Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"20 il əvvəl atan da məni bax beləcə ağlatmışdı"

Bölmə :
Cəmiyyət
Yayım tarixi :
4/7/2015 [10:21]
Baxılıb :
8825 dəfə

1991-ci ilin yayı idi. Atamın işsiz qalmağının düz 3 ili tamam olurdu. O qədər kasıblamışdıq ki, qənd baha olduğu üçün evdə çayı İran xurması ilə içirdik ”” həm də say hesabı ilə.

Tətil idi. Rayona istəyirdim, nənəm gilə. Amma məni avtobusla göndərməyə belə valideynlərimin pulu yox idi. Gözləyirdilər ki, qohumdan, tanışdan kiminsə yolu Oğuza düşsün, məni də qoşsunlar ona. Yəni gediş pulsuz başa gəlsin.

Sumqayıtda atamın dostu vardı. Niyazi müəllim. Bacısı Oğuzda yaşayırdı. Bir gün atama dedi rayona gedirəm, nə qulluq? Sanki göydəndüşmə oldu. Atam məni də aparmağını xahiş etdi. Təbii, o da canla-başla razılaşdı.

"20 Yanvar" metro stansiyasının yanında zaman vədələşib, görüşüb məni caladılar Niyazı müəllimə. Və beləcə yolçuluğumuz başladı...

İlk dəfə idi görürdüm onu. Qəribə, həm də çox pozitiv insan idi. Ancaq danışıb gülürdü. Sanki tay-tuşmuşuq kimi davranırdı mənə.

Niyazi müəllim bizim çox kasıbladığımızı bilirdi. Üstəgəl, hissiyyatlı adam olduğu üçün həm də onu təxmin edirdi ki, bir kasıb uşağın nisgili, arzusu hansı civarda, çərçivədə ola bilər...

4 saatlıq yol boyunca maşını 4 restoranda saxladı. Birində kabab yedik, birində sup içdik, digərlərində çay. Tox idik. Amma bu adam sanki özünə cəhd gəlmişdi ki, illərdir getmədiyim, ayaq basmadığım restoranları mənim üçün adiləşdirsin. Gözüm nədəsə qalmasın.

Sonra bir dükanda saxladı. Dedi, "ay Elşən, bacım oğluna bir şalvar almaq istəyirəm, eyni boyda olarsız, olar ölçünü sənin üzərində yoxlayaq?" Təbii ki, etiraz etmədim. Yoxladı, maşına çatanda qayıtdı ki, bunu əmi sənə alıb, mübarəkdi...

Utandım. Amma içimdə qərib bir sevinc vardı. O şalvar son 4 ildə mənə alınan tək paltar idi. Üstəlik, 30 manata! Aylardır cibində 1 manatı belə olmayan uşağa alınan bu 30 manatlıq bahalı şalvarın, onun sevincinin nə demək olduğunu dərk etmək, anlamaq üçün isə yalnız və yalnız o uşağın yerində olmaq gərəkdir.

Sonra Qəbələdə bir də dayandıq. Oradan da bir bəhanə ilə, guya kiməsə hədiyyə edirmiş göstərgisi ilə "Palaroid" fotoaparatı aldı. Oğuza çatanda onu da mənə uzatdı ki, sənindir. Şəkillərini çəkib sonra əmiyə göstərərsən...

Əlqərəz, mən Niyazi müəllimi həyatda ilk və son dəfə gördüm. Həm də 4 saat müddətincə. Amma içimdəki, qəlbimdəki 4 illik aclığı, boşluğu doldurmaq üçün bu insana gerçəkdən həmin 4 saat yetdi...

2 il sonra isə Niyazi müəllimin ölüm xəbərini aldım. 42 yaşında dünyasını dəyişdi.

Oğlu 2, qızı 1 yaşında ikən...

***
Dünən Sənanla idim. Niyazı müəllimin oğlu ilə. Artıq onun 22 yaşı var.

5 aylıq cəhdlərdən sonra nəhayət Sənanın iş məsələsini həll edə bildim. Çox uzun minnət-xahişdən sonra...

Elə xoşbəxt idi ki... Qanad axtarırdı uçmağa. Sevincindən ağlayırdı..

Birdən sakit bir vəziyyət aldı. İki əlinin içi ilə yanağındakı yaşı sildi və qəfil sual verdi: "Müəllim niyə bu qədər canfəşanlıq elədin mənim üçün?"

Dedim, 20 il əvvəl atan da məni bax beləcə ağlatmışdı sevincdən.

Elşən Musayev

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]