Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ədəbsizliyə qarşı immunitet

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
12/8/2015 [22:10]
Baxılıb :
1712 dəfə

Sizi də addımbaşı təhqir edirlər? Sözlə, baxışla, rəftarla, hərəkətlə, niyyətlə”¦ Hamı da bu durumdan şikayətlidir. Kobudluq, qanmazlıq, ədəbsizlik, bəzən heyvanlıq da demək olar hər yerdədir: İşə gedərkən, nəqliyyatda, dövlət idarələrində, mağazalarda, teatrlarda və hətta öz evimizdə də. Daim nişangah kimi olub özünü təmizə çıxarmalı olursan, ən azı özünün qarşısında. Çünki təhqir edilməyə layiq olmadığını dəqiq bilirsən. Bu boyda nəhəng vüsət almış hal ilə necə mübarizə eləməli? Yəni kütləvi ədəbsizliyə qarşı immunitet qazanmaq mümkündürmü?

Cəmiyyətə meydan oxuyanlar

Hər dəfə bir məmurun qudurmuş balası qəza törədib aradan çıxanda cəmiyyət bunu özünə təhqir kimi qəbul edir. Çünki bu adam cəmiyyətə qarşı böyük ədəbsizlik eləyib. Üstəlik də hamı onu harınlayıb adamlıqdan çıxarmış pulun onun cibindən çıxarıldığını düşünür. O, eyni zamanda cinayətkar və oğru balası oğrudur. Bilgəh yolunda məşhur idmançı qəza törədib qaçanda da camaat özünü təhqir edilmiş kimi hiss elədi. Axı yol qaydalarını pozmaq, qəzada adam öldürməyi bir yana, ədəbsizcəsinə bahalı maşında ətrafından fərqli olduğunu göstərir, davranışıyla hamıya  meydan oxuyurdu. Hər kəsin içindən onun üzünə bir parça tüpürüb ürəyini boşaltmaq istəyi keçirdi. Bunun ardınca da öz fikrini açıq-aydın demək cəsarətində olan jurnalisti döyüb öldürdülər. Bu addım hamını lap hiddətləndirdi. Azad ölkənin vətəndaşını bəyəm fikrini ictimailəşdirdiyinə görə öldürərlərmi? Biçarə jurnalisti həyatından məhrum eləmiş adamlar eyni zamanda cəmiyyətə qarşı ədəbsizlik və kobudluq nümayiş etdirdi. Qanmazlıq adi həyati hadisəyə çevrilib. Bu, cəmiyyətin xəstələndiyi xroniki bir haldır ki, sağalmasına ümid görünmür. 

Teatrda da, dövlət tədbirlərində də təhqir edilə bilərsən

Prosesin ucunu, başlanğıc nöqtəsini tapmaq çox çətindir, çünki el arasında «eşşəklik» deyilən hal həmişə olub. Amma əvvəllər avtobus dayanacağında kimisə itələyib keçirdinsə mütləq irad dolu baxışlara, bəzən isə «yağlı» sözlərə tuş gəlirdin. Bu rolu gözəl, hətta virtuozcasına icra edən rus qarıları da vardı. İndi ən son dəblə geyinmiş bir xanım səni metroda dirsəyilə itələyib keçə bilər. Nəinki avtobusda, hətta teatrda da, dövlət tədbirlərində də ədəbsizliklə üzbəüz qalırsan. Teatrın qarderobunda turşumuş sifətli birisi sənin paltonu alıb göz süzdürə, dövlət tədbirində isə mühafizə lazım olduğundan da artıq yoxlamalarla və üstəlik dodaqaltı təbəssümü ilə səni səbirdən çıxara bilər. Ona görə də bir sual doğur və təcili cavabını axtarır: Ədəbsizliyə və qanmazlığa cavab vermək lazımdırmı?

Xamlıq, yoxsa «xamstvo»?

Rus dilində ədəbsizliyin (xamstvo) maraqlı izahı var. İncil əfsanələrinə əsasən Nuh peyğəmbərin üçüncü oğlunun adı Xamdır. O, atasını çılpaq yatan yerdə görüb üstünü örtmək əvəzinə gedib gördüklərini qardaşlarına danışır. Bu hərəkətilə o, zamanın qaydalarını pozur və ədəbsizlik etmiş olur. Əfsanəyə əsasən atanın alçaq hərəkətinə görə oğlu cavab verir, Xamın oğlu Xanaan qul kimi satılır. Yəni ki, «xamstvo» edən bir kəs özünü Xam kimi aparır. Bu növ ədəbsizlik müasir anlamdan çox fərqlənir. İndi ədəbsizlik və qanmazlıq adlandırdığımız hərəkətlər əslində motivasiya edilməmiş aqressiyadan daha artıq olub ictimai şüurda fərdlərin bir-birinə və ən vacibi özünə hörmətin itməsi prosesini göstərir. 

