Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Gözəllik dünyanı xilas eləmədi!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
17/9/2015 [11:42]
Baxılıb :
1579 dəfə

Gözəlliyin boynuna bu boyda ağır missiyanı şələmişdik. Dostoyevskinin bu məşhur ifadəsi nə qədər məqalələrin, esselərin epiqrafına çıxarıldı. Hamı da ümidli idi. Gözəl mənanın arxasında nəsə bir gözəllik də duyulurdu və tunelin sonunda bir işartının olacağını bildirirdi. Niyə də olmasın, axı nəsə fiziki, yaxud mənəvi gözəlliklə  qəfil rastlaşanda ürəyimiz atılmırmı, gözümüzünü içində işartı parlamırmı? Xilas elə məni!, xilas elə bizi! - deyə ümid dolu baxışlarımızı gözəlliyə dirəmişik. Amma gözəllik dünyanı aldadacaqmış, bunu heç kim ağlına da gətirmirdi. 

Görkəmiylə qarşıladığımız, ağlı ilə yola saldıqlarımızın tədricən bayağılaşdığını heç görmədik guya. Gözəlliyə heç dəxli  olmayan gözəlliklər əmələ gəldi. Avropa əhli əyri dişləri düzəltdirib breket salmağı gözəllik meyarlarına vacib bənd kimi əlavə etsə də Yaponiyada əyri  diş qızlar dəbə mindi. Bu qəribəliyin adı «yaeba»dır, yəni əyri dişlər. Anadangəlmə dişləri dümbədüz olanlar fikir çəkməyə və stomatoloqlar əyri dişlər qoydurmaqla qazanmağa başladı. Bu dəbin çox sadə izahı var. Yaponiyada hesab  olunur ki, qızın dişləri əyridirsə deməli yaşı azdı, yəni yeniyetmədi. Sütül qızlara ağzının suyunu axıdan əmilərin gözəllik meyarına yeni bəndlər qatmasına heç kim etiraz eləmədi.
Gözəlliyin məntiqdən kənar bir anlayış olduğunu bilirik, sübuta ehtiyac yox. İnsan ağzı qulaqlarının dibinə çatan aktrisanı, ayağına 43 ölçülü ayaqqabı geyən qadını, lap istəsə sevgilisinə 15 bıçaq yarası vurub türmədə yatmasıyla fəxr edən biçarəni də sevib gözəl adlandıra bilər. Bu məsələdə baxış bucağını uğurlu seçmək vacib andır. Qərb gözəllik meyarlarını çoxdan müəyyənləşdirib və işini bitiribmiş kimi rahat oturub. Hər tinbaşı yağışdan sonra artan göbələklər kimi çıxan gözəllik salonları da təyin olunmuş meyarlara uyğun olaraq qadınları rəndələyir, rəngləyir, yontalayır, bəzəyir, artığını qaşıyır, kəsir, yapışdırır”¦ Amma aramızda gözəllik artmır ki, artmır. Çünki gözəllik etalonunun özünə bir əl gəzdirmək olardı. 

Başqa millətlərin gözəllik göstəricilərinə ağız büzüb pıqqıldamağa da haqqımız yox. Şimali Tailandda boynunu xüsusi metal halqalarla uzatmaq adəti olduğundan qaz boynu kimi uzun boyunları görəndə yəqin yerli əhali az qala bayılır. Biz Yeni Zellandiya camaatının «ta moko» adlanan, sifətini tatuirovka ilə bəzəyənlərin gözəllik anlayışını qəbul etməkdə çətinlik çəkirik. Bu gözəlliyn bizi də qurtaracağına inana bilərikmi? Eləcə də əksinə, bizim gözəllik meyarlarımız onların heç vecinə də olmaz. Efiopiyanın karo qəbiləsində kişi və qadınlar bədənini çapıqlarla bəzəyir. Vaxtaşırı bıçaqla kəsib yerinə xüsusi məhluldan basır ki, infeksiya düşməsin. Siz onları inandıra bilərsiz ki, dəridə qalan çapıqlar o qədər də gözəl görünmür? Yaxud köləliyn ən gec ləğv olunduğu ölkədə, Mavritaniyada qızlarınıgünə 16 min kalori həcmində donuz balası kimi durmadan yedizdirib 200 kiloqrama çatdırmağı fəxr bilən adama 90-60-90 kriterilərinin gözəl olduğunu anlata bilərsiz?
Çində qadının ayaqları çox balaca olarsa gözəl sayılır. Heç kim narahat olmur ki, bunun üçün qızın hələ körpə ikən sümüklərini çındırıb ayaq barmaqlarını ayağının altına bükmək və daim sarğıda saxlamaq lazımdı. Qədim zamanlarda fiziki iş görməyə məcbur olan qadınlara ayağını sındırıb bağlamaq nəsib olmurdu deyən onlar bu cür eybəcər ayaqlara həsəd aparırdı. Bu qayda çoxdan aradan çıxsa da indiyədək ayağını sarğıdan çıxarmayan Çin qadınları var. Hazırda İran plastik əməliyyatlar üzrə çox böyük göstəriciləri olan ölkə sayılır. Burda gözəl burun nəinki gözəllik meyarı, həm də cəmiyyətdəki yüksək statusun göstəricisidir. 

Dünya gözəllik mövzusunda az qala havalanma dərəcəsin çatsa da hərənin öz gözəlliyi var. Rəngləri bir-birinə tutuşdurmağı elmi dərəcəyə çatdıraraq müəyyən rəng konsepsiyası ilə yaşayan Qərb bütün parlaq rəngləri geyimində işlədən və bununla da özündən razı yaşayan hind qadınlarını geyimindən rəngləri çıxarmağa, ya da kosmetikasını bir qədər  məhdudlaşdırmağa məcbur edə bilməz. Biz nə qədər etiraz etsək də Keniya və Tanzaniyadakı masaya qəbilələri üçün cırılıb çiyinlərə çatan qulaqlar, Efiopiyadakı mursi qəbilələri üçün cırıq və sallaq dodaqlar gözəllik etalonu olaraq qalacaq. Nə olsun ki, dodağa aşağıdan disk yapışdırmaqçün 2, bəzən 4 qabaq dişi çıxarmaq laxımdı və belə qadınla öpüşmək mümkün deyil. Sadəcə belə gözəlliyin bütün dünyanı qurtaracağına adamın inanmağı gəlmir.

Gözəllik kriteriləri bizdən soruşmadan dəyişir. Vampir dişləri salıb küçəyə çıxan yeniyetmələri, başının yarısını qırxıb yerinə tatu vuran cavanları, üzündən həyat əlamətlərini az qala silib depressiyasını üstümüzə tökən emoları, üstəlik dizi çırıq cinsləri, selüliti bayırda qoyan topikləri, ağzından «gül» tökülən ədəbsiz insanları çoxdand ki, «xilasedicilər» dəstəsindən çıxarmışıq. Elə zamandı ki, kimsə sahilə qovulub qətlə yetirilən delfinlərin qanını sahili qırmızıya boyamasında gözəllik görür. Kimsə sahildə üzüqoyulu düşüb əlləri altında qalmış uşaq meyitinin duruşunda gözəllik tapa bilir. Yalan nə deyim, bəzən mənə də sivilizasiyanı udmuş vəhşi təbiət mənzərələri, ot basmış Çernobıl, yaxud atraksionu zəbt eləmiş cəngəlliklər gözəl görünür. İnsanlar nədənsə gözəlliyin dünyanı belə üsulla xilas edəcəyini heç ağlına da gətirmir”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]