Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Fuşelərin erası - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
5/7/2012 [11:20]
Baxılıb :
2932 dəfə

"İuda öpüşü" barədə əksəriyyət eşidib, ancaq "Lamuret öpüşü"nün nə olduğu bilmək ondan az maraqlı deyil.

"Lamuret öpüşü" termini Böyük Fransa inqilabının ən paradoksal epizodlarından birini əks etdirir. Onun barəsində Mark Aldanovun "Sent-Emilion faciəsi" əsərində oxudum. Bölüşürəm ki, hər kəs öz nəticəsini çıxarsın. 1792-ci ilin 7 iyulunda inqilabi parlamentdə - Qanunverici Məclisdə psixoloji cəhətdən çox maraqlı bir səhnə yaşanır. Hamının hamı ilə mübahisəsi fonunda Məclisin mötədil solçu üzvlərindən biri, yazıçı və Lion yepiskopu Adrien Lamuret söz alır. O, hamını birliyə çağırır. "And içək ki, bundan sonra hamımızda vahid ağıl və vahid hiss olacaq. And içək ki, azad adamların vahid cəmiyyətində birləşəcəyik. O vaxt ki, hamımız bir mövqedə dayanacağıq, Fransa da xilas olacaq", - Lamuret deyir.

Görünür, bu kəlmələr böyük inam və təntənə ilə deyilmişdi. Çünki, yepiskopun çıxışı bitəndən sonra qeyri-adi səhnə yaşanır. O vaxtın rəsmi hesabatında yazılıb: "Hamı bir nəfər kimi ayağa qalxdı. Zalın hər yanından insanlar bir-birinə yaxınlaşdı və hər kəs başqalarına qardaşlıq təklif etdi".

Bütün deputatlar bir-biri ilə qucaqlaşıb öpüşür. Baş verənlər barədə dərhal kral sarayına xəbər çatdırırlar. Kral XVI Lüdovik dərhal hadisə yerinə gəlir və canfəşanlığa qoşulur. Kral ağlayır. Hamı ağlayır. İnqilabçılar kralı alqışlayır və deputatlar onu təntənə ilə qapıyadək yola salırlar.

Elə bu hadisədən də "Lamuret öpüşü" termini yaranır. İnqilabın 3-cü ilində, partiyalara bölünmüş Fransada deputatlar fikir və ideya ayrılıqlarını unudub "Lamuret öpüşü" dəstgahında iştirak edirlər. Sanki bütün Fransa vahid bir orqanizmdir. "Azadlıq, qardaşlıq, bərabərlik" kimi Russo şüarının gerçəkləşməsi illüziyası yaranır.

Bəs sonra? Yarım il sonra kral və kraliça gilyotinaya yollanır (Bu edama Fransada "qısaltmaq" deyirdilər. Əcəb qara yumor nümunəsidir!) Bir az da keçir - yepiskop Lamuret də eşafota qalxır. Edamqabağı özünü mərd aparır və baş verənləri "bədbəxt təsadüf" adlandırır.


Sonra növbə İnqilabın bütün liderlərinə çatır - Eber və Şomett "qısaldılır"... "Quduzlar"ın rəhbəri Ru edam olunur... Sonra başda madam Manon Rolan olmaqla jirondistlər... Sonra Danton və Demulen... Sonda da Robespyer, Sen-Jüst...

"Lamuret öpüşü"ndən 2 il ötəndən sonra bir-birinə qardaş deyib hamını bağrına basan o adamların çox cüzi hissəsi sağ qalır. Həm də ən əqidəsiz, yaramaz, satqın, cəllad hissəsi.

Həmin tarixi iclasdan dərhal sonra bəzi inqilabçılar öz skepsisini gizlətmirdi. Məsələn, ömrünü gilyotinada bitirəcək Bilyo-Varenn "Neronla Britanikin öpüşməsinə inanmaq olarmı?" sualını verirdi. Sual ritorikdi. Elə həmin günlərdə də jirondistlərin istedadlı natiqi, həmçinin 1 il sonra eşafota qalxacaq Vernyo tarixi kəlməsini söyləyir: "İnqilab Saturn kimidir - öz övladlarını yeyir".

"Lamuret öpüşü"nü biz də dəfələrlə gördük. Məsələn, 1988-ci ilin payızında Meydanda. 1992-ci ilin 15 mayında... Və hər dəfə də məntiqi sonluqla. Bəzən elə gəlir ki, bizim son 20-25 illik tariximiz elə fasiləsiz "Lamuret öpüşü"dür. Tamamilə fərqli, çox vaxt da bir-birinə zidd siyasətçilər və aktivlər bir-birini öpüşə qərq edib Azərbaycan uğrunda birlikdən danışırlar. Elə hər dəfə ənənəvi müxalifətin birgə mübarizə aparmaq üçün yeni qurum, yaxud əməkdaşlıq forması axtarmaq cəhdləri də buna bənzəyir. Sonunda isə inqilabçılar gedir, yerinə Direktoriya, Napoleon, yenidən monarxiya gəlir. Və hamısında da sağ qalan, başını saxlayan bu quruluşların 4-ünə də (və heç birini də sevmədən) xidmət edən Fuşelər qalır.
"Lamuret öpüşü" sonunda "İuda öpüşü"nə dönür...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]