Şri-Lankada hakimiyyət dairələrinin çox təhlükəli Denqe qızdırması epidemiyasına qarşı apardığı mübarizə kampaniyasında həşaratların yaşadıqları nohur, bataqlıq və gölməçələrin qurudulması tələb olunur. Milli.Az "Asia Times"a istinadən bildirir ki, göstərişi pozanlar cəzalanırlar. Artıq 53 nəfər həbs olunub.
Şri-Lankada minlərlə polis, hərbçi və Səhiyyə Nazirliyinin əməkdaşı paytaxt Kolomboda 11500 evdə axtarışlar aparıblar. Həyətlərindəki nohur və ya gölməçələri qurutmayan 53 nəfəri 6 aya qədər həbs gözləyir.
Qeyd edək ki, Şri-Lankada ilin əvvəlindən bəri Denqe qızdırmasından 74 nəfər ölüb, 15 min nəfər xəstələnib.