Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İdiokratiya

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
31/7/2015 [21:49]
Baxılıb :
1650 dəfə
Yaxud axmaqlıq daşının kəsilməsi

Orta əsrlərdə belə inam vardı ki, insan axmaqlığının səbəbi başda əmələ gəlmiş daşlardır. Cərrahiyyə əməliyyatı yoluyla bu daşları insan kəlləsindən kəsib çıxarma ayininə onlarla rəssam əsər ithaf edib. Bu mövzu 17-ci əsrin sonuna qədər Niderland rəssamlıq məktəbinin ən sevimli mövzusu olaraq gündəmdə qalmaqdaydı.
 
Kəlləni deşməyə nə var ki?!

Kəllə sümüyündə aparılan əməliyyatı təsdiqləyən çoxlu arxeoloji tapıntılar var. Tapılan kəllələrin sümüyünün düz ortasında deşik olardısa ilk versiya bunun ayinlərlə bağlı olması versiyası səslənərdi. Tapıntılar hətta daş dövrünə aid olurdu deyə bunu başqa cür izah etmək mümkün olmurdu. Bəzən kəsiklərin hansısa kamil formalı kəsici alətlə edildiyi adamın lap gözünə girirdi. Onda əməliyyatın tibbi məqsədlə edildiyi güman edilirdi. Belə faktları oxuyanda əcdadlarımızın nə qədər ağıllı və bilikli, üstəlik bacarıqlı olmasından bir qədər fəxr hissi də keçirirsən. Belə bir əməliyyatın ilk yazılı təsvirini qədim yunan təbibi Hippokrat verib. Alimlər təsdiqləyir ki, cərrahiyyə Mesopatamiyada, Qədim Misir, Persiya, Hindistan, Çində kifayət qədər yüksəklikdə olub və mürəkkəb əməliyyatlar aparılıb. Amma orta əsrlərdə kilsənin, İnkvizisiyanın təzyiqi ilə Avropa görünməz dərəcədə geriləyərək bütün biliklərini itirdi. Yalnız İntibah zamanında qədim sivilizasiyaların bilikləri tədricən geri qayıtmağa başladı. Hətta belə bir ehtimal da var ki, qədim yunan və ərəb əlyazmalarındakı kəllə sümüyü üzərində aparılmış əməliyyatların təsvirlərini oxumuş adamlar düzgün təfsir verə bilməyərək "Axmaqlıq daşının çıxarılması" adlanan böyük bir cəfəng hərəkata təkan veriblər. Fırıldaqçı və dələduzlar bundan çoxlu gəlir əldə ediblər.
 
Başına daş!

Bu mövzuya həsr edilmiş ilk rəsm əsəri İeronim Bosxun "Axmaqlıq daşının çıxarılması" (1475 - 1480) əsəridir. Bu mövzuya müraciət edənlərin ən məşhurlarını sadalayaq: Piter Qüys - "Axmaqlıq daşının çıxarılması" 1545-ci il, Frans Xalsu - "Daşın çıxarılması" 17-ci əsr, Yan van Xemessen - "Axmaqlıq daşının çıxarılması" 1545 - 1550, Marsellus Kofermans - "Axmaqlıq daşının çıxarılması" 1550-1599, Piter Breyqel - "Axmaqlıq daşının çıxarılması, yaxud kəllədə əməliyyat" 1550, Piter Kvast "Daşın çıxarılması əməliyyatı" 1630, Yan Sten - "Cüvəllağı axmaqlıq daşını çıxarır" 1650 - 1660 və s. Başda artıq daşların olmasına ən çox Hollandiyada inanıblar. Holland dilində belə bir ifadə də var: "Başında artıq daşı var". Bu ifadə həmin adamın axmaq olmasına eyham vurur. Bəlkə də ona görə cümləni hərfi mənada anlayanlar düşünürmüş ki, bu "artıq daşları" kəsib götürməklə insanı dərhal ağıllandırmaq olar. Bu təhlükəli əməliyyatı eləməkdə ustalaşmış dəstələr vardı ki, kəndbəkənd gəzib xidmətlərini təklif edirdilər. İnama görə bu daşlar anadangəlmə deyil, yaşam prosesində əmələ gəlir. Yəni kimsə göz qabağında axmaqlaşırsa deməli mütləq onun beynində artıq daşlar əmələ gəlib. Bir növ böyrək, ya da öd kisəsi daşları kimi. 

