Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Əvəzolunmaz təhsil strateqi”

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
30/5/2015 [11:06]
Baxılıb :
693 dəfə
Və ya təhsilimizdə Fərzəli Qədirov düyünü

İnternetə daxil olub hər hansı bir  xəbərlə tanış olmağına peşman olursan. "Misir Mərdanovun sağ əli - Qədirov Fərzəli", "Misir Mərdanovun fərqli kadrları", "Mərdanovun kadrları Təhsil Nazirliyini yan üstə qoyub", "Təhsilimizin gözmuncuqları", "Təhsil Nazirliyinin dəstəbaşılarından biri", "Təhsil Nazirliyinin Fərzəli Qədirov problemi", "Fərzəli Qədirovun müəllim biznesi", "Fərzəli Qədirovun qiymət cədvəli", "Təhsil nazirliyində qiymətlər qalxdı", "Fərzəli Qədirovun qızıl dövrü", "Təhsil məmurunun qızıl medal fırıldağı", "473 bala qızıl, 700 bala hədiyyə", "Fərzəli Qədirovun oğlu hansı yolla qızıl medal alıb", "Fərzəli Qədirovla bağlı müdhiş iddialar", "Fərzəli Qədirovla bağlı daha bir şok iddia", "Fərzəli Qədirov ifşa olunur", "Mikayıl Cabbarov Fərzəli Qədirovun öhdəsindən gələ bilmir", Fərzəli Qədirovun vəzifə yüksəlişi", "Fərzəli Qədirov müavin olmaq istəyir", "Təhsil nazirliyində Fərzəli Qədirov qaydaları", "Yeni nazir köhnə qvardiyanın mühasirəsində", "Yenə şikayət, yenə Təhsil Nazirliyi", "Fərzəli Qədirovu qoruyan gizli əl" və s. bu kimi qəbildən olan sonsuz və davamlı yazıları oxuyanda istər-istəməz  "sən saydığını say, gör fələk nə sayır" el məsəli yada düşür.

Tez-tez işlətdiyimiz bu məsəl, sanki, Təhsil Nazirliyinin  "İnsan resursları" şöbəsinin müdiri Fərzəli Qədirov haqqında deyilib. Təəccüb və təəssüf doğuran odur ki, yazılı və elektron medianın həyəcan dolu çağırışlarına bu günə qədər nəinki təkzib, hətta formal da olsa, adi bir reaksiya belə verilməyib. Nə olar heç verilməsin də. Bir də ki, ictimai rəy, ictimai qınaq, son on illiklərin təcrübəsində nə vaxt nəzərə alınıb ki? Görünür, ağız dolusu danışdığımız yeni baxış, yeni düşüncə, yeni yanaşma tərzi elə bundan ibarət imiş.

