Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Qab yuyanın mantrası

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
18/8/2015 [21:47]
Baxılıb :
1481 dəfə
Çirkli qab anlayışı nisbidir və tavanın hündürlüyü ilə tənzimlənir

Həyatımızda pozivitizm kəskin şəkildə çatışmır. Hər şey mənfi tonda, çirkin rəngdə, dözülməz vəziyyətdə görünür. Çirkin simə köklənəndə bilmək olmur ki, gördüyün həqiqətən çirkindi, yoxsa həyata çirkin baxışların onu bu kökə salıb. Şərq mistiklərinin yazdıqlarını oxuyanda fikirlərinin çirkin olduğunu düşünüb özündən zəhlən getməyə başlayır. Sonra xatırlayırsan ki, özündən zəhləsi getməyin özü də böyük gunahdı. Çevrə qapanır və sən əsl reallıqla üzbəüz qalırsan. Məsələn, mətbəxdəki çirkli qab tayası ilə. Ona çirkin baxışla baxsan da, olduğu kimi görsən də o yenə də çirkli qab olaraq qalacaq. Yenə də Şərq mistikasına üzümüzü çevirək: "Sən ətrafını dəyişə bilməzsən, amma ətrafındakılara münasibətini dəyişdirə bilərsən!". 

Özündə harmoniya qazanmaqçün vaxtaşırı, ya da heç olmasa içəridə pişiklər miyoldaşanda, qəlbinin divarını cırmaqlayıb tükünü ürpədəndə bir dua deməlisən. Şərqdə belə zümzümələri mantra adlandırırlar. Mantra səmimi qəlbdən deyilməlidir. Bunun üçün müvafiq şərait, yəni sakitçilik olmalıdır və kimsə sənə fikirlərinlə təkbətək qalmağa maneə olmamalıdır. Əsl ilham də belə anlarda gəlir:

"Məncə, qab yumağın çirkin iş olması barədə fikirlər yalnız qab yumaqdan uzaq olanda gələ bilər. Sən qabların səliqəsiz halda qalaqlanıb qalmış duruşuna baxıb ikrah hissi keçirirsən. Qabların bircə duruşu bəsdi ki, qabyumadan ömürlük azad edilməyə görə hər şeyi vəd verə biləsən. Hələ içindəki kirin görkəmini demirəm”¦  Yağ, yemək qırıntıları, rəngbərəng tör-töküntü”¦ Fu! Üstəlik əllərini yaş eləmək istəmirsən, dərinin qurulaşacağını da arabir fikrindən keçirirsən. Amma nəhayət ki, çırmalanıb qabları yumağa başlayanda əllərini ilıq suya salıb yuyucu vasitənin əlləri qoruduğunu da düşünməyə macal tapırsan. Su kranının həlim şırıltısı şəhər həyatının səs-küylü kakafoniyasına dəvət edir. Mətbəxin işığının zəif olması qətiyyən maneə deyil. Yönəldilmiş işıq zolağı da bir növ yaradıcılıqla məşğuldur və suda konkret dairələr yaratmış nimçələrin konturlarıyla oynayır. Sən düşünürsən: bəlkə bu o qədər də pis deyil. Bax, indi sadə və aydın bir işlə məşğulsan. Bunun sonunu fikirləşmək də lazım deyil. Sonunda təmizlik olacaq. İndi sadəliyin konsentrə edilmiş anını yaşayırsan.

”¦ Mən hər nimçəyə diqqət ayıraraq zövq alıram”¦.
”¦ Hər boşqabı duyuram. Suyu da, əllərimin onun içində yaratdığı hərəkəti də aydın duyuram”¦
”¦ Su şırnağı, axan damlalar, sabun köpüyünün oynaq rəngbərəng rəqsi”¦
”¦ Əlini boşqaba sürtürsən. Uzun, əsk səda verən, təmizliyin nimçədə çıxardığı cırıltı səsi..  Gözünün qarşısında iri bir xaos qalağı harmoniya toplusuna çevrilir. Təmiz və mütləq toxunanda cırıldayan nimçələr bir-birinin üstünə yığılır. Bu sehr deyilmi? Hər günün belə bir sehri var səninçün. Bəli, bu, odur! Sənin axtardığın rahatlıq və təmizlik. Bilirəm ki, indi qab yumaq ləzzətini pozub çay içmək barədə düşünsəm hadisələri tezləşdirmiş olacam. Sonra içdiyim çay da ləzzət verməyəcək, çünki fikrim çayın yox, artıq batmış fincanın yanında olacaq. Çünki vahid harmoniyanı pozmuş fincanı dərhal yumalıyam. Görürsən bir, hər dəqiqə sehrlə dolu imiş. Hər saniyə, hər an”¦ yuyulmuş nimçələr bir yana, mənim burda dayanıb qabları sığallamağımın özü də bir sehrdi. 
Toxunduğum hər stəkan, gülməli boşqab, şişman fincan, "ağır cayıl" tava özü bir şeirdi. Mənim yazdığım, yaratdığım şeir. Mən bunu necə bilməmişəm bu günə qədər? Nə qədər qadınlar şair olduğunu unudur?! Qabları tələsik yuyub atır və başqa işin dalıyca gedir. Burda şeirlər üst-üstə qalanır, nimçələr tək”¦

Mənim yuduğum qab, yazdığım şeir, cingildətdiyim zınqırov, oxuduğum zümzümə - hamısı bir mahiyyətdən doğur. Çünki stakanın içini ovarkən elədiyim hərəkətlər  körpəni çimdirərkən doğurduğum vibrasiya qədər müqəddəsdir. Dünyada gündəlik və müqəddəslik arasında sərhəd olmur. Bu sərhədi biz özümüz uydurmuşuq. Çoxuşaqlı ailələrdə qonaq otağını yığışdırıb qonaq-qara üçün təmiz saxlayan evlərdəki kimi bura girməyi özümüzə icazə vermirik. Girsək nə olacaqmış?
Qab yumaq həm vasitə, həm də məqsəddir. Bu, sadəcə qabları yumaq, təmizlik xətrinə edilən hərəkət deyil, həm də həyatımızın boşluqlarını doldurmaqçün bir vasitədir. Boşluğu kirli nimçələr elə gözəl doldurur ki”¦  Yox, yox! Mən bu an gedib pürrəngi çayı içmək barədə çirkin fikirləri düşünə bilmərəm. Axı çay içməyin özü də bir mərasimdir. Bu barədə qab yuyarkən düşünmək olmaz. Bunun ayrı fəlsəfəsi var. Mən indi bu iki dünyanı bir-birinə qarışdırsam, yəni indini, qab yumağı yox, gələcəyi, çaydan ləzzət almağı düşünsəm heç vaxt bir anın səadətini yaşamağı öyrənə bilməyəcəm.
Qab yuyan maşın haqqında reklamdan eşitmişəm: "Axı sən, qabuyan deyil, qadınsan!". Nə boyda yalan! Gör nə qədər qadın bu reklama uyub qabyuyan maşın alıb. Elə bilirlər ki, qabları yumaqdan qurtulan kimi çirkinliklərdən də qurtulacaqlar. Ey-hey”¦ "

P. S. Yəqin qab yumaqdan ötrü darıxmışam. Mən də çoxdandı qabyuyan maşından istifadə edirəm. Mantranı isə qabsız da oxumaq olar. Məsələn, kompüterdə yazı yığmağı bəhanə etməklə.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]