Bu mövzuya həsr edilmiş ilk əsər, Bosxun rəsmi həm də bu sırada ən məşhurudur. Əsər rəssamın yaradıcılığının ilkin dövründə çəkilmişdir deyə rəssamlıq baxımından o qədər də kamil sayılmır. Amma məna çox dəqiq çatdırılıb. Rəsm tondo, yəni yumru formada çəkilib. Belə forma İntibah dövründə İtaliyada çox məşhur idi. Platon təliminə görə müstəvi üzərində dairə, fəzada kürə formaları ən kamil fiqurlardır. Bosx zamanında dairə dünyanı simvolizə edən fiqur idi. Bununla da rəssam xüsusi qeyd edir ki, bu, ayrıca götürülmüş hadisə deyil və dünyavi miqyasdadır. Simasız, boz bir peyzajın fonunda burda olması heç cür izah edilməyən 4 nəfər və masa yerləşdirilib. Bosxa görə dələduzlar axmaqlığın ayrılmaz bir parçasıdır. Lübbert adlı (şəxsiyyətdən məhrum edilmiş bir kəs deməkdir) adamı üzərində "axmaqlıq əməliyyatı" edilir. Bu rəsmdə başdakı kəsikdən gözlənilən daş yox, zambaq çıxır. Artıq çıxarılmış daha bir zambaq masanın üzərindədir. Orta əsrlərdə zambaq axmaqlıq və sadəlöhvlük simvolu sayılırdı. Əməliyyat edənin başına tərsinə çevrilmiş qıf taxılıb. Yəni ki, bu alət də lazımi qaydada tətbiq edilmir. Əməliyyatı müşahidə edən monax qadınınsa başına kitab qoyulub. Bu da yalançılıq və fırıldaqçılığı simvolizə edir. Axı kitab başın üstündə yox, biliklər başın içində olmalıdı. Başqa bir təfsirə görə başa kitab qoymaq axmaqlıqla üzləşəndə kitabların da lazımsız olduğunu bildirir. Əsərin fonuna diqqət yetirsən çox uzaqda, arxada dar ağacını da görərik. Bosxun əsərlərində cəza alətləri bu dünyanın şərini simvolizə edir. Bu əsərin zamanında çox məşhur olduğunu ehtimal edirlər, çünki buna mənzər kompozisiya və eyni adda onlarla rəsm əsəri yarandı. Bu mövzuda çəkilmiş bütün rəsm əsərlərində ən təsirli məqam öz axmaqlığından heç olmasa bu yolla qurtula biləcəyinə inanan "xəstə" obrazıdır. 

Dələduzlar axmaqlığın ayrılmaz bir parçasıdır

İntibah dövrünün rəssamları ağıl, gözəllik, kamillik, harmoniyanı vəsf etsələr də Bosx əsərlərində dünya xeyir və şərin, ağıl və axmaqlığın, mənəvi və cismani istəklərin toqquşması, qarşıdurması, mübarizə meydanı  kimi təsvir edilir. Cədugərləri tonqalda yandıran, fasiləsiz müharibələr, aclıq, xəstəliklər, qəddarlıq zamanının rəssamı üçün başqa cür ola da bilməzdi. Onun simvolik dili, cin-şeytanlı, fantastik, xəlq məsəlli, deyimli dünyası dini xurafat içində yaşayan xalq üçün çox anlaşıqlı idi. Sənət biliciləri Bosxun bu mövzuda daha bir əsərini "Axmaqlar gəmisi"ni yaxşı tanıyırlar. Belə baxanda bir gəmi axmağın toplaşıb mahnı deməsi kəllədən axmaqlıq daşını kəsib çıxarmaqdan daha təhlükəsiz görünə bilər. Nə olacaqmış? Bir gəmiyə bəyəm nə qədər axmaq sığışar ki? Uzaqbaşı beş-on dənə. Amma hamı da bilir ki, bu axmaqlıq deyilən mərəzin yer üzündə fırtına kimi yayılmaq adəti də var.
 
