. Digər bir transsərhəd çayı olan Ağstafaçayın çirklənməsinin də əsas səbəbi Ermənistanın İcevan yaşayış məntəqəsindən çaya axıdılan sənaye, kənd təsərrüfatı və məişət çirkab sularıdır. Xüsusi vurğulamaq lazımdır ki, Ermənistan tərəfi bu ölkə ərazisindən Azərbaycana axan çaylara yönəltdiyi çirkab sularını heç bir təmizləmədən keçirmir. Mövcud vəziyyət isə Azərbaycanın haqlı narazılığına səbəb olur və problemlə bağlı, beynəlxalq təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, bu ölkələr tərəfindən çirkab sularının təmizlənərək axıdılması istiqamətində lazımi addımlar atılmayıb.

Buna baxmayaraq, Azərbaycan hökuməti əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin olunması istiqamətində əsaslı tədbirlər, irimiqyaslı layihələr həyata keçirməkdədir. Prezident İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi də bu sahədə görülən işlərin intensivliyini artırıb. Ümumilikdə, 2007-2010-cu illərdə Kür və Araz çayları boyu yaşayış məntəqələrində yaşayan əhalinin təmiz içməli su ilə təminatı istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında həyata keçirilən layihələr nəticəsində respublikanın 18 rayonunu əhatə edən 156 kənddə quraşdırılmış modul tipli sutəmizləyici qurğular vasitəsilə 300 min nəfərdən artıq əhali təmiz içməli su ilə təmin olunub. Gün ərzində adambaşına 20-30 litr su təmizləyən qurğulardan suyu əhaliyə çatdıran supaylayıcı şəbəkələr 150-300 metr olmaqla bir-birinə olduqca yaxın məsafədə yerləşdirilib ki, bu da kənd sakinlərinin ən çoxu 150 metrlik bir məsafədən təmiz su əldə etməsinə imkan verir.

Sudan istifadə qaydaları

Azərbaycan Respublikası Baş nazirinin qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

- su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir;

- istehlakçı - STKM-nin xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir;
- məişət (təsərrüfat)-içməli su - yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə etdikləri sudur;
- istehsalat məqsədli su - istehsalat, sənaye, texnoloji və digər texniki məqsədlər üçün istifadə olunan sudur;
- tullantı suları - istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır;
- su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;
- kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantıları təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir;
- balans mənsubiyyəti sərhədi - STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir.

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]