Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sərhədləri aşan sərsəmlik

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
15/5/2015 [23:56]
Baxılıb :
933 dəfə

Bernard Şou: «Ağıllılar cəmiyyətə uyğunlaşır, axmaqlarsa dünyanı özünə uyğunlaşdırır. Ona görə də dünyanı dəyişməklə tarixi elə axmaqlar yaradır».

Ağıllılar və axmaqlar”¦ Ağlın ifadəsi bir sözə sığırsa axmaqlıq həm də sərsəmlik, giclik, səfehlik, sarsaqlıq kimi çalarlarda işlənir. Bu iki kriteri arasındakı sərhədlərin yeri dəqiq deyil. Biz ağıllı olmaq nədir bilirik, tam axmaqlıq, abdallıq da gözümüzdən qaçmır. Ola bilər kiminçünsə axmaqlıq mövzusunda araşdırmanın özü mənasızdı. Axmaqlığı özümüz etsək onu görmürük, basqasının axmaqlığı gözümüzə girir. Ona görə də tam ciddi görkəm alıb həmin ciddiliklə mövzumuzu araşdıraq.

Qadına ağıllı desən”¦

Məşhur parodiyaçı Klara Novikovanın bu mövzuda maraqlı səhnəciyi var. O, deyir ki, ağıllı qadına nəsə lazımdırsa, o lazımi orqanlara müraciət edir, qapılar döyür, əsəbiləşir, dava salır və axır nəticədə istədiyini əldə edə bilmir. Axmaq qadın isə lazımi sənədləri yığmaq əvəzinə güzgü qarşısında bir az artıq dolaşır və lazımi idarənin rəisi ilə görüşəndə gülümsəməyi unutmur. Rüsvət vermək məqamı gələrsə özünü lap gicliyə vurur. Özü də axmaq görünmək qorxusu keçirmədən "Oy, mənim pulum yoxdu”¦" deyir. Nəticədə istədiyi sənədi alır. Səhnəciyin sonunda Novikova deyir: "Əgər kiməsə ağıllı qadın deyirlərsə, deməli o, lap axmağın biridir". 

Adi həyati hadisəni təsvir edək: tanışlarımdan biri ətrafının ağıllı saydığı bir qadındır. Məişət problemləri onu bizneslə məşğul olmağa məcbur edib. O, planlar cızır, aktrisalıq qabiliyyətini işə salıb lazımi vəsait əldə edir, kredit tapır, lazımi adamlarla görüşür, fəhlələrlə özü razılaşır və s. Hansısa məqamda nəzərə alınmamış bir incə nüans bütün planları alt-üst edir. Şəxsi həyatı da elə bu gündədir. Onun yaşadığı bütün məhəbbət romanlarının hamısına fəlakət yarlıkı vurmaq olar. Bununla belə onlarla qadın tanıyıram ki, ağzını açmağıyla axmaq fikir deməyi bir olur. Beləsinin şəxsi həyatı da, professional fəaliyyəti də yerindədir. 

Axmaqlığın sərhədləri hüdudsuzdur

Axmaqlığın (həm kişi, həm də qadın) lüğəti izahi belədir: Bu söz öz ağlının real sərhədlərinə dəqiq qiymət verə bilməyən adamlara deyilir. Bəziləri ədəbiyyatdan danışmasa yaxşıdı, bir başqası isə siyasətdən. Üçüncüsü isə heç ağzını açmasa daha ağıllı görünər. 

Hər şeydə ağıllı insanlar demək olar ki, yoxdur. Amma hər cəhətdən axmaq adamlarsa unikal hadisədir. Axmaqlığın  sərhədlərini adi insan ağlı ilə əhatə edə bilməyəcəyik. Ona görə də abdalların təsnifatına keçək:

Kütbeyin - bu tip adamlar axmaqların ən cəlbedici formasıdır. Onlar üçün əyləncəvi vurma cədvəli və sair bu tipli son dərəcə axmaq kitablar yazılır. Deyək ki, belə kitablar piştaxtaya qoyulmağıyla həmən satılır. "Təcrübəsizlər üçün seks" adlı kitablar da adətən oxucusunu çox gözləməli olmur. Bəziləri orda verilən tapşırıqları da şəstlə yerinə yetirirlər.

