Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kosmetikasız, bəzəksiz dünya

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
2/5/2015 [10:52]
Baxılıb :
1457 dəfə

“Sənin işin-peşən hələ özün demək deyilsən. Eləcə də bankdakı hesabın, maşının, portmanatdakı pulun kimi. Lap bahalı olsa da geyimin də sən deyilsən. Sən həyatın ifrazatısan. Sən bu dünyanın mərkəzində axmaqlığından sevinib oxuyub-oynayan bir nəcis parçasısan ”

Çak Polanik - “Döyüş klubu”

Səhər durub pəncərədən bayıra baxan kimi beyninə gələn ilk fikir odur ki, bu gün eynən dünənki kimidir. Səni həmin əşyalar əhatələyir, mənzilinin qoxusu da dünənkindən qəti fərqlənmir. Öz qoxun da eləcə. Bəlkə hamıda belədir, vanna otağına cumub yuyunmasan, dişlərini sürtməsən, ağzına bir şey atıb çaydan bir qurtum hortuldatmasan axşamacan ağzından cəmdək iyi gələcək. Natəmiz, çirkin olduğuna görə deyil bu. Sadəcə,  sən bu qoxuyan, ölüb dirilən, çürüyüb dirçələn dünyanın bir parçasısan. İçində özün ağırlığında viruslu, bakteriyalı, artıb törəyən, ölüb dirilən dünyalar gəzdirirsən. Müqəddəs kitablar demiş «gildən yapılmısan». 

Bircə şəhərdə asılan iri reklam lövhələri nələrinsə əbədi olduğunu beyninə soxmağa çalışır. Onlardan hansınasa baxmadan keçib getməyi artıq öyrənmisən. Bəzilərinə isə hələ da baxmamağı bacarmırsan. Seksual, gözəl qadının totuq dodaqlarında donub qalmış sözləri kişili-qadınlı hər kəs oxumağa çalışır. Gözlərində nəsə sual dolu baxışlar olarsa lap cazibədar olur. Həmin anda heç kim zibil yeşiyində iylənən, atılmağını gözləyən çirkli zəmbili və onun içində artıq yaranmaqda olan qaynaşan dünyanı fikirləşməz. Əlbəttə, vaxtın olsaydı bir vannanı da sürtüb ağartmaq pis olmazdı. Bəlkə ikilikdə kiminləsə orada şellənmək şansın əmələ gəldi. Cazibədar qadın fotolarına baxmaq həvəskarları bəyəm həmin anda divardan illər uzunu asılıb qalmış turnikdən dartınıb daha qamətli olmağı düşünür? Xeyr, biz bütün dünyadan tələb edirik ki, bizi olduğumuz kimi qavrasın. Bəzəyib düzəməsin. Yanından yel əsən kimi xəstələnib burnunun suyunu axıdan, vaxtaşırı havanı korlayan, yeməyi tez-bazar tıxışdırıb sonra gəyirən, ifrazatını tez-tələsik yumasan iydən beyin çatladan və durmadan ağzından zir-zibil yağdıran birisi kimi qəbul eləsin.

Fantaziyalar yaşamağa qoyur ki”¦ Ətrafındakı bir neçə kvadrata dürtüşdürülmüş dünyan nə qədər lazımsız ideyalarla tərtibata uğrayıb. Onlar da yavaşcana çürüyür. Bütün günü uzanıb qala da bilərsən, heç nə baş verməyəcək. Evinin kandarından ayağını bayıra qoymamısansa Yer kürəsini turşu yağışları yuyub aparsa da vecinə olmayacaq. İçində yaşadığın kubun tavanı axıtmasa lap gözəl olardı. Bayırda qasırğa meydan sulayırsa uzanıb bir qədər də tavana baxa bilərsən. Uşaq deyilsən ki, orda qalaktikaları, kəhkəşanları, ulduzları təsəvvür edəsən. Çox yaxşı da bilirsən ki, dünyada haqsızlıq var, hardasa kimisə öldürürlər, bəzən kütləvi şəkildə, kimlərsə ölümlə göz-gözə dayanıb və son saniyələrini yaşayır, kimisə indicə zorlayacaqlar, ya da işgəncə verəcəklər. Bu anda həzin musiqi qoysan ölüm haqqında fikirləri qəti şəkildə fikirləşməyəcəksən. Masmavi yumru planetində ölüm adlı vəhimənin dolaşdığını düşünərək yaşamaq çətin olur. 

