Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Hökumət 10 milyard dollar borc alıb

Hökumət 10 milyard dollar borc alıb
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
7/12/2012 [11:09]
Baxılıb :
dəfə
Neft gəlirləri azalmağa doğru gedir, Azərbaycan bu qədər pulu necə qaytaracaq?
Nazim Məmmədov: «Kreditləri 5-6 faizlə götürürlər, Azərbaycanın neft gəlirlərini isə xarici banklarda 1 faizlə saxlayırlar»

«Son 10 il ərzində Azərbaycan hökuməti beynəlxalq maliyyət institutlarından müxtəlif idarəetmə islahatları, infrastrutkur və sosial layihələrinin həyata keçirilməsi məqsədilə kreditlərin alınmasını intensivləşdirib. Neft gəlirlərinin artdığı bir dövrdə ölkənin kredit reytinqinin artması ilə Azərbaycan hökumətinin aldığı borcların məbləği artmaqda davam edir. 2012-ci il yanvar ayının əvvəlinə imzalanmış kredit layihələrin ümumi məbləği 10,5 milyard ABŞ dollar təşkil edib ki, bunun da 5,8 milyard dolları xərclənib». Bu fikirlər Bank Monitorinq Koplisiyasının xaric borclanma ilə bağlı keçirdiyi tədbirdə iqtisadçılar tərəfindən səsləndi. 

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayılın sözlərinə görə, imzalanmış kreditlərin 96 faizini 10 ildən artıq müddətli borclar təşkil edir. İqtisadçı bildirdi ki, onların ödənilməsinin neft gəlirlərinin azaldığı dövrə təsadüf etdiyini nəzərə alsaq, gələcəkdə borcların qaytarılmasında çətinliklər yaranacaq: «Xarici borcların 2012-2013-cü ildə kəskin artacağı gözlənilir. Hökumətin proqnozlarına əsasən, 2012-ci ildə 1,4 milyard manat, 2013-cü ildə isə 1.300 milyard manat xarici kredit alınacaq. Beləliklə də 2014-cü ilin əvvəlinə xarici borcların həcmi 8 milyard dolları keçəcək. Bu da 2013-cü ilin proqnozlaşdırılan ÜDM-nə nisbətinin 11,7 faizni təşkil edəcək.

Azərbaycan hökumətinə kredit ayıran fond və bankların da sırası genişlənib. Cənubi Koreyanin Şinhan Bankı, İran Bankı və Qazaxstan hökuməti kimi donorlar da var. Onların əksəriyyətinin nə saytı, nə məlumatlılığı mövcuddur». 

Azərbaycanda xarici borclarla bağlı təqdimat edən iqtisadçı-ekspert Salman Nəcəfov bildirdi ki, 2004-2011-ci illərdə Azərbaycan hökuməti beynəlxalq və xarici maliyyə-kredit təşkilatları ilə 71 layihənin maliyyələşdirilməsi üçün 92 kredit sazişi imzalayıb ki, onların da ümumi məbləğı 9,5 milyard manat təşkil edir (Cədvəl 1).

 

Salman Nəcəfov əlavə etdi ki, dövlət borclarlarının istiqamətləri üzrə - burada yol-infrastruktur və sənaye-energetika sahələri əsas yer tutur. Uyğun olaraq 41,4 və 36,2 faiz. Kənd təsərrüfatının payı 5,9 faiz, sosial-mədəni layihələrin payı isə cəmi 4,2 faiz təşkil edir. Ekspert bildirdi ki, xarici borclanmada 20-yə yaxın donor iştirak edir ki, onlardan əsas tanınan Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Avropa və Yenidən İnkişaf Bankı, İslam İnkişaf Bankıdır.  
«1990-cı illərdən fərqli olaraq 2000-ci illərin əvvəlindən indiyədək Azərbaycanın xarici borclarını ödənməsində heç bir problem yaranmayıb. Lakin bir tərəfdən xarici borcların sürətlə artması, o biri tərədfən isə neft gəlirlərinin getdikcə azalması gələcəkdə Azərbaycanın xarici borclarının ödənməsində çətinliklərlə üzləşməsini istisna etmir»,- deyən S.Nəcəfov bildirdi. Onun sözlərinə görə, 1 oktyabr 2010-cu il tarixə imzalanmış sazişlər üzrə kreditlərin 53 faizi 10-20 il aralığında olan müddətə, 42 faizi isə 20 ildən çox müddətə imzalanıb. Ekspert deyir ki, xarici borcların ödənməsinin əsas dövrü məhz Azərbaycanın neft gəlirlərinin azaldığı dövrə təsadüf edəcək: «Dövlət Neft Fondunun proqnozlarına görə, 2015-ci ildən başlayaraq fondun «Azəri-Çıraqlı-Günəşli» üzrə gəlirləri azalmağa başlayacaq. Dövlət büdcəsinə transferlərin ilbəil artdığını nəzərə alsaq bir neçə il sonra, Azərbaycanın xarici borclarını ödəməsində problemlər yarana bilər. Neft gəlirlərinin azalcağı təqdirdə, 2020-ci ildən sonra xarici borcları ödəməkdə valyuta qıtlığı yarana bilər».

Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov isə götürülən kreditlərinin faiz dərəcələrinin yüksək olduğunu söylədi: “Kreditlərin faiz dərəcələrini hesabladıqda 5-6 faiz edir. Bu heç də az deyil. Dövlət Neft Fondunun öz vəsaitlərini beynəlxalq maliyyə qurumlarına 1 faizin altında verdiyini nəzrə alsaq, o zaman qazancımızın olmadığını görərik».

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə beynəlxalq donorların maliyyələşdirdiyi layihələrdə insanların mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasından danışdı.

Vüsalə RÜSTƏMOVA  

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]