Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Qaydalar” dəyişir, “qaydaları dəyişən” yox!?

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
6/5/2015 [00:55]
Baxılıb :
1676 dəfə
Müəllimlərin işə qəbulu üzrə yeni qaydalar təsdiqlənib

“Məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal gücü isə hər yerə”. 
- Albert Eynşteyn

Təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmr imzalayıb. Əmrə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları" təsdiq edilib.Onu da qeyd etmək yerinə düşər ki,"Qaydalar" bir il əvvəl olduğu kimi növbəti dəfə də təsdiq olunarkən  "İnsan resursları" şöbəsinin müdiri F.Qədirovun təqdimatı əsas götürülüb.

Maraqlıdır ki, "Köhnə qvardiya"nın "lokomativi" hesab olunan, "Mərdanovun sağ əli-Qədirov Fərzəli" imici qazanan bu şəxs "Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması" şöbəsi ləğv olunsa belə, yeni komandada yeni şöbədə öz mövqeyini qoruyub saxlaya bilib. Müəllim müsabiqələrinin keçirilməsi ilə əlaqədar pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi əməliyyatlarında "əvəzsiz xidmətləri" sayəsində  mətbuatın "ulduzuna" çevrilməsinə baxmayaraq müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı qaydaları hazırlamaqda və "təkmilləşdirməkdə" davam edir. Doğrudanmı bu adam bu qədər əvəz olunmazdır ki, onsuz nə köhnə, nə də yeni nazirin işi aşmır sualı bu günədək müəmmalı olaraq qalır. Nə isə...

Yeni "Qaydalar"da (əgər bunu yeni adlandırmaq olarsa) ilk diqqətimi çəkən nə oldu? "Ümumi müddəalar" bölməsində "Qaydalar"ı əsaslandırmaq üçün nə az, nə çox səkkiz rəsmi dövlət sənədinə istinad olunub. Hətta,"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq olunması haqqında" Prezidentin 05.09.2012-ci il tarixli Sərəncamı da xüsusi vurğulanıb. Eyni zamanda yeni "Qaydalar"a "Qaydaların pozulmasına görə məsuliyyət" başlığı altında xüsusi maddə də salınıb: "4.1. Müəllimlərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar".

Maraqlı olduğu qədər də təəccüblü görünən bu hədə və təhdid xarakterli  mesajlar görəsən kimə və nə məqsədlə ünvanlanıb? Qaydalara əsasən müsabiqə iştirakçısının elektron ərizəsinin yoxlanılmasından tutmuş müsabiqənin yekun nəticələrinə qədər bütün prosedurlar bu qaydaların tərtibçisi olan Təhsil Nazirliyinin özü tərəfindən və bu qurumun rəhbərliyi və "ciddi" nəzarəti altında həyata keçirilir. Təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi belə məhz Nazirliyin göndərişi əsasında bağlanılır və əmrlə rəsmiləşdirilir. Elə isə digər müvafiq təhsil orqanları qanunvericiliyə müvafiq olaraq hansı məsuliyyəti və nə üçün daşımalıdırlar? Belə də deyiblər qara məni basınca, qoy qaranı mən basım. 

Bir müddət əvvəl mətbuata "Müəllimin işə qəbul olunması üçün 70 maddə qoyulub" başlıqlı müsahibəmdə Təhsil Nazirliyinin 21 aprel 2014-cü il tarixli, 445 saylı əmri ilə təsdiq olunmuş "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydaları" barədə fikirlərimi bölüşmüşdüm. Mövcud qaydaların həddən artıq yüklü olması ilə yanaşı onun anti-demokratik, anti-humanist xarakterinə diqqət çəkmişdim. Son dərəcə üzücü olan çoxpilləli müsabiqə və müsahibələrin, qeyri-şəffaf və qeyri-obyektiv imtahanların, digər həddən artıq radikal tələb və şərtlərin irəli sürülməsinə, bu keçilməz baryerlərə görə ali təhsilli müəllimlərin işə düzələ bilmədiklərinin, ildə 3000 civarında vakant yerlərin əmələ gəlməsinin səbəblərini şərh etməyə çalışmışdım.

