Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Günahsızım

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
18/6/2015 [11:07]
Baxılıb :
1870 dəfə
Nifrət qazanmaq sevgi qazanmaq qədər çətin deyilmiş

Hər kəsin həyatında heç olmasa bir dəfə baş vermiş hadisədir: dostların, ya qohumların, iş yoldaşlarının əhatəsində olarkən səbəbsiz halda hamını birdən qıcıqlandırmağa başlayırsan. Yaxud heç kimə bir kəlmə demədiyin halda hamı səndən üz döndərir və sifətlərdən aydın olur ki, heç ağzını açmasan daha yaxşıdı. Belə şərait həqiqətən adamı narahat edir, çünki heç bir mənfi fikrin olmayıb və ətrafındakıların qəzəbinin səbəbini qəti anlamırsan. Psixoloq Devid Vonq deyir ki, insana çox dərin mənəvi yara vurub bunu hiss etməmək cəmiyyətdə adi haldı. Səbəbləri araşdıraq:

Sən susursansa, deməli onları saymırsan. Təbiətcə ünsiyyətcil olmayanlar tanımadığı adamların içinə düşəndə susmağa üstünlük verir. Psixoloji tipə görə introvertsənsə (İntrovert özünə qapananlara deyilir) ətrafındakıların ağzını yummağını, beynini aparmamağını istəyəcəksən. Belə adamlar ticarət mərkəzində köhnə tanışına təsadüfən rast gələndə üzbəüz gəlib söhbət etməmək üçün gizlənməyə üstünlük verir. Guya görmədim deyə yanından ötüb keçmək mənasız söhbətə başlamaqdan daha rahatdı. Ola bilər həmin tanışın bu addımı saymamazlıq kimi qiymətləndirəcək və əlbəttə ki, portretinə bir neçə mənfi cizgi əlavə edəcək. Əyləncəvi gecəyə dəvətə cavab vermədinsə, bir topa smaylk əvəzinə bir kəlmə söz yazdınsa, kiminsə ad günündə sevincindən atılıb düşmədinsə və xoşbəxtlik arzulamadınsa dərhal mənfi adama çevrilirsən. Heç kimin ağlına gəlməzdi ki, susmaq bu qədər təhlükəliymiş. Onlar özünü təhqir edilmiş kimi aparır. Axı atalar məsəli də var: "Sevginin əksi nifrət deyil, etinasızlıqdı".

Üstünlüyünü nümayiş etdirəndə sən cəmiyyətin nifrətini qazanırsan. Gündəlik ünsiyyət bəziləri üçün hakimiyyət uğrunda mübarizənin ayrılmaz hissəsidir. İş yoldaşına dünən keçirdiyin ən adi bir əyləncəni təfərrüatı ilə danışmaqla özünə düşmən qazana bilərsən. Baxmayaraq ki, bu adam nə sənin həyatını, nə də danışdığın adamın çevrəsini yaxşı tanımır. Çoxu bunu paxıllıq adlandırır. Əslində elə deyil. Əgər sən bahalı restoranda gözəl qızla nahar barədə hər gün avtobusda işə gedib gələn və son qəpiyini məsələn, anasının müalicəsinə sərf edən kolleqana danışırsansa, onunçün bütün bu əhvalat lovğalıq kimi görünür. Bu model həmişə işləyir. Söhbət eləyənin biri həmişə o birindən daha gözəl, daha uğurlu və ağıllıdır. Amma etika qaydalarna görə bunu nümayiş etdirmək ədəbsizlikdi.  Bizimçün qətiyyətsizlik üstü qaysaq bağlamamış yara kimidir. Bəlkə də ona görə məşhur aktrisalar deyir ki, fotoda çox pis alınırlar deyə çoxlu kadr çəkmək lazım gəlir. Sadəcə onlar bizim heysiyyətimizə toxunmamaq üçün belə deyirlər. 

