Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Maçu Piçu" şəhərinin çox yüksək ərazidə inşa edilməsinin səbəbi nə idi? - FOTOLAR + VİDEO

Bölmə :
Maraqlı
Yayım tarixi :
16/7/2015 [13:07]
Baxılıb :
4176 dəfə
Sirli "Maçu Piçu"

Peruda And dağlarının zirvələrindən birində yerləşən Maçu Piçu (Machu Pıcchu) adlı şəhər dünyanın ən çox ziyarət edilən yerlərindən biri olmaqla yanaşı, həm də haqqında ən çox araşdırmalar aparılan yerlərdən biridir. 

"Maçu  Piçu" (Machu Pıcchu) And dağlarının zirvələrindən birində, Urubamba vadisi üzərində 2.450 m yüksəklikdə tikilmiş bir şəhərdir. Şəhərin hansı məqsədlə bu qədər yüksəklikdə tikilməsi bilinmir. Tikili, Perunun Cusco şəhərindən 88 km uzaqlıqda yerləşir. "Maçu Piçu"  (Machu Pıcchu) 600 illik şiddətli yağışlara və torpaq sürüşmələrinə baxmayaraq hələ də ayaqda qalmağı bacarıb. 

"Günəşin oğlu" Paçakuti

Tarixçilərin fikrincə 1438-ci ildə Çanka döyüşçüləri qonşuları inklərə hücum edib. Hücum zamanı yaşlı İnk hökmdarı güvənli bir yerə qaçmağa məcbur olub. Hökmdarın oğlu Yupanqui isə inkləri  mübarizə üçün ruhlandırıb və onları çox çətin olan bir mübarizəyə qoşulmağa məcbur edib. Bütün maneələrə baxmayaraq inklər düşmənlərini məğlub ediblər. İnklər Yupanquini  qəhrəman elan ediblər və ona yeni ad veriblər. Bu "Paçakuti" adı idi (Dünyanı dəyişdirən). Yeni ad alan Yupanqui böyük ərazilər tutmağa başlayıb. 

Tarixçilərə görə güclü imperiya quran Paçakuti, adına layiq bir şəhərin salınmasına qərar verib və bu şəhər "Maça Piçu"  (Machu Pıcchu) olub. Şəhərin tikintisinə 1438-ci ildə başlanıldığı iddia edilir. 

Mühəndislərin fikrincə şəhərin tikintisində istifadə edilən daşların bəzilərinin ağırlığı 20 tondur. Daşların hər biri, insan gücü və ibtidai alətlər vasitəsi ilə dağa qaldırılıb. Amma şəhərin hansı məqsədlə burada tikildiyi hələ də bilinmir. Bəzilərinə görə bu tikili sadəcə bir ibadət yeridir. Bəzilərinə görə isə işğalçılardan qorunmaq üçün bu yer seçilib. 

Mühəndis Vince Leenin fikrincə şəhərin bu qədər yüksəklikdə salınmasının mütləq bir səbəbi var: "Bura kəskin bir dağ yamacıdır. Düz sahə demək olar ki, yoxdur. İnkləri hansısa bir şey məcbur edib ki, bu qədər yüksəklikdə şəhər salsınlar. Çünki 20 tonluq daşları bu dağa qaldırmaq mümkün deyil"

30 ildir İnk tarixini araşdıran yazar və araşdırmacı Peter Frostun fikrincə isə "Maçu Piçu" (Machu Pıcchu), o dövr  üçün Paçakutinin qışlıq sarayı olub: "Hökmdar qışın 2 ayını burada keçirirdi.  Şəhərin tikilməsinin əsas səbəbi inklərin dini inancları ilə bağlı ola bilər. İnklər,  hökmdarlarının  "Tanrı" olduğuna inanırdılar və onu "Günəşin oğlu" olaraq görürdülər. İnklər Paçakutinin bu kiçik şəhərdə "Tanrı"larla danışdığına inanırdılar."

Mühəndis Vince Leenin fikrincə tikilidə inklərə aid mühəndislik xüsusiyyətləri çox azdır: "Şəhər 600 ildir ki, mövcuddur. İnklərin şəhəri şiddətli yağışlardan və zəlzələlərdən necə qoruduqları bilinmir. Sirli şəhərin 60 %-i yer altındadır. Şəhər min nəfəri qəbul edə bilər, amma imperiyanın mərkəzindən yüzlərlə kilometr uzaqdadır. Tikilidə inklərə aid mühəndislik xüsusiyyətlərinin az olması qaranlıq qalan məqamlrdan biridir." 

İspan işğalları

Şəhər ilə ilk tanışlıq ispanlara aid olub. Belə ki, İspan işğalçılarının 1532-ci ildə inklər üzərinə hücumu yerli xalq üçün faciə olub. İnklərə məxsus tikililər və şəhərlər dağıdılıb. Lakin "Maçu Piçu" (Machu Pıcchu) çox yüksəklikdə, dağlar arasında olduğu üçün bu şəhər, işğalçılar tərəfindən dağıdılmayıb. İspan işğalçıları şəhərin yerini bilsələr də, nədənsə həmin bölgəyə getməyiblər. İşğallar sonrası Maçu Piçu tamamilə unudulub. Şəhər 1912-ci ildə yenidən tapılıb. Şəhəri tapan şəxs araşdırmacı Hiram Binghamdır. İddialara görə Bingham şəhəri aşkar edərkən bölgədən çox böyük miqdarda qızıl da tapıb. Tapılan qızılların ABŞ-a daşındığı iddia edilir. Yerli sakinlər isə Maçu Piçunun Bingham tərəfindən aşkar edilmədiyini deyirlər. Onlara görə şəhərin var olduğunu onsuz da onlar bilirdilər. Bu sirli şəhər dağın zirvəsində, çətin yolların üstündə tikildiyi üçün ora getmək olduqca çətindir. Şəhərin adı ilə bağlı isə bir çox iddia var. Bunlardan biri And dağlarındakı zirvələrdən birinin adının "Maçu Piçu" (Machu Pıcchu) olmasıdır. Şəhərdə 100 dən çox insan skeletinə rast gəlinib. İddialara görə tapılan skeletlər din adamlarına aiddir.

Turist axını

"Maçu Piçu" Cənubi Amerikada ən çox ziyarət edilən yerlərdən biridir. Hər gün təxminən 2 min insan buranı ziyarət edir. Turist axınına baxmayaraq şəhərin bəzi yerlərində qazıntılar və araşdırmalar davam edir. Şəhərin hansı məqsədlə bu qədər yüksək və çətin bir ərazidə tikilməsi isə müəmma olaraq qalır.

Bizimyol.info "Maçu Piçu" haqqında çəkilən sənədli filmi və fotoları təqdim edir: 

Teymur
Bizimyol.info 

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]