Düz bir il, bir həftənin tamamında "Qaydalar" yenidən dəyişdirildi, artıq neçənci dəfə? Bəri başdan qeyd edim ki, dəyişən formadır, məzmun eyni olaraq qalır. Yenə həmin müsahibələr, həmin müsabiqələr, həmin imtahanlar, həmin prosedurlar, komissiyalar, protokollar... Deyəsən bir vaxtlar dəbdə olan "formaca milli, məzmunca sosialist" düşüncəsinin təsir dairəsindən hələ çıxa bilməmişik. Bir də ki, səbəbli, səbəbsiz dəyişiklik aparmaq, daim "yeniliyə" can atmaq, işgüzar mühit görüntüsü yaratmaq artıq birinci il deyil ki, Təhsil Nazirliyi sistemində dəbə minərək ənənə halını alıb. 
Dəyişiklik nədən ibarətdir? Bir il öncəki "Qaydalar"dan fərqli olaraq yeni adlandırdığımız qaydalarda ciddi ixtisarlar aparılaraq 70 maddə əvəzinə 41 maddə ilə kifayətlənilib. (Heç olmasa, buna görə də olsa sağ olsun düşür.) Birdə ki, yeni "Qaydalar"a "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına müvafiq müəyyən cüzi əlavələr edilib.Halbuki həmin əlavələr yalnız Bakı məktəblərində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin müəyyən bir qrupuna aiddir.

Əlbəttə, "Qaydalar"ın bütün müddəalarına şərh vermək məqsədindən uzağam. Bununla belə bir cəhət var ki, qayda sözü leksikonumuzda qanun ifadəsi ilə həmahənglik təşkil edir, bir növ qanunlara riayət olunmasını simvolizə edir. Heç də təsadüfi deyil ki, bir çox hallarda qayda-qanun ifadəsi ayrılıqda deyil, birlikdə, bütövlükdə işlədilir, eyni mənaya və mahiyyətə xidmət edir. Bu baxımdan Qaydaların bir neçə maddəsinə diqqət yetirək.

"Qaydalar"ın 2.7.maddəsinə əsasən "Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir".  Elə həmin maddənin ardınca "Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir. Və yaxud 2.8. maddəsinə əsasən "İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir". Ardınca: "İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir".
Yenə də: "İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir". Ardınca: "Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər". Elə isə eyni hala bütün vəziyyətlər tətbiq olunursa, bunun nəyi qayda oldu. Aydın məsələdir ki, onsuz da müvafiq qaydalara ehtiyac olmadan belə kimsə iki haldan birinə istinad etməklə vəziyyətdən çıxış yolu tapacaqdı və bu qaydalara qədər də tapırdı.

Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdən kənar məşğələlər, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir. (1.9.); İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və bu Qaydalar əsasında baxılır. (1.18.); Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir.(2.6.) və s. bu kimi bir çox müddəalar təhsilimizin bütün dövrlərinə aid olan hallardır və bunların yeniliklə heç bir əlaqəsi yoxdur.

Ümumiyyətlə götürdükdə "Qaydalar"da neçə maddə olması, bu maddələrin hansı üslubda formalaşdırılması o qədər də önəmli deyil. Bəyənmədiyimiz Sovet dönəmində müəllimin işə qəbul olunması üçün bir qayda var idi, onun təhsili və peşəyə uyğun ixtisas sahibi olması. O dönəmdə müəllimi imtahana da çəkməzdilər. Müəllim yalnız beş ildən bir təhsildə baş verən yeniliklərlə tanış edilmək üçün ixtisasartırma kurslarına cəlb olunardı. Müəllim əmək fəaliyyətinə məzunu olduğu ali təhsil müəssisəsindən "bişmiş" halda, hazırlıqlı kadr kimi qədəm qoyardı.

Albert Eynşteyn demişkən, məntiq bizi A nöqtəsindən B nöqtəsinə aparmalı olarkən biz xəyalımızın gücünə əsaslanıb başqa istiqamətə niyə getməliyik? Niyə ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlamağa borclu olan, müqabilində "zay məhsul istehsal edib öz məhsulları" ilə cəmiyyətə problem yaradan universitetlərın üzərınə getməyib, zavallı məzunları imtahana cəkirik". Niyə görə Təhsil haqqında Qanuna "Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi" barədə ayrıca maddə saldığımız halda qanunun aliliyinə istinad etmirik? 

Təhsilə dair bütün normativ hüquqi aktlarda, o cümlədən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyini önə çəkdiyimiz halda bu istiqamətdə köklü və əməli işlər görmək əvəzinə yalnız müvafiq qaydalarda müəllimin deyil, məhz özümüzün mənafeyinə xidmət edən müvafiq dəyişikliklər aparmaqla işimizi bitmiş hesab edirik? 

Məsələyə münasibət bildirməkdə məqsədim odur ki, eyni "Qaydalar"ı ildən ilə təzələmək əvəzinə, bir vaxtlar pedaqoji təmayüllü 3 ali və bir orta-ixtisas təhsil müəssisəsinin hazırladıqları pedaqoji kadrların işə düzəlmək üçün növbəyə durduqları halda, hazırda 30-a yaxın ali və orta-ixtisas təhsili müəssisələrinin "yetişdirdiyi" müəllimlərdən ibarət işsizlər ordusunun yaranması səbəbləri üzərində düşünmək daha artıq səmərə verərdi. Bəlkə əsas diqqəti hazır müəlimlərə yox, müəllim hazırlığına yönəldək?

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]