Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsil fədaisi, cəfakeş insan, ziyalılıq etalonu - FOTOLAR

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
30/4/2015 [11:21]
Baxılıb :
1375 dəfə
Və ya kiçik hekayəyə sığmayan boyük ömür yolu
1 may akademik Mehdi Mehdizadənin anım günüdür

“Bir ömür nədir ki?- Bir əsim külək,
İnsana on ömür, yüz ömür gərək”...
                                              Şəhriyar

Mehdi müəllimin alimlik səriştəsini, şəxsi ləyaqətini, insaniyyətini, elm, maarif və mədəniyyət yolunda əvəzsiz xidmətlərini xatırlayarkən istər-istəməz Şəhriyarın niskilli misraları yada düşür. Bəli, Mehdi Mehdizadə kimi örnək insanlar üçün bir ömür nədir ki? Bu fenomen insan sözün ən geniş mənasında elm, təhsil fədaisi, ziyalılıq etalonu idi.Onu xalqın gözündə ucaldan sadəliyi,  səmımiliyi,qayğıkeşliyi, ülviliyi, paklığı, mənəvi və intellektual zənginliyi, bir sözlə şərəflı bir həyat yolu keçməsi idi.

Ötən “Avtoritar sistemin demokrat naziri” başlıqlı yazımda Azərbaycan maarifinə nə az, nə çox,  23 il rəhbərlik etmiş (1952-1956 və 1960-1979-cu illər) akademık M Mehdizadə ilə bağlı kiçik bir xatirəmı dəyərli oxucularımla bölüşərkən İosif Brodskidən bir sitat gətirmişdim: “Elə insanlar var ki, onların həyatı hekayəyə sığmır”. M.Mehdizadə məhz belə insanlardan idi.Onun haqqında nə qədər deyilsə də, yazılsa da bu hekayə bitmək bilməyəcək. Maarifimizə rəhbərliyinin son illərində onunla ünsiyyətdə olmaq şərəfi mənə də nəsib olduğundan bu dahi şəxsiyyət haqqında müasirlərinin də bəzı xatirə və fikirlərini təhsil təəssübkeşləri ilə paylaşmağı özümə borc bildim.

Mehdi müəllim çox sadə insan idi, o, özünü kimdənsə üstün tutmaz, yaxud nazir olduğunu kiməsə biruzə verməzdi. Baxmayaraq ki, SSRİ Pedaqoji  Elmlər Akademiyasının həqiqi üzvü idi, yüksək dövlət mükafatları, orden və medalları ilə təltif edilmişdı, dəfələrlə Ali Sovetə deputat seçilmişdı, nazir postuna təyin olunanadək, bitirdiyi Azərbaycan Dövlət Pedaqojı İnstitutunda assistentlikdən tutmuş, dosent, kafedra müdiri, dekan, professor, prorektor və rektor kimi məsul vəzifələrdə çalışmışdı. Özüm bilavasitə şahidi idim ki, İttifaq miqyaslı elm və təhsil “nəhəngləri” Prokofyev, Babanski, Xripkova və digərləri mötəbər tədbirlərdə zala daxil olarkən hörmət və ehtiram əlaməti olaraq, ona necə yol verirdilər. 

Bu nüfzu, bu hörməti Mehdi müəllim məhz sadəliyi və təvazökarlığı, səmimiliyi və alicənablığı ilə qazanmışdı. Bu mənada onun qızı Zemfira Mehdizadənın bir xatirəsi çox maraqlıdır: «...Yaxşı yadımdadır, 134 nömrəli məktəbin 7-ci sinfində oxuyurdum. Qışın oğlan cagı idi. Bərk qar yağırdı. Atam anamı məni məktəbə aparmağa qoymadı, özü apardı. Qapıdan içərı girdik. Gördüm ki, hamı əl-ayağa düşdü, narahat olmağa başladı. Atam isə təmkinlə dedi: «Niyə qaçırsınız, gəlmişəm hal-əhvalınızı soruşum, məktəbin vəziyyəti ilə tanış olum...” 

Gətirdiyim bu misal Mehdizadənin sadəliyinə, onun müəllimlərə öz doğması kimi baxmasının bir nümunəsidir. Başqa misal. Əməkdar müəllim Miriş Hüseynov görün akademik M. Mehdizadə haqqında nə deyir: “1984-cü ilin yazı idi. Mehdi müəllimdən məktub aldım. Sevindim. Oxuyub mütəəsir oldum: “Əzizim Miriş müəllim! “Azərbaycan xalq təhsilinin sürətli inkişafı” adlı əsərimə rəy  yazmağınızı xahiş edirəm”. 

