Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İlklərin yanında... və önündə olanlar

Bölmə :
Köşə
Yazar :
Qorxmaz İbrahimli
Yayım tarixi :
18/5/2015 [23:36]
Baxılıb :
655 dəfə

2003-cü ilin prezident seçkilərindən bir şeyi xatırlayıram. Əmim, Xalq Şairi Məmməd Arazla bərabər prezidentliyə namizəd İlham Əliyevin Gənc Tamaşaçılar Teatrında ziyalılarla olan görüşünə mən də qatılmışdım. (O zaman heç bir partiyanın üzvü olmadığımdan, qatıldığım tədbirə özüm qərar verirdim). Prezidentliyə namizəd İlham Əliyev çıxışında ziyalılar önündə maraqlı bir müraciət etdi. O, dövrün müxalifətinə səslənərk danışıqlara dəvət elədi. Ertəsi günü bu jestə çox kəskin və hədələyici bir cavab yayıldı: “Bu günkü hakimiyyətlə heç bir danışığımız ola bilməz. Prezident seçildikdən həmən sonra xalq onları məhkəmə salonlarında ittiham kürsüsündə görəcək”. 
Təbii ki, seçkini qazandıqlarını bəanatları ilə elan edərək zavallı tərəfdarlarını meydanlara etiraza çağırıb özləri gizləndilər. Şübhəsiz, xoş olmayan belə bir anda tərəfdarlar döyüldülər, işgəncə gördülər, həbsə düşdülər. “Qalib gəlmiş” namizədsə uzun müddət görünmədi. Və bu gün artıq üçüncü dəfə prezidentlik dövrünü yaşayan İlham Əliyevə məğlubiyyəti sivil, demokratik şəkildə elan belə etmədilər.

O zaman tək müxalifət cəbhəsində deyil, iqtidar cəbhəsində də öz komandasına və komandanın liderinə xəyanət etməyə hazır olan ünsürlər peyda olmuşdular. “Nə olar, nə olmaz” deyə düşünərək müxalifətə külli miqdarda pullar ötürdülər ki, İlham Əliyevin xoşməramlı müraciətinə verilmiş kəskin reaksiyanın hədəfinə tuş gəlməsinlər. Bu gün utanmadan iqtidarın tədbirlərində iştirak edərək Prezidentə sadiqlik göstərmək istəyən çoxlarının əməllərini  şəxsən bilirəm. Qarşı tərəfdə özlərinə necə bir ehtiyat “aerodorom”u hazırladıqlarını yaşxı bilirəm. Şəxsən məndən müxalifət hakimiyyətə gələrsə, onlara sahib çıxacağıma söz verməyimi xahiş edənlər, bu gün yenə yüksək vəzifələrdədirlər. Mənsə onlardan birinə gülərək, İlham Əliyevdən başqa heç kimin qalib gəlməyəcəyini anlatmağa çalışmışdım.

Əlbəttə, günümüz 2015-ci il olmaqla yanaşı, iqtidar da 2003 iqtidarı deyil. Kifayət qədər təcrübəsi olan dövlət başçısı neft bumundan maksimum yararlanaraq dev struktur layihələr gerçəkləşdirməkdədir.  Etiraf etməliyik ki, 90-cı illərdən fərqli olaraq ölkəmiz yaxşı inkişaf etmişdir. Tək ölkə içərisinə qapılaraq qalmayan bu günkü hakimiyyət dünyaya açılaraq dev layihələr gerçəkləşdirdi. Həm investor rolunda çıxış etməklə, həm də beynəlxalq tədbirlərə ev sahibliyi etməklə beynəlxalq aləmdə yetərincə hörmət qazana bildilər.

Hamınız yaxşı xatırlayırsınız, qısa zaman içərisində Bakı bulvarı yenidən inşa olundu. Bayraq meydanı və “Kristal hall” kimi dev layihələr bitdi və ilk dəfə olaraq Azərbaycan “Evrovision” mahnı müsabiqəsinə ev sahibliyi etdi. 