Ədəbsizlik zorakılığın bir növüdür

Sosioloqlar deyir ki, ədəbsizlik zorakılığın bir növüdür və başqasının şəxsi ərazilərinə soxulma cəhdləridir. Cəmiyyətdə şəxsiyyətlərə hörmət yoxdursa, belə görüntü yaranır ki, insanın hərəkətlərini tənzimləyən ciddi məhdudiyyətlər də yoxdur. Emosiyaları bir yana qoyub məsələyə planetar, tarixi miqyasdan baxaq. Biz lap bu yaxınlaracan ağa-nökər modeli üzrə yaşayırdıq. Bəy, xan, pristav və rəiyyət münasibətləri daha uzun tarixə malikdi, nəinki demokratiya və söz azadlığı. Sovet dönəminin kollektivləşməsi və bərabərlik ideyası bizdə şəxsiyyətlərə hörməti tamam sıradan çıxardı. Rəiyət bilirdi ki, şəxsiyyətləri öldürürlər, türməyə salırlar, sürgün edirlər. 

Bütün dövr və zamanlarda ədəbsizlik cəmiyyətin aşağı təbəqəsinin fərqləndirici xüsusiyyəti olub. Ona görə də ağzının şorbasını tökə-tökə kobud danışan məmur heç vaxt hörmət sahibi olub elitaya qovuşmayacaq, başgicəlləndirən vəzifələrdə oturubsa da. Ədəbsizlik mövzusunu bir qədər də araşdıranda daha bir fikir nəzərə çarpır: ağalar və qara camaat arasında həmişə bir təbəqə də var ki, onlar heç vaxt ağalıq edə bilməyəcək. Bunu dəqiq anladıqlarından onlar imkan düşən kimi qarşısındakını aşağılamağa cəhd edirlər. Ədəbsiz beyninin dərinliyində gizlənmiş bir fikrə daxili etirazını göstərir, o, bilir ki, heç vaxt ağa, ya nəcabətli xanım ola bilməyəcək. Belələri sosial pilləkəndə hər yeni addım atandan sonra aşağı pillələrdə saydığı adamlar onlarda ikrah oyadır. 

Şəxsiyyətlər dəyərdən düşəndə cəmiyyət rahat idarə olunur

Ədəbsizliyin belə geniş vüsət almasını nəinki bizdə, başqa ölkələrdə də dövlət siyasəti ilə əlaqələndirirlər. Bu tendensiya şəxsiyyətin dəyərini aşağı salır və cəmiyyət daha asan idarə olunur. Əgər ədəbsizlik televiziya, KİV və daha yüksək səviyyələrdə görünürsə, bu, məişət zəminində proseslərə təsir etməyə bilməz. Yəni ki, əgər «onlar»a icazə varsa, niyə də mənə olmasın? Ona görə də metroda gediş-gəlişə baxanın təkəbbürü aliminkindən, sükanı fırlamaqdan başqa bacarığı olmayan sürücünün «dilinin uzunluğu» biznesmeninkindən daha artıq olur. Belə cəmiyyətlərdə «ulduz»lar efirdə söyüşə də bilər, aparıcı şpaqat da açar və tamaşaçıları küçə söyüşləriylə təhqir edə bilərlər. Belə olduqda küçə xuliqanını yola verib ötürdüyümüz kimi televiziyadakı ədəbsizləri də etinasızlıqla həyatımızdan çıxarmaqdan başqa yol qalmır. Fikir vermisizsə, televiziyada 2-3 nəfər toplaşıb nəinki tok-şou, ya da etiraf verilişində, hətta qlobal istiləşmə, uçan boşqablarda danışanda belə əslində özündən danışırmış kimi, lovğalanırmış kimi görünür. Belə davranış həqiqi intellektualları, həssas insanları qəlbinin dərinliyinə kimi təhqir edir. 

