Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Avropa Birliyinin iç üzü

Bölmə :
Köşə
Yazar :
Etibar Əliyev
Yayım tarixi :
17/9/2015 [11:53]
Baxılıb :
1442 dəfə

Bizim üçün beynəlxalq təşkilatlar içərisindən ilk gözdən düşəni Sülh üzrə Nobel Komitəsi oldu. Komitə 1990-cı ildə Bakı qırğınına imza atmış M. Qorbaçovu Sülh üzrə Nobel mükafatına layiq gördü. Qorbaçova mükafatın verilməsi prosesində Alfred Nobelin vəsiyyətinə hörmətsizlik edilmişdi. Görünür, siyasət artıq bütün dəyərləri ayaq altına atıb. Bunula yanaşı mükafatın formalaşmasında Bakı neftinin rolu da nəzərə alınmamışdı.

İkinci gözdən düşən qurum Birləşmiş Millətlər Təşkilatı oldu. Bu qurumun Dağlıq Qarabağla bağlı çıxardığı 4 qətnamə hələ də icra olunmamış qalır. 

İndi isə  biz sülhü qorumaq, iqtisadi və sosial inkişafı təmin etmək məqsədilə toplanmış 28 üzv dövlətdən ibarət Avropa Birliyinin hədəfindəyik. 

Bu qurumun parlamentinin Azərbaycan Hökumətinə qarşı çıxardığı qətnamə artıq neçə gündür ki, müzakirə olunur. Müzakirələrin bir neçəsinə diqqət etdikdən sonra açığı belə qənatə gəldim ki, bu məsələyə münasibətdə sistemsizlik mövcuddur. Elmi və faktoloji yanaşmaya isə ümumiyyətlə rast gəlinmir. Təkcə bu məsələdən söhbət getmir, hökumətin dəstək verdiyi (söhbət vəzifə və mandatdan gedir) adamlar, istənilən məsələdə cəsarət nümayiş etdirməli, fərqli və əsaslı münasibət sərgiləməlidirlər.  

Bütün bunlar onu göstərir ki, bizdə ekspert institutu hələ yaxşı formalaşmayıb. Məncə bu il keçirilən parlament seçkilərində bütün sahələr üzrə ekspertlər seçkidə aktiv iştirak etməlidir. Avropa Birliyinin son avantürist qətnaməsi onu göstərdi ki, gələcək təhdidlərə sanballı və elmi cavab vermək üçün parlamentdə intellektual qrup formalaşmalıdır. Qətnamə ilə bağlı məsələyə ağıllı münasibət bildirmək üçün Avropa Birliyinin mahiyyətini (həm də iç üzünü) bilmək lazım idi. Burada önəmli olan nüfuzlu alim və filosofların, sənət adamlarının bu qurum haqqında fikirlərini önə çəkməkdir. Onda çoxlu məqamlara işıq salmaq mümkün olardı. Bu, adi vətəndaşlardan daha çox vəzifə tutanlara və mandat daşıyanlara aiddir. 

Avropa Parlamentinin Azərbaycan haqqında çıxardığı qətnamədən düz 7 il əvvəl XX əsrin ikinci yarısının böyük filosofu, dünyanın qəbul etdiyi ciddi intellektual fiqur, Frankfurt məktəbinin tanınmış nümayəndəsi Yurgen Habermasın “Ah, Avropa” kitabı çapdan çıxmışdır. Almaniyanın Xarici İşlər naziri F.-V. Ştaynmayer 2007-ci ilin noyabr ayının sonunda elm xadimləri də daxil olmaqla Almaniyanın nüfuzlu şəxslərini Avropa Birliyinin vəziyyətini təhlil etmək üçün diskussiyaya dəvət etmişdir. Diskussiyada Habermasın kədərli “Avropa siyasəti dalandadır” ifadəsi bir çox nüfuzlu şəxslər tərəfindən bəyənilmişdir. Onlar “siyasi elitadan” Avropa Birliyinin effektivliyinin artırılması üçün ciddi və dərin islahatlar aparmağı tələb etməyi qarşıya məqsəd qoydular. Beləliklə, Habermasın  “Ah, Avropa” kədərli konstatasiyası Avropa dövlətlərinin mövcud siyasi elitasına ünvanlanan müraciət olmuşdur. Və bu həqiqətə söykənir. “Siyasi Birlik əhalinin başı üzərindən formalaşmış və indiyə qədər elitanın layihəsi kimi qalır. Və demokratiyanın defisiti və qanunvericiliyin bürokratik xarakteri şəraitində fəaliyyət göstərir (funksionallaşır).

