Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Gəlin, əlimizi daşın altına qoyaq!

Bölmə :
Köşə
Yazar :
Qorxmaz İbrahimli
Yayım tarixi :
19/6/2015 [23:13]
Baxılıb :
1945 dəfə

Son illər sağlamlığımda yaranan problemlərlə bağlı lazımi tədbirləri görmək məcburiyyətindəyəm. Kimyəvi dərman müalicələrinə paralel olaraq, xalq təbabətinin imkanlarından da yararlanmağa çalışıram. Bütün bunlardan qeyri, çox zaman sahilində yalnız yay aylarında günəşlənməyə çalışdığımız əvəzsiz Xəzər dənizinin bizlərə bəlli olmayan faydalarından da yararlamağı qarşıma məqsəd qoymuşam.

Uzun müddət kanalizasiya və çirkab sularını axıtmaq üçün yer anlamında qavradığımız bu möhtəşəm dənizin sağlamlığımıza nə qədər faydalı olduğunu, mənim kimi gec də olsa, anlayan insanlar ilin bütün mövsümlərində dənizdən möhkəm yapışırlar. Təxminən bir ilə yaxın zaman aralığında küləkli və yağmurlu günlər xaric, demək olar ki, hər sabah alatoranda gözəl Xəzərin qumlu sahilində 10 kilometrədək məsafədə gəzişirəm. Hər gəzinti sonrası ruhumda elə bir rahatlıq, səhhətimdə elə bir yüngüllük hiss edirəm ki, bunu sözlə anlatmaq çətindir.

Artıq növbəti dəniz mövsümünə qədəm qoymuşuq. Bu mövsüm hər birimizdə dənizə getmək istəyinin oyanan vaxtıdır. Səhhətini, rühi rahatlığını düşünən, həyatdan zövq almağa çalışan hər kəs bu mövsümdə intensiv olaraq Xəzər sahilinə yollanır və özünü bu gözəl dənizin ağuşuna atır. Amma...

Sizlərlə, əziz oxucularla bölüşmək istədiyim bir dərdim var. Bu elə bir dərddir ki, çəkməmək olmur. Hər birimizə aid olan, bütün həmvətənlərimizi düşündürməli olan bir problemdir. Və elə bir problemdir ki, Allah bizi bu bəladan sadəcə yerimizdə oturub dua etməklə deyil, mədəni səviyyəmizi yüksəltməklə, təhsilimizi artırmaqla, öz üzərimizdə çalışmaqla, özümüzə, ailəmizə və bütün cəmiyyətimizə sivil davranış qaydalarını aşılamaqla qurtarar. Yetər ki, bu bəladan qurtulmaq istəyək...

Bu arada haşiyəyə çıxmağı özümə borc bilirəm ki, son zamanlar böyük Sabirin sərt şeirlərini, ustad Mirzə Cəlilin tənqidi əsərlərini "millətimizi el içində rüsvay etdikləri" üçün "top atəşinə" tutanlar peyda olub. Xalqımızın gözəl aydınlarından biri olmuş rəhmətlik Ağamalı Sadiq Əfəndi ölümündən əvvəl dostlarına "Mirzə Cəlilin yanına gedirəm, ustada deyəcəm ki, millət heç dəyişməyib, necə qoyub getmisənsə, o cür də qalıb" demişdi.

Yuxarıda da qeyd etdiyim kimi, üzərində hər səhər gəzməyə çıxdığımız o təbii qumlu, xalq açıq olan çimərliyə gedərkən ürəkağrıdan mənzərənin şahidi oluram. Hər dəfəsində dünəndən atılıb qalmış uşaq bezlərini, qarpız qabıqlarını, boş və yarımboş olan müxtəlif içki butulkalarını, saysız-hesabsız şüşə qırıntılarını, yarıyanmış və bəzən hələ də tüstülənməkdə olan taxta parçalarını, ətrafa səpələnmiş polietlin torbaları, müxtəlif yaş həddinə aid olan alt və üst geyimlərini dəniz kənarını "bəzəyən" görmək insana nələr yaşadır, nələr...