Sözü vaxtında demək

Təhqirlə üzləşənin ilk reaksiyası emosional olur. Hiddətlənirsən, ürəyində, bəzən ucadan «axmağın biri axmaq» deyib qanmazı yerinə otuzdurmaq istəyirsən. Amma bir qədər məsələdən aralanmaq alınarsa, bu ədəbsizə yazığın da gələ bilər. Gör insan içində nə qədər acı, nifrət, neqativ daşımalıdı ki, özünü belə aparsın. Təmkinli olmaq alınarsa, onun davranışından baş açmaq maraqlı olar. Motivlər müxtəlif ola bilər, amma həmişə özünə hörmətin azlığı və başqasına öz qüvvəsini nümayiş etdirmək istəyinin güclülüyü hər şeyi üstələyir.  Ədəbsizlər başqasının həyat müstəvisinə soxulub özünə yer qazanmaqla daxili zəifliklərinin müvazinətini bərpa edir. Çox vaxt uşaqlar valideynlərə qarşı belə davranır: «Görəsən belə eləsəm nə olar?», «Mənə nə edərlər bu addımdan sonra?» fikirləşib valideynlərin səbir həddini sınaqdan keçirirlər. Böyük adamlar belə davranışdan sonra oturub problemi həll etmək, söhbətlə araşdırmaq, məsələni çözələməkdən qaçır. Ona görə də ədəbsizin cavabını vermək əvəzinə bir qədər mərhəmət hissi yaşamaq lazımdı. Axı əslində o özünü sizdən qorumaq üçün bu addımı atır. Onun addımı təkcə sizin şəxsiyyətinizə yönəlməyib, ümumilikdə havaya atılmış bir güllə kimidir. Belə yanaşmanı əsas götürəndə bahalı maşınla adam vurub qaçmış dünya şöhrətli idmançı «zapı»sını ailəsini doldurub aparan kasıb kişidən, cılız görkəmli jurnalisti döyən qoluzorlu azad söz ideyasına inanan şəxsdən dəfələrlə aşağı və zəif görünür. 

Ədəbsizliyə tuş gəlmisizsə, ilk əvvəl reaksiya donub qalmaq olur. Necə davranmalı, nələri deməli, hansı addımı atmalı kimi aydınlıq bir qədər gec, artıq ədəbsiz çıxıb gedəndən sonra gəlir. Bu, adamın mənliyinə böyük zərbə endirir. Zorakılığa zorla cavab verən hər kəs münaqişəni həll etmək əvəzinə paralel yollarda yanaşı şütüyür. Yadların ədəbsizliyinə qarşı ən yaxşı vasitə özünü dərk və özünə hörməti gücləndirməkdi. Ən vacibi isə arada məsafə saxlamaq lazımdı. Ədəbsizin istəyi sizi öz qaydalarına uyğun biçilmiş dialoqa salmaqdırsa, bəzən sadəcə susub gülümsəmək gözəl nəticələr verir. Ətrafında kimsənin poza bilməyəcəyi çərçivələri qura bilmək bacarığı böyük adamın vacib xasiyyətnaməsidir.

Ədəbsizi yerinə otuzdurmaq da olar. Hərəkətinin necə iyrənc olduğunu göstərməklə, utandırmaqla, aqressiyanın səbəbsiz olduğunu sübut etdirməklə. Əlbəttə, ədəbsiz heç vaxt «Sağolun ki, mənə nə qədər nəzakətsiz olduğumu göstərdiz» deyib üzr istəməyəcək. Bütün bunlar təmkinli tonda və təcavüzsüz olmalıdı. Yoxsa aranızda fərq olmayacaq. 

«Nə haqla mənimlə belə rəftar edirsiz?!»

Bir nəfərin ədəbsizliyinə dözmək də cavabını vermək də çətin deyil. Amma üzünü bütün cəmiyyətə tutub «Niyə belə davranmağı özünüzə icazə verirsiz?!», «Nə haqla mənimlə belə rəftar edirsiz?!» deyib hətta çığırmaq da gözə görünəcək nəticələr vermir. Cəmiyyət sanki kar və kordur. Bəzən bir adamın başını sığallayıb «Necə kömək edə bilərəm?» sözüylə məcrasına qaytarmaq olursa, bunu cəmiyyətə qarşı da eləmək lazımdı. Sosial şəbəkələrdə çatışmazlıqları aqressiv şəkildə göstərib altına bir dastan şərh yazanlar əslində öz şəxsi komplekslərinin nataraz çələngini bizim başımıza qoymağa çalışır. Mərhəmətli və səbrli olun, çünki onlara həqiqətən də kömək lazımdı. Siz ki, üstünüzə su çiləyən uşağı ölənəcən çırpmırsız”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]