Təpəsi deşilməmişlər

Son zamanlar axmaqlığı yüngül çatışmazlıq sayan bizlər onun efirdən, televiziya, radio, saytlardan şiddətli təzyiqnən üstümüzə şığıdığını görürük. Sosial şəbəkə və informasiya bolluğu prosesin bütün dünyada getdiyini müşahidə etmək imkanı yaradır. Biri bir axmaqlıq edib fotosunu çəkib paylaşan kimi altında ondan da axmaq şərhlər çələngi bir göz qırpımında yaranır. Sanki axmaqlıq müsabiqəsində yer tutmaq üçün itələşirlər. Kiminsə tumanı düşür gündəyməzini havaya verir, kiminsə körpəsi yuxulayıb sıyığın içinə baş vurur, kimsə təpəsi üstə çaxılıb minlərlə adamı güldürür.  Onlar Bosxun təpəsində deşik açdırmış sadəlöhv axmağından daha çevik və daha təhlükəlidirlər. Bütün bu qaynaşan fonda ağıllı görkəm alıb, mentalitet adlı qalxana sərilib absurd təkliflər verənlər lap "ağlamalı" görünür. Siz şortikinizi geyməyinizdə olun. 

Heç kim ölkəsini vəhşi və axmaq insanların yaşayış yeri kimi görmək istəmir. Obyektiv olmağa çalışıb özümüzə axmaq desək dünya mədəni irsinə verdiyimiz miras gözümüzü tutar. Amma bu boyda axmaqlıq selinin mənbəyini araşdırıb tapmaq da çətin olur. Prosesin qonşu ölkələrdə də təkrarlandığını müşahidə etmək bir qədər təskinlik verir. Ola bilərmi ki, orta əsr kriteriləriylə düşünənlər yüksək kürsülərdə uzun müddət duruş gətirə bilsin? Millət bu qədər niyə axmaqlaşdı? Bu məsələdə məmur və siyasətçilərin rolu nə qədərdir? Bu qəbildən olan suallara dəqiq cavab tapmaq üçün böyük bir tədqiqat, sosial araşdırma və sorğular aparmaq gərəkdir.
 
Axmaqların ağıllılar  hesabına yaşaması rahatlaşıb

"Yer kürəsinin sərhədləri var, amma insan axmaqlığı hüdudsuzdur!" deyən Qustav Flober bu fikirdən lap dəli olurdu. Şairə Luiza Koleyə məktublarında müasirlərinin axmaqlıqlarından yazmaqdan yorulmurdu. Orta təbəqə də, məruzələr deyən akademiklər də gözündə axmaq görünürdü. Bu maniyaya möhkəm aludə olmuş yazıçı ömrünün sonuna yaxın nəsə "Axmaqlıq ensiklopediyası" adlana biləcək toplum tərtib eləmişdi. Burada minlərlə axmaqlıq nümunəsi vardı. Əgər deyinməkdən üzülmüş Flober 58 yaşında ölməsəydi, bu ensiklopediya çoxcildli silsiləyə çevriləcəkdi. Yəni ki, axmaqlığın miqyasını, təhlükə zonasını, zədələmək imkanlarını tədqiq etməkdən bəri başdan imtina etmək daha yaxşıdı. 

