Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bir çimdik işıq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
10/7/2015 [23:20]
Baxılıb :
1667 dəfə

Hər şey sınır, dağılır, məhv olur: hiss və duyğular, insanlar, məişət texnikası və xüsusilə də ütü. Ütünün işləməməsinə heç dözə bilmirəm, fikir eləyirəm. Ondan heç gözləməzdim. Ütü sıradan çıxan kimi yeni ütü və köhnəsini düzəldə biləcək usta axtarışına çıxdım. Nəticədə təzə ütü alındı. Sən demə yaxşı ütü almaq, yaxşı adama, işini bilən mütəxəssisə rast gəlməkdən daha asanmış. 

Əlbəttə, tarix dahi şəxsiyyətlərlə doludur və onların həyatı bizimçün, yəni ütünü 8-ci mikrorayon bazarından axtaranlarçün örnəkdi. Nə olsun ki, Pol Sezann bicbala doğulmuşdu, varlı tacir və gənc qızın günahının nəticəsi idi. Əvəzində Leonardo da Vinçi elə inanclı vegetarian idi ki, inək südü içməzdi. Çünki bunu oğurluq sayırdı, yəni ki, inəyin balalarının payını oğurlamaq istəmirdi. Marsel Düşan adlı rəssam ali ideyaları deyil, gündəlik həyatı çəkirdi. Onun "Fəvvarə" adlı ən məşhur əsəri əslində rəssamın təbii ehtiyacını ödəməsinin bədii təcəssümüdür. Elə Salvador Dali də məşhur əriyən saatını gün altında əriməyə üz vermiş Kamamber pendirinə baxandan sonra yaratmışdı. Yaxşı ki, rəssamlıq pendir qoxusunu əbədiləşdirəcək dərəcədə qüdrətli deyil. 

Öz aramızdı, adini əbədidən ayırmaqda o qədər də səriştəli deyilik. Anri Matissin "Qayıq" əsəri Nyu-York sərgisində düz 46 gün başayaq asılsa da, bunu kimsə hiss eləməmişdi. Deməli, sərgiyə gəlmiş 1600 adamdan biri də məsələnin əsl mahiyyətini anlamaqçün beynini işə salmamışdı. Yəqin ağıllı görkəmlə başını yelləyib ola bilər ağ şərabdan bir qurtum vurmuşdu. Kimsə deməsin ki, həqiqəti yalandan ayırmağı bacarır. 1912-ci ildə Leonardo da Vinçinin məşhur "Cakonda"sı oğurlanmışdı. Əsər tapılanacan 3 il ərzində 6 kopya satıldı, özü də ağlasığmaz məbləğə. Madonna rəsmləriylə ad çıxarmış Rafael isə əslində ateist idi və nə Müqəddəs Məryəm, nə də İsa peyğəmbərin totuq vaxtlarından ilham almırdı. Rəsmlərində həmişə eyni qadını əbədiləşdirirdi, öz duyğularını çəkirdi. Ağı qaradan ayıran olsaydıq Endi Vorxol adlı sənətkarı gərək fitə basıb qovlayaydıq. Onun "Yuxu" adlı filmi düz 6 saat çəkir. Pyemyerada olmuş 9 adamdan cəmi 2 nəfəri bir saat tamam olmamış zalı tərk elədi. Yerdə qalan 7 nəfər "görüm nə olacaq?" deyib filmi sonacan izlədilər. Bu, yəqin ki, hamının sənətkar adlandırdığı adam bundan sonra daha 60 film də çəkdi: "Öpüş", "Yemək", "Sifət", "At", "İntihar" və s.

Vermeyerin pərəstişkarları 11 uşaq atasının heç vaxt uşaq rəsmlərini çəkmədiyini bilsə onun yaradıcılığına marağı itirərdi bəyəm? Ya da dövrün simvolu statusuna qədər yüksəldilmiş Salvador Dalinin "Çupa Çups" loqotipini çəkdiyini, ya da ağ vərəqləri imzalayıb satdığını bilsə, bir daha sürrealist rəsmlərə gözünün ucuyla baxmaz? Bəyəm heç kim bilmir ki, Salvador Dalinin ləğəbi "Avida Dollars", yəni "dəlicəsinə dollar sevən" olub? Biz onu rəsmlərini yenicə doğulan insanın Azərbaycana tərəf barmaq uzatmasına görə sevirik axı. Pikassonun da ilk sözünün "karandaş" olması məsələyə müsbət nüans verə bilmir. 

Bəli, dünyanı təqdir, ya da tənqid etmədən yaşamaq çətin olur. Onsuz da hər kəsin içindəki çirkab kifayət qədərdi və bütün dünyanı bulaşdıra bilər. Güzgüdəki ləkələri silməklə kimsənin siması təmizlənmir. Hər kəs də bilir ki, fərqli yaşamaq mümkündür. Eskalatordakı kimi qoy hamı aşağı getsin, sən axına qarşı olmağa çalışıb sonunda işığı çata bilərsən. Ətrafda səni sevənlər badalaq gələnlərdən dəfələrlə azdır. Amma səni incidənləri bağışlaya bilməmək daşa çaxılıb deyinməyə bənzər. Nə qədər ağrıtsa da, əlinə keçəni bu daşın daşına qaxmaq istəsən də günahı qarşına çıxan bir daşda görəcək qədər xırdalana bilməzsən. Qoy sənətşünaslar məni bağışlasın, (onsuz da onlar qəzet oxumur, xəbər tutmayacaqlar) pis adam olub yaxşı sənətkar olmaq mümkün deyil. Çünki Yaradan belə düşünüb, ruh özünə forma yaradır. Yaxşı ruh, yararsız "qutu"da qala bilməz. 
Sənətə, yaradıcılığa bir günahkar ruhun çıxış yolu axtarması, işığa tərəf dartınması kimi baxanda kitabı, rəsmi, musiqini ilahiləşdirmək səhvlərindən qurtulursan. Hardasa zülmət çoxdur, hardasa işartı görünür. Bütün bunlarla maraqlanmayanlarsa daha çoxdu: Banqladeşdə nə var, nə yox? Görəsən, Yaponiyada sunamidən, zəlzələdən sonra salamatçılıqdırmı? Baxım görüm Facebookda nədən yazırlar? Bilməmişdim, sərgiyə gedəcəkdim, kiminsə cızmaqaralarına baxacaqdım. Bəlkə kitab oxuyum sənin xətrinə?..

Rəsm, film çəkmək, şeir, roman yazmaq, musiqi bəstələmək, oxumaq - bütün bunlar hamısı sadəcə adam balası kimi sevməkdən asandı. Allahı, başqa insanı, özünü sevməkdən dəfələrlə rahatdı. Nəsə yaratmağa çırmananlar heç olmasa sevməyə cəhd edir ki, əsərinə bir çimdik işıq qata bilsin. Əsl xeyirxahlıq yoluna qədəm qoyanlarınsa artıq nəsə yaratmağa ehtiyacı qalmır. 

P. S. Ən etibarlı parol savadsız adamlarda olur. Və ütü satanlar heç vaxt ütü ustalarının yerini bələd verməz.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]