Kütbeyin daim işlə məşğuldur və bütün nailiyyətlərə özü çatır. Amma bütün bu proseslər onda çox yavaş gedir. Ağıllı adamın 10 dəqiqəyə çıxaracağı nəticəni əldə etməyə ona bir ay lazımdı. O, bilir ki, 2 dəfə 2 4 edir. O, bu barədə düşünür də, başqalarının bu barədə fikir çəkmədiyindən bəzən hirslənir. Axı 2x2 = 4 məsələsində nə qədər gözəlliklər var, hamı bunu görməlidi. Günlərin bir günü o, anlayır ki, 2-ni 3-ə vuranda 6 edir. O, bunu dəfələrlə təkrarlayır, fikir ona ləzzət edir. O, hər dəfə bu fikirlə birlikdə eyforiya keçirir. Bəzən ləzzətdən vurma cədvəlinin ardını hesablamaqdansa rəqəmləri öz məntiqinə uyğun yerləşdirir. Məsələn: 2x3=6, 2x4= 29. Bu nəticənin düzgün olmadığını ona kimsə izah etmək qüdrətində deyil. 

Zirək sarsaq - vurma cədvəlini necə lazımsa bilir. Onu öyrənən kimi cədvəli özü quraşdırdığına inanmağa başlayır. Onun sonrakı həyatı vurma cədvəlinə həsr edilib. Zirək sarsaqlar tez-tez danışır, paradokslar, hekayətlər deyir. Amma onun fikirlərinin canı 7dəfə 7 -nin 49, 6 dəfə 6-nın 48 olmasından uzağa getmir. O, vurma cədvəlini bilməyənlərə hətta nifrət də edir. Həmin ehtirasla o, vurma cədvəlindən artıq bilənləri də gözü götürmür. 

Mütəxəssis gicliyi - təkəbbürdə o biri axmaqlardan fərqlənmir. Amma sarsaqlardan fərqli olaraq hərdən maraqlı fikir də deyə bilər. Təvazökar adam görən kimi ikrahla onun-bunun fikrindən ibarət kollaj fikirlər buketini az qalır gözə soxsun. Müsahibinin ünvanına iynəli sözlər atır. Belə tiplər hansısa sahənin mütəxəssisi də ola bilər. Məsələn, onurğasızlar üzrə namizədlik dissertasiyası yaza bilər, ya da fizikada yarımkeçiricilər barədə, ya da orta əsrlərdə səlib yürüşləri barədə yazılanların hamısını əzbər deyə bilər. Professional sahədə əldə etdiyi yüksəklik onun reallıq duyğusunu kütləşdirir. O, başqa sahələrə də girişib fikir deməyə başlayan kimi hamı onun kimliyindən xəbər tutur. 

Sarsaqlığın növləri çoxdur. Poetik pozada dayanıb ədəbi əsər qəhrəmanlarını yamsılayanlar da olur. Patetik vasvasılıq edib mülahizələrində Yaradanın ünvanına tənqid yağdırıb dünyanın boz və səliqəsiz olduğu üçün Allahı məzəmmət edənlər də. 