Bu gün intellekt göstəricisi İQ hesablamaları real durumu göstərmir. Çünki yüksək göstəricisi ilə bərabər mahiyyətcə axmaq olan adamlar var. Yer üzündə baş verən bütün kataklizmlərin, müharibələrin, çevrilişlərin, iqtisadi böhranların səbəbkarları yüksək intellekt sahibləri deyildimi? Ağıllı adamlarınsa əksəriyyəti bədbin, fiziki cəhətdən zəif, intihara meylli olur, bunu da danmaq olamaz. Belə bir göstərici də var ki, intellekti yüksək olar insanlar müharibə şəraitində daha çox məhv olur. Əgər axmaqlıq pisdirsə, ağıllı və intellektli olmaq yaxşıdırsa niyə bu təkamül yolunda ən vacib həlledici məqama çevrilmir. Bəlkə sivilizasiya bizi bəzi cari məsələlərin həllini hazır verməklə beynimizin işə salınması mexanizmində ətalətlilik yaradıb? Keçmişdə ağıllı olmayan insanların salamat qalıb genini gələcək nəsillərə ötürmək imkanı çox az olurdu. Bəzi alimlər düşünür ki, eramızdan əvvəl yaşamış adamlar bu günümüzə düşsəydi ən işıqlı, zəkalı adamlar sayılardı. Cəmiyyət korporativləşdikcə axmaqların ağıllılar hesabına yaşaması rahatlaşıb. Hamı, axmaq da, ağıllı da sivilizasiyanın bəhrələrindən yararlanıb maneəsiz artıb törəyir. İdeokratiya adlanan bu nəzəriyyəyə görə gələcəkdə insana ağıllı olmaq heç gərək olmayacaq. Ola bilər ki, bu gün intellekt testlərindən yüksək nəticə yığmış birisi 18 əsrdə yaşamış sui qəbiləsi hindusunun tərtib etdiyi sadə testləri keçə də bilməsin.

Flober də əmin idi, hətta alimlər də öz axmaqlığı mövzusunda danışmağa hələ ki, hazır deyil. İntellekt də axmaq ola bilərmiş! Tədqiqatlara inansaq, adamı ağıllı olmaqdan yayındıran ən həlledici faktor emosiyalardır. Dərd və narahatçılıq beyinin operativ, yəni əməliyyat yaddaşını elə gücə salır ki, insan ətraf dünyanı az qala görmür. Bu faktı biləndən sonra ağlamalı, detektiv, qorxulu filmlərin, başqalarının mənfi emosiyalarını meydana çıxaran tok-şouların xalqın axmaqlaşma prosesində oynadığı rolu anlamaq çətin deyil. Əgər sənin öz problemlərin azdırsa, başqalarının dərd-sərini yaşayıb əsl mahiyyətindən uzaqlaşa da bilirsən. 

"Məni axmaqlıq idarə edir"

Kütləvi axmaqlaşma prosesində daha bir həlledici məqam var. Dəfələrlə müşahidə edilir, müəyyən şirkətlər, dünyaca məşhur banklar, agentliklər müsabiqə elan edib yüksək ixtisaslı professionalları işə götürdükdən sonra onlara bütün imkanlarını açmağa şərait yaratmırlar. Bəzənsə lap əksinə, işində badalaq gəlib onun "guya yararsız"lığını durmadan sübuta yetirirlər. Vəzifələrə namizədlərin içindən ən axmağı seçiləndə də heç kim təəccüblənmir. Böyük şirkətlərin sanki elan edilməmiş bir şüarı var: "Düşünürsənsə, deməli işləmirsən". Ona görə də artıq işə qəbul edilmiş cavan kadr masada oturub yenilik axtarmaqdansa bir qovluğu qoltuğuna vurub görüntü yaratmağı daha məqsədəuyğun sayır. Müdir kameradan baxıb onun həqiqətən də işlədiyindən əmin olmalıdır. Yüksək intellektli adamların axmaqlığı daha təhlükəlidir. 

Artıq axmaqlığın nümayişi o qədər də böyük qüsur sayılmır. Müasir dünya insandan çevik və zirək olmağı gözləyir. Ona görə də sosial şəbəkədə axmaqlıq şəlalələri, fırtınaları və bəzən axmaqlıq sunamiləridə olur. Heç kim bu prosesdən kənarda qalmır. Floberin axmaqlıq üzrə araşdırmasını kimsə davam edəcək, ya yox, bu hələ bilinmir. Amma bu yaxında ABŞ konqresinin kitabxanası sosial şəbəkəyə düşmüş hər tviti arxivləşdirmək qərarı verib. Erazm demiş (Erazm Rotterdamski, "Axmaqlığın vəsfi" əsərinin müəllifi) "Məni axmaqlıq idarə edir".

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]