Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsilimizi asılı duruma salan qeyri-rəsmi fəaliyyət

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
21/9/2015 [23:24]
Baxılıb :
1701 dəfə
Repetitorluğa bəraət qazandırmaqda məqsədimiz nədir?

Dünyanın əksər ölkələrində valideynlər öz övladlarını universitetlərə hazırlamaq üçün və daha yaxşı təhsil alması üçün repetitorlara müraciət edirlər. Bizdə də bu var. Fikrimcə, repetitorluğun aradan qaldırılması heç bir fayda verməz. İnzibati yollarla repetitorluğun aradan qaldırılması mümkün deyil. Bunun üçün ilk növbədə bəzi zəruri məsələlər həll edilməlidir: Təhsilin keyfiyyəti artırılmalıdır, sosial məsələlər həll edilməlidir, müəllim-valideyn əlaqələri genişləndirilməlidir. Bu problemlər aradan qaldırılmadan repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündür". 
Bu fikirləri kimsə sıradan biri deyil, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, professor Musa Qasımlı səsləndirib. Nə demək olar, fikir plüralizmi deyilən bir anlayış var və bu dövlətin marağında olan faktorlardan biridir. Bununla belə, hörmətli professorumuzla bəzi fikirlərimi bölüşdürməyi və ona bir neçə sual ünvanlamağı özümə borc bildim. Hər halda təhsilimiz bu polemikadan ziyan görməz.

Əgər təhsilimiz repetitorların ümidinə qalıbsa, əgər bu "repetitorluq xəstəliyi" sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıbsa, artıq bir çox müəllimlər təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də məktəb direktorlarının yaratdığı qeyri-qanuni "repetitor" biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlərsə, bunun acı nəticələrinə isə toplum olaraq həm maddi, həm də mənəvi cəhətdən qatlanmaq zorundayıqsa təhsilimizin bundan da böyük problemi varmı? 

Sadaladığınız və zəruri hesab etdiyiniz təhsilin keyfiyyətinin artırılması, sosial məsələlər, müəllim-valideyn əlaqələrinin genişləndirilməsi və s. məsələlərin həlli üçün bizə hələ bundan sonra daha neçə illər vaxt lazım gələcək və bir komissiya üzvü kimi konkret "təkliflər paketinə" maliksinizmi?

Nə vaxta qədər hansısa, artıq əndazədən çıxan  problemin üzərinə getmək əvəzinə, digər başqa problemləri ortalığa atıb, ili ilə calamaqla gözləmə mövqeyi tutmalı və əsas hədəfdən yayınmalıyıq? 

Bir çoxları kimi  yəqin ki, Siz də nə az, nə çox, düz 15 il Azərbaycan təhsilinə rəhbərlik etmiş Misir Mərdanovun Sabunçu rayonunun 252 nömrəli məktəbində repetitorluqla bağlı səsləndirdiyi "şok açıqlamanı" xatırlamamış deyilsiniz: "Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, oranın sakinləri kasıbdır, onlar repetitorlara az pul verdiklərindən nəticə yaxşı olmayıb". Repetitorluğun aradan qaldırılması heç bir fayda verməz. Əqidəsində olmağınız sabiq nazirin mövqeyinə dəstək vermək deyilsə, bunun başqa adı nədir?

Siz (sizin kimi digər yaşıdlarınız) məgər repetitor hesabına oxuyaraq ali məktəbə daxil olmusunuz, professor və digər nüfuzlu titullara yiyələnib, həyatda özünüzə karyera qurmusunuz, yoxsa adi əyalət məktəbinin yetirməsi olduğunuzu danacaqsınız? 

Bəlkə, bir həqiqətlə razılaşmaq istəmirsiniz ki, son 15 ildə pedaqoji dəyərlərimiz nə dərəcədə aşınıb, təhsil məmurlarımızın repetitorluğa dağıdıcı "anti-məktəb prosesi" kimi yox, "məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi" kimi baxıblar və təhsil qanunvericiliyi bir yana, adi məntiqə belə əhəmiyyət verməyiblər ki, məktəb kompleks təlim- tərbiyə müəssisəsidir və təhsil alanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər vermək məhz məktəbin borcudur? 

Guya, bir millət vəkili kimi, Təhsil komissiyasının üzvü kimi, nəhayət bir professor kimi bilmirsiniz ki, ölkə Konstitusiyasına və qanunlarına görə Azərbaycanda təhsil bir fəaliyyət sahəsi olaraq tamamilə dövlət nəzarəti altındadır və hətta dini təhsil də daxil olmaqla dövlətin nəzarətindən kənarda heç bir təhsil ola bilməz? Yəni onu da xatırlatmağa ehtiyac var ki, xarici ölkə səfirliklərinə aid olan məktəblərin fəaliyyətləri də dövlətlərarası müqavilələr əsasında tənzimlənir? 

