Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Məşhur şirkətin ümumi yığıncağında dartışma

Məşhur şirkətin ümumi yığıncağında dartışma
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
14/8/2015 [22:27]
Baxılıb :
1919 dəfə
“Tekfen” qazancını iki dəfə artırıb, dividendi azaltdı

"Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) srağagün ümumi yığıncağı keçirilib. "Bizim Yol" qəzetinin əməkdaşı iclası müşahidə edib. Deyim ki, mən həm də ASC-nin payçısıyam. Dövlət Neft Şirkətinin (SOCAR) strukturu olmuş "Cənubtikintiservis"in (qısaca "CTS") 52 faizlə səhm-nəzarət paketi sahibi "Tekfen İnternational Finance & İnvestments S.A." şirkətidir. O biri ortağım, 46 faiz səhmin sahibi web-saytı belə olmayan "Caspian Ship Construction and Repair" adlı bir şirkətdir ki, iclaslara təşrif buyurmurlar. Hər dəfə o gəlməyincə yığıncaq olmur, axı müəssisədə ikinci söz sahibidir. Bu dəfə heç ona ehtiyac qalmadı, təkrar çağırılan yığıncağa 40 faiz səhm sahibinin gəlməsi məsələni həll edir. "Tekfen"i yenə nümayəndəsi Turqay Çabalar təmsil edirdi. Həmişəki kimi demokratik ab-hava yaratdığını göstərmək üçün gəlib səhmdarların arasında müvəqqəti əyləşdi, onsuz da tezliklə sədarətə keçəcəkdi. 

Əvvəlkilərdən fərqli bu dəfə yığıncağa məktubla dəvət olunmuşdum. Tənqidimdən nəticə çıxarıblar. 39 səhmdar iştirak edirdi. 3 nəfərdən ibarət say komissiyası seçildi, amma səsləri saydıqlarını görmədim. Vidadi Məmmədov və Yunus İsmayılovun fəaliyyəti gözə çarpmırdı, Aftandil Bəylərbəyov da ürəyində saydığını kağıza köçürürdü. Bilirsiniz niyə? Minoritar səhmdarlar paket sahibinin "dobro" verdiyi məsələlərə səs-səsə verib "bə çeşm" deyirdilər, bir tək mən sona qədər əleyhinə idim. Yəni ki, səsləri saymağa ehtiyac qalmırdı, hər kəsi protokola lehinə, məni də əleyhinə yazırdılar, vəssalam. Komissiya üzvlərinin namizədliyinə etiraz etmədim, çünki iclasın gedişində həlledici rol oynamırlar. 

T.Çabalar əvvəlki illərdəki kimi yenə "dostu" Alı Məhyəddinovu iclas sədrliyinə namizəd verdi. Onu qınamıram, müəssisədə sözünün keçməsinə alışıb, fikirləşir ki, sədri özünün seçdiyi kimi namizəd də elə onun olmalıdır. "Yenə Alı müəllimi seçdiniz", deyə replika atdım. "İstərsəniz, sizin namizədliyinizi verim", yarısual, yarıtəsdiq mənə ünvanlandı. Ciddi idi. "Səsinizi də mənə verəcəksinizsə, ola bilər", deyə etirazım olmadığını bəlli etdim. Uzaqdan dialoq apardığımız zaman səhmdar Ramiz Əliyev paket təmsilçisinin özünü sədrliyə namizəd verdi. Onda A.Məhyəddinovla aralarında qısa mübahisə yaşandı. Məhyəddinov dedi, "Turqay bəyin verdiyi namizəd səsə qoyulsun", R.Əliyev də inad etdi ki, "birinci mənim namizədim olacaq". Turqay müəllim etiraz etmədi, səsə qoyuldu, elan elədilər ki, çoxluq lehinə (özü də daxil, əslində əlini qaldırmadı, amma əlini qaldırmış kimi saydılar), təkcə mən əleyhinə olmaqla qazanan cənab Çabalar iclasa sədrlik üçün yerini tutdu. 