Bircə saat əqrəbləri səadətinə xəyanət edir və vaxtın sivişib aradan çıxdığını tıqqıltısıyla pıçıldayır. Köhnə kondisionerin toz yığdığından cırıldayıb yüksək notları Opera Teatrının «primadonna»sından yaxşı götürürsə tamaşaya niyə baxasan axı. Sənin pintiliyin və hətta çirkinliyinin də bəlkə bəşəriyyətə xeyri oldu? Məsələn, kifin bakteriyaları məhv elədiyini araşdırdığına görə Nobel mükafatı almış Fleminqin pintiliyi olmasaydı bu saat qripdən milyonlarla adam qırılırdı. O, təcrübə kolbalarını yumağı sevmirdi. Bir dəfə isə stafilokokun yaratdığı irin üzərində təcrübə aparıb qabları vannaya atıb getmirşdi. Məzuniyyətdən bir ay sonra qayıdanda görür ki, bütün kolbalar kif içindədi, vanna isə «it günündə». Amma kif olan kolbalarda virusların da öldüyünü görür. Həmin qablar antiseptikin içinə düşsəydi əlbəttə, həm stafilokok, həm də kifi öldürərdi, amma penisilin kəşf edilməzdi. Dünyanın ən pissimist adamı həmin bu kifli, stafilokoklu vannaya girib venasını kəsməzdi. Necə ki, heç kim ora sevgilisiylə girib vanna qəbul eləməyi ağlına gətirməz. Niyə bəs, bəyəm özünə qəsd edən ölmək istəmirdi? Nə fərqi var, öləndən sonra qanına qəltan olub vanil qoxulu köpüyün içində uzanasan, yoxsa penisilin içində?

Artıq çəkidən qurtulmaq istəyənlərçün minlərlə məqalə yazılır. Elə yazırlar ki, guya bədəndə yalnız piylər yığılır və artıq çəki yaradır. Hamı da bilir ki, 80-100 kiloqram arası çəkisi olan adamın içində 25 kiloqram nəcis var. Bunu fakt olaraq açıq yazsalar nə olar? İnsan nədən ibarət olduğunu anlayar birdən? Ağıllı adamlar kimliyini çox yaxşı bilir. Frans Kafka ölümündən əvvəl dostu Maks Broddan bütün əsərlərini yandırmağı xahiş edir. Onun bir qism əsərləri ona ad-san gətirsə də yazıçının istəyinə zidd çıxaraq çapa verilib. Nabokov oturuşmuş bir kişinin azyaşlı qısa olan cismani istəyindən danışan «Lolita»sını Amerikada kəpənək kolleksiyası toplayarkən blaknotunda yazmışdı, çünki mövzunu əhəmiyyətsiz sayırdı. Onun yoldaşı Vera olmasaydı romanın eskizlərini yandıracaqdı. Şerlok Xolms dünyaca ən çox kino və teleserialların qəhrəmanı olub. Sizcə niyə? Çünki onun tualetə gedib gücəndiyini və gəyirdiyini görən olmayıb. Amma hamı özünü elə aparır ki, sanki Xolmsın skripkanı necə çaldığını qulaqlarıyla eşidib. 

Təmkinli adamlar kimi tanıdığımız Böyük Britaniya vətəndaşlarının ən çox satıldığı üçün ən sevimli saya biləcəyimiz kitabı «Bozun 50 çaları» kitabıdır. Çünki orda qəhrəmanın çirkin arzularını reallaşdırdığı ağrı otağı - qırmızı otaq təsvir edilib. Ola bilər bu otaq hər kəsin içində daşıdığı gözə görünməyən 25 kiloqramlıq nəcis kimi rahat izhal olunmur, başqasına əzab vermək istəyi sahibinə əziyyət qarışıq ləzzət verir. Zamanın ən prestijli təhsil ocağından biri sayılan Harvard Universitetinin kitabxanasında 4 hüquq kitabı insan dərisi üzərində yazılıb. İnsan hüquqları, özü də insan dərisi üzərində... 18-19-cu əsrlərdə ən qiymətli kitabı insan dərisi ilə üzləyərdilər. Elə bil, quzu, inək dərisi, buna yaxşı yaramırmış kimi. Parça ən ucuz üzləmə sayılırdı, çünki ağrı-acıdan keçməyib. Ən qiymətli adamı itirəndən sonra kitab cildləyəni çağıtdırıb bədənin görünməyən hissələrindən dərisini çıxartdırır və mərhuma həsr edilmiş şeirləri, ya da xatirələri onun dərisinə bükərmişlər. Dərinin görünməyən yerlərindən ona çıxarırdılar ki, mərhumla vidalaşanlar meyitin dərisinin çıxarıldığını, onun ət və qandan ibarət olduğunu görməsinlər. İnsan dərisindən kitab cildləyənlər də bilirdi ki, bu kitabın da ömrü uzağı 100-200 il olacaq. O da nə vaxtsa çürüyüb torpağa qarışacaq. Həmin o insan dərisindən kitab üzləyən Parisin özündə Bastiliya həbsxanasına kitabları da salırdılar. Yəqin ki, onlar Didro və dAlamberin tərtib elədiyi Fransız Ensiklopediyasının bəzi növ insanlardan daha qiymətli olduğunu və ictimai əxlaqa, cəmiyyətə təsir gücünü yaxşı başa düşürdülər. 