Axı nəyə görə məhz rəsmi təhsilin səmərəsizliyi ucbatından şagirdlərimız istər-istəməz öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olmalıdır? Şəxsən Siz bunu necə qəbul edirsiniz ki, əgər şagird getdiyi məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnirsə, dərsdən sonra qalan vaxtının bir hissəsini öz inkişafının başqa istiqamətlərinə sərf etməyib, hər gün rəsmi təhsil aldığı məktəbdən sonra qeyri rəsmi məktəbə-repetitor yanına qaçmalıdır? 

Repetitorluğa bəraət qazandırmaq üçün dünya ölkələrini misal gətirirsiniz. Məgər söhbət dünya təcrübəsində belə bir xidmətin olub-olmamasından gedir? Təhsildən az-çox başı çıxan istənilən adam bilir ki, repetitorluq rəsmi təhsil zəif olan yerlərdə çicəklənir. Birdə ki, dünyanın hansı ölkəsindəsə repetitorluğun olması müqayisə obyekti ola bilməz, çünki dünyanın heç bir ölkəsində "bunker repetitoru" anlayışı yoxdur, bizdəki kimi TQDK-nın mətbəxi məzunlara faş edilib, onların yüksək bal toplamasına rəvac verilmir.Sivil ölkələrdə bu xidmət müştərək anlaşma əsasında və məktəbin tədris planları ilə nəzərdə tutulmuş dərs saatlarının hesabına həyata keçirilmir, məktəb mühitinin dağıdılmasına xidmət etmir.

"Repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündür" deyirsiniz. Məgər nə vaxtsa, kiminsə və ya kimlərinsə tərəfindən belə bir təşəbbüs göstərilib və ya bu məsələ hardasa, haçansa mübahisə predmeti olub? Söhbət repetitorluğun ildən-ilə, gündən-günə rişələnməkdə, hətta uşaq bağçaları da daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam etməsinin, artıq bunun mətbuat səhifələrində qiymətləndirildiyi kimi təhsilimizin "baş bəlasına" çevrilməsinin qarşısının alınmasından gedir.

Ümumiyyətlə götürdükdə repetitorluq nə deməkdir? Bilməyən varsa bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayiət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən  bu  əcnəbi ifadə latıncadan tərcümədə  sadəcə olaraq "təkrarlayıcı", "təkrar edən" (rus dilində bu daha aydın və səlis səslənir- " tot, kto povtoryayet") anlamına gəlir. Əgər bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq  dərs məşğələləri tədbiq olunsaydı bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmin məktəbin müəllimi tərəfindən də yerinə yetirilə bilərdi. Birdə ki, 5-ci sinifdən başlayaraq, keçirilən aralıq imtahanlarını ləğv edib, buraxılış siniflərinə birdən-birə 8 fəndən imtahan salıb, sonra onların sayını 2-yə endirib, daha sonra 3-ə qaldırmaqla nə qazandıq? Daha hansını deyim, bir sözlə sadəni qoyub, mürəkkəbə doğru getmişik. 

Heç də tam olmayan mülahizələrimi pessimist notlarla bitirmək istəməzdim. Xüsusilə son aylar  və elə bu günlərin özündə bu istiqamətdə nəsə canlanlanma hiss olunur. Nazir və nazir müavininin son çıxış və açıqlamalarında təhsilin ibtidai pilləsinə diqqətin artırılması, tədrisin təmayüllər üzrə aparılması, aşağı siniflərə imtahanların salınması  və digər bu qəbildən olan məsələlərlə bağlı fikirlər səsləndirilir. Bəlkə, bu tərpəniş köhnə stereotipləri aradan qaldıra bildi? 

Köhnə stereotiplər demişkən,  bir vaxtlar Təhsil Nazirliyinin "baş ideoloqu səlahiyyətlərini" həyata keçirən, hazırda mövqeyi müəyyən qədər sarsılsa da, bu ali təhsil qürumu da  hələ ki, aparıcı postlardan birini tutan Fərzəli Qədirovun Mərdanov zamanında repetitorluğu bilik əldə etməyin iksiri səviyyəsinə qaldıran bir fikrini də xatırlamamaq insafsızlıq olardı: "Məktəbdə proqram var, proqramın minimum tələbləri var. Çoxlu  fənlər var və bu fənlər üzrə də şagirdlər minimum biliklər əldə etməlidirlər. Bəs, bu əlavə biliklər üçün mənbələri harada tapmaq olar  - əlbəttə, digər müəllimlərin yanında, hazırlıq kurslarında... " 

Hesab edirəm ki, bu kimi fikirlərin təkrar-təkrar  səsləndirilməsi məktəbə, müəllimə qarşı biganəlik, qeyri-rəsmi fəaliyyət sahəsi olan repetitorluğa isə rəğbət hissi formalaşdırır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı  vəziyyətə salınmasına xidmət edir.

Repetitorsuz niyə keçinmirik, niyə də keçinməməliyik, bir halda ki, öz yetirmələrinə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq və onları müstəqil həyata hazırlamaq məhz məktəbin vəzifəsi və borcudur.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]