"Mənə hər şey olar, çünki belə doğulmuşam" 

Qadınlara gəlincə isə burda sarsaq sarışından tutmuş qaşlarını xüsusi qaydada dartıb şəstlə Koelio və Murakamidən sitat gətirən intellektual heykələ qədər çoxlu psixoloji tiplər var.  Qadınları incitməməkçün simpatik axmaqlar, ya da lap axmağın biri kimi obrazların üstündən keçək. Qadın axmaqlığını öyrənmə mexanizmi hələ də elm üçün sirr olaraq qalır. Ehmallıca əlamətləri sadalayaq, tanış gələn kimi dodağınızı dişləyib xəfifcə gülmək olar:

- O, saçını perekislə yandırıb süpürgəyə döndərsə də vecinə deyil. Dodağını qıpqırmızı boyayıb yaşının artmağına baxmayaraq paltarının balaqlarını uzatmaq fikrini ağlına gətirmir. Başında dolaşan fikirləri heç kim, hətta özü də bilmir. Qafasıyla maraqlanan tapsa çox sevinir və onu dərhal evə çağırıb yeyilməsi mümkün olmayan ərzaqlara qonaq edir. Hərəkət etdikcə gözünün içinə baxıb kişinin qavramayacağı səs yüksəkliyində nəsə pıçıldayır. Bu ünsiyyətdən sağ çıxanlar kandardaca Allaha dua etməyi unutmurlar.

- Onu hər gün görə bilərsən. Keçəndə kipriklərini tez-tez qırpıb "Salam"ı dilinin ucunda deyir. Onun axmaqlığını hamı bilir. İllərlə saçını, ərini, işini dəyişmir. Çünki saçı qalın, əri nəzakətli, işi isə sevimlidir.

- Onun yaşını təyin etmək mümkün deyil. Yaz gələn kimi köhnə paltosuna təzə detal əlavə etməklə onu təzələdiyini düşünür. Tənhadır, heç kimnən işi yoxdur, intellektualdır. Sevginin qəribəliyindən, həyatın mənasından danışmağı sevir. Qonşular ondan heç duz istəməyə də gəlmirlər. O, nağıl qəhrəmanına bənzəyir. Elmə məlum olmayan saç rəngini necə aldığını heç özü də bilmir. Gözünün altındakı tuş axmasından yaranan zolaqla elə bil ki, doğulub. Tənbəl, məzəli, maraqlıdır. Belələri qocalana qədər uşaq xasiyyətilə birlikdə üzündəki sızaqlarını da saxlayırlar.

- Onun böyük əndamı, truba kimi səsi, əla iştahası və həyat eşqi var. Gözünə sənət əsərləri içində əməlli bir şey dəysə uşaq kimi cuşa gəlir və "Halal olsun, Rubens qadınlardan baş çıxarırmış" deyər.

- Oxumaq, oxumaq və yenə də oxumaq. Onun məqsədi sanki qırmızı və göy üzlü diplomları toplamaqdı. Oxuma prosesində heç kimə lazım olmayan peşələrə yiyələnir. Şanelin geyimini bəyənir, alçaqdaban geyir ki, yorulmasın, göy rəngdən bezmir və çantasında həmişə vaxtı keçmiş konfetlər gəzdirir. 

- O, şeir yazır. Yeri gəlsə özü də oxuyur. Dinləyəni tapılsa opera səsiylə ciyildəyib "səsim bu gün kaldır" deyib davam edir. Uşaqlıqda ərə gedib xoşbəxt olacağını düşünürdü. Arzularında hələ də hər səhər çəhrayı penüarda və qotazlı başmaqlarda dənizə baxan eyvanında kofe içir. 

- O, sizə alturizm haqqında məruzə deyə bilər, nə lazımsa xatırladar. Başını sığallamağa adamı həmişə var. Cavan rəfiqəsini gecə növbəsində həvəslə əvəz edir, kişi kolleqalarının hamısına "dost" deyir. Evinin qarşısında isə it və pişiklər dəstəylə onun işdən qayıdanda bir zənbil yemək gətirib onları yedizdirəcəyini gözləyir deyən burdan həmişə it iyi gəlir.

