Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Neylon corab hakimiyyəti

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
4/6/2015 [10:58]
Baxılıb :
1569 dəfə

1939-cu ildə Nyu-Yorkda gələcək nəsillərin həyatını müəyyənləşdirəcək qədər qüdrətli bir kəşf edildi. Dünyaca məşhur «DuPont» şirkəti yeni, neylon adlandırılan materialın təqdimatını keçirdi. Bir il keçməmiş yeni materialdan olan neylon corablar satışa çıxarıldı. Əvvəlki favorit - ipək corablar yeni, nəhəng reklam kampaniyasının təzyiqi altında tarixə qovuşdu. Reklamda deyilirdi: «Neylon deyil, ipək corab geymək avtomobil olan yerdə ata üstünlük verməyə bərabərdir». Bu boyda iradın qarşısında hansı qadın dayana bilərdi? Keçən il 75 illik yubileyini qeyd etmiş neylon corab hələ ki, birinciliyi vermək fikrində deyil. Az qala nənəm yaşında olan corablar hələ də qadın qarderobunda və kişi fantaziyalarında ağalıq edir. 
Uolles Karatersin neylon kəşfi parça sənayesində irəliyə nəhəng bir addım atdı. Nəticəsində «DuPont» şirkəti milyon dollarlarla gəlir əldə etdi. Axı yeni corablar ayaqda yaxşı oturur, formanı itirmir, sürüşmür və büzüşmürdü, üstəlik şaxta və nəmə qarşı daha dözümlü idi. Cəmiyyətin yeni tapıntısı sanki dünyanı lərzəyə gətirdi. 1940-cı ildə Nyu-Yorkda cəmi bir günə amerikalı qadınlar 5 milyon neylon corabı göz qırpımında qapışdırdı. Müharibə  zamanı da corablar gündəmdən düşmədi, amma istehsalat alıcı marağını ödəyə bilmirdi. Defisit zamanı qadınlar yalın ayaqlarında corab milləri çəkməyi öyrəndilər. Həddən artıq ağ olanlar ayaqlarını rəngləyib arxadan mil çəkirdi ki, guya corab geymiş kimi görünsün. Gözəl görünməkçün qadın hər addıma əl ata bilər.

İkinci Dünya savaşından sonra corablar piştaxtalara qayıtdı. Yeni, corab satan avtomatların xidmətindən istifadə edən qadınlar üçün bu avtomatlar dünyanın ən öndəgedən kəşfi idi. İpək corablardan iki dəfə baha olan neylon corablar qadın həyatında və paralel olaraq kişi həyatında inqilab elədi. Amerikalıları balaca uşaq kimi qabaqlarına qoyub başa saldılar: corablar daxili yanma mühərriki, radio və telefon kimi bəşəriyyətin ən vacib tapıntısıdır! Hamı da buna inandı. Kişilərin bu corablar üçün lap ürəyi gedirdi. Yalnız ekranlardan görünən ulduzlar Bricid Bardo, Tilda Tamar «göydən yerə enib» mağazalarda vitrin arxasından corab nümayişi etməyi özlərinə ayıb bilmədi. Corabların qurtardığı yeri görməyi yalnız yuxularında reallaşdıra biləcək adamlar üçün bu bəlkə də dünya müharibəsindən daha vacib bir hadisə idi. 1946-cı ildə neylon corab satışı 46 milyona çatdı. Həmin bu tarixi qadın corablarının dünya üzərində qələbəsi tarixi də hesab etmək olar. Kim bu nəhəng cərəyana qoşulmadısa özündən küssün. 

Neylon corabların açdığı cığır indi cəmiyyəti çox uzaqlara aparıb. Bunu bir növ təbiətə qıyıdış da saymaq olardı. Axı lap bu yaxınlaracan qadın «Bəzədilmiş tabut» sayılırdı. Çölü çox gözəl olsa da içi murdarlıqla doludur. Qədim dövrlərin tanrıları, qadın heykəlləri də cəmiyyəti bu qədər narahat etmirdi. Heç kim Veneranın heykəli qarşısında baş əymir və döyüşə getməzdən əvvəl Afinaya qurban kəsmirdi. Kişilərə arabir ədalətli olmağa çalışan gözübağlı Femidanı xatırlatmaq sərf edirdi.  Bu, bir növ qadının reabilitasiyası idi. Amma yeni obraz da həqiqətə heç uyğun gəlmir. İndi göydən yerə enmiş ilahələrə toxunmaq, istəsən lap corablarını soyundurmaq da olurdu. 

Neylon corab kişi və qadın qarşıdurmasında bir silah kimi böyük rol oynadı. Qadınlar tül kimi nazik corabı ayağına çəkərkən ola bilər ki, kişisinin boynuna boyunduruq keçirdiyini təsəvvür eləyir, yaxud təxminən buna bənzər hisslər keçirir. Əslində isə neylon corab qadınları oturuşmuş obraza məhkum etmiş məcburiyyətdir. Cəmiyyət seksual olmayan qadın obrazını qəti şəkildə qəbul etmir. Bunu nə kişilər, nə də qadınlar sevir. Seksuallıqdan məhrum edilmiş həyat necə gözəl ola bilər axı? Qaçhaqaç  həyat, qaçılmaz yaşam, iş, siyasət, müharibələr, sosial ədalətsizlik, inqilablar, qiyamlar, etirazlar”¦  Bəşəriyyət Qadın və Kişi arasında gedən müqəddəs müharibənin iştirakçısı  və qurbanı olmağı daha çox arzulayır. Müqayisə üçün o qədər meyar var ki, anod, katod, elektronların artıqlığı və cərəyanın istiqaməti. Kişilər özünü verən, paylaşan və sabitlik saxlayan sayır. Qadınlarsa əmindir ki, həyatı və mahiyyəti  kişilərin ləzzət dolu həyatı naminə israfçılıqla sərf edilir və  istismar olunur. Heç kim düşünmək istəmir ki, müstəvi üzərində  nöqtə və şüa tamam fərqli enerji daşıyıcılarıdır və müştərək fəzada qarşıdurma yaşamadan mövcuddurlar. 

Kişi ilk dəfə əsarətin dadına anasının obrazında baxır. O, istədi-istəmədi layiqli oğul, sevgili, ər, ata, müdafiəçi və müasir dillə desək pulçıxaran kimi böyüməli idi. Artıq böyüyüb  cəmiyyətin üzvü olmuş hər kəs gizli sosial şizofreniya halını yaşayır. Çünki cəmiyyətin ağlı başında olan normal üzvü olmağa namizəddir. Kişi üçün ev, qadınının qurduğu yuva bir təsəlli yeridir. Burda onu qorxaqlıqda, yaltaqlıqda, uğursuzluqda ittiham edən olmayacaq. Olacaqsa cəmi bir qadının ağzını yummağa nə var ki. Belə çıxır ki, kişi ikiqat əsarətdədi: cəmiyyət vasitəsilə qadın və qadın vasitəsilə cəmiyyət tərəfindən qoyulmuş qaydaları poza bilmir.  Ona görə də o, ucbatından əziyyət yaşadığı yiyəsinin, sahibinin, qadınının ayaqlarına arxada mili görünən corabları geyindirməyi, eləcə də soyundurmağı həyatının ən böyük ləzzəti sayır.  Kişilərin qadına münasibəti dəyişmədikcə neylon corablar hakimiyyətdən düşməyəcək.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]