Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sükuta qovuşmaq istəsən”¦

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
15/7/2015 [23:47]
Baxılıb :
2003 dəfə

Şəhər kənarına yolu tez-tez düşənlər bunu daha yaxşı bilər, axşamüstü bağlara aparan yollarda maşın çoxluğundan tıxaclar olur. Qabaqlar bu mənzərə istirahət günlərində olardı. İndi əhali şəhər kənarında yaşamağa üstünlük verir. Şəhər mənzilini kilidləyib, bağda şəraitini düzəldib burada yaşayanlar nəzərə çarpacaq dərəcədə çoxalıb. Şəhərdən qaçmaq istəyi o qədər böyükdür ki, yollardakı tıxaclar da kimsəni günün sonunu təbiətin qoynunda keçirməkdən çəkindirmir. Dəlisov şəhər həyatını yaşayanlarçün bu, sonuncu məqbul, xilasedici addım kimi görünür. Şəhərin 90 faizi «reallıqdan qaçmaq» arzusuyla yaşayır.

Hər kəs içində dilinə gətirə bilməyəcək bir arzu daşıyır: «Hər şeyi bir anın içində atıb, başını götürüb harasa getmək». Bu mənzərə içində mənzilini kirayə verib işini atmağı özünə icazə verə bilənlər çox uğurlu adamlar kimi görünür. Axı bağa köçüb hər gün dənizin səsiylə yatıb-durmaq, qızılı qumda ayaqyalın gəzmək, payızın ləzzətini, eləcə də qışın sərtliyini, sonra baharın nəfəsini duymaq, təbiətin ritmiylə və ən vacibi öz ritminlə, öz istəklərinlə yaşamaq olar. Bu, tıxaclarda və qırıq asfalt cəngəlliyində boğulan insanlar üçün nağıla bənzəyir. 

Niyə də olmasın? Nə olsun ki, təqaüdə hələ çox var. Özü də təqaüdün məbləğini nəzərə alsaq ona arxayınlaşmaq olmur. Günlərin bir günü işini, peşəni bütün uğurlarınla birgə atıb sükuta qovuşmaq istəsən sənə dəli deyənlər həsəd aparanlardan da çox olacaq. Axı hamı ən əvvəl uğur qazanmağı arzular. Kimliyini cəmiyyətə sübut eləməlisən, maddi nemətlər toplamalısan, sevilən, arzulanan və lazımlı olmalısan. Ona görə də ilkin arzun- xoşbəxt olmaq arzusu gözləməli olur. Bəyəm taxta döşəmənin arasından qarışqalar çıxan küləfrəngidə kitab oxumaq, axşam sərin düşən kimi balaca bostanında bitən tərəvəzləri sulamaq və öz həyətindən olan məhsullardan bişirdiyin yeməyi əzizlərinlə birlikdə yemək çoxmu əlçatmaz arzudur?

Əlbəttə, arabir harasa getməli, kiminləsə görüşməli, hansısa işini yoluna qoymalı, nəsə bir şeylər qazanmalısan. Amma bu, dəlisov şəhər həyatıyla müqayisədə cansıxıcı görünmür. Həyat tərzini kökündən dəyişən adamların sayı il ildən çoxalır. Ola bilər işini atıb şəhər kənarına köçməyi hələ ki, bacarmayanlar bu addımı qəfil ata bilmir. Amma şeir yazan həkimlər, foto ilə maraqlanan mühasiblər, rəsm çəkən müəllimlər və internet resurslarından yararlanmaqla pul qazanan frilanserlərin sayı çox artıb. 

Məktəbdə, institutda oxuyanda heç kim bizə deməmişdi ki, bu marafonun hansısa vacib məqamında yorula bilərik. Həyatdan da, uğurdan da, maddi nemətlərdən də yorulmaq olarmış. Hər şey uşaq bağçasından başlayır. Səhər tezdən durmalı, iyrənc manna sıyığını yeməli, günorta yatmalı və mütləq sakit oturmalısan. Bu məsələdə «bəxti gətirənlər»in üstəlik rəsm, ingilis dili, rəqs məşğələləri də olurdu. Məktəbdə də eləcə, səhər tezdən dur, dərsdə dinc otur, evə gəl dərs elə, imtahan ver. Sonra yenə də imtahan ver ali məktəbə daxil ol, leksiyalar, imtahanlar, iş. Sonra yenə də tezdən durmaqlar, iclaslar, hesabatlar, yoxlamalar və s”¦

Sən əgər xəstələnməyən, icazə almayan, gecikməyən işçi olsan müdirin səni qiymətli sayacaq, amma bu sənə bir qram da xoşbəxtlik gətirməyəcək. Sən hələ də «süpürgəçi» olmaq qorxusuyla yaşayırsan. Ağlımız kəsən gündən bizə deyirdilər ki, oxumasan süpürgəçi, ya da daş daşıyan olacağıq. Amma indi, diplomun başının altında, işin, peşən, ev-eşiyin və ailən yerli-yerində olanda bu uğurdan qaçmaqdan başqa arzun yoxdu ürəyində. Paltar şkafı ağzınacan doludu, amma «geyməyə heç nəyim yoxdu» deyirsən. Soyuducuda yeməklər qalıb korlanır, amma bazarlığa mütəmadi gedirsən. Yaşayırsan, amma sənə elə gəlir ki, kimsə səni yaxşıca aldadıb. Uğurlu ailələrdə doğulub böyümüş uşaqların işi lap çətindi. Artıq 20 yaşında həyatdan yorulma sindromu yaşayırlar. 

Ola bilər kimsə xəstəxana çarpayısında, kimsə həyatının ən böyük stressini yaşayıb həyatına bir daha baxmaq imkanı qazandı. Axı hamı bilir ki, harasa gedəsi olsan bir çanta əşya kifayətdi. Ondan artığı israfçılıqdı. Əgər düşünsən ki, bu gün həyatının axırıncı günüdür, həmin o çanta da artıq görünər. Hər dəqiqəni yaşamaq istedadı hər kəsdə olmur. Bunu bizə öyrətməyiblər. Dünya təbiətə qayıdış məqamını yaşayır. Çadırda gecələyənlərin, dağa dırmaşıb ordan dünyaya baxmaq istəyənlərin, paraşütlə tullananların, okean dərinliyinə baş vuranların sayı görünəcək dərəcədə artmaqdadır. 
Bəzən uşaqlıq fobiyaları, məsələn süpürgəçi, ya fəhlə olmaq sutkanı kompüter arxasında keçirən redaktor vəzifəsindən daha cəzbedici görünməyə başlayır. Axı fəhlənin «Sabah nədən yazacam axı?!» adında narahatçılığı yoxdu. Səninsə evdə hələ dərslərini eləməmiş, inşasını «5»ə yazmamış uşağın var, üstəlik sabah ağappaq köynəkdə getməlisən, ayıbdı axı”¦

Kimsə kresloda oturmaq və əmr vermək üçün doğulub. Yerə düşən xəzəli də kimsə süpürməlidi. Amma bunların heç biri həyatın tamını hiss etməyə mane olmamalıdı. Uğur qazanıb bundan ləzzət alanlar  və həyatdan yorulub qırağa çəkilmək istəyənlər - onlar heç vaxt bir-birini anlamayacaq. Çünki onlar hamısı həyatını kökündən dəyişməyi arzular. Filosoflarsa həyat mövzusunda belə zarafat edir: «Həyata çox da ciddi yanaşmayın, burdan sağ çıxan hələ olmayıb»”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]