Təsəvvür edirsinizmi, akademik adi kənd müəllimindən kitabına rəy yazmasını xahiş edir. Bu, onun sadəliyi ilə yanaşı, öz müəllimini yaxşı tanımasından, onun qələminə və savadına bələd olmasından irəli gəlirdi. Akademik yazdıqları haqqında əyalət müəlliminin də fikirlərini bilmək istəyirdi. Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim- tərbiyəsi idi. Onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda, onun nə qədər alicənab insan olduğunun bir daha şahidi olursan. 

Bu mənada, bir zamanlar onunla bir yerdə çalışmış, vaxtilə Nazirliyin kadrlar  şöbəsinin rəisi işləmiş Nəcəf Nəcəfovun fikirləri çox dəyərlidir: “Mərhum Mehdi müəllim milli dəyərlərimizin, təhsilimizin, elmimizin vicdanı, abır-həyası, ləyaqəti, şərəfi olub. O, nazir idi, mən şöbə rəisi. İnanın, bir dəfə də olsun ondan soyuqqanlılıq, biganəlik, laqeydlik, özündənrazılıq görmədim. Eşitsəydi ki, Kəlbəcərdə, Laçında, Yardımlıda  bir müəllimin ürcahına təbii fəlakət çıxıb, vallah, onun ağrı-acısını öz canında çəkər, hiss edərdi. Ölkəmizdə bütün məktəbləri gəzər, müəllimlərlə, azyaşlı şagirdlərlə doğması, əzizi kimi görüşər, imkan daxilində onların qayğısına qalardı. O, dünya şöhrətli elm xadimi, akademik idi. İnanın, özünü adi müəllim kimi aparar, böyüklüyünü, ucalığını, nazirliyini üstün tutmaz, öyünməz, hikkəli, ədalı, zəhmli olmazdı. “

Akademik Mehdi Mehdizadə avtoritar rejim şəraitində-sovetlər dönəmində təhsilimizə başçılıq edib. Təbii ki, həmin dövrün öz xüsusiyyətləri vardı. Bütün qərarlar Moskvada qəbul olunur və yerlərdə qeyd-şərtsiz yerinə yetirilərdi. Ona görə də bu vəzıfə sahibinin üzərinə olduqca ağır yük düşürdü. Bu, bir tərəfdən, sovet rejiminin sərt inzibati-amirlik qayda-qanunlarından irəli gəlirdisə,
digər tərəfdən, respublika xalq maarifi sistemindəki boşluqlardan, xüsusən də milli kadrların azlığından qaynaqlanırdı. Ona görə də Mehdizadə iki istiqamətdə öz gücünü göstərməli idi: birincisi, inzibati-amirlik qarşısında duruş gətirmək, ikincisi isə, respublikamızda elmi və təhsili irəli apara biləcək “kadrlar bankı” yaratmaq. Təbii ki, bu işlərin görülməsi üçün böyük fiziki və mənəvi güc, ağıl, enerji, erudisiya, qətiyyət və milli qeyrət lazım idi...   

Ötən əsrin əvvəlindən tutmuş bu günədək təhsilimizin vəziyyəti ilə bağlı xeyli araşdırmalar aparmışam. Mehdizadənin nazir kimi fəaliyyətə başladığı dövrdəki Azərbaycan təhsilini sanki dənizin ortasında qalmış ətalətli gəmiyə bənzətmək olardı. Müəyyən impuls verərək əvvəlcə bu gəmınin sürətini artırmaq, sonra isə onu bəlli səmtə yönləndirmək lazım idi.Təbii ki, belə bir missiyanı üzərinə götürən şəxs güclü təhsil strateqi olmalı, pedaqogika və psixologiyanın əsaslarını dərindən bilməli, bütün məşəqqətlərə dözməli idi. Digər tərəfdən, bu möhtəşəm işı heç zaman zor-güclə, təzyiq vasitələrı ilə həyata keçirmək olmazdı. Bunun üçün insandan daxili azadlıq və demokratlıq tələb olunurdu. Bu ali keyfiyyətlər isə Mehdi müəllimdə vardı. Tarix də bunu sübuta yetirdi...

