Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bizim medalımız

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
22/7/2015 [23:54]
Baxılıb :
1690 dəfə
Yaxud olmasaydıq nə olardı

Milli jurnalistikamızın 140 illik yubileyi mənim şəxsi yubileyimlə üst üstə düşür. Düz 20 il əvvəl ilk dəfə mənə okean kimi dərin və təlatümlü görünən bir dünyaya baş vurdum. O vaxt ağlıma da gəlməzdi ki, məni jurnalistikadakı fəaliyyətimə görə nə vaxtsa "Tərəqqi" medalına layiq görə bilərlər. Çünki özümü cəmiyyətin öndə gedən lider kastasına hələ ki, layiq bilmirdim. Qəribəsi odur ki, indi də mən özümü bu kastaya qatmaq istəmirəm. Qoy bilməsinlər ki, təltif edilənlərin siyahısındakı Manafova Gülnarə kimdi. Onsuz da həmişə özümü jurnalistlərin içində musiqiçi kimi, musiqiçilərin içində jurnalist kimi hiss eləmişəm.

Bəxtimə belə yazılıbmış, 1988-1993-cü ali təhsil illəri həm də milli azadlıq hərəkatı illəriylə üst-üstə düşdü. Biz Konservatoriyanın tələbələri toplaşıb konsert zalına, operaya getmək əvəzinə meydana axışırdıq. O vaxt hamı siyasətçi idi, hamı başı çıxdı-çıxmadı hadisələrin siyasi-ictimai şərhini verməyi özünə borc bilirdi. Gözəl zaman idi, Kamran Həsənli Konservatoriyanın böyük zalında "şou" göstərirdi, amma məşhur brend jestini hələ tapmamışdı. Yığışıb rektorun otağına cumurduq vaxtaşırı. Milli mentalitetimizə zidd gələn predmetləri, məsələn, "rus xalq musiqi yaradıcılığı" fənnini bir göz qırpımında dərs planından yığışdırtdırdıq. İlk dəfə gələcəkdə respublika himnimiz olacaq himni səsləndirmişdik. İndi artıq yadımda deyil, notları kimsə tapıb gətirmişdi. Respublikada siyasi durum mədəni hadisələrin hamısını dondurmuşdusa da kimsənin içində donuqluq qəti yox idi. Biz Qarabağı itirəcəyimizi, sonrakı illəri məğlub kimi başıaşağı gəzəcəyimizi hələ bilmirdik. 
Konservatoriyanı bitirən kimi əksəriyyəti zirəklik göstərib işə düzəldi. Kimsə rüşvət verdi, kimsə zəng elətdirdi, kimsə qohumlarına güvəndi, kimsə özünü gözə soxdu. Mənim kimi diplomundakı əla qiymətlərinə arxayınlaşanlar yerdə qaldı, çünki bütün layiqli yerlər tutulmuşdu. Mənə kitabxanadakı biblioqraf vəzifəsi çatdı. Həmin gün mən özümə təntənəli surətdə söz verdim ki, heç vaxt işə düzəlməkçün, yaxud hansısa işimi irəli çəkməkçün rüşvət verməyəcəm, tanışlıq aramayacam. Bu günəcən vədimi pozmamışam. Amma 1995-ci ildə məni Xəqani 33 ünvanındakı əfsanəvi binaya itələyib salmasaydılar hələ bilmək olmazdı ki, başıma nələr gələrdi. 

