Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Erməni şivənləri... və ermənisevənlər...

Bölmə :
Köşə
Yazar :
Cəlal Yaquboğlu
Yayım tarixi :
1/5/2015 [10:28]
Baxılıb :
1864 dəfə

Adamın yadına bir  el deyimi düşür: “Atamı öldürdüm ki, goruna and içim”.  Dünyaya  hay salan hayların 1915-ci ildə türklərin  guya erməni soyqırımı törətməsinin 100 illiyi ilə əlaqədar ümumdünya şivən qoparmasına nə yazıqlar ki, bir sıra “mədəni”, “insan hüquqlarını dəstəkləyən”, “demokratik”  ölkələrdə  züy tutanlar tapılıb. Belələri qol götürüb ermənilərin çaldıqları “havaya” oynamaqdan da utanmırlar”¦ Neyləməli?! Adamda gərək utanan sifət olsun, deyiblər. Amma necə deyərlər hər ziyanın içində bir xeyir də var. Erməniyə züy tutanların bu “təəssübkeşliyi” əslində bir tərəfdən lap yerinə düşdü. Ona görə ki, bu dünyada üzümüzə gülənlərin içərisində kimlərin dostumuz, kimlərin düşmənlərimiz olduğunu bir daha gördük, tanıdıq,  yəqin etdik.

Avropanın  bir sıra ölkələrində, ABŞ-da elə özləri də ermənixislətli olan ermənisevərlərin erməni şivənlərinə hay verməsi hayları deyəsən xeyli sevindirib. Amma bu sevinməyin bir bədnam tərəfi də var ki, onu ifadə etmək üçün məşhur bir lətifəni dilə gətirməmək olmur: 

 Günlərin birində dayanacağa toplaşmış adamların içərisndən yaşlı bir qadın var gücüylə qışqırır:-“Ay aman, qoymayın , məni zorlayırlar!”  Hamı çevrilərək heyrətlə, bəlkə də ağlının çaşdığı güman edilən  qadına baxır. Bir cavan oğlan soruşur: 

- Ay xala, dayanacaq adamla doludur, burda səni kim zorlaya bilər?..
Yaşlı qadın bic-bic gülərək deyir:
 - Cavan oğlan , düz 50 il bundan əvvəl , 15 yaşındaykən gecə yarı evə qayıdanda məni bu dayanacaqda zorlayıblar.
 Cavan oğlan daha artıq təəcüblə soruşur: 
- Ay xala, səni 50 il  bundan əvvəl  zorlayıblarsa  bəs indi nə üçün qışqırırsan? 
Arvad hiyləgər bir təbəssümlə cavab verir: 
- Ay bala,neyləyim, o gecənin xatirəsi məndə  həmişə xoş hisslər oyadır...Ona görə qışqırıram.

Bax belə... Erməni şivən qoparanlarının bu  qondarma  “100 illik soyqırım yubileyi” elə bu lətifədən uzağa getmir. 

Bu gün dünya ölkələrini qapı-qapı gəzərək  qondarma “erməni soyqırımı”nın tanınması üçün siyasi dilənçilik edən  haylara törətdikləri vəhşiliklərdən yalnız bircə faktı Şamaxı qırğınlarını xatırlatmaq yerinə düşərdi. Əlbəttə, belə qırğınlar Azərbaycanın əksər bölgələrində, paytaxt Bakıda da törədilib. Fəqət doğulub boya-başa çatdığım, bu şəhərdə o dəhşətli olaylar haqqında yaşlı nəsldən, o cümlədən 94 yaşında dünyasını dəyişmiş Bəyim nənəmdən eşitdiklərim yaddaşıma əbədi həkk olub.

 Şamaxıda  bir məhəllə var.Yerli əhali buranı  indi də “lalayfulu”. “ləlofulu” adlandırır.  O məşum illərdə   “müsəlman cəlladı” kimi tanınan Şaumyanın yaxın dostu və silahdaşı,  Daşnaqsütyun partiyasının üzvü və bu partiyanı maliyyələşdirənlərdən biri olmuş Stepan Lalayan məhz burda yaşayıb və  türk xalqına qarşı öz cinayətkar əməllərinə də məhz burdan başlayıb.

