Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Zamanın selfisi

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
11/6/2015 [00:39]
Baxılıb :
1795 dəfə
Heç nə bacarmayan istedadsız dahilər hücuma keçir

Onlayn rejimdə olanda foto kadrların kütləvi hücumundan məndə artıq hal qalmayıb. Profil, anfas, yuxarıdan, altdan, üstdən, birlikdə, təklikdə, pişiknən, balışnan və çox vaxt güzgüylə”¦ Bəzi kadrlar həqiqətən qoyduğun "like"a layiqdi. Küçəyə çıxırsan, colma-cocuq uşaqlar boynundan özü ağırlığında obyektiv sallayıb forsla gəzişir. Bir kadr gözünə dəyən kimi düyməni çıqqıldadb anı əbədiləşdirir. Əmin ola bilərsiz, 10 dəqiqə sonra kadr sosial şəbəkədə müstəqil həyatına başlayacaq.
Hamı da bilir ki, taxta üzərində oymanın ustası olmaqçün reklam edilmiş brenddən bıçaq almaq vacib deyil. Nənəndən qalma itiləyən daşa bıçağını sürtüb taxta üzərində işləməyində olsan, buna illər sərf eləsən bəlkə nə vaxtsa hamar taxta qaşığı gözüyumulu oya bilərsən. Ya da dünyanın ən bahalı pianosunu, gitarasını almaq sənə həmin miqyasda musiqiçi olmağına təminat vermir. Çünki musiqiçilər bu yolda ömür yandırırlar ki, nə vaxtsa, bəlkə adları professionallar sırasına qatılar. Dünyanın ən bahalı gitarasında ən istedadlılar çalmır ki. 

Dünyanın ən yaxşı kətanını və ən bahalı rənglərini almaqla dünyanın ən bahalı rəssamına çevrilmirsən. Sənin işlərin rənglərinin bahalığı ilə ölçülmür. Kətana salmaq istədiyin fikirlərinin qiyməti var. Ona görə də ən bahalı fotoaparatı əldə etmək və tanışlarını ortabab fotolar içində basdırmaq sənə nə dünya şöhrəti, nə də status verəcək. Əlbəttə, hər kəs özünün bomboz ətrafından fərqli olduğunu düşünür. Fərqlənmək, seçilmək, özünü göstərmək istəyi də təbiidir. Sənin necə yaradıcı şəxsiyyət olduğunu hamı görməlidi! Bax, bulvarda nə qədər gitaralı gənclər gəzişir. Gənc yazarların hekayələri tez-tez dərc edilir. Şeir yazan qızları hələ demirəm. Kimi dindirirsən, deyir ki, evdə bir neçə sərgilik rəsmləri toz altında qalıb. Adamın lap başı gicəllənir. "Sən necə də istedadlısan!" tərifini hamı eşitmək istər. Amma ustadlıq mehrabına ömür adlı nəzirini verməsən olmur.

Rəqəmsal qurğuların çeşidləri artdıqca yalançı istedadlar da üstümüzə ayaq açır. Gör nə qədər aşpazlar, çilingərlər, süpürgəçilər, ustalar bu yolda qurban gedib. Keçmişdə fotoqraflığı ağlına gətirən hər kəs bir neçə cəhddən sonra foto çıxarmaqçün qablarının, kimyəvi dərmanların tərkibinin, işığı hesablamağın içində çaşıb kimliyini anlayıb seçim edərdi. Ya oxumağın dalınca gedər, ya da bir peşəyə yiyələnərdi ki, ac qalmasın. Müasir dilnən desək, xəmir üzrə menecer, dəmir əritmə meneceri, ya da süpürgə meneceri olardı. Müasir dövr böyük imkanlar təklif etməklə, sənət yolunu asanlaşdırmaqla əslində böyük bir fiksiyaya qol qoyur. Təbiətdəki istedadlı və vecsiz adamların təbii balansını pozur. Sovet dövründə qalın dəftərləri şeirlə dolu olan, amma özünü şair adlandırmağa cəsarət etməyən bir nəsil vardı. Fotoqrafiya da marka, ya da dəmir pullar kolleksiyası toplamaq səviyyəsində olan bir hobbidir. Keçmişin fotoqrafı hardasa fərli bir yerdə işləmirdisə avara adam sayılardı.  Təəssüf ki, indi bu hobbi başqalarını aşağılamağa, "mən səndən fərqliyəm" deyib rəqəmsel sayıqlamaları əsl sənət kimi təqdim etməyə imkan yaradır. Hər iki nəfər bloggerdən biri üstəlik fotoqrafdır da. Hamı cibində 20 meqapiksellik obyektivi olan telefon gəzdirir. Nə qədər tənbəl olasan ki, günəşin şüasının məhz bu anında, budağa düşəndə yarpağı işıqlandırmasının məhz bu rakursunu, ən bəd ayaqda heç olmasa yanan binanı, özünü körpüdən atan adamı çəkmək üçün əlini cibinə atmayasan. Sonra "paylaş" düyməsini basmağa nə var?

