Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Ekoloji tarazlıq pozularsa...

Ekoloji tarazlıq pozularsa...
Bölmə :
KİVDF
Yayım tarixi :
16/7/2015 [21:54]
Baxılıb :
3201 dəfə
Zəfər Miriyev: “Bir var, Bakıda oturub hansısa bir rayonun problemlərindən danışasan, bir də var ki, özün bu problemlərin içində olasan”

(Əvvəli ötən sayımızda)

Qeyd etdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinin birgə tərtib etdiyi tədbirlər planına uyğun olaraq meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirilib. Yanğın təhlükəsi gözlənilən ərazilərdə 658 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqlar çəkilib və əvvəlki illərdə çəkilmiş 563 kilometr köhnə zolaqlar təmir edilib. Həmçinin, meşə yanğınlarına qarşı 79 hektar sahədə budama işləri aparılıb. Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət olunmasına dair fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb, maarifləndirici lövhələr quraşdırılıb.

Hər kəsin bildiyi reallıq

Heç kəsə sirr deyildir ki, son illərədək respublikanın bəzi bölgələrinə  "mavi yanacağ"ın verilməməsi səbəbindən, əhali  meşələrə üz tutur, gizli və ya aşkar şəkildə, fərqinə varmadan belə, qarşısına çıxdığı ağacı kəsərək evinə gətirir, ondan  istiliyə olan tələbatını ödəmək üçün istifadə edirdi. Mənfur qonşularımızın işğal etdikləri ərazilərimizdə təbii sərvətimiz olan meşələrimizi talan etmələri  bir yana, digər tərəfdən ölkə vətəndaşlarımızın da belə qeyri-qanuni yollardan istifadə etmələri respublikanın meşə fonduna ciddi ziyan vurmaqla yanaşı, nəticə etibarilə, ölkədə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Odur ki, ölkənin meşə fondunun  mühafizəsində qeyri-hökumət təşkilatlarının (QHT) da üzərinə böyük məsuliyyət düşür.
"Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin eksperti Zəfər Miriyev əməkdaşımızla söhbətində ölkədəki ekoloji durumun hər bir kəsə - dövlət məmurundan tutmuş, adi vətəndaşadək - yaxşı bəlli olduğunu bildirdi: “Meşə təsərrüfatlarının mövcud olduğu digər rayonlardakı problemlər elə Lənkəran rayonuna da xasdır. Sadəcə, mən özüm Lənkəran rayonunda yaşadığım üçün rayonun problemləri ilə yaxından tanışam. Bir var ki, Bakıda oturub, hansısa bir rayonun problemlərindən danışasan, bir də var ki, özün bu problemlərin içində olasan, hər gün həmin problemlərlə üzləşəsən. Odur ki, müsabiqə elan olunarkən, "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyi Lənkəran rayonunda bu istiqamətdə xüsusi bir layihə təklifi ilə çıxış etdi. Sağ olsunlar ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında layihənin gərəkliyini məqbul saydılar və onu dəstəklədilər”.

Yerli bələdiyyələrlə maarifləndirmə işlərinin aparılması

Onun sözlərinə görə, "Ətraf mühitin yaxşılaşdırılması üçün yerli bələdiyyələrlə maarifləndirmə işlərinin aparılması" adlanan layihə  4 ay müddətində icra olunub: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına  əyani vasitələr- banner, buklet, eləcə də digər təbliğat vasitələri hazırlandı. Bir var,  hər hansı bir məsələ haqda kimdənsə eşidəsən, bir də var ki, eşitdiklərini həm də əlinin altında olan əyani vasitələrdə görəsən - o zaman eşitdiklərin  beyninə daha tez həkk olunur, yadda qalır. Elə bizim də məqsədimiz ekoloji tarazlığın bərpası ilə bağlı söylədiklərimizin rayon mərkəzindən 40-50 km uzaqda yerləşən ucqar dağ kəndlərinin sakinlərinin yaddaşında daha çox qalması idi. Layihənin həyata keçirilməsi üçün Lənkəran rayonunda 10-dan artıq kəndi əhatə edən 5 kənd bələdiyyəsi seçildi. Bu kəndlərdə yaşayan  əhalinin sayı təqribən 20 min nəfərdən artıq idi. 

