Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Və bütün dünya gözləsin”¦

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
13/5/2015 [23:48]
Baxılıb :
1310 dəfə

Almaniyada bir məktəb direktoru hər tədris ilinin başlanğıcında müəllimlərinə bu məktubu göndərirmiş: "Mən ölüm düşərgəsindən qurtulanlardan biriyəm. Gözlərim heç bir insanın görməməli olduğu şeyləri görüb. Yaxşı təhsil almış və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, savadlı həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının öldürüb yardığı insanlar”¦ Bu səbəbdən təhsilə şübhə duyuram. Sizlərdən istəyim budur. Hər şeydən əvvəl şagirdlərinizin insan olması üçün çalışın. Zəhmətimizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər olmasın". 

"Filosofların knyazı" adlandırılan katolik filosof Foma Akvinski deyirdi: "Bir kitaba üstünlük verən adamdan qorxun, bu kitab İncil olsa belə". Tarix sübut elədi ki, əlində bir kitabı bayraq edib Allah adıyla pisliklər edən cəmiyyətin hətta nüfuzlu adamları da bəşəriyyətə ziyan gətirə bilərmiş. "Bir Kitabdan başqa bütün kitablar lazımsızdı!" şüarı ilə Quranı müqəddəsləşdirib yerdə qalan bütün kitabları məhv eləmiş müsəlmanlar da insanları bir sözünə görə tonqalda yandıra bilən inkvizisiyadan o qədər də uzağa gedə bilməyib. Bəlkə də haqlıymışlar. Gör nə qədər insan həyatını heçə döndərən kitablar olub”¦

İnsan yetişməsində təhsilə şübhə ilə, kitablara ehtiyatlı yanaşsaq, sonu nə olar? Mentalitet adlı daim qurban tələb edən "əjdaha"nın məsləhətlərinə diqqət edək? Qorxanda "cəftə suyu" içək, diksinəndə başımıza "bismillah" qoyaq? Əşya itirəndə "şeytanın quyruğunu düyünləməmiş" heç nə tapılmır axı!  Kimsə bu mərasimlərə gülərək proseduru təbəssümlə qarşılar, kimsə "tətbiqi magiyanın" çox effektiv olduğunu sübuta yetirər. Ehtimal var ki, bu, bütün zamanlara və bütün xalqlara aid olan ümumi cəhətdi. 

Qədim Mesopatamiyada bütün xəstəlikləri bir üsulla müalicə edərmişlər. "Xəstə"ni boğazınacan quma basdırar və burnuna su süzərmişlər. Çünki onların fikrincə insanın burnunun ucu ən vacib orqan idi. Hindistanda ay doğanda çiçəklənən lianada adamı başıaşağı asmaq bir o qədər effektiv üsul sayılırdı. Asılan adam durmadan şeir oxumalı və təsbeh çevirməli idi. Tailand təbibləri havalanmaqdan tutmuş qoturluğa qədər bütün xəstəlikləri eyni yolla müalicə edir. Sinədə su dolu cam ilə 48 saat kürəyi üstə uzanmaq lazımdı. Günəş ikinci dəfə çıxanda bütün xəstəliklər suya keçəcəkmiş. Qədim şotlandlar zəhərli həşəratlara rast gələndə zirəklik göstərib qarğa dalıyca qaçır, onu tapıb qanqal koluyla üzbəüz qoyur, üç sap hörümçək toruyla sərinib volınka çalmağa başlayırmış. Bu da onların mentalitetinin diktəsi idi. 

Rodeziyada problemi olan adamı 3 gün 20 meymunla bir otaqda bağlayıb gedirlərmiş. Başına gələnlər deyir ki, bütün xəstəliklər göz qırpımında yoxa çıxır. Çində cari məsələləri iki həftə tərpənmədən dayanıb dua oxumaqla həll edirlər,  Avstraliyada isə arı pətəyi olan ağacın gövdəsinə bağlanıb hərəkətsiz dayanmaqla. Druidlər xəstələrə zəhərli otlardan və göbələklərdən dəmləmələri məsləhət verərmiş. Müasir insan üçün belə tərkib ölümcüldü.  Qədim hinduların da maraqlı "həyat təcrübəsi" var. İstər başın, istər dişin ağrasın, fərq etməz, Ay bədirlənən gecə dağa çıxıb üzü Şərqə durmalı və burnunun ucuna toxunmalısan, sonra da sağ və sol qulağına. Sonra tısbağa qınından toz, yüzillik şam ağacının qabığı, qartal peyinindən hazırlanmış çayı içsən öküz kimi sağlam olarsan. Bu üsulu da yəqin ki, neçə nəsil insan təcrübədən keçirib və informasiyanı gələcək nəsillərə ötürüb. 
Xəbəriniz olsun, tarakanlar şirnidən imtina edib. Bu yaxınlaracan onlar şirnidən ötrü ölürdülər. İndi ağızlarına da vurmur, heç bığlarını da batırmırlar. Yaramazlar, bəlkə arıqlamaq fikrinə düşüblər? Qəti yox. Onlar həyatlarını xilas edir. Axı insanlar tarakan zəhərini şirniyə qatırdı və onların bu zəifliyindən istifadə edib onları rahatlıqla qırırdı. Tarakanlarsa zəifliklərindən imtina edərək sağ qalmağa üstünlük verdilər. Alimlər tarakanlara pipetlə ağzına şirni damızdıranda da onlar sıyıq yemək istəməyən uşaqlar kimi başını yelləyir, şirəni udmur və  tüpürür. Bu da tarakan mentalitetidir. Sağ qalmağın yolunu gələcək nəsillərə ötürməyin ən sınanmış üsuludur.  Bu azmış kimi tarakanlar arabir nəfəslərini saxlayıb hava almır. Onlar 40 dəqiqə havasız qala bilir. Yəqin qlobal istiləşmə, ozon dəliyinin cırılması və atmosferin məhv olduğu vaxta hazırlaşır və təlim keçirlər. 

Tarakanlar qədər kollektivləşməmiş insanlar da daim həqiqət axtarışındadı. Onu kitablarda, türkəçarələrdə, deyimlərdə, folklorda axtarır və təhsil vasitəsilə ötürməyə çalışır. Amma bununla belə hər kəsin içində cücərəcəyi ehtimal olan bir həqiqət toxumu var. Hər kəs kənar təsirlər olmadan onun vasitəsilə bütün dünyanı ölçə bilir. Onu işə salmaqçün ətrafını tam söndürməlisən. Vurnuxma bitəndən və sükut çökəndən sonra lazım olan informasiya özü süzüləcək.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]