İnternet milyonlarla, milyardlarla belə fotoların ağırlığından inildəyir. Nə qədər pişik şəklinə baxmaq olar? Dünyada nə qədər incəbel qız varmış, İlahi? Bu payızdı, yazdı hər yerdə eyni dərəcədə gözəl olur axı! Yarpaqlar eyni sürətlə yerə tökülür, ağaclar eynən tumurcuqlayır, yağışlar sevgilinin milliyətinə baxmayaraq eyni dərəcədə qəmginlik gətirir. Siz indiyədək hansısa bloggerin payız sessiyasından növbəti fotoreportajını gözləyərkən həyəcan keçirmisiz heç? Foto forumlar dünyanın özü qədər əbədi görünən bir dilemma üstündədir. "Nikon, yoxsa Kanon arasında seçim etmək" sualı üzərində virtual olaraq bir-birinin ətini yeyir. Forumlarda demək olar ki, iki fotonun birini tərifləyib göylərə qaldırır, o birini heç diqqətə saymırlar. Niyəsini soruşsan, bəlkə kimsə dodaqaltı donquldanar: "Üfüq yarım millimetr sürüşüb, sol küncdə kölgə düz oturmayıb, biliklər lazım olduğundan çoxdur". Real həyatda heç kim özünü belə aparmır. Sənə maraqlandığın bir xanım telefonunda it ilində çəkdiyi hansısa kadrı göstərərkən ona "üfüq yaman sürüşüb aaaa, kölgə də bir şey deyil" demirsən.  Bizim reallıqda paylaşılan foto və yazıların dəyəri kompüterin sərt diskinə köçürülmə sayı ilə ölçülür. Forumlu, sosial şəbəkəli, "like"lı, paylaşmalı, kommentli bir dünyada sənə bədii dəyəri olmayan fotoları, oğurluq fikirləri, bir qəpiklik dəyəri olmayan filosofluğu əsl sənət nümunəsi kimi soxuşdururlar. Və sən bu prosesin  qarşısında çox acizsən”¦

Sən də, mən də, hamı qəlp sənət nümunələrini udmağa məcburuq. Baxdığın fotonu printerdən çıxarıb çərçivəyə salıb başının üstündən asmaq istəyindən qovrulmursansa deməli o, sənət nümunəsi deyil. Sadəcə kimsə uğurlu bir anda düyməni vaxtında basıb. Foto şedevrlərin tərifi isə düyməni basan adama deyil, fotoaparatın özünə və dolayısı yolla onun yaradıcısına, istehsalçısına çatır. Müasir texnika adi adamdan bir göz qırpımında istedadlı sənətkar yapmaq kimi sehr eləyir və hamı da bu sehrin gözəlliyinə uyur. 

Yay gəlib. Təhsilini uğurla başa vurmuş tələbələrin əksəriyyəti kəsirsiz verilmiş sessiya imtahanlarının əvəzinə valideynlərindən bahalı fotoaparat istəyir, ya da çox yüksək keyfiyyətli çəkmək imkanı olan telefon. Ola bilər, kimsə həmin aparatla çəkilmiş fotolara baxıb "Sən ki, lap sənətkarsan. Hər şeyi at fotoqrafiya il məşğul ol" deyəcək. Uymayın bu tərifə. Ətrafına bir bax, gör sənin ölkəndə, sənin şəhərində, sənin məhəlləndə və ailənin içində nə qədər görülməli iş var! Reallıq həll edilməmiş problemlər şəklində bütün dəliklərdən pırtlayıb sənin üstünə çığırır: "Bəlkə üzünü mənə çevirəsən?! Gəl və bir kömək əlini uzat, nə olar?!" Nəsə bir şey elə! Yardıma ehtiyacı olanlara sənin çəkdiyin sonuncu axmaq selfi, ya da növbəti pişik fotosu kömək etməyə qadirdirmi? İt-pişik şəkillərinin Kainatı xilas edəcək zamana hələ çox var”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]