Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dəryada damla olmaq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
1/7/2015 [23:40]
Baxılıb :
1897 dəfə

Qarışqa yuvasını izləmək həmişə maraqlı görünür. Balaca işgüzarlar tələm-tələsik harasa qaçışır, arxasına özündən ağır yük şəlləyib yuvasına sürüyür. O, çox ciddi görünür və ümumi nizamı qəti pozmur, yol hərəkəti qaydalarına riayət edir, kimsəni tapdalamır. Sənədli filmlərdən bilirik ki, yuvasını mühəndis dəqiqliyilə quraşdırıb. Yataq otağı olmayan imarətlərində - axı bilirik ki, qarışqalar yatmır - onların öz keşikçiləri, kraliçaları, kəşfiyyatçıları da var. Heç kim qoyulmuş təlimatdan kənara çıxmır. Qarışqa həyatı insana hörümçək həyatından maraqlı görünür. Hörümçəyin nəyinə baxasan? Gözəl tərtibat verilmiş, amma yalnız yemək tutmaq məqsədilə hördüyü toruna günəş şüaları düşməsə cazibədar da görünməz. Hörümçək tənhadır və heç bir ali məqsəd güdmür. O, sadəcə öz ömrünü yaşayır, tor hörür, milçəyini tutur, arabir nəsil artırır.

Kənardan qarışqa həyatını izləyəndə adamın bu nizamı pozmağa əli gəlmir. Maraqlıdır ki, tənha qarışqaya rast gəlsən onun işini əngəlləyib, yoluna bir maneə qoyub necə çıxış yolu tapacağını izləməyi onlara qıyırsan. Amma qarışqalar sıralananda, spartalı döyüşçülər kimi dəqiq ritmdə harasa gedəndə onların yolunu kəsməyə əlin gəlmir. Arabir, yalnız qarışqaların bildiyi zaman və məkanda onlar dairəyə düzülür və konsentrik çevrə boyunca sanki rəqs edirlər. Alimlər təxmin edir ki, bu, yerin maqnit sahəsiylə necəsə əlaqədardır. Transa düşəndə qarışqaların üstünə gərək qaynar su tökəsən ki, dairəni pozub hərəkəti saxlasınlar. Belə məqamlarda insan hadisənin mənasını başa düşüb şərh etmək üçün aciz olduğunu anlayır. 

İnsanın izah verə bilmədiyi təbii hadisələr çoxdur. Buna bənzər hadisələri götürək. Səs dalğalarının yaratdığı sahəyə düşən qum dənəcikləri gözəl naxışlar yarada bilir. Səsin tezliyini dəyişən kimi onlar bir andaca pozisiyalarını dəyişib dairədən məsələn, səkkizbucaqlı fiqura dönə bilir. ABŞ-ın Milli Parkında "Ölüm vadisi" adlanan bir yer var. Burda səhralıqda nəhəng qaya parçaları izahedilməz qüvvənin təsiri altında hərəkət edir və susuzluqdan cadar-cadar olmuş torpaqda dərin izlər buraxır. Onları uzun zaman izlədikdə yaranan iz naxışlara bənzəyir. Taxıl zəmilərində əmələ gələn xalça naxışları da eləcə. Hadisənin ən ağlabatan izahı odur ki, yer kürəsinin maqnit sahəsi vaxtaşırı kalibrovka eləyəndə, yəni başqa tezliyə köklənməkçün dəyişiklik yapanda naxışlar əmələ gəlir. 
İzahı sehirli görünən hadisələrə qarışqa ucalığından baxanda hər şey mənasız görünür. Bunu heç insan gözüylə də əməlli şərh eləmək olmur. Deyək ki, dairəyə düzülüb "zikr" eləyən qarışqalar nə elədiyini anlamaz. İnsan isə bu hadisəni yalnız müşahidə edə və öz düşüncəsiylə anlamlı edə bilər. Ona görə də Kəbə daşı ətrafında dövrə vuran insan axınını sıravi adam şüuru ilə qavramaq mümkün deyil. Qarışqa nizamını izləyəndə həmişə belə bir fikir oyanır: bəlkə kimsə bu qayda ilə bizi izləyir? Axı dəfələrlə olub ki, problemlərin içində xirtdəyinə qədər batıb ümidlərini az qala itirdiyin zamanda sanki kimsə səni saçından tutub çıxarıb və təhlükəsiz yerə qoyub. Ya da illər uzunu yol, çıxış axtardığına baxmayaraq hər şey bir göz qırpımında həllini tapıb. 

İnsan öz evində, rahat yuvasında sakitcədə ömür sürəndə hörümçək həyatı qədər maraqsız olur. Səhrada qum dənəciyi, dəryada su damlası olmaq əslində möhtəşəm hadisədir və çətindir. H2O tərkibli su malekulunu anlamaqçün mərkəzdə dayanan oksigeni hər iki əliylə iki dənə hidrogen atomundan yapışmış təsəvvür eləmək lazımdı. Milyardlarla iki hidrogendən yapışmış könüllü oksigenlər olmasaydı su da olmazdı, eləcə də yer adlı planetdə həyat olmazdı. Oksigen istəsə daha bir oksigenin əlindən yapışar və havanı əmələ gətirər. Ya da 3 oksigen yallı gedər ozon yaranar və topalaşıb yer kürəsini mühafizə edərlər. Bundan sonra kim cəsarət edib deyə bilər ki, hər hansı hadisədə insanın çıxış yolu, fərqli seçim şansı yox idi? Mendeleyev cədvəlinin məlum elementləri topalaşıb, qruplaşıb, savaşıb, çarpışıb, bir-birini didişdirib, sevişib, doğub, dəyişib və anlaya bilmədiyimiz nələrisə edib, həyat yaradıblar. Həyat hadisələrini müşahidə edən insana cəmiyyətlərin, idarələrin, qrupların, sosial şəbəkələrin, ailələrin, sevgililərin əslində nə işlə məşğul olduğunu və nə dərəcədə vacib iş gördüyünü izah etməyə ehtiyac varmı?

Hamı bilir ki, minlərlə azarkeşin qarşısına çıxıb onun enerjisindən yararlana bilməyən idmançılardan fərli bir şey çıxmır. Konsert salonunda dinləyici kütləsinin zərbə dalğasına tab gətirməyənlərdən dahi aktyor, müğənni dünyasında alınmaz. Yazıçı ölümündən sonra da oxucularından sevgi payı alır, o biri dünyalarda olanda da. İnsanlar bir yerə toplaşıb bir hadisəyə görə çiyin-çiyinə dayananda möhtəşəm durum olur. Vaxtilə Azadlıq meydanında komanda altında oturub-duranlar bundan utanc keçirməməlidi. Çünki dilində "azadlıq" kəlməsiylə meydana sel kimi axışmışdı və yolunda duran hər şeyi yuyub aparmaq qüdrətini hiss eləmişdi. Stadionda meksikan dalğası yaradanlar da eləcə. Uzaqdan baxanda heyrətamiz fiqurları, naxışları yaradanlar ayrı-ayrı insan talelərinin toplusu kimi görünmürdü. Əgər Olimpiya stadionunda görüntü və atəşfəşanlıqdan ləzzət alan insanlar məsələyə bir pillə daha ucalıqdan baxa bilsəydi necə olardı? 

Sadəcə, dəryada bir damla olmağı və dəryanın enerjisinə qoşulmağı bacarasan gərək.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]