Haşiyə: 70-ci illərin sonları idi. O dövrün ən nüfuzlu nəşrlərindən olan "Kommunist" qəzetində Lerikin dağ  kəndlərinin birində məktəb direktorunun öz qızını işlədiyi məktəbə pioner baş dəstə rəhbəri (indiki uşaq birliyinin rəhbəri) təyin etməsi barədə material dərc olunmuşdu. Sanki bütün Mərkəzi Komitə, raykom, nazirlik bir birinə dəymişdi. Dərhal Nazirliyin əlahiddə  Kollegiya iclası keçirildi, məktəb direktoru, təhsil şöbəsinin müdiri, kimlər, kimlər... cəzalandırıldı, nələr baş vermədi... Hətta əsəbləri dözməyib dünyasını dəyişənə qədər. Əlbəttə, indiki şəraitdə kimlərəsə eyni aqibətlə üzləşməyi arzulamazdım, bununla belə deməyim odur ki, o zaman siqnallara dərhal, özü də bütün ciddiyyəti ilə reaksiya verilərdi, görülən tədbirlərin nəticəsi ictimailəşərdi. İndi isə... Nəsə...
Artıq iki ildən də çoxdur ki, ictimaiyyətin diqqəti təhsil sistemində gedən proseslərə bir az da artıb. Təbii ki, bu gənc və yeni nazir  Mikayıl Cabbarovdan gözləntilərlə bağlı olub və olmaqdadır. Bu gün onun tərəfindən atılan addımları hərə öz tərəzisi, öz arşını ilə ölçür və dəyərləndirir. Hamı proqnoz verir: bəziləri heç nəyin dəyişməyəcəyi, olduğu kimi davam edəcəyi qənaətində olub, bəziləri prosesin ləng getməsindən, ətalətlilikdən gileyləniblər. Bəziləri hər şeyin yuxarıdan idarə olunduğunu bildirib, digərləri sistemə gətirilən yeni kadrların təhsil üzrə mütəxəssis olmamasından şikayətçi olublar və s. Bu da başa düşüləndir. Lakin deyilən və yazılanların hamısı birlikdə Fərzəli Qədirovla bağlı  deyilən və yazılanlar qədər Təhsil Nazirliyinin nüfuzunu zərbə altında qoymayıb. 
Sual olunur: Təhsil Nazirliyi üçün nüfuzu çoxdan bəri sarsılmış və nazirliyin onsuz da sarsılmış nüfuzunu sarsıtmaqda davam edən bir nazirlik məmurunun nüfuzunu qorumaq daha önəmlidir, yoxsa ki, bütövlükdə bu nazirliyə etibar olunmuş təhsilimizin? Bəlkə təhsil başbilənlərimiz hesab edirlər ki, bütün bu deyilənlər və yazılanlar şantajdır, Fərzəli Qədirova qarşı onu qəbul etməyənlər tərəfindən təşkil olunmuş bir kampaniyadır. Elə isə, nəyə  görə məhz Fərzəli Qədirova qarşı? Ayrı-ayrı  şikayət və tənqidlərə kimlər tərəfindənsə digər bəzi məmurlar da zaman-zaman tuş gəliblər. Lakin bu tənqid və şikayətlər bu səviyyədə ciddi və davamlı xarakter daşımayıb, ən pis halda müəyyən müddətdən sonra öz həllini taparaq səngiyib.
Bəlkə zaman və məkanla ayaqlaşa biləcək digər alternativ kadrlarımız yoxdur? Bəlkə Fərzəli Qədirov həqiqətən də elə unikal kadrlardandır ki, onsuz nə keçmiş rəhbərliyin, nə də ki, hazırkı rəhbərliyin işi aşmır? Əgər bütün bunlar şantajdırsa, yəni bu miqyasda da şantaj olarmı? Qərəzçilikdirsə, qərəzçilik edən bir nəfər olar, beş nəfər, ən uzağı on nəfər olar. Kampaniyadırsa, onun da həddi-hüdudu olur, konkret təşkilatçısı olur. Tələbədən tutmuş müəssisə rəhbərinədək hamı şikayətçidir, hamı narazıdır. Demək olar ki, bütün saytlar və xəbər portalları məsələyə biganə qala bilmirlər. Bir də ki, "od olmayan yerdən tüstü çıxmaz" deyiblər. Kim bilir, bəlkə də kadr siyasətini obyektiv və demokratik meyarlar əsasında qura bilməməyimiz və ya qurmaq istəyində olmamağımız Fərzəli Qədirov kimilərin işinə yarıyır.

Əgər belə deyilsə, onda görəsən Fərzəli Qədirovu hansı keyfiyyətlərinə görə bu qədər, özü də belə bir məsul vəzifədə saxlayırlar? Bəlkə onun təhsil sahəsində əlahiddə xidmətləri var? Bəlkə o, əvəzolunmaz təhsil strateqidir? Gördüklərimi, oxuduqlarımı, eşitdiklərimi özlüyümdə götür-qoy etdikdən sonra belə qənaətə gəldim ki, bu fenomenal şəxs həqiqətən əvəzolunmaz strateqdir. Mərdanovun dönəmində sıravi rus dili müəllimliyindən kosmik sıçrayışa nail olaraq Nazirliyin ən məsul və aparıcı şöbəsi olan  "Kadrların İdarə olunması, Strateji təhlil və planlaşdırma" şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. Bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirini əvəzləyib, paytaxt təhsilinin idarə olunmasında və kadr siyasətində əsas fiqura çevrilib. Yeni nazirin kadr dəyişiklikləri də ondan yan keçib, yeni formalaşan "İnsan resursları" şöbəsində müdir vəzifəsində mövqeyini bir az da möhkəmlədib. 