Bu mənzərəni müşahidə etdikcə, Allahın bizə bəxş etdiyi nemətlərə qarşı nə qədər biganə olduğumuz, hətta həmin nemətləri amansızcasına ayaqlar altına atıb üzərindən keçdiyimiz bəlli olur. Bu ölkə, onun yeraltı və yerüstü sərvətləri bizə Uca Yaradandan hədiyyədir. Və biz həmin hədiyyələrdən şükranlıqla yararlanmaq, onları göz bəbəyi kimi qorumaq, daha da gözəlləşdirmək yerinə, necə deyərlər, altından girib-üstündən çıxırıq. Halbuki, bu cür nemətlərin 3-də 1-nə sahib olan avropalılar öz sahiblənmə bacarıqları, davranış mədəniyyətləri ilə dünyaya örnək olurlar.
Problemimiz tək dəniz sahillərinin çirkləndirilməsi olsaydı, dərd yarıydı. Şəhər və rayonlarımızın küçələrini zir-zibilə qərq etməyimiz, tullantıları hara gəldi atmağımız, səkilərdə və parklarda tüpürcəksiz yer buraxmamağımız da ən azından özümüzə sirr deyil. Təbiət qoynuna çıxarkən, bizi ağuşuna alan gözəl təbiətimizi arxamızda zibilxanaya çevirib qayıtmağımız da bəlli "keyfiyyətlərimiz" sırasında özünə yer tutmağı bacarıb.

Deyim ki, bu cür düşündüyümü açıq-aşkar ifadə etdiyim üçün bəzən problemlərlə üzləşmişəm. Şəxsim və ailə üzvlərim yuxarıda sadaladığım arzuolunmaz vərdişlərdən uzaq olduğumuzdan dolayı, bunu edənlərə qarşı da barışmaz mövqedə dayanırıq. Küçəyə tüpürən birinə "bunu evinizdə də edirsinizmi" sualını ünvanlamaqdan çəkinməməyim və qarşı tərəfin aqressiv reaksiya göstərməsi, bəzən mübahisənin böyüməsinə gətirib çıxarır. Lakin mən yenə də yorulmuram və doğru bildiyimi deməkdə, etməkdə sonadək israrlıyam.

Uzun müddətdir dostlarla qeyd etdiyim bu çimərlik bəlasını necə aradan qaldırmağın yollarını müzakirə edirik. Təsəvvür edin ki, bəzi çimərliklərimizdə keçən ildən qalma zibilliklər hələ də təmizlənməyib. Köhnə zir-zibildən təmizlənmədən, Ana Xəzərin növbəti zibillənmə sezonuna qədəm qoyduğunu müşahidə etmək insanı dəhşətə gətirir. 

Bu milləti, sizlər qədər olmasa da, qəlbimin tutduğu qədər mən də sevirəm. Qəlbimizi göynədən bu problemin ictimailəşməsi, cəmiyyətimizdə davranış mədəniyyətinin, ətraf mühitə sevginin, təbiətə həssas yanaşmanın aşılanması çox mühümdür. Bu məqsədlə yüksək milli ruh daşıyıcısı olan hərəkatçı dostumuz Kamran Həsənli ilə müzakirə etməyə qərar verdim. Aradım onu. Problemdən bəhs etdim. Belə bir televiziya layihəsi hazırlamasının nə qədər əhəmiyyətli olacağını söylədim. Qarşıdan gələn çimərlik sezonuna qədər hər birimizin evinə asanlıqla yol tapan efir vasitəsilə Kamran bəyin çox böyük iş görə biləcəyini bildirdim.

Məncə, bu böyük problemi - zehniyyət problemini çözməyə, düşüncə tərzimizi yeniləməyə, davranış mədəniyyətimizi yüksəltməyə hər birimiz qeyrət göstərməliyik. Əl yelləyib keçmək deyil, təbiətimizi - evimizi çirkləndirənlərə qarşı mübarizə aparmalı, onları bacardığımız qədər maarifləndirməliyik. Bu işdə maarifləndirmə də əsasən uşaqlıqdan, məktəblilər arasından başlanmalıdır. Elə bir övladlar yetirməliyik ki, uşaq ətrafını zibillədiyi üçün öz valideyninə irad bildirsin, onu doğru yola yönləndirsin.

Hesab edirəm ki, kütləvi informasiya vasitələri, xüsusilə televiziya və radiolarımız gecikmədən bu mədəniyyət və təhsil probleminin aradan qaldırılması üçün əl-qollarını çirmələməlidir. Biz özümüz öz evimizi təmiz saxlamasaq, kənarda heç kimdən təmizkarlıq, yaxud gəlib bizim evimizi təmizləməsini gözləyə bilmərik. Həmçinin, hər şeyi dövlətin də üzərinə atıb, məsuliyyətdən boyun qaçırmaq olmaz. Unutmayaq ki, nöqsanları gizlətməklə deyil, aşkarlamaqla aradan qaldırmaq olar...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]