Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Yaşın mübarək, Azərbaycan multikulturalizmi!

Bölmə :
Köşə
Yazar :
Etibar Əliyev
Yayım tarixi :
14/5/2015 [22:34]
Baxılıb :
1210 dəfə

Postindustrial cəmiyyətin yaranması, yaxud qlobal dünyanın təşəkkülü  "ya tarixin sonu", ya "sivilizasiyaların toqquşması", ya da dinlərin yaxud mədəniyyətlərin dialoqu, kimi təcəssüm olunur.  "Tarixin sonu" və "sivilizasiyaların toqquşması" nəzəriyyələri demək olar ki, özlərini doğrultmadı. "Tarixin sonu" əsərinin müəllifi tanınmış Amerika tədqiqatçısı Frensis Fukuyama yazır: "Şahidi olduğumuz hadisələr, sadəcə olaraq "soyuq müharibənin" və ya müharibədən sonrakı dövrlərin növbəti mərhələsinin sonu deyil, özlüyündə tarixin sonudur. Bəşəriyyətin ideoloji təkamülünün və idarəetmənin təkmil forması kimi Qərb liberal demokratiyasının ümumdünya xarakter almasının başa çatmasıdır". Əsərin 1992-ci ildə yazılmasına baxmayaraq Qərb liberal demokratiyasının küləyi hələ də  müstəqilliyini elə o illərdə qazanmış ölkələrə gəlib çatmır. Müstəqillik əldə edən ölkələr soyuq müharibənin başa çatmasını yaxud bir qütblü dünyanın təşəkkül tapmasını tarixin sonu kimi qəbul etmirlər. Onlar üçün müstəqillik günü yeni tarixin başlanğıcıdır. İşğal sahəsində zəbt olunmuş ərazilərimizin geri qaytarılması, suverenliyimizin bərpası, on minlərlə insanın vəhşicəsinə qətlə yetirilməsinə qərb liberal dəyərlərinin münasibəti bizə yaxşı bəllidir. 

"Sivilizasiyaların toqquşması" əsərində Samuel Hantinqton indiki Şərqi - Asiyanın iqtisadi uğurunu Şərqi-Asiya mədəniyyəti ilə şərtləndirir. Müsəlman ölkələrinin əksəriyyətində demokratiyanın iflasını isə islam mədəniyyətinə bağlayır. Bu əsər yazılandan sonra 2001-ci ilin 11 sentyabrı da daxil olmaqla harada milli, yaxud dini zəmində toqquşma baş verirsə dərhal buna istinad edirlər. 
Əslində bu tip kitablar mədəniyyətlərin və dinlərin dialoquna xələl gətirir. Müstəqilliyini yeni qazanmış ölkələrin qarşılaşdığı problemlərə Qərb liberalizmi dəstək durmur. Bir çox hallarda ədalətsizliyə, "uydurma soyqırım" adlı məzhəkəyə  züy tuturlar. Son 20 ilin dövlətçilik təcrübəsi göstərir ki, Azərbaycan bu cür ideologiyalara məhəl qoymadan mədəniyyətlərin və dinlərin dialoqunun, tolerantlığın tərəfdarı kimi çıxış edir. Bu məqsədlə ölkəmizdə 4 Beynəlxalq Humanitar Forum keçirilib. Dünyanın nəhəng intellektuallarının və Nobel mükafatı laureatlarının toplaşdığı bu mötəbər forumlarda müxtəlif humanitar paradiqmaları izah edən və tədqiqat obyektinə çevirən məruzələr dinlənib, bəyannamələr qəbul olunub. 

Belə paradiqmalardan biri də multikulturalizmdir. Multikulturalizm paradiqması ötən əsrin 90-cı illərindən etibarən  mədəniyyət, identiklik, hüquq, din, icma, millət, tolerantlıq, vətəndaşlıq problemlərini sivil dünyanın inkişafına xidmət edəcək formada  əlaqələndirir. Göründüyü kimi bu paradiqma elmi dövriyyəyə daxil olan kimi öz funksionallığı ilə diqqəti çəkib.  

4 oktyabr 2012-ci ildə Bakıda keçirilən II Beynəlxalq Humanitar Forumunun açılışında Prezident İlham Əliyevin fikirləri diqqəti çəkir: "Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır. Multikulturalizmlə bağlı son illər ərzində dünyada müxtəlif fikirlər vardır. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıbdır, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun bu günü və gələcəyi vardır. Hamımız çalışmalıyıq ki, multikulturalizm meyllərini gücləndirmək üçün öz səylərimizi qoyaq. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədlərindən biri də məhz multikulturalizm meyllərinin gücləndirilməsidir". 