Habermas yazır ki, Avropa əhalisinin böyük hissəsi (2008-ci ildə keçirilən sorğuya görə 66%-i) Avropa Birliyini dəstəkləmir və onun konstitusiyasının demokratik şəraitdə qəbul olunmasını istəyirlər. Habermasa görə “maneçilik əhalidən gəlmir, hökumətlərdən gəlir”. O, fikrinə davam edir: “Avropa milli məsələlərlə həvəslə məşğul olmaqla dəyərlərini itirir”. Bu da çox ciddi məsələdir.
Böyük filosof Avropa Birliyinin köklü problemlərini sadlamaqla çox mühüm məqamlara toxunur: 

1-ci problem - ciddi ittiham xaralkterlidir. “Avropa Dövlətləri - Avropa Birliyinin üzvləri demokratik birlik prosesində demokratik substansiyanı (“mahiyyət”-E. Ə.) itiriblər. ” O, bunu “demokratik defisit” adlandırır. 

2-ci problem - Həmrəy şəkildə birləşən Avropa Dövlətləri Amerikaya qarşı durmağı bacarmalıdırlar. Amerika Birləşmiş Ştatları İrakla müharibədə  fikrindən daşındırılmalı idi.

3-cü problem - Avropa Birliyi “ləyaqətli insanın” sosial standartalarını  formalaşdırıb həyata keçirə bilmədi. Bu prosesdə birlik digər ölkələrə “dünya təsərrüfat fəaliyyətində subyektlər arasında ədalətli tarazlığın” təmin olunmasına örnək olmalı idi.  

4-cü problem - bu “bizim cəmiyyətin daxili həyatında mədəni plüralizmin fundamentalist yönümdə ağırlaşmasıdır”. Paris hadisələri və Avropa şəhərlərinin immiqrantlar məhəllələrində baş verənləri yada salmaq olar. Habermasın qaldırdığı bu problem indi öz çılpaqlığı ilə daha aydın görünür. 
Filosof dünyaya səs salan bu məşhur kitabında maraqlı nəticəyə gəlir: “Bu və buna bənəzər problemlər avroskeptiklərə şövqlə bir məsələni təsdiqləməyə əsas verir: nəyəsə uyğun, yaxud nəyinsə xatirinə Avropa Birləşmiş Ştatları yaranmayacaq və heç vaxt Vahid  Avropa Xalqı olmayacaq”.

Hər cümləsini bütün dünyanın izlədiyi Habermasın əsas anlayışlarından biri “demokratik defisit” anlayışıdır. Onun uzaqgörənliyi təsdiqini tapdı. Bu defisit Azərbaycanla bağlı qətnamədə özünü göstərdi. Avropa Birliyi ABŞ-a İrak müharibəsi ilə bağlı təsir göstərə bildimi? Yox.
Avropa Birliyi xalqlara itirlmiş suvernliyinin bərpasına yardım edə bildimi? Yox.
Bizim Avropa dəyərləri ilə fərqlənməyən dəyərlərimiz var: musiqi, idman, tolerantlıq, insan kapitalı və s. Bunların adı çəkiləndə Azərbaycan Avropanın bir parçası olur. Siyasi və hüquq məslələrində isə biz yadlaşırıq. Paradoks budur. Müasir rus postmodernist yazıçısı Viktor Yerofeyev yazır: “Avropanın əsas bəlası əsla iqtisadiyyat deyil: Əsas bəla odur ki, bu böyük layihə artıq başa çatır. Səbəbi fikir adamlarını bürokratların əvəz etməsidir. (“Oqonyok”jurnalı 26 yanvar, 2015)”.
Elə bürokratların və avroskeptiklərin “demokratik defisit” şəraitində çıxardığı qətnamə ondan artıq ola bilməzdi.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]