Layihə çərçivəsində rayonun Günəhir , İstisu, Biləsər, Türkəncil, Haftoni, Şilavar, Digah və Havzava kəndlərində  seminarlar təşkil olundu. Tədbirlərimizdə  Bakıdan dəvət etdiyimiz, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran şəhərində yerləşən Regional ofisinin əməkdaşları ilə yanaşı bələdiyyə sədrləri, icra nümayəndələri, kənd camaatı, o cümlədən müəllimlər və məktəblilər də iştirak edirdilər. Qeyd etmək yerinə düşər ki, bunlar hamısı rəsmi görüşlər idi və biz qabaqcadan kəndlərdə belə görüşlər keçirəcəyimiz barədə həm  Azərbaycan Respublikası Prezident Administrasiyasını, həm də Lənkəran rayon İcra Hakimiyyətini  məktubla məlumatlandırmışdıq. Deməyim odur ki, bəzi QHT-lər kimi biz kəndlərdə  sakinlərlə gizli görüşlər keçirmirdik. Bizim fəaliyyətimiz tam aşkar və şəffaf idi. Hətta biz  məktubda hansı gündə hansı məntəqədə və saat neçədə harada olacağımızı belə əvvəlcədən bildirmişdik. Odur ki, sağ olsunlar, yerli icra orqanları da bizə bu işdə heç bir maneçilik törətmədilər.  Bu seminarlarda həmçinin, layihənin icrasına nəzarət məqsədi ilə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri də iştirak edirdilər. Seminarlarda  bələdiyyə üzvləri, eləcə də kənd sakinləri arasında meşələrimizin mühafizəsi ilə bağlı maarifləndirmə işləri aparıldı”.

Bulaqların quruması

Z.Miriyev dağ kəndlərinin sakinlərini narahat edən digər bir məsələyə də diqqət çəkdi: “Orada yaşayan sakinlər istirahət etmək üçün meşələrə üz tutan xarici və yerli turistlərin davranışlarından da narazıdırlar. Belə ki, istirahətlərini başa vuran turistlər gətirdikləri ərzaq və sair məhsulların qalıqlarını ətrafa tullayırlar. Üstəlik qaladıqları ocaqları tam söndürmədən meşəni tərk edirlər. Nəticədə məşələrdə tez-tez yanğınlar baş  verir ki, bu da meşə fondumuza ciddi ziyan vurur. 

Qeyd etmək lazımdır ki, Lənkəran rayonunun dağ kəndlərinin fərqli problemləri də var. Məsələn, Günəhir kənd sakinlərini narahat edən ekoloji problemlərdən biri də içməli suya olan tələbatın yüksək olmasıdır. Yay fəslində dağdakı bulaqların əksəriyyətinin quruması, əhalinin içməli su əldə etmələri üçün uzun məsafə qət etmələrinə səbəb olur. Halbuki, kəndin kənarında bir neçə yerə su kəmərləri çəkməklə, bu problemi həll etmək mümkündür. Bu yolla, həm də kəndli təsərrüfatlarını dirçəltmək mümkün olar.  

Təbii  ki, seminarlarda qaldırılan bütün bu çatışmamazlıqlar barədə layihənin sonunda hesabat tərtib olunaraq, həm Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, həm də digər əlaqədar dövlət qurumlarına göndərilmişdir”. 

“Meşə məcəlləsi”

Qeyd edək ki, Azərbaycan Respublikasının "Meşə məcəlləsi" Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir. Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.

Məcəllənin 4-cü maddəsinə əsasən:

Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.

Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin (bundan sonra - ağac-kol bitkiləri) istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir.
Meşə fondu ərazisində heyvanat aləminin, su obyektlərinin, yerin tərkibinin, atmosfer havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə tənzimlənir.

Meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]