Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Yaxınlıqda kitab oxuyan yoxmu?

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
27/7/2015 [23:00]
Baxılıb :
1788 dəfə

Ola bilər buna bənzər əhvalatı çoxları müşahidə edib. Ağzından süd iyi gələn bir cocuq telefonunu alıb sənə ağlasığmaz bir şeylər göstərsin. Neçə vaxt baş çıxarmadığın qadjetin zəhlətökən "zastavkasını" dəyişsin, ağlagəlməz yerlərdən oyunları çıxarıb oynasın, oxunmamış SMS-lərə görə sənə bir irad da tutsun. Telefonunu onun əlindən dərhal almasan vəhy yoluyla internetə girməyin yolunu da tapacaq, səndən soruşmadan sevimli multfilmini tapıb baxacaq. Ola bilər ki, üzlülük edib Facebook-da əvəzinə beş-on dənə "layk" də atdı. Məsələnin köküylə maraqlansan görərsən ki, bu uşağın valideynləri heç kompüterin "start" düyməsinin harda olduğunu bilmir. Yəni ki, bu uşaq görüb eşitdiklərini deyil, sanki hansısa informasiya mənbəsindən aldığı biliklərlə nəyin nə olduğunu artıq bilir. 

Bizim evdə də belə bir qəribə uşaq böyüyür. Onun hələ 2-3 yaşı olanda kompüter mausunu necə məharətlə tutmasından heyrətlənmişdim. Elə bil ana bətnində bunu ona anlatmışdılar. Yazıb oxumağa macal tapmamış o, necəsə onlayn oyunlara girir və izahedilməz yolla lazımi suallara cavab verir və oyunun ləzzətini bizdən izn istəmədən çıxarırdı. Sonra bu azadlığından sui-istifadə eləyib proqram instalyasiya etməyə başladı. Bircə kompüterin keşini və jurnalını təmizləməyi bacarmadığından onu yaxalayırdıq. Bunu anlamaq çətindi, axı oxumaq bilməyən uşaq proqramın instolyasiyası zamanı heç olmasa "yes", "no", "cancel" düymələrindən birini necə düzgün seçə bilərdi axı? İndi o, 10 yaşındadı. Yay tətilinə baxmayaraq kompüter oynamasına qadağa qoymuşuq. Çünki artıq ailə miqyasında cinayət sayıla biləcək son addımı da atıb. İnternet kartımızı əkişdirib gizlincə öz oyununa pul yükləyib. O, hələ də uşaq ağlıyla düşünür, çünki real və virtual pul arasındakı fərqi anlamır və oyunun sahiblərinə yazıb pulu geri istəsə xərclədiklərini qaytara biləcəyinə inanır. 

İndiki uşaqlar telefon, planşet kimi qadjetləri hətta ilk dəfə görəndə belə, interfeysi anlamadıqları dildə olanda da çıxış yolunu göz qırpımında tapırlar. Bu, artıq sınanmış faktdır. Öz yaşıdlarım arasında kompüter biliklərimlə fors edə biləcək dərəcədə olsam da, mən bunu oğlum yaşında olan uşaqlar arasında eləyəcək qədər cəsarətli deyiləm. Böyük oğlum məni çoxdan arxada qoyub. Qəribədi, axı bu yaxınacan o hər şeyi məndən öyrənirdi? Həmin bu, kitab oxumayan, bizim kimi Azərbaycan filmlərindən bir cümlə də sitat gətirə bilməyən, dünya ədəbiyyatı incilərinin heç adını da bilməyən nəsil bu məsələdə çox-çox irəlidədi. Etiraf etmək çətindi, amma burnu fırtdıqlı uşaq sənin pul verib, kurslarda aylarla öyrəndiyin proqramı yarım saata mənimsəyir. Dərs oxumayan uşağın belə fokuslar çıxarmağının ehtimal dərəcəsi axı aşağı olmalıdı! Onlar bu bilikləri hardan alır? "İndiki uşaqlar belədi də”¦" izahı artıq heç nəyə yaramır.
Hər şeyi anasının qarnında öyrənən uşaqlar paradoksunu biologiya doktoru Ruper Şeldreykin nəzəriyyəsi yaxşı izah edir. Hələ 1981-ci ildə ortaya atılmış bu nəzəriyyəni başqa bioloqlar "Qalileyin kitabları yandırılan kimi Şeldreykin kitabı da yanmalıdı" deyib hoydu-hoyduya qoydular. Nəzəriyyə 20 illik təcrübəyə əsaslanır və Amerika büdcəsinə milyon dollarlara başa gəlib. Şeyldreyk deyir ki, bu planetdə yaşayan varlıqların beyin titrəyişləri hər bir şey barədə informasiya daşıyır. Beyinin yüksək tezlikli elektrik titrəyişləri fəzada əriyib yoxa çıxmır və yeni nəslə bioloji rezonans yoluyla ötürülür.  Məsələn, siz nəsə öyrənir, araşdırırsız, divarın o biri tayında yoldaşınız oturub. Sizin yüksək tezlikli titrəyişləriniz onun da beyin hüceyrələrinin tezliyinə qoşulur və belə çıxır ki, sizinlə birgə o da öyrənir. Bu nəzəriyyə ətraf mühitin insana təsiri mexanizmini başa düşməyə kömək edir. Ona görə də axmaqların yanında axmaqlaşırsan. 