- Ona telefonla danışanda da güzgü lazımdı. Sifətinin əzələsinin hər tərpənişini görməlidi. Ofisin ortasında kağız qalağını, ya da vizit kartlarını yerə səpələsə yığışdırmağa tələsmir. Ətrafdakılar onun hər dəfə əyilib nəsə götürməsi prosesinin bütün detallarını yaxşıca izləməlidi. O, zəhləsi gedən kişiyə də rəqsdə imtina etmir ki, yazıq gözəlliyə toxuna bilsin. Belə növlər mütləq gözəl olmalıdır. O, inanır ki, vurulsa onun sevgisi Romeo və Culyetta məhəbbətini kölgədə qoyacaq. 

- Belələrini xüsusi yetişdirirlər. Onlar televiziya verilişi aparır, ya da heç olmasa KVN-də camaatı güldürürlər. Başqalarından fərqli olaraq onları axmaq görünməkdən utanmırlar. "Mənə hər şey olar, çünki belə doğulmuşam" devizi ilə bütün yerdə qalan növləri başına yığıb dərs də keçə bilərlər. 
Axmaqlığın milliliyi

Axmaqlığın da milli növləri var. Almanların məişətdə və elmdə tutarlı olmaları bir tərəfdən İmmanuil Kant kimi nəticə verirsə, o biri tərəfdən əlavə məhsul kimi klassik filistyor, meşşan tip yaradır. Volter fransız ağlının nümunəsidirsə Floberin müsye dOme obrazı tipik fransız axmaqlığıdır. Amerikanın sağlam praktikliyi qırmızı yanaq optimist dibil obrazı yaradır ki, ona görə bütün dünya problemləri kağızı büküb cibinə qoymaq qədər asan başa gələndir. Spesifik rus axmaqlığı suiqəsd nəzəriyyəsi üzərində durub. Yəhudi ağlı hüquqi, maliyyə və ideoloji məsələlərdə zirəkliklə tanınırsa yerində addımlayan yəhudi yumurtanın ağını bu gün yeyib sarısını sabaha saxlayan lətifə qəhrəmanlarından o qədər də seçilmir. Bəlkə də ona görə yəhudilər haqqında bu qədər lətifələr yaranır. Eləcə də çukçalar barədə. Onuncu yəhudi barədə mif var. Guya ki, yəhudilər o qədər ağıllıdır ki, aralarından axmaq tapmaq mümkün deyil. Amma hər 9 ağıllı yəhudidən sonra 10-cu yəhudi o qədər axmaqdı ki, deməknən sözə gəlmir. Ailədə yəhudi tərbiyə sistemi (uşağa seçilmiş xalqdan olmasını bələkdən anlatmaq, biliyə, təhsilə fanatik münasibət və s.) ən axmaq adamdan babat vətəndaş yarada biləcək qüdrətə malikdir. Belə təbii keyfiyyətlərilə o, başqa millətdən olsaydı ya çilingər, ya da fəhlə olardı. Danışanda ağzından şorba tökülsə də onun axmaqlığını kimsə bilməzdi. Axmaqlığa millilik prizmasıyla baxanda bizim də bəzi keyfiyyətlərimiz ortaya çıxır. Bic, hiyləgər ermənilərə nisbətən biz bir az sadəlöhv görünə bilərik. Tarix və Zaman da bizim bu çatışmazlıqlarımızı islah edə bilmir. 

Axmaqlıq fərdi oduğu kimi kollektiv, sosial qrupa məxsus, dövlətə və ideoloji birliyə də xas ola bilər. Hətta normal quruluşların da öz axmaqlıqları var. Kənardan axmaq görünməyən dövlətin bir qrupu o birinə axmaq gözüylə baxır və əvəzində eynən nifrət dolu fikirlər alır. Meydana çıxıb qiyama çağıran qüvvələr üçün liberallar son dərəcə axmaq, ətalətli görünür. Onların hər sözü qıcıqlandırır. Demokratlar da kənarda bütün bu proseslərə baxanda özlərini yeganə ağıllı qüvvə sayıb radikalları məsğərəyə qoyub gülürlər. 

Uğur sərsəmlərin tərəfindədir?

