Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Uğurlu əməkdaşlığın İqtisad Universiteti nümunəsi

Bölmə :
Köşə
Yazar :
Etibar Əliyev
Yayım tarixi :
9/7/2015 [22:59]
Baxılıb :
1879 dəfə

Bu ilin iyul ayının 3-də Rusiyanın “Ali İqtisadiyyat Məktəbi (AİM)” Milli Tədqiqat Universitetinin (AİM”“MTU) (Национальный Исследовательский Университет “Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminov Azərbaycan Dövlət İqtisad Universitetinin dəvəti ilə bu ali təhsil müəssisəsində qonaq olub. Qonaqlar ilk olaraq Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və gül dəstələri qoyublar. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib.

Bu mövzuda yazı yazmağa məni vadar edən bir neçə səbəb var:

Birincisi, təxminən 10 ildir ki, mən bu ali məktəbdə verilən təhsil və aparılan tədqiqatlarla yaxından tanış oluram. Ali İqtisadiyyat məktəbi Qərbin aparıcı tədqiqat universitetlərindən (mərkəzlərindən) heç də geridə qalmır. 
İkincisi, bu ali məktəbin mütəxəssislərinin təhsil və elm sahəsində apardıqları tədqiqatlar və tərcümələri əks etdirən yüzlərlə kitablar dərc olunub. Məsələn “Təhsilin nəzəriyyəsi və praktikası seriyasında” tərcümə olunan ədəbiyyatlar təhsil və elm sahəsində çalışanlar üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu ədəbiyyatlar o qədər fundamental xarakter daşıyır ki, hətta ingilis dilini bilməyənlər üçün əlavə ədəbiyyata ehtiyac qalmır. 
Üçüncüsü, bu ali məktəbin Azərbaycan Dövlət İqdisad universiteti ilə əməkdaşlığı bizi sevindirməyə bilməz. Bu onu göstərir ki, İqtisad universitetinin yeni rəhbərliyi ali məktəbi həm də tədqiqat mərkəzinə çevirmək istəyir. Bu olduqca vacib nümunədir və təhsillə elmin vəhdətinin güclənməsinə yönələn addımdır. Dünya təcrübəsi belədir: elmi tədqiqatlara üstünlük verən ali məktəblərdə təhsilin keyfiyyəti istər-istəməz yüksək olur. 

İqtisad Universitetində görüş zamanı universitetin rektoru, professor Ədalət Muradov çıxışında iki universitet arasında həyata keçiriləcək planlardan, əməkdaşlığın əhəmiyyətindən danışıb. ADİU ilə Rusiyanın nüfuzlu “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti arasında potensial əməkdaşlığın əsas istiqamətlərinə bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının həyata keçirilməsi, qarşılıqlı tələbə və magistrantların, həmçinin professor-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə yay və qış məktəblərinin təşkil edilməsi, müvafiq mövzular üzrə birgə elmi tədqiqatların aparılması və beynəlxalq elmi-tədqiqat qrant layihələrində birgə iştirak edilməsi, hər bir tədris ilində müvafiq sayda tədqiqatçının digər universitetdə tədqiqat aparması, müəllimlərin reytinqinin müəyyən edilməsi üzrə təcrübə mübadiləsi məsələlərinə toxunulub. 

Göründüyü kimi əməkdaşlığın spektri çox genişdir və bu, İqtisad Universitetinin gələcəkdə reytinqinin güclənməsinə səbəb olacaq amillərdən birinə çevriləcək. Sonra nüfuzlu qonağı Təhsil naziri Mikayıl Cabbarov qəbul edib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatları və bu çərçivədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası barədə qonaqlara ətraflı məlumat verib. Nazirlikdə keçirilən görüşdə Y. Kuzminov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, artıq bu istiqamətdə praktiki fəaliyyətin aparıldığını və hazırkı səfərin bu əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıdığını bildirib. Qonaq rəhbərlik etdiyi ali təhsil müəssisəsinin 15 ilə yaxındır Rusiya Federasiyasında böyük nüfuza malik olduğunu və dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarına malik olduğunu qeyd edib.

Ali İqtisadiyyat Məktəbi “QS” və “Webometrics” dünya universitetləri reytinqində yer alan Milli Tədqiqat Universiteti kimi 1992-ci ildə yaradılıb. Universitet 25 minlik tələbə və 2500 nəfərlik tədris heyətinə malikdir. 35 min  məzunu  olan bu universitet liseydən doktoranduraya və MBA səviyyəsinə qədər təhsilin bütün pillələrini əhatə edir. Dünyanın qabaqcıl universitetləri ilə mübadilə  və ikili diplom proqramlarına malik ali təhsil müəsissəsində sosial-iqtisadi ixtisasları ilə yanaşı humanitar, mühəndis və kompyuter elmləri üzrə geniş spektrli tədris həyata keçirilir.
2000-ci ildən başlayaraq  AİM Tədqiqat Universiteti konsepsiyasını reallaşdırır. Müəllimlərin elmi tədqiqatlara maraqlarını və nüfuzlu  jurnallarda məqalələrinin dərc olunmasını stimullaşdırır. Deviz isə belədir. “Bizim ambisiyamız - tədqiqat universiteti olmaqdır”. 
Yeri gəlmişkən bundan öncə İqtisad Universiteti Azərbaycanda ilk dəfə olaraq nüfuzlu London Universiteti (University of London) / London İqtisadiyyat Məktəbinin (London School of Economics) bakalavr diplomunu Bakıda əldə etmək istiqamətində mühüm saziş imzalayıb. Bu faktın özü də İqtisad Universitetinin rektorunun geniş nüfuza malik olmasından xəbər verir. Qeyd etmək lazımdır ki, iqtisadiyyat üzrə Nobel mükafatı laueratı Fridrix fon Hayek, məşhur sosioloqlar Ralf Darendorf və Entoni Giddens bu məktəbin tanınmış nümayəndələridir. 

Bütün bunlar onu söyləməyə əsas verir ki, artıq İqtisad Universiteti itirilmiş nüfuzunu bərpa etməyə başlayıb. Universitet bu cür əməkdaşlıq sayəsində elmi potensialını artıracaq və iqtisadiyyat sahəsində sanballı alimlərin yetişdirilməsi işini uğurla davam etdirəcək. Bu addımlar həm də gənclərin elmə marağını gücləndirəcək.

Bütün dövrlərdə cəmiyyətin sosial-iqtisadi həyatınının nizamlanmasını iqtisadiyyat elminin paradiqmaları müəyyənləşdirib. Fikrimcə, Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə iqtisadi tədqiqatların mərkəzinə çevriləcək, iqtisadiyyat sahəsində ədəbiyyat qıtlığının aradan qaldırılmasına yardımçı olacaq, həmçinin fənlərarası tədqiqatların daha səmərəli aparılmasında öz sözünü deyəcək. Universitetin əməkdaşlıq etdiyi nüfuzlu İqtisadiyyat məktəbləri bu funksiyaları layiqincə yeinə yetirirlər. Həmin nüfuzlu məktəblərin İqtisad Universiteti ilə əməkdaşlığı bu ali məktəbin tarixinə qızıl hərflərlə yazılmalıdır. 

P.S. İqtisad universitetinin daha bir uğurunu qeyd etməyə bilmərik. Artıq Universitet MBA Departamenti İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna (EFMD) və həmin fondun Qlobal şəbəkəsinə (EFMD Qlobal) tam üzvlüyə qəbul edilib.

Etibar Əliyev  
Təhsil eksperti, fəlsəfə doktoru

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]