Heyvanat aləmi üzərində belə təcrübələr çox aparılıb. Qonşu qəfəslərdə saxlanan siçovullar "təcrübəli" soydaşlarının yanına düşən kimi çox qısa müddətə "ağıllanır". Sanki telepatik əlaqəyə giribmiş kimi. Bu zaman professor Vernadskinin neosfera haqqında fikirləri lap yerinə düşür. O, deyirdi ki, Yer kürəsinin ətrafında bəşəriyyətin bütün bilik və təcrübəsini toplayan bir qat var ki, daima yenilənir və hər kəslə birbaşa əlaqədədir. Şeldreyk deyən kimi elektrik rezonansı ilə, ya da Vernadski deyən kimi informasiya sahəsi vasitəsilə hamı bir-birindən xəbərdardır. Ola bilər ki, uşaqlar bu sahəyə daha asanlıqla qoşulub burdan yararlana bilir. 

Deməli, bir kitab oxuyan kəs bunu hamı üçün edir. Elmi tədqiqata sərf olunun enerji itmir və bundan hamı yararlanır. Eləcə də pornoya baxıb cisminə ləzzət bəxş edən hər kəs planetin neosferasına bir qədər qırmızı rəng qatır. Onu da deyək ki, uşaqlarımızın bizdən bir addım öndə olmasını izah edən nəzəriyyənin müəllifi öz dinləyicisi tərəfindən bıçaqlanıb. Məruzəni dinləyən yapon nədənsə düşündü ki, bioloq onu beyin rezonansı vasitəsilə özünə tabe etdirməyə çalışırmış. Ağıllı olmağın da belə fəsadları varmış.

Amma bu maraqlı nəzəriyyə bəzilərinin axmaq, bəzilərinin çox ağıllı olmasını tam mənada izah edə bilmir. Belə çıxır ki, çoxmərtəbəli binada qonşuluqda heç olmasa bir alim olarsa həmin binanın sakinlərinin ağıllı nəsil vermək şansı artmalıdı. Kütləvi debillik fenomenini müşahidə etdiyimiz bir zamanda adamın lap soruşmağı gəlir: "Yaxınlıqda bir əməlli başlı adam yoxdurmu bəyəm?!" Əgər bizimçün ucqar olan Avstraliyanın cəngəlliyində bir meymun bananı yeni qaydada soymağı öyrənərkən Afrika meymunları qəfil şəkildə bu təcrübəni mənimsəyə bilirsə, niyə həmin fenomen Azərbaycanda hiss edilmir? 
Bizdən keçdi deyəsən, ümid bircə uşaqlaradır. Bəlkə bu kompüterə barmaq eləyə-eləyə bir şey çıxardılar”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]