Nəzərə almaq lazımdı ki, müasir zamanın "axmaq" kəlməsi yüz il əvvəl tamam başqa məna daşıyırdı. Bir neçə yüz il əvvəl isə abdallar Allaha yaxın bəndələr sayılırdı, onlara gülmək, incitmək günah iş kimi qiymətləndirilirdi. 

Etiraf edək, nağıllarımızın qəhrəmanları sox vaxt axmaq, sadəlövh görünürlər. Şər qüvvələr hiyləgərlik edir, tor qurur, plan cızır, Məlikməmədlərsə həmişə quyuya düşür, sonra hansısa sehirli vasitəsilə qaranlıq dünyadan qurtulur. Nağıllar elə bil ki, sərsəmlərin daha üstün olduğunu, plan cızmağın, dünyanı dəyişdirməyin mənasız olduğunu başa salmaq istəyir. Yəni uğur sərsəmlərin tərəfindədir?

Cəmiyyətin axmaqlara, giclərə həmişə ehtiyacı olub. Padşaha sözün düzünü yalnız yazığın, dilsiz-ağızsız axmağın biri deyə bilərdi. Ona görə də bütün saraylarda həqiqəti təlxəklərin dilindən eşitmək olardı. Bu günün axmağı necə görünür? Onun ən azı ağ yaxalığı, orta savadı və qoltuğunda qovluğu olmalıdı. Fəhlə görkəmli sadə adam 21-ci əsrin sərsəmi obrazına uyğun gəlmir. Qəribədi ki, savad səviyyəsi artdıqca cəmiyyətdəki axmaqların da sayı artır. 3-4 sözü dalbadal düzüb deməyi öyrənən kimi təbii baqajına baxmayaraq hamı özünü başbilən və yolgöstərən kimi aparır. Onun sözünə diqqət verməsən də neçənci ildə harda, necə oxuduğunu, müəlliminin adını və hətta filan dərslikdə 147-ci səhifədə yazılan mətni əzbərdən deyəcək. Belə gedişlə elə bil ki, cəmiyyətdə axmaqların da sayı durmadan artır. İntellektual ambisiyalar axmaqlığın yeni növünü yaradır. 
Özünü başqalarından ağıllı  bilənlər əslində axmaqdır

Yöndəmsiz kütbeyin obraz folklorun, atalar sözlərinin, lətifələrin, nağılların ayrılmaz hissəsidir. Son zamanlar bu obraz milli kinomuzda və milli seriallarda da özünə yer qazanıb. Bu obraz sağlam düşüncəyə əks hərəkətlər edir, necə deyərlər "zibilə düşür" və sonra ağlı ilə deyil, bəxti gətirməklə əhvalatdan salamat qurtulur. Qədimdə belə obrazı əsərə salmaqla dinləyicini tərbiyə edirdilərsə, indi tamaşaçını bu yolla əyləndirirlər. Yəni ki, sosial normaları basıb keçən bir kəs özünü gicliyə vurmasa, halı fəna olacaq. Normaları pozmağı yalnız axmaqlara bağışlayarlar. Deyək ki, sərsəmlər həyat haqqında "adi" adamlardan daha yaxşı məlumatlı çıxırlar. Axmaqlar elədiyi qəhrəmanlığın da müəllifliyini sübut etməkdə aciz olurlar.

Deyirlər ki, Şərqin böyük mistiki Lao Szi görkəmcə axmağa bənzəyirdi. İndi onun dilindən çıxan ifadələr insanları ağıllandırır. İncil deyir ki, "Biliklər artdıqca kədər də artır". Yəni cəmiyyətin görmədiyini görən adamın kədəri də böyükdür, çünki əksəriyyəti onu anlamır. 

***

Bütün nağılların sonunda sərsəm hərəkətlər edib axmaqcasına padşahın qızını sevən və ağlasığmaz tapşırıqlara gedən dəlilər sonunda şahlığın yarısını, gözəlin sevgisini və xalqın alqışını qazanır. Yəni ki, bir dəli quyuya daş atdı, min ağıllı çıxara bilmədi.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]