Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Debilləşdirmə siyasəti - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
6/7/2012 [11:04]
Baxılıb :
2250 dəfə

Kütləvi informasiya vasitələri ictimai rəyi istədikləri istiqamətə ( və daha çox debilləşdirməyə doğru) formalaşdırmaq üçün hakimiyyətlərin ixtiyarında əvəzsiz silahdır. Bu vasitə ilə aksiomanı paradoks, paradoksu absurd etmək, Pifaqor cədvəlini səhv çıxarmaq, amorf ictimai düşüncənin zombi daşıyıcılarını yaratmaq olur. Azərbaycan telekanalları bu yolda nə ilk, nə son alətdir. Sadəcə bizdə bu, daha bayağı formadadır. Bu isə orada çalışanların savad və mühakimə qabiliyyətlərinin kasıblığından irəli gəlir.

«Yeni Sol»-un ideoloqlarından Herbert Markuze ilə «Şəhər partizanları» təliminin banisi Karluş Marigella 1960-cı illərdə eyni vaxtda və bir-birindən xəbərsiz «KİV faşizmi» anlayışını fikirləşib tapdılar. Söhbət TV və qəzetlərin insan düşüncəsinə dağıdıcı təsirinin qabardılmasından gedirdi. Keçmiş Sovet məkanında buna ən parlaq sübut isə yəqin ki, mərhum Sergey Kuryoxinə məxsusdur.

İndi o istedadın adı yarım-unudulub, halbuki, Kuryoxin cəmisi 15 il əvvəl dünyanı tərk edib. O, avanqard musiqiçi, «Pop-mexanika» qrupunun qurucusu, aktyor, bəstəkar, şairdi. Gedəndə də ən nadir xəstəlikdən birindən getdi - ürək sarkomasından. 42 yaşında. Bu xəstəikdən hər il dünyada cəmisi 3-4 adam ölür.

Kuryoxin antikommunist deyildi. Bunu onun Yeqor Letovla bərabər Eduard Limonovun “Milli-bolşevik partiyası”na (NBP) üzv olması da göstərir. Odur ki, onun «Lenin-göbələk» telelayihəsi qatı antibolşevikin yox, kandardakı istehlak cəmiyyətində əzənlərin əzilənlər üzərində təhrifli hakimiyyətinin bir dayağı kimi TV-nin böyük rolunu ifşa edən bir intellektualın fəndi idi. O layihəni xatırlayıram. Çünki, rezonans çox böyük olmuşdu.

Beləliklə, 1991-ci ilin 17 mayı. Leninqrad televiziyasında «Beşinci təkər» verilişi. Müəlliflər - Sergey Kuryoxin və Sergey Şoloxov. Süjet KİV-lərin ictimai şüura təsirini ölçən bir media layihəsi kimi düşünülüb.

Kuryoxinin mifinə görə, guya ki Lenin çoxlu hallüsinogen göbələk yeyib və özü də çevrilib göbələk olub. Əlbəttə, bu, əvvəlindən absurd bir tezisdi, ancaq Kuryoxin onu müxtəlif mənbələrdən sitatlar gətirməklə məntiqi mühakimə illüziyası yaradaraq tamaşaçılara təklif edir. Faktların saxtalaşdırması və fikirlərin yarıda kəsilməsi ilə absurdun həqiqətə bənzərliyi effekti yaradılır. «Necə yəni, bu boyda yalan olan bilər? - gör nə qədər sitat, fakt, elmi əsaslar gətirilir», - tamaşaçıda bu hiss yaranır...

Süjetə görə, Lenin əslində göbələk və radiodalğa olub. Bunun sübutu üçün «arqumentlər» də göstərilir - Leninin üstünə çıxıb çıxış etdiyi zirehli maşının kəsiyinin zəhərli göbələyin kəsikdə şəklinə bənzəməsi, yaxud fransızca «ninel» («Lenin» sözünün tərsi) - göbələkdən hazırlanan yeməkdir və s.

Sonralar Kuryoxinin xanımı xatırlayırdı ki, ideya ərinin Sergey Yeseninin ölümü haqda bir verilişə baxmasından sonra yaranıb. O verilişdə tamamilə absurd «faktlar» üzərində "sübut olunurmuş" ki, Yesenin intihar etməyib, öldürülüb. Yeseninin dəfnindən fotolar göstərilir, kadrarxası səs isə deyir: «Baxın, bu adam hansı tərəfə baxır, yaxud başqa birisi hara baxır və bu o deməkdir ki, Yesenini öldürüblər”¦Â» Kuryoxin verilişə baxır və deyir: «Bu üsulla istədiyin hər şeyi sübut etmək olar”¦Â»

Və «Lenin-göbələy»i fikirləşir. 2 intellektual adam hamıya sübut edir ki, sayıqlamalar, fantaziya, absurd və «elmi məntiq»dən istifadə etməklə tamaşaçını tam marazma aparıb çıxarmaq olar. Bu isə bir daha TV-nin tamaşaçı üzərində hüdudsuz hakimiyyətini sübut edir.

Kuryoxin həmin dövr üçün tabu olan bir mövzunu seçmişdi. Böyük rezonans da bununla bağlıydı. Sanki ölkə «göbələkçilər» və «anti-göbələkçilər»ə bölünmüşdü. Və bu, dünyanın ən savadlı ölkəsində idi.

İndi bu fəndlərdən ümumiyyətlə immunitet yoxdur (Azəri cəhaləti fonunda). TV-lər hər gün, hər saat absurdu aksoma kimi təqdim edir. Düzdür, effekt daha əvvəlki deyil. Buna telekanallara baxanların sayının sürətlə azalması da sübutdur. Ancaq təhlükə yenə də böyükdür. Çünki, bu manipulyasiyadan tamamilə qorunmamış yaş kateqoriyaları var - uşaq və yeniyetmələr. Necə ki onlar artıq elə bilirlər 1993-cü ilə qədər bu ölkə olmayıb və hamı bədbəxt olub”¦
«KİV faşizmi»nin debilləşdirmə funksiyasının əsas hədəfləri də elə onlardır”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]