Əlini qaldırmayıb, onun sədrliyinə bitərəf olmağa hazırlar da vardı, amma bunu onlardan soruşan olmadı. Əleyhinə səs verməkdə arqumentim budur: düşünmürəm ki, iclasa sədrlik böyük bir məsələdir və o vəzifəni paket sahibinin təmsilçisi ələ keçirməkdən ötrü mütləq qanunu pozmalıdır. Sədr səhmdarların səs çoxluğu ilə seçilməlidir və Çabalar, elə onun kimi başqa paket təmsilçilərinin kiçik posta belə can atmalarının səbəbini anlamıram. Paket sahibi kimi istədiyi vaxt məsələlərə müdaxilə edə, fikrini söyləyə, aydınlıq gətirə bilərdi. Əslində insan dəyişiklik istəyir, kütlənin rütbəcə ondan yüksəyin xoşuna gəlmək üçün etdiyi canfəşanlıqdan utanır. İnsafən Turqay müəllim də iclasa sədrliyə maraqlı görünmürdü, ya da özünü elə göstərmirdi. Zatən daimi "nümayəndəsi" vardı ki, onun da namizədliyini vermişdi və özü seçildiyindən Məhyəddinovun sədrliyi səsə qoyulmadı. Bəy əlini qaldırmağa macal tapmamış, gözünü yumub açınca özünü sədr kürsüsündə gördü. Katib müəssisədə işləyən Almaz Dəmirova oldu. Onun da əleyhinə getdim, çünki keçən iclasda mənim adımdan protokola yazılmışdı ki, guya sosial fond yaradıb səhmdarlara ordan pul verilməsini təklif etmişəm. Ağ yalan idi, heç vaxt belə absurd təklif vermərəm. 

Yığıncağın gündəliyində "CTS"-nin 2014-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabat və müəssisənin müşahidə şurasının tərkibi, maliyyə-təftiş komissiyasının formalaşdırılması dururdu. Gündəliyin təsdiqinə keçmək istəyirdilər ki, Şəmsəddin Allahverdiyev səbirsizlik edib "iqtisadi məsələlər müzakirə olunmazdan əvvəl gəlir, xərclər və dividendin məbləğini bu başdan açıqlamaları"nı xahiş etdi. Dedilər, "bir az səbrli ol, qayda-qanun var". Mən də daxil gündəlikdəki məsələlərin lehinə səs verdik. Keçən il hesabatı T.Çabalar ana dilində vermiş və bununla Azərbaycan Respublikasının "Dövlət Dili haqqında" Qanunu pozmuşdu, səhmdarlar da ona dəstək çıxmışdılar. Soruşdum "hesabatı yenə türkcə verəcəksiz", "indi onun da oylamasını yaparız", dedi. Yəni səsə qoyarıq. Dedim, oylamalı bir məsələ yoxdur, mümkünsə qanuna əməl edin. Bu dəfə də səhmdarlar yer-yerdən mənə etiraz etdilər, "bəs eyni dildir, biz də türkük", deyib türkçülükdən notasiya oxudular. Əlbəttə, onlara lazım olan sözləri başa düşürlər: para, mənfəət, dividend qulaqlarına xoş gəldiyindən anlayırlar, amma bir də onu qələmə alanı düşünmək lazımdır. Səhmdarlar bir yana oldu, mən bir yana, Turqay bəy mənə güvəndi və hesabatı oxumağı mühasibə həvalə elədi, dövlət dilimizə hörməti üçün məndən də bir təşəkkür aldı.