Başqa funksiyalarını bir kənara qoyaq, bildiyimiz kimi, bütün ümumtəhsil məktəblərinə müəllim kadrların seçilməsi və yerləşdirilməsi bilavasitə onun rəhbərliyi ilə həyata keçirilir. Bu labirintəbənzər prosesin necə aparıldığını yəqin ki, 7-dən 77-yə qədər hamı bilir. Onu da bilməyən varsa, onlar da bilsin ki, dəfələrlə dəyişikliklərə məruz qalan "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi , pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydaları" da məhz onun "yaradıcılıq məhsuludur". Bu əndrəbadi qaydaların tətbiqi sayəsində ildə 3-4 min vakant müqabilində müəllimlərin sayı 4000 min nəfər azalıb. Başqa sözlə, iş yerləri olduğu halda, sayı belə məlum olmayan işsizlər ordusu yaranıb. Buna da yaxşı ad seçiblər: "optimallaşma".

Bir "uzaqgörən strateq" kimi Fərzəli Qədirovun karyerası bununla yekunlaşmayıb. Bu müddət ərzində vəzifə səlahiyyətlərindən və sabiq nazirə yarınmağından istifadə edərək ibtidai sinif müəllimi olan həyat yoldaşını Bakının mərkəzi və nüfuzlu məktəblərindən birinə direktor təyin etdirib. Həmin məktəb "İlin ən yaxşı məktəbi" nominasiyası üzrə qalib elan edilib. Məktəbin onlarla müəlliminə "İlin ən yaxşı müəllimi" və digər fəxri adlar verilib. Misir Mərdanovun himayədarlığı ilə özü "Əməkdar müəllim" adı və "Dövlət qulluğunda fərqlənmə Nişanı" ilə təltif olunub. Oğlunun 473 balla, elə anasının direktor olduğu məktəbdən qızıl medalla təltif olunması ilə bağlı qalmaqal uzun müddət gündəmdən düşməyib. Yeri gəldikcə məktəblərdə, yerli təhsil orqanlarında və digər strukturlarda özünə arxa-dayaq yaratmaqdan da çəkinməyib.

Sadalanan və imkan məhdudluğundan sadalanmayan bir çox digər faktlar Fərzəli Qədirovun  bir dövlət qulluqçusu kimi dövlət mənafeyinə deyil , şəxsi mənafeyinə qulluq etməsi barədə nəticə çıxarmağa kifayət etmirmi? Fərzəli Qədirovun əməlləri və bunun nəticəsində onun oliqarxa çevrilməsi barədə demək olar ki, hər gün olmasa da, günaşırı elektron və yazılı KİV-də kəskin məqalələr dərc olunur.  Di gəl, kiminsə "gizli əli" bütün yazılanların üstündən bir qırmızı xətt çəkir.
İki il öncə sabiq təhsil naziri görəvdən alınanda təhsilimizdə rəzalətlə dolu bir dövrün artıq başa çatması barədə ümidverici təəssürat yaranmışdı. Çoxları təhsilimizdə köklü dəyişikliklər ediləcəyi, xüsusilə də kadr siyasəti sahəsində radikal addımlar atılacağı barədə fikir yürüdürdü. Digər tərəfdən "Mikayıl Cabbarovun siyasi iradəsi var" mesajı bu fikirlərı bir az da ümidləndirirdi. Elə isə, "Fərzəli Qədirov düyünü" niyə açılmır? Yoxsa "sən saydığını say, gör fələk nə sayır" el məsəlinin ümidinə qalmışıq?

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]