ABŞ-ın Kaliforniya ştatının Arkata şəhərində yaşayan Rebekka Kerrollun məhkəməsi başlanıb. O, kiçik qızı, üç aylıq Rebelle Rous Kini qətlə yetirməkdə suçlanır. Milli.Az CNBS-ə istinadən bildirir ki, Rebekka ona qarşı irəli sürülmüş "ehtiyatsızlıqla qətl törətmək" ittihamını qəbul edib.
Balaca Rebellenin III dərəcəli yanıq xəsarətli cəsədi çarpayıda aşkarlanmışdı. Məhkəmə prosesində bəlli olub ki, Rebekka çalışdığı fabrikdə gecə növbəsindən səhər 6-da evə qayıdıb, duş qəbul edərək çimib və hamam otağından çıxaraq yatmağa gedib. Bu zaman o, çarpayıya uzanmazdan əvvəl saçlarını fenlə qurulayıb və feni söndürməyi unudaraq onu qızının çarpayısına atıb. Fen saatlarla işləyərək kiçik Rebelleni yandıraraq öldürüb. Kerrollu 4 ilədək həbs cəzası gözləyir.