Hesabatdan bəlli oldu ki, "CTS" həmişəki kimi iki şirkətə - "Tekfen İnşaat və Təsisat A.Ş." və "Azfen" Birgə Müəssisəsinə (60% sahiblik hüququ SOCAR, 40% "Tekfen İnşaat və Təsisat A.Ş."-dədir) icarəyə verilib. "Tekfen" 52% payına sahib olduğu müəssisəni özü icarəyə götürüb. Keçən il müəssisənin gəliri 4193407.99 manat olub. Bunun 223581.42 manatı "Azfen"dən elektrik enerjisinə görə, 18278.85 manat icarə haqqından daxil olan vəsaitdir. 3935999.54 manat "Tekfen"dən icarə haqqı, 15548.18 manat şirkətin işçilərinin çamaşırxana xidməti üçündür. Fiziki şəxslərə satılan metal qırıntılarından da 73307.13 manat daxil olub. Yekun olaraq ASC 4266715.12 manat gəlir əldə edib. Xərclərin strukturu isə belədir: material xərcləri - 35674.08 manat, əməkhaqqı - 684594.77 manat, sosial sığorta ayırmaları - 153083.51 manat, yanacaq - 3940.94 manat, elektrik enerjisi - 327045.50 manat ("Azfen" - 214516.01 manat, "CTS" ASC 112529.49 manat. Dediklərinə görə enerji pulu ayrıca alınıb, gəlir kimi göstərilir, xərc olaraq da həmin gəlirdən çıxılır, yəni bu vəsait nə gəlirdir, nə də xərc), kommunal xərclərdən su - 10169.52 manat, qaz - 3811.52 manat, qeyri-maddi aktivlərin amortizasiyası - 659.04 manat, əsas vəsaitlərin amortizasiyası 287384.85 manat, azqiymətli tez köhnələn əşyaların amortizasiyası - 74182.66, xəsarət alanlara verilən ödənişlər - 48954 manat, əmlak vergisi - 27320.32 manat, təmir xərcləri - 3245 manat (ümumi xərcin 2%-i), yol fondu - 30 manat, illik hesabat üçün audit xidməti - 1000 manat, bank xidməti - 7462.51 manat, reyestrin aparılması - 661.84 manat, işçilər və avadanlıqların sığortası - 19608.76 manat, poçt xidməti - 29.10 manat, notarius xidməti - 154 manat, işçilərin attestasiyası - 3000 manat, internet - 3927.59 manat, təsərrüfat malları - 66350.82 manat, cəmi 1762290.59 manat xərclənib. "Digər xərclər" adı altında da 249600.71 manat sərf olunub. Yekun xərclər 2011891.30 manat göstərilir. 

Ötən ilin maliyyə hesabatının yekunlarına görə malların təqdim edilməsindən, icarə haqqından 4266715.12 manat gəlirin əldə olunmasına cəmiyyətdə 2011891 manat. Nəticədə 2254823.82 manat gəlir yaranıb. Bundan da büdcəyə ödənən 20 % mənfəət vergisi 450964.76 manat çıxıldıqdan sonra sərbəst mənfəət 1803859.06 manat olub. Bunun 65915.15 manatı istifadə edilib. Yaranan mənfəətdən 8 mart qadınlar bayramı ilə əlaqədar işçilərə mükafat, qaçqınlara ərzaq, ASC-də xəsarət alanlara maddi yardım, şəhid ailələrinə köməklik, qəzetdə elan üçün pul xərclənib. Yerdə qalan istifadə edilməmiş mənfəət 1737943.91 manat olub. Bu ilin yanvarın 1-nə ASC-nin kreditor borcları 96384.71 manat, debitor borcları 2179181.94 manatdır.