Dünyada dostları olduğu kimi, istəməyənləri də kifayət qədər olan Azərbaycan dövlətinin bu layihəsinə qarşı dəhşətli bir hücum, qara piar kampaniyası başlandı. Təxminən bir il vaxt içərisində olmazın dərəcədə əks təbliğatdan tutmuş, müsabiqənin başlandığı və keçirildiyi vaxt ərzində ağılalmaz təxribat planları quruldu. Polisin, təhlükəsizlik qüvvələrinin və əlbəttə ləyaqətli vətəndaşların sayəsində mənfur düşmənlər istədiklərinə nail ola bilmədilər. Eyni zamanda, müxalif siyasi partiya və qəzetlərdən də prosesi dəstəkləyən, həmçinin etiraz edənlər oldu. Etiraz edən bəziləri isə gözdənsalma kampaniyasında xüsusilə “fərqləndilər”.  Necə deyərlər, dəyirman bildiyini eləyir, çax-çax baş ağrıdır.

Təxminən, iyirmi gündən sonra Azərbaycan dövləti yenə böyük və tarixi bir layihəyə ev sahibliyi edəcək. Və kimlərin nə deməsindən, nə kimi planlar qurmasından asılı olmayaraq, ilk Avropa Oyunlarının Azərbaycanda uğurla baş tutacağından şübhəmiz yoxdur və bunun tarixə həkk olunacaq bu hadisə olacağına əminik. 

İki il yarım əvvəl bizim partiya da belə bir layihənin gerçəkləşməsinin çətin olacağı qənaətində idi. Mütəxəssislərimizin bizə vermiş olduğu bilgilərdən yola çıxaraq layihəni tənqid etdik. Ancaq geri dönüşün mümkün olmadığını görüncə etirazlardan çəkilərək dəstək olmağa çalışdıq. Çünki müxalif partiya üzvü və rəhbəri olmaqla yanaşı, həm də bu ölkənin vətəndaşıyıq. Vətəndaş borcumuzu hər zaman doğru-dürüst yerinə yetirməyə çalışmalıyıq.

Bu layihəni daxildən xə xaricdən istəməyən güclər artıq hər kəsə bəllidir. ABŞ dövlət katibinin ofisi daxil, xeyli sayda əleyhdarların adını çəkmək olar. Ancaq tərəfdarlarının çoxluğunu da isbatlamağa ehtiyac duymuram. Artıq Avropanın  və dünyanın bir çox ölkələrin təmsilçiləri iştirakçı siyahılarını qeydiyyatdan keçirirlər. Təxminən bir aya yaxın bir müddət içərisində nəhəng bir layihənin tamaşaçısı olacağıq.

Avropa oyunları idman yarışmasına Azərbaycan hazır idman infrastrukturu və otellər zənciri ilə getmirdi. Bunların hamısı paralel aparılırdı. İri infrastruktur layihələr gerçəkləşdi ki, bunları da yarışmanın səhərisi gün söküb atmayacaqlar.  Bütün bunlar gələcəkdə daha böyük layihələrə ev sahibliyi etməyimiz üçün çətinlik yaşamayacağımız idman oyunları mərkəzləridir.

Vaxtilə İlham Əliyevin prezident seçilməyəcəyini düşünən o satqın məmurlar bu gün bəzən provokativ şayiələr buraxmağa davam edirlər. Belə şayiələrdən biri Avropa oyunları layihəsinə xərclənən ağılalmaz pullardır. Elə yalan şayiələr buraxırlar ki, bəzən hökumətin  nüfuzlu iqtisadçıları və nüfuzlu ekspertlər saatlarla bu şayiələrin yalan olduğunu başa salmaq məcburiyyətində qalırlar.
Bəli, işin sürətinə şüurlu və şüursuz şəkildə mane olan onlarla məmur və təşkilatın da adını çəkmək olar. İşə start verilən andan belə sürətlə başlasaydılar, artıq iki ay qalmış hər şeyi bitirmiş olardılar. Ancaq bu o demək deyil ki, belə bir dev layihə gözdən salınmalıdır. Yalandan kiminsə intiharı haqda yaramaz şayiələr yaymaq və s. kimi şayiələr məhz bu planın tərkib hissəsidir.

