Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İnqilab ideyaları və bazarlıq planları

Bölmə :
Köşə
Yazar :
Elçin Rüstəmli
Yayım tarixi :
4/7/2012 [12:12]
Baxılıb :
1185 dəfə
Müxalifətdə kimlər 2013-cü il seçkilərindən nə gözləyir?

«Yeni Müsavat» qəzetində çox maraqlıbir manşet getmişdi. Qəzetin dünənki sayında manşetdən gedən xəbərə birinci səhifədə belə bir yarımbaşlıq verilmişdi: «İqtidar düşərgəsindəki vəziyyət müxalifətinkindən mürəkkəbdir; İctimai Palata «prezidentlik əvəzinə köklü islahatlar» bazarlaşmasına gedə bilər; ölkəmizin «Medvedyev»i kim olacaq...» «Azərbaycan siyasəti sensasion dəyişikliklər ərəfəsində» başlıqlı bu yazı bir sıra səbəblərdən maraq kəsb edir. Bu yazını dərc edən qəzetin kollevtivindən iki nəfər - Rauf Arifoğlu və Pənah Hüseyn İctimai Palatanın Koordinasiya Şurasının üzvləridir. Buna əsaslanaraq ehtimal etmək olar ki, qurumda gedən müzakirələrdən onlar daha dəqiq məlumatlıdırlar. Qəzet redaktoru, təbii ki, həm də və ya əsasən kommersiya maraqlarına görə bu cür informasiyaları və mövqeləri verir; hətta özü həmin yanaşmalarla, təkliflərlə razı olmasa belə. Bu. Aydındır. Pənah Hüseyn isə hətta İctimai Palatanın, ümumilikdə bu düşərgənin əsas ideya generatorlarından sayılır; hətta ciddi strateji təklifləri və sənədləri birbaşa hazırlayan şəxslərdən biridir. Beləliklə, haqqında danışdığımız təhlil yazısındakı məlumat və mülahizələrə ciddi yanaşmaq üçün əlimizdə belə əsaslarımız var (Hətta bəzi həmkarlarımız bu yazının hazırlanmasında da Pənah Hüseynin rolu olduğuna inanırlar). 

«Yol xəritəsi»ni dəyişmək istəyənlər əslində nə istəyir?

İctimai Palatada «Avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsi» adlı sənəddə ciddi dəyişikliklər etmək istəyənlər var. Belə təkliflər başqa mətbuat orqanlarında, başqa şərhlərdə də yer alıb; hətta həmin Pənah Hüseyn müsahibələrinin birində prezidentin istefasının gündəmə gətirilməsini təklif etmişdi. Müsavat başqanı İsa Qəmbər də partiya Məclisinin iclasında ölkədə hakimiyyət dəyişikliklərinin hələ seçkiyə qədər reallaşa biləcəyini demişdi. Bu, tərəfdarlarını daha da toparlamaq, ruhlandırmaq, özünün də mübarizə qətiyyətini sərgiləmək üçün deyilmiş bir söz də ola bilər. Ancaq Müsavata bağlı qəzetin baş yazısında hakimiyyətlə dialoq ideyasıdan imtina edilməsi, «indiki iqtidarın hakimiyyətdən inqilabi yolla uzaqlaşdırılması» tələbinin gündəmə gətirilməsi ilə bağlı müzakirələr getdiyini yazır. O təkliflərin müəllifləri prezident seçkilərinə hazırlığı arxa plana keçirmək, 2013-cü il seçkisini inqilabi dəyişiklik üçün fürsət olaraq dəyərləndirmək ideyasını irəli sürürlərsə, seçki dövründə genişmiqyaslı kütləvi aksiyalara hazırlığa üstünlük verməyi nəzərdə tuturlarsa, belə çıxır ki, seçkiyə yox, inqilaba hazırlaşmaq şüarı əsas götürülür. Əlbəttə, belə təkliflər var və bunu İctimai Palatanın, o cümlədən, bu qurumun Kordinasiya Şurasının ayrı-ayrı üzvləri bu və ya başqa şəkildə zaman-zaman dövriyyəyə buraxır, gündəmə gətrirlər. O halda sual yaranır: əgər müxalifət seçkiyə hazırlaşmasa, seçkini udmaq üçün bu nəhəng siyasi kampaniyaya qatılmasa, onda inqilabı necə etməyi düşünür? Çox ehtimal ki, İctimai Palatada inqilab təkliflərinin müəllifləri beynəlxalq hesabatlarda «Azərbaycanda hakimiyyətin dinc yolla dəyişdirilməsi mümkün deyil» tezisinə əsaslanırlar. Belə hesab edilir ki, əgər Qərb dairələri bu tezisi öz işçi komputerlərinin yaddaşına salıblarsa, orada fırladırlarsa, bu tezis fırlanan qar topasına bənzəyirsə, deməli, həmin ünvanlar ölkədə inqilabi dəyişikliklərə də xeyir-dua və dəstək verə bilərlər. Belə məlum olur ki, müxalifət düşərgəsində iki yanaşma var - birincisi, seçki dövründə inqilabi dəyişikliyə nail olmaq; ikincisi, indiki dövlət başçısı İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinin qarşısını almaq. Bunların əslində hər ikisi inqilabi yanaşma deməkdir. Və bizdə olan məlumatlara görə də, İctimai Palatada məhz bu hədəflər ətrafında diskussiyalar gedir, həmin diskussiyaların müəyyən məqamları mətbuata da çıxır.