Erməni şivənlərinə və erməni sevənlərə ən tutarlı faktlardan biri kimi o qanlı illərdə 161.552 nəfər əhalisinin  76 faizinin müsəlman, cəmi 13  faizinin erməni, 11 faizinin ruslar və digər etniklərdən ibarət olduğu qədim mədəniyyət mərkəzi olan  Şamaxı qəzasında  20 min nəfərdən artıq dinc insanı necə amansızlıqla  qətlə yetirdiklərini  xatırlatmaq yerinə düşərdi.

Erməni şivənlərinə və erməni sevənlərə tutarlı faktlardan biri kimi 1918-ci ilin mart-aprel aylarında ermənilərin o zamankı Şamaxı qəzasının 110  kəndinə  toplardan istifadə etməklə bir-birinin ardınca hücumlar təşkil edərək ən amansız və ağlasığmaz qətllər və qarətlər törətmələrini, 3 minlik erməni-bolşevik dəstələrinin köməyi ilə Göylər, Çarhan, Məlikçobanı, Quşçu, Çaylı, Bağırlı, Hilmilli, Cabanı, Adnalı və digər yaşayış məntəqələrində əsl cəhənnəm yaratmalarını, əhalini öz ev-eşiklərindən, torpaqlarından  amansızlıqla  qovmalarını, “Yuxarıqala” məscidində 400-dək uşaqlı qadına sığınacaq vermiş Axund Cəfərqulunu orta əsrlərə xas olan cəza üsulu - şaqqalanmaqla  qətlə yetirmələrini, qoca, xəstə və uşaqları  diri-diri yandırmalarını, kəllələrinə mismar çalmalarını, gözlərini çıxararaq sapa düzüb “boyunbağı” düzəltmələrini, südəmərləri tüfəngin cidasına keçirmələrini, kişilərin belinə samovar bağlayaraq su qaynatmalarını, 300 nəfərədək qoca, qadın, uşağı XII əsrdən qalma məşhur “Cümə məscidi”nə dolduraraq qapıları bağlayıb diri-diri yandırmalarını xatırlatmaq yerinə düşərdi.

Erməni şivənlərinə və erməni sevənlərə tutarlı faktlardan biri kimi erməni - daşnak bandalarının yalnız  şəhərin özündə  yaşayan  21.127 nəfər müsəlman əhalisindən 10.000 nəfərdən artığını ən müxtəlif və amansız işgəncələrlə qətliam etmələrini, ətrafdakı 106  kəndi büsbütün qarət etdikdən sonra od vurub yandırdıqlarını, ümumilikdə təkcə Şamaxı qəzasına o zamankı pul vahidi ilə  607. 167. 420  rubl (altı yüz yeddi milyon yüz altmış yeddi min dörüd yüz iyirmi rubl)  ziyan vurmalarını  xatırlatmaq yerinə düşərdi. 
Erməni şivənlərinə və erməni sevənlərə tutarlı faktlardan biri kimi hələ 1920-ci ildə Fövqəladə Təhqiqat Komitəsinin, ermənilərin Azərbaycanın  müxtəlif bölgələrində o cümlədən Şamaxı şəhərində törətdikləri  qırğınları, yerli müsəlman -türk  əhaliyə qarşı həyata keçirdikləri soyqirımları sübut edən  22 cildlik istintaq materiallarını və saysız-hesabsız  fotoşəkillər əsasında toplanmış, fəqət sonradan kommunist rəhbərlər tərəfindən gizlədilmiş sənədləri  xatırlatmaq yerinə düşərdi.Bütün bular yalnız bir bölgədə tərədilmiş erməni cinayətlərinin qısaca xronikasıdır...

P.S. 
Tarix boyu  siyasət və rəyasət meydanlarında özlərini “zorladaraq”, sonradan bu zorlanmaların nostaljisi ilə yaşayıb “siyasi orqazm” alan, yeri gələndə şivən qoparmağı da məharətlə bacaran, tayqulaq Andronikin terrorçu, sadist -mazoxist  nəvə-nəticələri nə qədər şivən qoparsalar da istəklərinə çata bilməyəcəklər. Erməni şivənlərini dəstəkləyənlərə isə bircə sözüm var: Cənablar, siz erməni psixologiyasının əsl simasını öyrənmək istəyirsinizsə Freydə və freydizmə müraciət edin....

Cəlal Yaquboğlu

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]