Prezident İlham Əliyev  bu fikirlərinin məntiqi davamını 31 oktyabr 2013-cü ildə Bakıda keçirilən III Humanitar Forumda səsləndirdi: "Multikulturalizmin alternativi yoxdur. Mən bu barədə keçən Forumda da fikirlərimi bildirmişəm. Bir daha tam əminliklə deyə bilərəm ki, multikulturalizm gələcək inkişaf üçün ən məqbul variantdır. Çünki multikulturalizmin alternativi özünü təcriddir. XXI əsrdə qloballaşan dünyada hesab etmirəm ki, hər hansı bir dövlət öz gələcəyini özünütəcrid prinsipləri əsasında qurmağa cəhd etsin. Ona görə forumda səslənəcək fikirlər, xüsusilə bu mövzu ilə bağlı fikirlər hesab edirəm ki, bizim ümumi işimizə dəyərli töhfə olacaqdır."

Ölkə başçısı səviyyəsində belə mötəbər forumlarda səslənilən fikirlər yeni təşkilatın yaranmasının əsasını qoydu: Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Prezidentinin sərəncamı ilə Kamal Abdullayev, Leyla Əliyeva, Akif Əlizadə, Koiçiro Matsuuro, Tahir Salahov və digər görkəmli şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin olundular.  

Bir ilin ərzində mərkəz multikulturalizmi əhatə edən müxtəlif mövzularda dəyirmi masalar, dialoqlar və beynəlxalq tədbirlərin təşkilatçısına çevrildi. Multikulturalizmin bir fənn kimi tədris olunması üçün kurslar təşkil edildi. Məncə ayrıca "Multikulturalizm "  fənninin tədrisi həm də inteqrativ xarakter daşıyacaq. 

Azərbaycanda multikulturalizm artıq dövlət siyasətinə çevrilməsi ilə yanaşı, həm də bir elmi istiqamət kimi öyrənilir. Keçirilən dəyirmi masalarda və konfranslarda Mərkəzin əməkdaşları və alimlərimiz təcrübəmizin yayılması və digər ölkələrin bu sahədəki təcrübəsinin müsbət çalarlarını təhlil və tədqiq edir, ictimaiyyətin diqqətinə çatdırırlar.

Bundan əlavə:

Multikulturalizm mərkəzi qapılarını  bütün alimlərimizin üzünə açdı;
Mərkəz işini digər qurumlarla əlaqəli şəkildə qura bildi;
Mərkəzin nüfuzu təşkil olunan tədbirlərə tanınmış xarici mütəxəssislərin cəlb olunmasını təmin etdi;
Mərkəzdə multikulturalizmin fəlsəfəsinə uyğun gələn işgüzar mühit formalaşdırıldı;
Mərkəz yaxın gələcəkdə həmçinin yeni nəşrlərin  (jurnal, ensiklopediya, antologiya və s.) çapını nəzərdə tutur.

Bu işlərin həyata keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri,  yazıçı, akademik Kamal Abdullayevin rolu xüsusilə qeyd olunmalıdır. Qeyd etmək yerinə düşər ki, Kamal Abdullayevin təşkilatçılıq qabiliyyəti qibtə olunacaq dərəcədədir.
Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev mərkəzin işini müsbət qiymətləndirmişdir: "Əminliklə söyləmək olar ki, mərkəz multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlilini layiqincə həyata keçirir".

Mədəni identiklikliyin ön plana çəkilməsi multikulturalizmin üstün cəhətlərindən biri olmalıdır. Məncə bu amilə xüsusi diqqət yetirilməsinin səbəbi bundan ibarətdir: kulturoloqlar (multikulturalistlər yox!) mürəkkəb fenomen olan mədəniyyətin 130-dan çox tərifinin olduğunu israr edirlər. Bu məqalə üzərində işləyərkən onların bir neçəsinə diqqət yetirdim. Açığı xoşuma gələni fransız filosofu Andre Kont Sponvilin "Fəlsəfə lüğətində"  mədəniyyətə verilən tərif oldu. "Ciddi mənada mədəniyyət bir cəmiyyətin qiymətli hesab etdiyi bilgilərin məcmusunun başqa cəmiyyətlərə ötürülməsidir. Ən əsası isə insanlığın (onun tarixi, inancları, yaratdıqları) keçmişi haqqında biliklərdir. Paltar, kombayn, rep stilində musiqi kompozisiyaları və bu mənada Malerin simfoniyaları da mədəniyyətə aiddir. Ancaq mədəni insanlar onları bir rəfdə yerləşdirmirlər". 
Əslində, biz də öz rəflərimizə qarışıq şeyləri yığmamalıyıq. Bunu etmək istəsək də belə Multikulturalizm Mərkəzi imkan verməz.

Yaşınızı təbrik edir və Sizə uğurlar arzulayıram...

Etibar Əliyev
Təhsil üzrə ekspert, fəlsəfə doktoru        

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]