Mətbuatdakı şərhlərdən, privat söhbətlərdə irəli sürülən fikirlərdən çıxış etsək, belə məlum olur ki, müxalifətin ideoloqları bir tərəfdən, prezidentin növbəti dəfə namizədliyinin qarşısını almaq, yaxud o, təkrar namizəd olarsa, seçkini inqilaba dönüşdürmək barədə strateji hədəfdəmələrlə məşğuldurlar, o biri tərəfdən, müxalifətin öz mətbuatında 2013-cü il seçkilərində qalib gəldiyi təqdirdə İlham Əliyevin «legitimliyiin tanımaq», «prezidentlik əvəzinə köklü islahatlar» və bu kimi başqa «konstruktiv» adlandırılan ideyalara da yaşamaq haqqı tanıyırlar. Hətta: «Barışmazlıq və prinsipiallıq ritorikasının məqsədəuyğunlun mülahizələri ilə əvəz olunmasına azmı təsadüf edilir və açığı bu fantastik görünən ssenari birdən gerçəkləşərsə, burda iştirak edən müxalifələri çoxmu qınayan olar?» deyə çox net bir sual qoyulur. Və bu zaman əsas sual belə ifadə olunub: «İctimai Palata «prezidentlik əvəzinə köklü islahatlar» bazarlaşmasına gedə bilərmi?» 

AXCP-dən imtinanın nəzəri-ictimai əsaslandırması başlanıb?

Bu yazılanlar informasiyadırsa, sadəcə, ehtimallara söykənmirsə, deməli, İctimai Palatada hakimiyyətlə siyasi bazarlaşmaya getmək istəyənlər, ancaq buna görə qınaqlardan çəkinənlər var. Bazarlaşmanın şərtləri də göstərilib: İlham Əliyevin üçüncü prezidentliyini tanımağın əvəzində islahatlar. Həm də adi islahatlar yox, «köklü islahatlar». Əslində Müsavatın Məclisində İsa Qəmbərin dəyişikliklərin labud olması ilə bağlı fikrinə qarşı: «Dəyişikliklər labüd deyil, onun üğrunda mübarizə aparmaq lazımdır», müsahibəsində isə «Hakimiyyətlə dialoqda şəxsən iştirak etməyə hazıram» deyən Arif Hacılının da mövqeyinin burada inikası görünür. O cümlədən, Aqil Səmədbəylinin seçkiyə hakimiyyətin düşmən saymadığı liderlə getmək barədə fikri ilə təhlildəki «barışmazlıq və prinsipiallıq ritorikasının məqsədəuyğunluq mülahizələri ilə əvəz olunması» tezisi arasında bir oxşarlıq var. Əgər bu fikirlər İP-dəki iki böyük siyasi gücdən birinə bağlı olan media orqanında dərc olunursa, deməli, İsa Qəmbərin namizədliyini və «hakimiyyətlə siyasi bazarlaşma»nı qəbul etməyəcək AXCP-dən və onun sədrindən imtinanın bütöv bir ictimai-nəzəri əsaslandırılması Müsavatda və İP-də bu partiyanı dəstəkləyən bitərəflər arasında başlanıb və gedir. Və «İsa Qəmbər namizəd olmursa, İctimai Palata dağılırsa, dağılsın» yanaşması da burdan gəlir. Bu, müxalifət düşərgəsini indidən 2013-cü il kompromisinə, «siyasi bazarlaşma» variantına hazırlamaq cəhdi olmasın. Belədirsə, barışmazlığın və prinsipiallığın hətta ritorikası belə arzuolunan deyil.

İP-də «siyasi bazarlaşma» konsepsiyası keçə bilərmi?

Əslində hakimiyyət İP-in indiki qüvvədə olan və loyal sayılan yol xəritəsinə də, bu sənədi dəyişdirib prezidentin istefasını və sair əsas hədəf kimi qoymaq istəyənlərə də cavabı, münasibəti olub. Birinci sənədə hakimiyyət çox ironik yanaşmışdı, prezidentin istefası ilə bağlı fikirlər də utopist, maksimalist adlandırılmışdı. Əvvəlki sənədin məğzi parlament seçkilərinin təkrar və İP-in istədiyi şəkildə keçirilməsi idi. 2010-cu il parlament seçkilərindən ilyarım vaxt keçib və ona görə də sual yaranır: əgər ilyarımda İP parlament seçkilərinin yenidən keçirilməsinə nail ola bilməyibsə, qarşıdakı bir il dörd ayda inqilab etmək, prezidenti istefaya göndərmək, hətta indiki dövlət başçısının təkrar namizəd olmasını əngəlləmək kimi daha çətin hədəflərə necə çatmağı düşünür? Əgər inqilabı hədəfləyirsə, bazarlaşma ideyaları nə deməkdir? Əslində prezidentin istefası və sair kimi faktik fantastik ideyaları bir tərəfə qoyaq, elə əvvəlki yol xəritəsində təkrar parlament seçkiləri tələbi özü inqilabi dəyişiklik tələbidir. Bu cür tələbi irəli sürən təşkilat barışmazlıqdan imtina edəcəkmi? Öz daxilində ən azı iki nəfəri İlam Əliyevə alternativ görən bir təşkilatda prezident seçkisinə hələ 1 il 4 ay qalmış «siyasi bazarlaşma» müzakirələri gedirsə, bunu necə izah etmək olar? Ola bilsin, bütün bu fikirlər əvvəldə də dediyimiz kimi, İP-in deyil, sadəcə, onun fərdlərinin stratejisidir. Belə olan halda həmin fərdlər bütövlükdə təşkilatın siyasətini müəyyənləşdirməkdə həlledici rola sahib deyillərsə, «siyasi bazarlaşma» konsepsiyası qurumda yeriməyəcək. Ancaq əksini də istisna etmək olmur...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]