Dediyim kimi, bu layihənin gerçəkləşməsinə əngəl ola bilməyənlər son aşamada daha da aqressivləşiblər. Daxildən və xaricdən hər cür xəyanət olmaması üçün hökumət də lazımi tədbirlər almaqdadır. Bildiyimiz və bilmədiyimiz bu önləmlərin hər birinin uğurlu olmasını arzu edirəm.
Məncə bunlardan birincisi, təxminən bir ilə yaxın müddət ərzində Prezident köməkçisi Əli Həsənovun rəhbərliyi altında müxalifət partiyaları ilə aparılan danışıqlardır. Bu danışıqların istər Avropa Oyunları zamanı, istərsə də qarşıdan gələn Parlament seçkilərində əhəmiyyəti olacağına inanırıq.

Kimin nə düşünməsindən asılı olmadan, hər bir partiyanın üzvü bu ölkə üçün dəyərli insandır. Siyasi müxalifətin təmsilçiləri ilə Avropa Oyunlarını müzakirə etmək, dəstək istəmək acizliyin deyil, düzgün düşüncənin ifadəsidir və addım - addım demokratiyanın inkişafı deməkdir.  Avropa ölkələrində, qardaş Türkiyədə müxalifətlə danışıq aparan hakimiyyətlərə az köks ötürməmişik. İndi belə addımlar zəhmətimizin nəticəsinin olduğunu, müxalifətin hesaba alınmağa başlandığını deməyə asas verir. Bu dövlətin azadlığı uğrunda hər şeyimizdən keçmişik. Bu gün də möhkəmlənməsində iştirak etmək haqqımız və borcumuzdur. 

Yuxarıda xatırlatdığım məlum müraciət zamanı o zamankı müxalifət liderləri müraciəti düzgün dəyərləndirmiş olsaydılar, görün indi haralarda idi dövlətimiz. Çünki qanla deyil, yalnız danışıqlarla, qarşılıqlı anlaşma ilə inkişaf etmək mümkündür. 

Bu günlərdə baş verən ikinci mühüm hadisə qeyri-hökumət təşkilatları və medianın birgə təşəbbüsü, iştirakı ilə böyük bir koalisiyanın yaradılması oldu. Avropa oyunları ərəfəsində ən nüfuzlu vətəndaş cəmiyyəti və media təmsilçilərinin belə bir koalisiyada birləşərək dövlətimizə dəstək verməsi təqdir olunmalıdır.

Mən də, eyni zamanda bir vətəndaş cəmiyyəti təmsilçisi və təşkilat rəhbəri olaraq (Milli QHT Forumu kimi nəhəng bir vətəndaş cəmiyyəti koalisiyasının rəhbərliyində təmsil olunuram) bu koalisiyanın tərkibindəyəm. Yeri gələndə  tənqidi fikirlərimi də səsləndirirəm. Ancaq tənqid etmək o demək deyil ki, hər şeyə qara yaxasan. Hesab edirəm ki, bizim bu koalisiya Avropa Oyunları ərəfəsində olduğu kimi, oyunlar zamanı və sonrakı mərhələdə də çox böyük işlər görəcəkdir. Və şəxsən mən bir vətəndaş və siyasi partiya təmsilçisi olaraq İlk Avropa Oyunlarına qarşı aparılan kampaniyaların qarşısında olduğumu və bu nəhəng idman yarışından dövlətimizin üzüağ çıxması, millətimizin fayda görməsi üçün əlimdən gələni əsirgəməyəcəyimi bəyan edirəm. Əgər dövlətimizin güclənməsini, dünyada mövqelərinin daha da möhkəmlənməsini, ölkəmizdə demokratiyanın inkişafını istəyiriksə, heç bir fədakarlıqdan geri durmamalıyıq.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]