Vaxtilə insanlar kütləvi qurbanlar verməsəydi sabunun nə olduğunu çox-çox sonralar kəşf edəcəkdilər. İnsan meyitlərinin qalandığı yerlərdə yağış suyu meyitlərin çürüməsini tezləşdirir və bədən piyini yuyub təbii çalalara doldurardı. Qələvi mühitlə görüşdən piydən sabuna bənzər maddə alınardı. İlk sabunu qəhrəmanların piyində “bişirirmişlər”. İnsan da belə yerlərdə paltar yuduqda onun daha təmiz olduğunu duyarmış. Məsələnin mahiyyətini araşdıranlar sabunu kəşf elədi. Belə çıxır ki, biz indiki bədən təmizliyimizə görə o vaxtkı qurbanlara borcluyuq. Bu gün də minlərlə heyvan əzab çəkib piyini verməlidir ki, vanna otağımızda bir qəlib iyli sabun cəmdəyimizi yuyub təmizləsin və biz “it iyi” verməyək. Bu dünyanın hər işi əzabdan keçırmiş...

Nə olsun ki, insan beynı bir günə dünyanın bütün telefonlarında daha artıq elektrik impulsu yaradır. Biz mobil telefonun impulslarının ziyanından qorxacaq qədər cılızıq. İnsan dərisi üzərində Yer kürəsində gəzişən insanların sayından artıq miqdarda canlı orqanizm gəzdirir. Amma yeməzdən əvvəl bir neçə milyon canlını sabunla zəhərləməmiş boğazımızdan tikə də keçməz. Yəqin o virusun özünü dərkinə qədər çox var hələ. Böyük adamın bədənində 75 kilometr sinir var. Ağ ciyərin ümumi sahəsi tennis meydanına bərabərdir. Necə olur ki, bu nəhənğlər 10-15 kvadratlıq daxmalara sığışır? Beynimizin bir hüceyrəsi Britaniya ensiklopediyasından daha artıq məlumat toplaya bilir. Nə olsun? Qarnımıza yağlı yemək düşən kimi gözümüz pis görməyə, qulağımız pis eşitməyə başlayır. 

İnsan seliyin, laxta qanın, ifrazatın içində doğulur. Çığıran kimi qiymətə minir və cəmiyyətin üzvü olur. Onu yuyundurur, yedizdirir, qulluq sayəsində adam eləyirlər. Allahın bəxş elədiyi işıq yumağı dövriyyəsini saxlayan kimi insan çürüyən, parçalanan dünyaya qayıdır və həşəratların yeminə çevrilərək çürüyüb torpağa qarışır. Əlbəttə, ən gözəl çiçəklər peyinlikdə bitir. Cəmiyyətdə də sosial pillənin ən aşağı mərtəbəsində olanlardan sivilizasiyaya daha böyük pay düşür. Çünki insan iddialıdır və milyard illər boyu dəyişilmədən yaşayan amöbdən irəli getmək fikrindədir. Ola bilər, amöb insanın içinə düşsə bir neçə günə onu məhv edər. Nə olsun? Amöbün özü də bilmir ki, insan mikroskop altında onun yaşamını izləyib nəticə çıxarmağı yaxşı bacarır. İnsan da yeyir, içir, nəsil verir, artır törəyir və ətraf mühiti fəth eləyir. Amma İnsan ali dünyalara, nazik məkanlara girmək iddiasından əl çəkən kimi birhüceyrəli amöbdən də, stafilokokdan da aşağı pilləyə yuvarlanır. 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]