Müasir Azərbaycan mətbuatının banisi Nəcəf Nəcəfov artıq həyatda yox idi. Sükan o vaxt cavan jurnalist adlandırılanların, məsələn, Qənimət Zahidovun, Bahəddin Həziyevin əlindəydi. Ürkək addımlarla mən də bu qatara qoşuldum. O vaxtlar hamının bir-birindən bərk-bərk yapışdığı o qədər aydın duyulurdu ki. Min ölçüb, bir biçib ilk yazımı yazdım və məni  qəbul elədilər. İlk dəfə idi ki, öz işimin bəhrəsini dadırdım, biliklərimi tətbiq eləməyə yer tapmışdım və ən vacibi, kimsəyə "Axı mən ən yaxşısına layiqəm!" deyib nəyisə sübuta yetirməli deyildim. Jurnalistika, yazı elə bir yer idi ki, burda riyakarlıq eləmək mümkün olmurdu. Əsl azadlığın dadına mən jurnalistikada baxmışam. Jurnalistika mənimçün bir növ "azadlıq adası" idi. Burda nadanlıqdan, bayağılıqdan, gündəlik qayğılardan, hətta indi hamını məngirləyib boğan məişət burulğanından da qurtulmaq olurdu. Sənə  görkəminə, təbəqənə, maddi durumuna görə deyil, yazına, intellektinə və biliyinə görə qiymət verirdilər. Hətta zəif yazını mərhəmətli sükutla qarşılayırdılar. Bu, indiki sükutla, biganəliklə müqayisə edilməz bir reaksiya idi. 

Mən bu yaxınlaracan oxuculardan məktub alırdım və  sükut indiki qədər qorxunc deyildi. Bu, müharibədə atışmadan əvvəl çökən qısamüddətli sükuta çox bənzəyir. Bəlkə jurnalistləri silahla müqayisə edənlər düz fikirləşir? Bizi qiymətli silahlar kimi vaxtaşırı silib təmizləyib, yağlayıb yerinə yığırlar. Kimsə tankdı, onu qabağa vermək olar. Kimsə dayandoldurum tüfəngdi, kimsə bapbalaca bir pistolet. Kimsə kənardan idarə edilən pilotsuz qırıcı təyyarədir. Kimsə rezini qırıq raqatka. Son vaxtlar oyuncaq tüfənglər də çıxıb, əslindən ayırmaq olmur. Amma silahların bir-birinə tuşlanan günündə bu qovğadan salamat çıxan olmayacaq. Hələ ki, arabir bambılı jurnalistlərin səlist olmayan atəş səsləri gəlir. Onlar nişangahı təltif edilmiş jurnalistlərə dirəyiblər. 

Aradan keçmiş bu 20 ildə mən heç olub gedən, aşılanan, mənliyini, özünə inamı itirən, azan, satılan, məhv olan çoxlu jurnalist gördüm. Mənim "Azadlıq ada"m seyrəlməkdədi. Gələnlər yerini doldura bilmir. Son iki gündə, yəni Prezidentin təltif etmə barədə əmri çıxandan özümü səngərdə gizlənən əsgər kimi hiss edirəm. Burnumu çıxarsam atışmaya düşəcəm sanki. Mən çiyin-çiyinə dayanmaqdan ləzzət aldığım adamlarla atışa bilmərəm axı. Onlar nədən belə artıb, anlamıram. Onlar nədən belə aqressivləşib, yenə də aydın deyil. Mətbuatın 140 illik yubileyi ilə əlaqədar 180 jurnalist təltif edilib. Elan edilmiş statistikaya görə 800-ə qədər ərizə varmış. Yəni bu boyda səs-küyü yerdə qalmış 600 jurnalist yaradıb? Bayaq dedim axı, tüfənglər özbaşına atəş açmaz, hər silahın öz sahibi var. Cənablar, silahı yerə qoyun, onsuz da qırılıb batmışıq artıq.

Jurnalistika olmasaydı mən insanlığa, ali missiyaya, həqiqət axtarışının vacibliyinə inamımı itirər və dahi şəxsiyyətləri məhv eləmiş rüşvət bataqlığında yəqin ki, boğulardım. Ona görə də bu gün "Axı mən buna layiqəm!" deyib təkzib əvəzi bir yazı yaza bilmərəm. Əlbəttə, jurnalist olduğuna görə əziyyət çəkən, öldürülən, təqib edilən insanlar var. Bu fakt jurnalistikanın təhlükəli, şərəfli bir iş olduğuna sübutdur. Təkamül yolunda hətta jurnalistlər də düşmən kimi qarşı-qarşıya deyil, yanbayan dayanmalıdır. Satqınlıq, səviyyəsizlik, pulgirlik bütün jurnalistikanın qüsurudursa mənim də medalım əslində elə bizim medalımızdı.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]