Bəzən illər uzunu yanımızda olan adamların ürəyində bir ton inciklik gəzdirdiyini heç bilmirik. Sevgilinlə, ya həyat yoldaşınla ayrılan kimi bütün iradlar ortaya çıxır: "Mən sənə həyatımı vermişəm! Əvəzi budurmu?". Elə də olur ki, işdən çıxa bilmədiyinə görə dostuna kömək edə bilməmisən. Sabahısı görürsən ki, dostun illər uzunu içində gəzdirdiyi sözləri şəlalə kimi başına axıtdı. Biz ətrafımızdakı insanlara borclu olduğumuzu ağlımıza gətirmədən yaşayırıq. Olmayan borcu qaytarmayanda münaqişə alınır. Yoldaşın düşünür ki, "Mənə rast gəlincə nə gündəydin, adam elədim səni, qulluğunda durdum". Münasibətlərdə kimsə əzabkeşdi, kimsə qəyyum. Yəqin ki, işdə də belədi, kimsə bütün kollektivi mehriban olmağa təhrik edir, müdirsə bir dəstə avaraya çörək verdiyini düşünür. Hər halda qarşındakı insan istəyir ki, sən ona borclu olasan. Lap bankda olduğu kimi. "Faiz və gəlirlər" ödənmədikdə münaqişələr yaranır. 

Kiminsə vaxtını özünə sərf eləyən qaydada işlətməyə çalışanda da mənfi nəticə alınır. Məsələn, kiminsə elektron poçtuna məktub yazmısan, cavab gəlməyib, xəbərdarlıqsız dostunun evinə gəlmisən, onun alt dodağı yer süpürür və yaxşı bir tanışına ləzzətli təbrik göndərmisən, əvəzinə bir cümlə də yazmayıb. Yəqin ki, bunu etinasızlıq kimi qiymətləndirirsən. Bəlkə məktubu yazdığın adamın bu saat başını qaşımağa vaxtı yoxdu, dostun evə bir tay iş gətirib ki, 5-10 manat qabaq düşsün, təbrikinə cavab verməyən adamsa çoxlu təbriklərin içində itib batıb deyə hansına cavab verəcəyini heç bilmir. Bu, onların şəxsi zamanıdır və bizim istəyimizə uyğun sərf edilməli deyil ki. Başqasının zamanına hörmət eləməyi öyrənsək düşmənlərimiz də az olar. 

Sonunda hamının başına gələ bilən bir məqamda dayanaq. Ətrafda sakitçilikdirsə sən düşünürsən ki, hamı olaylardan razıdır. Qəfildən bu model pozula bilər. İllər uzunu eyni gündə görüşdüyün dostun "bezdim eee" deyər, həyat yoldaşın "nə qədər olar axı!" deyib gözlənilməz addım atar, səni "dünyalar qədər sevən müdirin" işdən çıxarar, özü də bir qovluq iradla. Bu zaman sual doğulur: "Niyə  indi şikayətlənirlər? Hər şey öz qaydasında gedirdi axı?". Bir çox ailələrdə mənasız, bayağı münaqişə vaxtaşırı səs-küy qaldırır. "Unitazın qapağı" adlı qlobal məsələyə toxunmamış ailə çətin ki, tapıla. Kişilər qadının ehtiyacını qəti nəzərə almır. Amma bu ona görə deyil ki, qadının həyatını göy əskiyə bükmək fikrindədir, yaxud bunu bilərəkdən edir. Kişi üçün unitazın qapağı harda olmalıdırsa, ordadır və bu, problem deyil. Onun hansısa münaqişədə iştirak etdiyi heç ağlına gəlmir. Düşünmür ki, qadın hər dəfə qapağın vəziyyətini qeydə alır və hətta sayır da. Məsələ ortaya çıxanda artıq evdə qışqırıqlar səslənir. Bəzən bütöv dövlətlər bu ssenari ilə münaqişəyə qoşulur. Cəmiyyəti narahat edən bir məsələ ortaya çıxanda məlum olur ki, vəziyyətdən tam razı olan qruplar da var. Onlar yenilik istəmir və qara-qışqırıq salan adamlara qəribə baxır. Bu tip münaqişələrdə haqsız tərəfdə olmaq düşündüyünüzdən də asandı. Hər şey yaxşı deyilmiş, sən demə. Bunu nəzərə ala bilsək qəfildən başımıza çığıran adamların da sayı azalar”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]