Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Donmuş həqiqətlər

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
23/5/2015 [11:29]
Baxılıb :
1734 dəfə
Düzənlənməmiş sərgidən şəkillər

Biz elə bilirik ki, keçmiş artıq yoxdu. O, qeyb olub, dəyişib, başqalaşıb. Gələcək də yoxdu. O, hələ ki, yaranmayıb, gəlməyib, düzəlməyib. Keçmişin gələcəyə çevriləcəyi ana biz indi deyirik. Bizimçün bir tək bu an var. Əvvəllər o imkan şəklində idi, indi isə xatirələr şəklində olacaq. Amma bu burcə qısa an da fiksiyadır. Çünki onun ölçüsü yoxdu. Ona görə də deyə bilərik ik, indi də yoxdu. Çünki heç vaxt onu tuta bilmirik. Tutduğumuz isə ani olaraq keçmişə çevrilir. Əgər bu fikirdə dayansaq etiraf etməli olacağıq ki, dünya da yoxdu. Yalnız onun yanıb-sönən illüziyası var ki, onu dayandırmağa insanın qüdrəti çatmır. Yaşamın hansısa anında parlayan ucuna həyat deyirik. Bu anın ucundan tutub sonu naməlum ölkəyə, yəni gələcəyə səfər etməkdəyik. Biz hər anın doğulub öldüyü bir dünyada yaşayırıq. Burda heç bir an geri qayıtmır. Belə məqamlarda fotoaparatlar çox lazımlı alət kimi görünür. Həyat kadrlarda daha anlaşıqlıdır...

”¦ «Bakının arbatı» adlanan hissə hələ təmirdən və boşaldılmamışdan əvvəl. Bir həftə öncə yağmış və artıq ərimiş qar plitələrin arasına yığılıb və donub və naxışlara bənzəyir. Uzaqdan qoşa nağara səsi gəlir. O qədər ustalıqla çalınır ki, elə bil fonoqramdı. Yaxınlaşanda nağaraçının real olduğunu görürsən. Üzüqoyulu çevrilmiş plastik vedrədə taxta çubuqlarla elə çalır ki, elə bil Sarayın səhnəsində 2 min tamaşaçının qarşısındadı. Görkəmin və səsin qeyri adi təması. 

”¦ Fontanlar meydanında balaca körpə dırmaşıb fontanın birində çimir. Təzə, qara fontan avanqard üslubda olduğundan nə çəpəri, nə qırağı var deyən ora dırmaşmaqçün ayaqqabılarını və komplekslərini tullasan bəsdi. Körpə ayaqlarını suyun içində şappıldadır və valideynlərinə acıq verir. Böyüklər isə həmişəki kimi yaş olmaqdan qorxur. Elə hey çağırırlar və «Tez ol, düşÂ» deyib hədələyirlər. Uşaq heç olmasa bir neçə dəqiqəlik hakimiyyəti əlinə aldığına görə xoşbəxtdi və mırıq dişlərini işardır, arabir bezəndə isə artıq yaş olmuş popuşunu dombaldıb hamını əyləndirir. 

”¦ Novruz bayramı şənlikləridir. Şəhər adamla doludur. Səhərdən ayazlı,  hələ şaxtası sınmamış yaz havasında artıq göyərmiş Novruz personajları get-gəl etməkdən əldən düşüblər. Keçəllər və kosalar yığışıb altı deşik vedrədə zibil yandırıb qızınırlar. Bahar qız neylon paltarının jığ-jığından daha da üşüyür və itələşib vedrə ətrafında özünə yer tapır. İsti əvvəl əllərini, sonra ürəyini qızdırır. Vedrədəki zibil də özünü odun bilib bayramsayağı əhvaldadır. 

”¦ Bulvarda skamyalardan birində saç-çaqqalı qocalıqdan deyil, mərhumiyyətlərdən ağarmış qoca oturub. Qarşısına papaq qoyub ki, hər dəfə əlini açmalı olmasın. Amma o, gözünü gedib-gələnə deyil kitaba dikib. Oxuduğu Bulqakovun «Master və Marqarita»sı bu gün çörəyini əvəz edəcək deyəsən. Arabir bulvarın pişikləri yaxınlaşıb özlərini qocaya sürtürlər. O, başını kitabdan ayırmadan əlini pişiyin tükünə toxunduran kimi pişiyin bir gözünün rəngi dəyişir və bir anlıq bərq vurur. Qocanın bu metamorfozlara baxmağa vaxtı yoxdu. Qonşusu Fatma qarı keçən gecə süpürgəyiə minib  uçmaq istəmişdi. İndi o, bunun üsulunu kitabdan öyrənməliydi. 

”¦ Bakının dəfələrlə təmir olunmuş asfaltında yaranmış gölməçədə su dalğalanır. Suya hardansa neft dağılıb deyən gün şüaları onu spektrin rənglərinə boyayır. Ətrafda yeganə gölməçə olduğundan quş suyu burdan içməli olur. Neftli gölməçədən su içən quşun neftin bazardakı qiymətindən xəbəri yoxdu. O, neftə görə çarpışan adamları da başa düşmür. Axı neft suyun tamanı pisləşdirib. Onu yemək də, içmək də olmaz.

”¦ Uşaq televizor qarşısında çaşqın halda oturub. Anlaya bilmir ki, valideynləri hər gün bu kadrlara çatanda niyə kanalı keçirirlər. Axı onlar «Lider» kanalındakı xəbərlərə həmişə baxırdılar. Eyni süjeti dəfələrlə vermiş kanala niyə baxırlar görəsən? Kanalı dəyişsələr də o, artıq burda göstərilən qızın üzünü əzbərdən bilir, küçədə görsə o saat tanıyacaq. Valideynləri imkan versəydi  1-2 dəfə də baxmaqla titrlər arxası mətni də əzbbərləyərdi.

”¦ Müəllim yoxlama dəftərlərini qarşısına qalayıb, amma əli işə yatmır. Uşaqların gözləri də bu gün ona etinasız və soyuq görünür. Tələsməlidi, çünki evə gedib «Mən müəllim olmaq istəmirəm, məşhur olmaq istəyirəm!» deyən tələbəsinə dərs deməlidi ki, işığa görə yığılmış borcu ödəyə bilsin.
  
”¦ Parlamentin yeni tərkibi təsdiqləndi. Fotolar sırayla göstəriləndə cizgilərdə fərqi tapmaq çətinləşir. Adama elə gəlir ki, bunu artıq bir dəfə yaşamısan, həmin üzləri artıq görmüsən. Onlar obyektivə qürurla baxır, çünki onları milyonlardan seçiblər. Kreslonun sehri yaxınlaşdıqca fərq etməz ki, seçiliblər, yoxsa təyin ediliblər. Onlar minnətdar olmağı bacararlar.

”¦ Kim deyir ki, keçmiş bir daha təkrarlanmayacaq? Axı biz bir dəfə bu səhvi etmişdik !..

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]