Özündən sonra böyük irs qoyub getmiş akademik Mehdi Mehdizadənın diqqəti,qayğısı sayəsində Hüseyn Əhmədov, Sədi İmanov, Əzız Əfəndizadə, Nurəddin Kazımov, Bəşir Əhmədov, Zahid Qaralov, Yəhya Kərimov, Bəylər Ağayev, Əbdül Əlizadə, Şəmistan Mikayılov, Əjdər Ağayev,  Yusif Talıbov, Seyidağa Həmidov, Sadıq Saqdıqov, Ağarəhim Rəhimov, Vidadi Xəlilov və bir çox digər müxbir üzvləri, elmlər doktorları, professorlar yetişib.

Mehdizadə elə bir şəxsiyyət idi ki, vəzifəsindən, ixtisasından, peşəsindən, onunla yaxınlığından asılı olmayaraq hamının rəğbətini qazanmış, onların qəlblərində dərin iz buraxmışdı. SSRİ xalq rəssamı, Rəssamlıq Akademiyasnın həqiqi üzvü Mikayıl Abdullayev, bəstəkar, xalq artisti, professor Süleyman Ələsgərov, akademik Budaq Budaqov, akademik Fuad Qasımzadə və adlarını sadalamqla bitməyən digər ziyalıların xatirələrı insanda fərəh hissi oyadır.

“Mehdi müəllimlə söhbətlərimizdən hiss edirdim ki, o, Azərbaycan diyarının gözəl bilicisi və bələdçisidir. Bu cəhət onun vətən torpağına məhəbbətindən irəli gəlirdi...” (M Abdullayev)
“Mehdi müəllim ömrünün son günlərinədək haqqa, ədalətə, sadiq qaldı.Haqqın,ədalətın carçısı oldu.Bu ali insani keyfiyyətlər onun canına, qanına hopmuşdu”. (B. Budaqov)

“Akademik Mehdizadə böyük ağsaqqalımız, pedaqogika elmimizin Günəşı idi...” (R. İsmayılov)
“Akademik Mehdi Mehdizadənin həyatına, ömür yoluna, geniş pedaqoji fəaliyyətinə diqqətlə nəzər yetirdikdə görürük ki, o, həmişə, hər an səmərəli nətıcə verən işlər görmüşdür. O, pedaqoji  fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb etmiş, xoş təəssürat yaratmışdır...” (Z Qaralov)

“Akademik Mehdi Mehdizadə öz şəxsiyyəti, şəxsı nümunəsi ilə hər yerdə, hər zamanyüksək pedaqoji etikanı nümayiş etdirirdi. Yüksək dərəcədə mədənilik, düzlük, paklıqədalət, qayğıkeşlik, səmimiyyət, təvazökarlıq onun şəxsiyyətinin heyrətamiz cəhətləri idi...” (H Əhmədov)

“Bəzilərini səlahiyyətin böyüklüyü çaşdırır, xalqdan ayrı salır. M. Mehdizadə əsrin dörddə birini nazir oldu. Bu müddətdə o, sadəliyi özünə şüar elədi...” (İ Əbilov)

“Onu son mənzilə yola salanda bir daha əmin oldum ki, xalqının xidmətində duranlar, qayəsi yaxşılıq, xeyirxahlıq etmək olanlar dünyasını dəyışsələr də mənən əbədi olaraq yaşayacaqlar...”
(R.Mustafayeva)

Sonda akademik M.Mehdizadənın həyat yoldaşı Lətifə Mehdizadənin xatirələrindən bir parça ilə böyük insan haqqında kiçik hekayəmi yekunlaşdırıram: “...Xeyli vaxtdır ki, əzizimiz, mehribanımız əlçatmaz, ünyetməz bir aləmdədir. Biz isə Mehdi müəllimin hərarətli nəfəsini heç cür unuda bilmirik. Bu gün bizi onun əbədi xatirə qalan şəklindən boylanan mehriban və qayğılı baxışları ovundurur. Bu baxışların qarşısında baş əyib deyirik: Sənsiz Səninləyik, əzizim! 

Aylar keçər, illər ötər həmışə, 
Qəlbimizdə çiçəklənib açarsan!
Mənalı bir ömür sürdün, əzizim,
Insanların xatirində yaşarsan!...”

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Təhsil fədaisi, cəfakeş insan, ziyalılıq etalonu
  - FOTOLAR
Təhsil fədaisi, cəfakeş insan, ziyalılıq etalonu
  - FOTOLAR
Təhsil fədaisi, cəfakeş insan, ziyalılıq etalonu
  - FOTOLAR
Təhsil fədaisi, cəfakeş insan, ziyalılıq etalonu
  - FOTOLAR
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]