"Okey" deyəcəm, amma göründüyü kimi "okey"lik bir durum yoxdur, qazanılan pulların böyük hissəsinin "başına daş salınıb". "Xərclənib" ona görə demirəm ki, israfçılıq göz qabağındadır. Üzümdəki çaşqınlığı görən Çabalar guya təsəlli verməyə çalışdı: "Bunlar 2014-cü ildə olan rəqəmlərdir, bu il də işlərimiz var, həyat davam edir. Alacaqlarımızı üzərinə gəlsək hazırda kassamızda para 4.5 milyon manatı keçib". Bir də yazmaqla təsvir etmək üçün marker istədi. 62 işçiyə əmək haqqı verən (keçən il 65 olub) adamdan dəfələrlə soruşsa da, sona qədər bir markeri gətirib çıxaran işçi tapılmadı, qulaqardına vurdular. Çıxışına davam elədi: "İstehsala girmədən, ticarətlə ciddi gəlir əldə etmişik. "CTS" artıq bir kamp (düşərgə) arenasına sahibdir. Verdiyimiz xidmət 5 ulduzlu hoteldən aşağı deyil - güvənlik, gözəl yataq, televizor, sinema-klub, soyuducu, kondisioner, telefon, internet, yemək, dincəlmək və s. var. Bir nəfər üçün günlük 20, aylıq 600 dollar pul alırıq. Yüksək dərəcəli mühəndislər, şef mövqeyində olanlar tək, mühəndisdən vəzifəcə aşağı formenlər iki nəfər, işçilər isə 4 nəfər bir otaqda qalır. Şəhərin prestijli yerində lüks şərtlərlə kirayə haqqı 3000 manat olar, biz 2400 dollar qazanırıq. Normal illik gəlirimiz 4266715 manatdır, 2013-cü ildəkinin iki qatı qədər". 

Ərz edim ki, keçən hesabatda ASC-nin illik gəliri 3179646 manat olmuşdu. İşçibaşına kirayə haqqı günlük 12.50 dollar idi. Bu rəqəm iki dəfə qalxıb, amma gəlir iddia etdiyi kimi iki dəfə artmayıb. Dediyinə görə keçən il sadəcə yatırım ediblər, xərclərin strukturuna baxdığınızda yatırımlıq nəsə yoxdur, cari işlərdir. Özünün dediyi kimi qazandıqlarının 2528772 manatını "ıvır-zıvır" silib-süpürüb, yerdə cəmi 1737943 manat "kəmiksiz para" qalıb. T.Çabalar son məbləği 661847 səhm sayına bölüb hər səhmə 2.63 manat dividend düşdüyünü dedi. Bu dəfə iri səhmdarlar da pul götürmək eşqinə düşüblər. Bundan kiçik ortaqlara çatacaq pay cəmi 56469 manatdır. 1737943 manatın 1681474 manatını "Tekfen" və "Caspian Ship" aralarında paylaşacaq. Çabalar yenə "sosial fond"a 83326.41 min manat ayıraraq, ondan da 50 min manatı özünün dediyi kimi "çalıb" (yəni oğurlayıb), guya minoritarların dividendini 5 manata çatdırdı. Bizə ümumilikdə 107 min manat ayırdı. Səhmdarlar bir ağızdan "Allah razı olsun", dedilər. 

Çabalara keçən il verdiyi sözü xatırlatdım. O vaxt bizi əmin edirdi ki, önümüzdəki il gəlirimiz bundan daha yaxşı olacaq. Oldu da, dediyi kimi ikiqat. Amma bu dəfə minoritarlara verilən pul azaldıldı, 34 faiz devalvasiya ilə dividend alacağıq. Keçən il manatın dollar qarşısında alıcılıq qabiliyyəti 0.78 manat idi. Onda 5 manat 6.41 dollar, indi əvvəlki kursla 3.90 manatdır. A.Məhyəddinov da dedi ki, keçənilkindən az dividend alırıq, 7 manat verilsəydi sabit qalardı. Nəzərə alaq ki, ASC özü də icarədarlardan pulu dolların məzənnəsi ilə alır, burada da uduş var. Məlum oldu ki, müəssisə devalvasiyadan 750 min manat qazanıb, verilən hesabatda bu, göstərilməyib. Çabalar keçən il dividend yox, sosial fonddan avans verildiyini dedi. Yaxınında oturduğum Alı müəllim sanki mənim eşitməyimə hesablayıb onun "sirri"ni açdı: "Həmin o fondu yaratmaqla bizim sizinlə marağımız ondan ibarət idi ki, dövlətə ödəyəcəyimiz 10 faiz dividend vergidən azad olur...". 

(davamı növbəti sayda)

H.HƏMİDOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]